Məhkəmə qərarları › İş №2(106)-2039/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2039/2024

09.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2039/2024 09.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 Cavabdeh* qarşı miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi və digər tələblərinə dair mülki iş üzrə Cavabdeh* Beyləqan Rayon Məhkəməsinin hakimi X* və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraza yazılı icraat qaydasında bаxаrаq, məhkəmə tərkibi müəyyən etdi: İddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 Cavabdeh* qarşı miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi, miras əmlakın vərəsələr arasında naturada bölünməsi, miras əmlak olan VAZ 2*060 markalı avtomobilin satılması və vərəsələr arasında paylarına uyğun bölüşdürülməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh* mülki işə Beyləqan Rayon Məhkəməsinin hakimi X2 və ümumiyyətlə Beyləqan Rayon Məhkəməsində digər hakim tərəfindən də baxılmasına etiraz etməsinə dair yazılı etiraz ərizəsi təqdim etmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-32/2024 saylı *9.**.2024-cü il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 Cavabdeh* qarşı miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi, miras əmlakın vərəsələr arasında naturada bölünməsi, miras əmlak olan VAZ 2*060 markalı avtomobilin satılması və vərəsələr arasında paylarına uyğun bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Cavabdeh* Beyləqan Rayon Məhkəməsinin hakimi X* və ümumiyyətlə işə Beyləqan Rayon Məhkəməsində baxılmasına verdiyi etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar anası İddiaçı*, bacısı İddiaçı2 və qardaşı İddiaçı3 ona qarşı miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi, miras əmlakın vərəsələr arasında naturada bölünməsi, miras əmlak olan VAZ 2*060 markalı avtomobilin satılması və vərəsələr arasında paylarına uyğun bölüşdürülməsi tələbinə dair iddia qaldırmışlar. Həmin mülki işə Beyləqan Rayon Məhkəməsinin hakimi X2 və ümumiyyətlə Beyləqan Rayon Məhkəməsində baxılmasına etiraz edir. Belə ki, hesab edir ki, əvvəllər verdiyi iddiaya Beyləqan Rayon Məhkəməsinin hakimləri tərəfindən baxılmadığından mübahisənin Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Nurullayev tərəfindən obyektiv araşdırılmasına, ədalətli qərar qəbul edilməsinə inanmır, ona görə də Beyləqan Rayon Məhkəməsinin hakimi R.Nurullayevə və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə etiraz edir. Ona görə də, mülki işin başqa rayon məhkəməsində baxılması üçün etirazının baxılmasını Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərkibi iş materiallarını və etirazın dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin sədrinə, habelə məhkəmənin bütün tərkibinə cavabdeh tərəfindən verilmiş etiraz əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin *-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin *9.*-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə (*9.*.*), o, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə (*9.*.2), o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə (*9.*.3), o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə (*9.*.4), o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə (*9.*.5), o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa (*9.*.6), onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa (*9.*.7). Həmin Məcəllənin *9.3-cü maddəsinə əsasən bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. Həmin Məcəllənin 2*.*-ci maddəsinə əsasən bu Məcəllənin *9 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 2*.2-ci maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 2*.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Məcəllənin 2*.4-cü maddəsinə əsasən əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir. Həmin Məcəllənin 2*.5-ci maddəsinə əsasən əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş tərəf yüz on manatadək cərimə edilə bilər. Həmin Məcəllənin 2*.6-ci maddəsinə əsasən eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd edilən maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən etiraz əsassızdır və etirazlarda qeyd edilən hallar etirazın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin əvvəllər verdiyi iddiaya Beyləqan Rayon Məhkəməsinin hakimləri tərəfindən baxılmaması halı hazırkı işə Beyləqan Rayon Məhkəməsində obyektiv baxılmasını şübhə altına ala bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 Cavabdeh* qarşı miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi və digər tələblərinə dair mülki iş üzrə Cavabdeh* Beyləqan Rayon Məhkəməsinin hakimi X* və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraz təmin edilməməli və mülki iş baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 22, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kоllegiyаsı qərara aldı: İddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 Cavabdeh* qarşı miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi və digər tələblərinə dair mülki iş üzrə Cavabdeh* Beyləqan Rayon Məhkəməsinin hakimi X* və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar