Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2077/2024 23.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 2(057)-2081/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərardadından cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İdiaçı İddiaçı cavabdeh X2 qarşı “evə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və mərhum atasının ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə etməsinə yaradılan maneələrin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil “payın naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ilkin iddiasının rədd edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən X2 düşən payın naturada ayrılması, naturada ayrılma ilə bağlı çəkiləcək xərclərin cavabdeh tərəfindən ödənilməsi, naturada ayrılma mümkün olmazsa evdən istifadə qaydalarının müəyyən edilməsi və bununla bağlı çəkiləcək xərclərin cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-2081/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı “evə köçürmə” tələbinə dair mülki iş üzrə cavabdeh X1 İddiaçı qarşı “payın naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan narazı qalan cavabdehin nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə 14 noyabr 2024-cü il tarixdə şikayət vemişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-2081/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin 2(057)-2081/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməyərək, Salyan Rayon Məhkəməsinin 2(057)-2081/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının qüvvəsində saxlanılması və həmin qərardaddan verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə görə, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. MPM-in 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 06 noyabr 2024cü il tarixli, 2(057)-2081/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki mülki iş məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin olunmuş bu barədə məhkəmə bildirişi və MPM-dən çıxarış cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilmiş, iddia ərizəsinin surəti cavabdeh tərəfindən 24 sentyabr 2024-cü il tarixdə alındıqdan sonra 20 gün ərzində MPM-in 154-cü maddəsinin tələblərinə cavab verən iddiaya etirazının, iddia tələbi ilə bağlı suallara cavabların, qarşılıqlı iddia ilə bağlı müddət və.s barədə məlumat verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh vəkillə xx.xx.2024-cü il tarixdə müqavilə bağlamışdır. Cavabdehin nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək mülki iş materialları ilə tanış olmaq imkanı olmadığını, məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş və qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi qarşılıqlı iddia ərizəsi - MPM-in 154.1-ci maddəsinin tələblərinə uyğun olaraq işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün müddətinə verilməli olduğu halda 42 gün sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya iddia ərizəsinin verilməsi ilə bağlı prosessual müddətlərinin nəzərdə tutulması ilə bağlı qeyd edir ki, müddətlərin prosessual hüquqlara uyğun şəkildə nəzərdə tutulması məhkəmə mübahisələrinin səmərəli və ədalətli formada aparılması, həmçinin ağlabatan müddətdə baxılması üçün əsas şərtlərdən biridir. Bu, həm tərəflərin hüquqlarını qorumağa, həm də məhkəmə prosesinin intizamlı və operativ keçirilməsinə xidmət edir. Müddətlər tərəflərə öz hüquq və vəzifələrini vaxtında yerinə yetirmələrini tələb edir. Bu, həm iddiaçını, həm də cavabdehi prosessual intizam çərçivəsində fəaliyyət göstərməyə məcbur edir. İddia ərizələrinin verilməsi üçün müddətlərin nəzərdə tutulması aşağıdakı üstünlükləri təmin edir: 1.Məhkəmə proseslərinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə yekunlaşdırılması; 2.Tərəflərin məsuliyyətli və intizamlı fəaliyyət göstərməsi; 3.Məhkəməyə təqdim edilən sənədlərin vaxtında və düzgün hazırlanması, eyni zamanda təqdim edilmiş sübutların mötəbərliliyinin şübhə doğurmaması. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini icraata götürməkdən imtina etməkdə haqlı olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(057)-2081/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(057)-2081/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2077/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2077/2024
23.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver