Məhkəmə qərarları › İş №2(106)-208/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-208/2025

16.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-208/2025 16.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzildən əvəzsiz istifadə hüququ) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızı ibarət tərkibdə, X18 oğlunun katibliyi, İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh və onun vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(049)-1787/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Balakkişi oğlunun ünvan 1 ünvanına yerləşən yerləşən 3 otaqlı o mənzildən çıxarılması və həmin o mənzilin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların mərhum ataları X2 müharibəsi veteranı olmaqla o, xx.xx.2006-cı ildən 2-ci qrup əlillik təyin olunmuşdur. O, Lənkəran Rayon İcra Hakimiyyətində xx.xx.2006-cı il tarixdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən 3 otaqlı o mənzil verilmişdir. İddiaçıların atası X14 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonunun Viyən kəndində vəfat etmişdir. Ataları öldükdən sonra iddiaçılar anaları ilə birlikdə kirayədə yaşamağa başlamışlar. Atalarından miras qalan evdə yaşamaq istəsələr də iş üzrə cavabdeh olan Cavabdeh həmin evi qanunsuz olaraq zəbt etmiş və onların oraya köçüb yaşamasına imkan verməmişdir. Ataları ilə analarının nikahı rəsmiləşdirilmədiyindən atadan miras qalmış əmlakın qəbulu üçün anası müraciət edə bilməmiş, həmin evin atasının vərəsələri kimi qəbul etmələrindən ötrü qanunvericiliyin tələbinə uyğun olaraq ərazi üzrə Lənkəran 1 saylı Notariat Ofisinə müraciət olunmuş və Notariat ofisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Sosial Xidmətlər Agentliyinə xx.xx.2024-cü il tarixli 25 nömrəli məktub ünvanlayaraq 07 sentyabr 2023-cü il tarixdə vəfat etmiş X6 varislərinin dairəsinin müəyyən edildiyi və onun vərəsələrinin azyaşlı övladları olan İddiaçı1 və İddiaçı2 müəyyən edildiyi bildirilmiş və bu barədə məlumat verilmişdir. Beləliklə, qanunvericiliyin tələbinə görə yetkinlik yaşına çatmamış miras qoyanın vərəsələri kimi atadan miras qalmış ünvan 3 ünvanda yerləşən 3 otaqlı o mənzildən istifadə və ona sərəncam vermə hüququ iddiaçılara keçmişdir. Lakin cavabdeh iddiaçılara atalarından miras qalan yeganə o mənzili qanunsuz olaraq zəbt etmiş və onlarla birlikdə analarının həmin evdə yaşamasına imkan verməyərək özü həmin o mənzildən qanunsuz olaraq istifadə etmişdir. İddiaçılar yetkinlik yaşına çatmayan şəxslər olduğundan məhdud fəaliyyət qabiliyyətli şəxslər olmaqla həmin miras əmlakı qanuni nümayəndələri olan analası Qanuni nümayəndə vasitəsilə qəbul etmişdirlər. Belə olan halda yetkinlik yaşına çatmayan iddiaçılar və onların qanuni nümayəndələri olan anaları Qanuni nümayəndə ilə birlikdə həmin o mənzilə sərəncam hüuqunu əldə etmiş, artıq həmin o mənzilin mülkiyyətçinin qanunla qorunan hüquqi varisləri olaraq iddiaçılara keçmişdir. Lakin cavabdeh onlara məxsus olan o mənzili qanunsuz zəbt etdiyindən qanuni nümayəndələri olan anaları Qanuni nümayəndə vasitəsilə həmin o mənzilin buraxılmasını cavabdehdən tələb etsələr də o, o mənzili zəbtdən azad etməkdən imtina etməklə iddiaçıların mülkiyyətdən istifadə etməyinə maneə yaratmağa davam etdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin (hakim: A.Pənahov) 13 avqust 2024-cü il tarixli, 2(049)-1787/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Lənkəran şəhər, Şəhidlər Xiyabanı küçəsi ev 46 A-da yerləşən 3 otaqlı 36 saylı mənzildən çıxarılması və həmin mənzilin iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ataları X7 qanun üzrə vərəsələri hesab edilirlər. Onlar hazırda yetkinlik yaşına çatmadıqlarından və mübahisəli ünvan 4 ünvanında yerləşən 36 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmadığından onlar həmin mənzilə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni rəsmiləşdirə bilməmişdirlər. Lakin iddiaçıların həmin mənzil üzərində gözlənilən mülkiyyət hüquqları vardır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, cavabdehin sübut kimi əsaslandırdığı X14 ilə arasında bağladığı kredit müqaviləsi şəxslər arasında pulun alınması ilə bağlı tərtib edilərək, notarius tərəfindən təsdiqlənmiş, lakin həmin müqavilədə hər-hansı mənzilin alqı-satqısı ilə əlaqədar hər hansı qeyd notarius tərəfindən təsdiqlənməmişdir. Eyni zamanda Cavabdeh ilə X14 arasında hər hansı mənzilin alqı-satqısı ilə əlaqədar “İlkin müqavilə”nin bağlandığı işin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsi , Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 1159.1, 152.1, 157.4 , 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3, 49.4, 88, 217.4, 77 və 14.2-ci maddələri, ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçıların atası Cəfərlə mübahisəli evin alqı-satqısı barədə razılığa gəlmişdirlər. Bundan sonra evin qiymətini Cəfərdən soruşduqda Cəfər ona evin son qiymətini 55.000 manat olduğunu demişdir. Cəfər ona təcili pul lazım olduğunu bildirmiş və o da onunla bu şərtlə razılaşmışdır ki, ona 38.000 manat nağd pul verib qalan 17.000 manat pulu da evin sənədləşməsindən və çıxarışı ona verəndən sonra ona verəcək. Bu səbəbdən də Cəfərin özünün təklifi ilə 13 mart 2023-cü il tarixdə o, onun tərəfindən dostu X9, Cəfər və onun tərəfindən bacısı X10 birlikdə Lənkəran 1 saylı notariat ofisinə gedərək onunla Cəfər Cəfərov arasında kredit müqaviləsi bağlamışdırlar. Həmin müqaviləyə əsasən Cəfər hər ehtimala qarşı aldığı 38.000 manat borcu 5 ay müddətində, yəni 13 avqust 2023-cü il tarixədək ona qaytarmağı öz üzərinə götürmüşdür. Daha sonra onlar Respublika Bankına getmişdirlər. O, orada həmin 38.000 manat pulu banka, Cəfər Cəfərovun hesabına köçürtmüş və Cəfər Cəfərov da həmin gün və həmin dəqiqədə 38.000 manat pulu bankdan götürmüşdür. Bundan başqa onlar həmin gün onun, X14,onun bacısı X10, onun müəllim yoldaşı X1 və dostu X3 iştirakları ilə Lənkəran şəhərində borc müqaviləsi tərtib etmişdirlər. Həmin borc müqaviləsinin şərtlərinin 1.1-ci bəndinə əsasən də Cəfər Cəfərov ondan evi ona satmaq üçün ona verdiyi 38.000 manat pulu 13 avqust 2023-cü il tarixədək ona qaytaracağını, 22.1-ci bəndə əsasən borc məbləğinin qarşılığında ona əlavə olaraq ona 17.000 manat pul ödəməyi ilə həmin razılaşdıqları Lənkəran şəhəri Şəhidlər Xiyabanı, ev 46-A, o mənzil 36-da yerləşən 3 otaqlı o mənzili onun mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür. Eləcə də həmin müqavilənin fors-mayor təqdirində, müqavilənin 6.2-ci bəndindəki şərtə əsasən yəni borc alanın həyatını itirdiyi təqdirdə həmin müqavilədə şahid qismində iştirak edən Cəfər Cəfərovun bacısı X10 borc alanın bütün öhdəliklərini üzərinə götürmüşdür. Adlarını qeyd etdiyi şəxslər, yəni, o, X14, X10, müəllim yoldaşı X1 və dostu X8 müqavilənin şərtləri ilə ümumi razılığa gəldiklərindən imzaları təsdiq etmişdirlər. Daha sonra o ailəsi ilə birlikdə 2023-cü ilin Novruz bayramından sonra kirayəyə qaldığı evdən çıxaraq həmin evə köçmüşdürlər. O həmin evin təmirinə ümumilikdə 1052 manat pul xərcləmişdir. İddiaçılar da ümumiyyətlə həmin evdə heç vaxt yaşamamışdırlar. Hesab edir ki, o heç kimin hüquqlarını pozmamışdır. Həmin mənzilin hüquq müəyyənedici sənədi, yəni çıxarışı olmadığı üçün miras mülkün predmeti ola bilməz. Əgər iddiaçılar özlərini X21un varisi hesab edirlərsə, belə olan halda onlar Cəfər Cəfərovun varisi olaraq onun olan cəmi 41.192 (qırx bir min bir yüz doxsan iki) manat pulunu verməlidirlər. Yaxud da evin qiymətinin 55.000 manat olmasını nəzərə alaraq evin çıxarışının verilməsi təqdirində Cəfər Cəfərova borclu qaldığı 13.678 manat pulu onlara verə bilər. Ona görə də həmin iddiaya qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə qarşılıqlı iddianı heç bir əsas olmadan əsas iddiaya qarşı yönələn iddia olmadığını əsas götürərək icraata qəbul etmədən geri qaytarmışdır. Lənkəran Rayon məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(049)- 1787/2024 nömrəli qətnaməsi ilə iddia heç bir əsas olmadan təmin edilmişdir. Məhkəmə işi tam və hər tərəfli araşdırmadan, qarşılıqlı iddiasını qəbul etmədən, təqdim etdiyi çoxsaylı sübutlara hüquqi qiymət vermədən yekun nəticəyə gəlmişdir ki, bu da son nəticədə onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1787/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməli və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar (qanuni nümayəndəsi) tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, əgər cavabdeh həqiqətən onların evini almaq üçün maklerlərə müraciət etsəydi, həmin maklerləri məhkəmə iclasında şahid qismində dindirilməsini tələb edərdi. Aydın məsələdir ki, belə bir şey olmamışdır. Onlar cavabdeh tərəfindən 38000 manat pulun yoldaşına məhz evin alqı-satqısında görə verilməsi barədə heç bir məlumatları olmamışdır və onlar arasında bağlanmış notarial qaydada olan müqavilədə də öz əksini tapmamışdır. Cavabdeh qeyd etmişdir ki, guya onlar X14, onun bacısı X10, müəllim yoldaşı X1 və dostu X3 iştirakları ilə Lənkəran şəhərində borc müqaviləsi tərtib etmişdirlər. Həmin borc müqaviləsinin şərtlərinin 1.1-ci bəndinə əsasən də Cəfər Cəfərova ondan evi ona satmaq üçün verdiyi 38.000 manat pulu 13 avqust 2023-cü il tarixədək cavabdehə qaytaracağını, 22.1-ci bəndə əsasən borc məbləğinin qarşılığında cavabdehlə əlavə olaraq ona 17.000 manat pul ödəməyi ilə həmin razılaşdıqları Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 46-A, mənzil 36-da yerləşən 3 otaqlı mənzili cavabdehin mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür. Cavabdehin qeyd etdiyi həmin müqavilə cavabdehin qeyd etdiyi şəxslər, X14, onun bacısı X10, müəllim yoldaşı X1 və dostu X8 tərəfindən imzalanmamış, sadəcə olaraq tərəflərin rekvizitləri müqavilənin sonunda qeyd edilmiş, imzalansa belə həmin həmin müqavilə natorial qaydada təsdiqlənməmişdir. Həmin müqavilənin də məhz hansı tarixdə, harda və hansı şəraitdə yazılması şübhələr yaradır və sübut növü kimi təqdim edilə bilməz. Bundan başqa əgər belə bir şey olsaydı, cavabdeh məhkəmənin hazırlıq iclasında şahidlərin dindirilməsini tələb edərdi, yoxsa iddiaçılara qarşı pul tələbi ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdi. Cavabdeh yoldaşına nə məqsədlə 38000 manat verməsindən onun məlumatı olmamışdır. Ev onlara 2022-ci il tarixdə verilib, yoldaşı həmin mənzili kirayə verənə kimi də onlar evə gedib gəlmişdirlər. Daha sonra onlar Bakı şəhərinə köçüb orda yaşamışdırlar. Bakı şəhərində olanda yoldaşına demişdir ki, ev boş qalmasın deyə onu kirayə versin. Çünki uşaqların müəllim pulunu verə bilmir. Yoldaşı onunla razılaşmış və həmin evi adını sonradan bildiyi Cavabdeh kirayəyə vermişdir. Yoldaşı ona demişdir ki, evi ailəyə vermişəm və o da yoldaşı evi kirayəyə verdiyinə görə o dünyasını dəyişənə kimi gedib evə baxmamışdır. Həmin evdə kommunaların onların tərəfindən ödənilməməsinə gəldikdə isə onlar yaşadıqları vaxtı orda sayğaclar olmamışdır. Pulu əlbəəl orda kommendata köçürmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi zamanı məhkəməyə qarşılıqlı iddia təqdim etmişlər, lakin qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verməmişlər. Qeyd edir ki, ödənişlərlə bağlı sübutları var. Evin zəbt edilməsindən söhbət belə gedə bilməz. X21 illər öncə bacısının həyat yoldaşına borcunun olduğunu və ona təcili pul lazım olduğunu bildirmiş, mübahisəli mənzili ona satmışdır. Notariat kontoruna gedərək aralarında 38000 manat məbləğində borc müqaviləsi bağlamışlar. Sözügedən mənzil ona lazım deyil. O sadəcə verdiyi pulu istəyir. Pulunu ona qaytarmayacaqlarından ehtiyat etdiyi üçün mənzildən çıxmır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahat verərək bildirmişdir ki, borc və kredit müqaviləsi evlə bağlı idi və qarşılıqlı iddia məhkəmə tərəfindən icraata götürülməli olduğu halda, geri qaytarılmışdır. Bugünkü gün cavabdeh sadəcə verdiyi pulu almaq istəyir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu miras aktivi və miras passivi toplusu daxildir. Hesab edir ki, hazırkı halda mərhumun vərəsələri onun pul öhdəliyi üçün də məsuliyyət daşıyırlar. Qeyd edir ki, mübahisəli mənzilin çıxarışı yoxdur və bu səbəbdən də, miras kütləsinə daxil edilə bilməz. X21 Qanuni nümayəndə ilə rəsmi yox, faktiki nikahda olmuşdur. Onun ailəsi həmin mənzildə bir gün də olsun yaşamamışlar. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, mübahisəli mənzil mərhum əri Cəfər Cəfərova dövlət tərəfindən verilmişdir. Onunla rəsmi yox, faktiki nikah münasibətlərində olmuşlar. Lakin həmin mənzil övladlarının haqqıdır. Qeyd edir ki, Cəfərin 38000 manat borcu olmasından xəbəri olmamışdır. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən apellyasya icraatı zamanı 3-cü şəxs kimi cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Sərəncamına əsasən Lənkəran şəhəri Şəhidlər xiyabanı 46A ünvanında yerləşən mənzil X11 müharibə əlili olduğu üçün verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 saylı qərarı əsasında sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kvadratmetr müəyyən edilmişdir. Həmin bu mənzil verilərkən mərhumun uşaqları da nəzərə alınmışdır. 2009-cu ilə qədər verilmiş mənzilləri özəlləşdirmək olur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi barədə müvafiq forması təsdiq edilməmişdir deyə hazırkı sözügedən mənzil təhvil-təslim aktı əsasında verilmişdir. Həmin forma təsdiq olunduqdan sonra mənzilə mülkiyyət hüququ da əldə etmək olar. Sözügedən mənzil şəxsin əvəzsiz istifadəsinə verilmişdir və hazırda gözlənilən mülkiyyət hüququ olmasa da, oradan istifadə hüququ mövcuddur. X14 vəfat etmiş olsa belə onunla mənzil kirayə müqaviləsinə xitam verilməmişdir. Çünki mübahisəli mənzil X11 iki uşağı nəzərə alınmaqla verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəoin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il 459 saylı qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3 maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin məcəllənin 49.4-cü on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Həmin məcəllənin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəoin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməsi dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməsi tamamilə və ya qiso ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməsi dəyişdirə bilər; qətnaməsi tamamilə və ya qiso ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(049)-1787/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməsi maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəoin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnaməsin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Lənkəran Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(049)-1787/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsini mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(049)-1787/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibinin qənaətinə görə şikayətin dəlilləri əsasızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X14 və Qanuni nümayəndə faktiki nikahda olmuşdur. Onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən X11 ünvan 6 ünvanda yerləşən 3 otaqlı mənzil verilmişdir. X14 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçıların istifadəsində olan mənzilə münasibətdə daimi əvvəzsis istifadə hüququ mövcuddur. Onların öz mənzillərindən istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehin mübahisələndirilən mənzil üzərində qanunla qorunan hər hansı əmlak hüquqları yoxdur. Cavabdeh hər hansı hüquqları olmadığı halda həmin mənzildən istifadə edir. X14 Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsilərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində Nazirlik tərəfindən xx.xx.2020-ci il tarixində ünvan 7 ünvanında 36 nömrəli üçotaqlı mənzillə təmin edilmişdir. “Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi” haqqında xx.xx.2020-ci il tarixli aktla ünvan 4 ünvanında yerləşən mənzil X11 təhvil verilmişdir. X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzilə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən X7 ölməsi ilə bağlı kirayə müqaviləsinə xitam verilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və Cəfərli X13 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, 46/20A ünvanında yerləşən 36 saylı mənzildə pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikasını Nazirlər Kabinmetinin 27 noyabr 2019-cu il 459 saylı qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmə tərkibinin qənaətinə görə mübahisəli mənzilin üç otaqlı olması məhz uşaqların həmin mənzildə qeydiyyatda olması və həmin uşaqların X7 ailə üzvləri olması ilə bağlı olmuşdur. Bu da o qənaətə gəlməyə əsas verir ki, mübahisəli mənzil X11 3 otaqlı mənzil uşaqlar nəzərə alınmaqla verilmişdir. Məhkəmə tərkibinin qənaətinə görə, uşaqların da mübahisəli mənzilə dair əvəzsiz daimi istifadə hüququ mövcuddur. Bu da onu deməyə əsas verir ki, iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları vardır. Bundan başqa məhkəmə iclasında iştirak edən apellyasiya icraatı zamanı 3-cü şəxs kimi cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Sərəncamına əsasən Lənkəran şəhəri Şəhidlər xiyabanı 46A ünvanında yerləşən mənzil X11 müharibə əlili olduğu üçün verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 saylı qərarı əsasında sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kvadratmetr müəyyən edilmişdir. Həmin bu mənzil verilərkən mərhumun uşaqları da nəzərə alınmışdır. X14 vəfat etmiş olsa belə onunla mənzil kirayə müqaviləsinə xitam verilməmişdir. Çünki mübahisəli mənzil X11 iki uşağı nəzərə alınmaqla verilmişdir. Bu halda iddiaçılar Mülki Məcəllənin 157.8-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçıların tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi sözügedən qətnamədə X21la arasında bağlanılmış kredit müqaviləsində mənzilin alınmasından söhbət getmədiyini qeyd etmişdir. Lakin məhkəmə tərəflər arasında şahidlərin iştirakları ilə bağlanılmış borc müqaviləsinə istinad etməmişdir. Amma həmin müqavilədə açıq-aşkar göstərilmişdir ki, həmin 38.000 manat pul konkret olaraq sözügedən mənzilin alınması ilə bağlı tərəfindən Cəfər Cəfərova verilmiş və orada açıq aydın göstərilmişdir ki, qalan 17.000 manat pulu ödədiyi təqdirdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46, mənzil 36 da yerləşən mənzil onun mülkiyyətinə keçəcək. Məhkəmə tərkibi şikayətin bu dəlili ilə razılaşmır. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin hüquqi nəticəsi olaraq əmlak üzərində mülkiyyət hüququ bir subyektdən (satıcıdan) digər subyektə (alıcıya) keçir, yəni hüququn keçməsi baş verir. İş materiallarında isə tərəflər arasında mübahisəli mənzilə dair hər hansı bir alqı-satqı müqaviləsi mövcud deyildir. Cavabdehin apellyasiya şikayətinin dəlillərində istinad etdiyi müqavilə isə borc müqaviləsidir. Ona görə şikayət bu hissədə əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, borc müqaviləsinin Fors Mayor hallarını nəzərdə tutan 6.2-ci bəndində açıq aşkar göstərilmişdir ki, «Borc alan»ın həyatını itirdiyi təqdirdə həmin müqavilədə şahid qismində iştirak edən Cəfər Cəfərovun bacısı X10 borc alanın bütün öhdəliklərini üzərinə götürmüşdür. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd edilən müqavilənin 6.2-ci bəndindən görünür ki, «Borc alan»ın həyatını itirdiyi təqdirdə həmin müqavilədə şahid qismində iştirak edən Cəfər Cəfərovun bacısı X10 borc alanın bütün öhdəliklərini üzərinə götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən müqavilə üzrə Cəfər Cəfərovun uşaqları hər hansı bir öhdəlik götürməmişdirlər. Öhdəliyi götürən şəxs isə Cəfər Cəfərovun bacısı X10 olmuşdur. Məhkəmə tərkibinin qənaətinə görə yuxarıda qeyd edilən müqavilənin şərtləri X10 tərəfindən pozulmuşsa Cavabdeh özünə dəymiş ziyanla bağlı X5 qarşı məhkəmədə iddia qaldıra bilər. Şikayətin digər dəlili ondan ibarətdir ki, X21la iddiaçıların anası olan Qanuni nümayəndə arasında rəsmi nikah olmamışdır. Ceyran Tahirova və uşaqları ümumiyyətlə həmin mənzildə yaşamamışlar. Onların aralarında son illər heç bir münasibət olmamışdır. Ona görə də, məhkəmə bütün bunları, eləcə də həmin mənzilin hüquqmüəyyənedici sənədinin, yəni mülkiyyətə keçirilməsinə dair çıxarışın olmaması səbəbindən iddianı təmin etməməli idi. Məhkəmə tərkibi hesab edir ki, X21la iddiaçıların anası olan Qanuni nümayəndə arasında rəsmi nikahın olmaması, onların aralarında heç bir münasibətin olmaması, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçıların yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzilə dair daimi əvəzsiz istifadə hüququ vardır. Məhkəmə tərkibinin qənaətinə görə cavabdeh qanunsuz hərəkətləri ilə iddiaçıların mənzili üzərində qanunla qorunan əvəzsiz istifadə hüququnu pozur, məhdudlaşdırır. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. İddiaçıların əvəzsiz daimi istifadəsinə verilmiş mənzil üzərində cavabdehin hər hansı hüquqlara malik olmadığı halda, həmin mənzildən istifadə etməsi iddiaçıların mənzildən istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehin iddiaçılara məxsus mənzildən iddiaçıların faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı, cavabdeh həmin mənzildən çıxarılmalıdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, qarşılıqlı iddia birinci instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq geri qaytarılmışdır. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Apelyator Cavabdeh qarşılıqlı iddianın qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadını mübahisələndirməmişdir və onunla razılaşmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, işin bu halı Cavabdeh X21un borcu ilə bağlı onun vərəsələrinə qarşı yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də ofi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmiş, qəbul etdiyi qətnaməsi maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Lənkəran Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(049)-1787/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(049)-1787/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar