Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-208/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, Anar Ağabala oğlu Şükürlünün katibliyi ilə, cavabdehlərin iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə və maneələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Füzuli Rayon Məhkəməsinin (Y.Həşimov) 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 azyaşlı uşaqları 2013-cü il təvəllüdlü X7, 2015-ci il təvəllüdlü X4 və 2019-cu il təvəllüdlü X5 ilə birlikdə Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadə və sahibliklərində olan fərdi yaşayış evinə köçürülmələri, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. İşinhalları Füzuli rayonu, Şükürbəyli kəndində 1,48 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 və onun ailə üzvləri- Cavabdeh2, Cavabdeh1, İddiaçı1, Cavabdeh3 və X1 ümumi birgə mülkiyyətindədir. Onların adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Bundan başqa, X2 və onun ailə üzvlərinin mülkiyyətində həmin kənddə 0,1404 ha-dan ibarət həyətyanı sahə vardır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyətyanı sahəyə dair X2 adına torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Hazırki tələbində İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, birgə nikahdan doğulmuş uşaqları 2013-cü il təvəllüdlü X7, 2015-ci il təvəllüdlü X4 və 2019-cu il təvəllüdlü X5 ilə birlikdə Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən 0,1404 ha-dan ibarət həyətyanı torpaq sahəsində yerləşən evə köçürülməsi və həmin əmlakdan onun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsi üçün yaranmış maneələrin cavabdehlərə qadağan edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, 2012-ci il aprel ayının 28-də nikaha daxil olduqdan sonra Raminin atası Qurbanov Qurbana məxsus evdə yaşamışlar. Birgə nikahdan 2013-cü il tarixdə Əli, 2015-ci ildə Məryəm və 2019-cu il tarixdə Amin adlı uşaqları anadan olmuşdur. Füzuli rayonu, Şükürbəyli kəndində dövlət tərəfindən ayrılmış həyətyanı torpaq sahəsində ev tikilmiş və iddiaçı Ramin Qurbanov həmin evdə doğulmuş və böyüyüb boyabaşa çatmışdır. O, ümumi birgə mülkiyyətçilərdən biridir. Ailə həyatı qurduqdan sonra iddiaçılar bir müddət həmin evdə yaşamış, sonradan cavabdehlər onu və ailəsini həmin evdən çıxarmış və orada yaşamağa imkan verməmişlər. Hazırda mülkiyyətində olan əmlakından istifadə etməyə çalışsa da cavabdehlər buna imkan vermirlər. İddiaya görə, iddiaçılar İddiaçı1 və arvadı İddiaçı2 cavabdehlərin sahibliyində olan, Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən evdə bir müddət birlikdə yaşamaqla birgə təsərrüfat aparmışlar, lakin sonradan aralarında yaranmış narazılıqlara görə evi tərk etmişlər. Hazırda daimi yaşamağa başqa yaşayış sahəsi olmadığından uşaqları ilə birlikdə həmin evə köçmək istəyirlər. İddiaçılara məxsus əşya və əmlaklarının bir hissəsi hazırda həmin evdədir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu iddianı qəbul etməyərək bildirmişlər ki, iddiaçılar İddiaçı1 və arvadı İddiaçı2 uşaqları ilə birlikdə onların sahibliklərində olan Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən evdə bir müddət birlikdə yaşamaqla birgə təsərrüfat aparmışlar, lakin sonradan aralarında yaranmış narazılıqlara görə evi tərk etmişlər. İddiaçılara məxsus əşya və əmlakların bir hissəsi hazırda həmin evdədir. Lakin onlar iddiaçıların evə köçürülməsinə razı deyillər, belə ki, onların birlikdə yaşamaqları mümkün olmayacaqdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Digər Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasında iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, iddiaçılar həmin evdən çıxan zaman, yəni 2012-ci ildə həmin ev cəmi iki otaqdan ibarət olub. Həmin iki otağı da xarici bir şirkət təmir edərək yaşamaq üçün onlara vermişdir. Lakin cavabdehlər son iki il ərzində müxtəlif banklardan xeyli miqdarda borc pul götürərək evi əsaslı təmir edərək demək olar ki, yenidən tikmişdir. Belə ki, hazırda ev 4 otaqdan və digər yardımçı tikililərdən ibarətdir ki, həmin əlavə tikintilərə və əsaslı təmirə görə də külli miqdarda xərc çəkilmişdir. O oğlu ilə birlikdə həmin kreditləri ödəməyə davam edir. Lakin iddiaçılar bu xərclərin heç birində iştirak etməmiş, 10 ildən sonra əsassız iddia qaldırmışlar. İzahatlar Prosessualməsəsələr Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı1 əvvəl başqa nikahda olmuş, digər iddiaçı ilə xx.xx.2012-ci ildən hazırki iş üzrə digər iddiaçı ilə nikaha girmiş, gəlin mübahisəli evə gəlmiş, bu nikahdan 2 uşaqları olmuş, mübahisəli evdə bir neçə ay yaşadıqdan sonra 1-ci Zovcu kəndində Samirənin atasına məxsus evdə yaşamışlar. Mübahisəli ev bütün ailəyə məxsus olmuşdur. Cavabdeh izahatında Raminin mübahisəli evə istifadə hüququnun olduğunu bildirsə də gəlinin evə köçməsini istəmədiyini qeyd etmişdir. Apellyasiya baxışında iştirak edən digər cavabdehlər Xəyyam və Cavabdeh3lar apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatlarında Raminin mübahisəli evə istifadə hüququnun olduğunu bildirsələr də digər İddiaçı2 evə köçürülməsinə razı olmadıqlarını bildirmişlər. İddiaçılar apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası cavabdehlərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Füzuli rayonu, Şükürbəyli kəndində o,1404 ha-dan ibarət həyətyanı torpaq sahəsi X2 və onun ailə üzvləri- Cavabdeh2, Cavabdeh1, İddiaçı1, Cavabdeh3 və X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyətyanı sahəyə dair X2 adına torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. X6 13 fevral 2005-ci ildə vəfat etmişdir. İddiaçılar həyətyanı sahədə yerləşən yaşayış evinə köçməyi xahiş edirlər. Yaşayış evi qeydiyyatdan keçməmişdir. İddiaçılar tələbini əsaslandırarkən göstərmişlər ki, Ramin Qurbanov həmin evdə doğulmuş və böyüyüb boya-başa çatmışdır. O, ümumi birgə mülkiyyətçilərdən biridir. Cavabdehlər də izahatlarında Raminin mübahisəli evə istifadə hüququnun olduğunu etiraf etmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həyətyanı torpaq sahəsində inşa olunmuş yaşayış evi rəsmi reyestrdə qeydə alınmasa da tərəflərin, o cümlədən İddiaçı1 həmin mülkə dair gözlənilən mülkiyyət hüquqları yaranmışdır. İddiaçılar İddiaçı1 və arvadı İddiaçı2 uşaqları ilə birlikdə cavabdehlərin sahibliklərində olan Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən evdə bir müddət birlikdə yaşamaqla birgə təsərrüfat aparmışlar, lakin sonradan aralarında yaranmış narazılıqlara görə evi tərk etmişlər. İddiaçılara məxsus əşya və əmlakların bir hissəsi hazırda həmin evdədir və onların hazırda daimi yaşamağa başqa yaşayış sahəsi olmadığından uşaqları ilə birlikdə həmin evə köçmək istəyirlər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, iddia əsaslıdır. Kollegiya qeyd edir ki, hazırki iş üzrə hüquqi dəyərləndirmə aparılarkən, ilk növbədə iddiaçıların mübahisəli yaşayış evinə istifadə hüquqlarının olmasına qiymət verilməlidir. İş materiallarından və izahatlardan görünür ki, mübahisəli yaşayış evi hələ 1993-cü ildən əvvəl mövcud olmuş, yanğın nəticəsində məhv olmuş, sonra yenidən bərpa olunmuşdur. Təsərrüfat kitabından çıxarışdan görünür ki, torpaq sahəsi və fərdi yaşayış evi 1975-ci ildən mövcud olmuş, əvvəl ailə başçısı Q.Qurbanovun adına, sonradan Cavabdeh2 adına qeydə alınmışdır. Təqdim edilmiş arayışlardan bəlli olur ki, ailə üzvləri sırasında İddiaçı1 da adı vardır. Kollegiya qeyd edir ki, faktiki olaraq, İddiaçı1 ailə üzvü olmaqla cavabdehlərlə birgə həyətyanı sahənin mülkiyyətçilərdən biridir. Yaşayış evi üzrə plan-ölçü sənədi isə onun mərhum atasının adına tərtib edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İddiaçı1 istifadə hüquqnun olduğunu cavabdehlər etiraf etmişlər. Hazırda İddiaçı1 özünü ailə üzvləri ilə birgə yaşayış evinə köçməsini iddia edir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçılar xx.xx.2012-ci ildən nikahdadırlar. Həmin vaxt İddiaçı2 mübahisəli evə gəlin gəlmişdir. xx.xx.2009-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İddiaçı2, mülkiyyətçi hesab edilən İddiaçı1 arvadı kimi mübahisəli yaşayış evinə gəlin gəlmiş, sonuncunun ailə üzvüdür, o da həmin yaşayış sahəsindən digər ailə üzvləri ilə bərabər istifadə etmək hüququna malikdirlər. Göstərilənlər onu deməyə əsas verir ki, iddia əsaslıdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnaməni ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(064)-1131/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tale Kərimov
Məhkəmə qərarları › İş №2(106)-208/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-208/2023
07.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver