Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-21/2023 11.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X18 cavabdehlər X14, X27, X12, X15 və X19 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla, cavabdehlərin həmin torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: «torpaq sahəsinin qanunsuz istifadədən geri alınması» tələbi X37 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı X18, onun vəkili X10, cavabdehlər X20, X14, X12, X15 və onların vəkili X3 iştirakları ilə, İddiaçı X18 cavabdehlər X20, X14, X27, X12, X15 və X19 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla, cavabdehlərin həmin torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(041)-261/2020 saylı qətnaməsindən cavabdehlər X28, X20, X14 və X12 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X35 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayonunun Çölqubalı kəndi ərazisində yerləşən JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətdə olan 3,38 hektar torpaq sahəsinin cavabdehlər X14, X27, X12, X15 və X17 qanunsuz sahibliyindən geri alınmaqla, həmin torpaq sahəsində cavabdehlər X14, X27, X12, X29 tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin onların öz vəsaitləri hesabına sökülərək əmlakları ilə birlikdə torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddianın həcminin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin X20 tərəfindən qanunsuz zəbt edildiyini bildirib X13 iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 may tarixli 05 nömrəli qərarı ilə ailə başçısı kimi o, başda olmaqla 8 nəfərdən ibarət ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Kürdəmir rayonu, Çölqubalı kəndi ərazisindən 3,38 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə görə onlara JN 0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Dövlət aktına əsasən onun ailə üzvlərinə verilən torpaq sahəsindən bir müddət təyinatı üzrə istifadə edəndən sonra X7 sədri Qədim Məmmədov mülkiyyətində olan torpaq sahəsinin ona məxsus olmadığını və həmin torpaq sahəsini Çölqubalı bələdiyyəsinin qərarı ilə ayrı-ayrı vətəndaşlara, yəni cavabdehlər X14, X27, X12, X15, X19 və X16 Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi satmış və ona ailə üzvləri ilə birlikdə Çölqubalı bələdiyyəsinin mülkiyyətində olan və başqa ərazidə yerləşən torpaq sahəsi ilə əvəzləşdirib 2,66 hektar pay torpaq sahəsi verildiyini bildirmiş və hətta bu barədə ona heç bir məlumatı olmadan və ona heç bir məlumat verilmədən saxta tərtib edilmiş sənədlər təqdim etmişdir. O, keçmiş Bələdiyyə sədri Qədim Məmmədovla razılaşmamış və bununla bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də bu günə kimi mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməmişdir. Cavabdehlər X14, X27, X12 və X15 hazırda onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 hektar torpaq sahəsini qanunsuz zəbt edərək həmin torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikmiş, hansı ki, Qanunvericiliyin tələbinə görə pay torpaq sahəsində ancaq yüngül konstruksiyalı tikinti işləri aparıla bilər. Cavabdeh X28 və X20 isə mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini qanunsuz zəbt edərək orada yonca bitkisi əkib becərməklə məhsul əldə edirlər. O, uzun müddət aidiyyəti orqanlara müraciət edib heç bir müsbət nəticə əldə etmədiyinə görə X7 sədri Qədim Məmmədovun ona verdiyi saxta sənədləri araşdırmaq üçün DƏDRX-nin 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Orada ona X7 sədri Qədim Məmmədov tərəfindən verilən Kürdəmir rayonu Çölqubalı bələdiyyə torpaqlarının yerquruluşu planından çıxarışın saxta tərtib edildiyini və ona pay torpağı əvəzi kimi verilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin örüş sahəsi kimi DƏDRX-nin sistemində olduğunu və çıxarışdakı DT və XK-nin Kürdəmir rayon şöbəsinin müdiri G.Əsədovun və çıxarışı tərtib edən A.Allahverdiyevin imzalarının olmadığını bildirmişlər. Həmçinin həmin sənədlər heç bir dövlət orqanında qeydiyyata alınmayıb. Buradan o, belə bir nəticəyə gəlmişdir ki, X7 sədri onun mülkiyyətində olan torpaq sahəsini hansı saxtakarlıqla satıbsa ona pay torpaq sahəsi əvəzi olaraq veriləcək pay torpaq sahəsinin də sənədlərini həmin qayda ilə saxtalaşdırıb. Çölqubalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 8 saylı qərarına əsasən ona və ailə üzvlərinə verilən 2,66 hektar pay torpaq sahəsinin kəndin başqa ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə dəyişdirilməsi qərara alınsa da əvəzlənməsi nəzərdə tutulan torpaq sahəsi də ümumi istifadədə olan örüş sahəsi olduğuna görə torpaqların dəyişdirilməsi mümkün olmamışdır. Bundan sonra o, Dövlət aktına əsasən mülkiyyətlərində olan torpaq sahəsinin ona və ailəsinə qaytarılmasında ona kömək etmək üçün şəxsən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İ müavininin qəbulunda olmuş və İ müavin də ona keçmiş bələdiyyə sədri Qədim Məmmədovun pay torpağını əvəzləmə yolu ilə ona və ailə üzvlərinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin həqiqətən də örüş sahəsi olduğunu bildirmiş və ona mülkiyyətlərində olan torpaq sahəsinin tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Cavabdehlər X14, X27, X12, X15, X28 və X20 tərəfindən qanuni mülkiyyətlərində olan 3,38 hektar pay torpaq sahəsini qanunsuz olaraq zəbt edib həmin torpaq sahəsində yaşayış evi və əkin əkmələri nəticəsində o, ailə üzvləri ilə birlikdə uzun müddətdirki pay torpaq sahəsindən istifadə edə bilmirlər. Həmçinin cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt edib istifadə etməklə yanaşı həmin torpaq sahəsində fərdi yaşayış evi tikməklə onlara xeyli miqdarda maddi ziyan vurur və həmin torpaq sahəsinin özlərinə məxsus olmasını bildirib mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmələrinə imkan verməyəcəklərini bildirdiklərinə görə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar. Cavabdehlərin hər birinin ayrıayrılıqda mülkiyyətlərində pay torpaq sahələri var. Ona görə də Kürdəmir rayonunun Çölqubalı kəndi ərazisində yerləşən JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətlərində olan 3,38 hektar torpaq sahəsinin cavabdehlər X14, X27, X12, X15, X28 və X13 qanunsuz sahibliyindən geri alınmaqla, həmin torpaq sahəsində cavabdehlər X14, X27, X12, X15 tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin və digər tikililərin onların öz vəsaitləri hesabına sökülərək əmlakları ilə birlikdə toraq sahəsindən məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X14 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2007-ci ilin əvvəllərində Kürdəmir rayonunun keçmiş Çölqubalı Bələdiyyəsinə müraciət edib ona əkin əkmək üçün torpaq sahəsi verilməsini xahiş etmişdir. Çölqubalı Bələdiyyəsi onun müraciətini nəzərə alaraq özünün xx.xx.2007-ci il tarixli, 1 nömrəli iclasının qərarı ilə Çölqubalı kəndi ərazisindən ona əkin məqsədi ilə 25 il müddətinə 0,40 hektar torpaq sahəsi vermişdir. Bundan sonra o, xx.xx.2007-ci il tarixdə Çölqubalı bələdiyyəsi ilə 1 saylı Torpaq icarəsi müqaviləsi bağlayıb əkin üçün ona verilən torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. Fərdi yaşayış evi olmadığına görə X1 icarəyə götürdüyü 0,40 hektar torpaq sahəsində fərdi yaşayış evi tikmiş və hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Torpaq sahəsi Bələddiyyə tərəfindən ona veriləndə həmin torpaq sahəsinin X18 torpaq sahəsi olduğunu bildirmiş, lakin Çölqubalı Bələdiyyəsinin sədri X5 Oktayın mülkiyyətində olan torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirib ona başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirmişdir. Onun başqa yerdə yaşayış evi yoxdur və o, hazırda yaşadığı evdən çıxmayacağını bildirib iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X27 iddia tələbini qəbul etməyərək göstərdi ki, 2007-ci ildə Çölqubalı bələdiyyəsinə müraciət edərək əkin məqsədi ilə Çölqubalı kəndinin ərazisindən icarəyə torpaq sahəsi götürmüş və hazırda həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir. Torpaq sahəsi ona icarəyə veriləndə həmin torpaq sahəsinin X23 məxsus olmasını bilməmişdir. İcarəsində olan torpaq sahəsində müəyyən tikililər tikmiş və onun həmin torpaq sahəsindən çıxması mümkün deyil. Torpaq sahəsi Bələdiyyə tərəfindən ona veriləndə həmin torpaq sahəsinin X18 torpaq sahəsi olduğunu bildirmiş, lakin Çölqubalı Bələdiyyəsinin sədri X6 Oktayın mülkiyyətində olan torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirib ona başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X12 da X27 ilə eyni məzmunda izahat verib iddianı qəbul etmədiyini bildirdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X15 iddianı qəbul etməyərək göstərdi ki, 2006-ci ildə Kürdəmir rayonunun keçmiş Çölqubalı Bələdiyyəsinə müraciət edib ona əkin əkmək üçün torpaq sahəsi verilməsini xahiş etmişdir. Çölqubalı Bələdiyyəsi onun müraciətini nəzərə alaraq özünün xx.xx.2006-cı il tarixli, 1 nömrəli iclasının qərarı ilə Çölqubalı kəndi ərazisindən ona əkin məqsədi ilə 25 il müddətinə 0,50 hektar torpaq sahəsi vermişdir. Bundan sonra o, xx.xx.2006-cı il tarixdə Çölqubalı bələdiyyəsi ilə 1 saylı Torpaq icarəsi müqaviləsi bağlayıb əkin üçün ona verilən torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. X1 icarəyə götürdüyü 0,50 hektar torpaq sahəsində fərdi yaşayış evi tikmiş və hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Torpaq sahəsi Bələdiyyə tərəfindən ona veriləndə həmin torpaq sahəsinin X18 torpaq sahəsi olduğunu bildirmiş və həmin torpaq sahəsinin şoran olmaqla əkinə yararsız olduğuna görə Əliyev Oktay həmin torpaq sahəsindən imtina etdiyinə Çölqubalı Bələdiyyəsinin sədri X6 Oktayın mülkiyyətində olan torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirib ona başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirmişdir. Onun başqa yerdə yaşayış evi yoxdur və o, hazırda yaşadığı evdən çıxmayacağını bildirib iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X28 iddianı qəbul etməyərək göstərmişdir ki, 2007-ci ildə keçmiş Çölqubalı Bələdiyyəsinə ərizə ilə müraciət edib ona Bələdiyyə mülkiyyətindən icarəyə torpaq sahəsi verilmiəsini xahiş etmişdir. Çölqubalı Bələdiyyəsi onun müracitəni nəzərə alıb ona X18 imtina etdiyi pay torpaq sahəsindən icarəyə torpaq sahəsi vermişdir. X7 sədri X6 Oktayın mülkiyyətində olan torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirib ona başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirmişdir. Sölqubalı Bələdiyyəsi tərəfindən ona verilən torpaq sahəsi hazırda onun icarəsində olmaqla, torpaq sahəsində əkin işləri ilə məşğul olur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X20 iddianı qəbul etməyərək göstərdi ki, oğlu Zeynalov Anar 2007-ci ildə keçmiş Çölqubalı Bələdiyyəsinə ərizə ilə müraciət edib ev tikməsi üçün ona həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəsinə 0,50 hektar torpaq sahəsi verilməsini xahiş etmişdir. X2 müracitəni nəzərə alıb ona X18 imtina etdiyi pay torpaq sahəsindən ev tikmək üçün həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün icarəsinə 0,50 hektar torpaq sahəsi vermişdir. X7 sədri X6 Oktayın mülkiyyətində olan torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirib ona başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirmişdir. Çölqubalı Bələdiyyəsi tərəfindən oğlu Anara həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilən torpaq sahəsi əkinə yararsız olduğı üçün Anar həmin torpaq sahəsini sonradan istəmədiyinə görə hazırda həmin torpaq sahəsindən özü istifadə edir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində üçüncü şəxslər Kürdəmir rayon Ərəbqubalı Bələdiyyəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlakının İdarə edilməsi xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(041)-261/2020 saylı qətnaməsi ilə (sədrlik edən M.Bayramov) iddia tələbi təmin edilərək iddiaçı X35 və onun ailə üzvlərinə JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş və Kürdəmir rayonunun Çölqubalı kəndi ərazisində yerləşən 3,38 hektar torpaq sahəsi cavabdehlər X14, X27, X12, X15, X28 və X13 qanunsuz sahibliyindən geri alınsın, həmin torpaq sahəsində cavabdehlər X14, X27, X12, X15, X30 və X20 tərəfindən inşa edilmiş fərdi yaşayış evləri və digər tikililər cavabdehlərin öz vəsaitləri hesabına sökülərək əmlakları ilə birlikdə həmin toraq sahəsindən məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması, cavabdehlər X14, X27, X12, X15, X28 və X11 müştərək qaydada 495,80 (dörd yüz doxsan beş manat səksən qəpik manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kapital Bank ASC-nin Xətai filialında olan kod 200071, VÖEN **********, kod SWİFT AİİBAZ2X, Mühbir hesab AZ37NABZ**********0000001944, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, hesab AZ23AİİB********************, VÖEN ********** nömrəli hesaba keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər X28, X20, X14 və X12 tərəfindən birgə apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(041)- 261/2020 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X35 onlara qarşı Kürdəmir Rayon Məhkəməsində torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmaları, torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmışdır. Kürdəmir Rayon Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə xx.xx.2020-ci il tarixdə mülki işə baxılaraq iddiaçının iddiası tam həcmdə təmin edilmişdir. Belə ki, iddiaçının iddia tələbi təmin edilərək onların- cavabdehlərin çəkdiyi 13 illik zəhmət hədər getmişdir. Kürdəmir rayonunda İslahat aparılarkən həmin mübahisəli torpaq sahəsi pay torpağı kimi iddiaçı X23 və ailə üzvülərinə verilmişdir. Verilmiş pay torpağı yararsız olduğu üçün Əliyev Oktay həmin pay torpağından imtina etmiş və bunun əvəzində kənd bələdiyyəsi Əliyev Oktaya pay torpağı əvəzində kənd ərazisindən torpağ sahəsi vermişdir. Əliyev Oktay ona və ailə üzvülərinə verilmiş pay torpaq sahəsi istifadəsiz qalmışdır. Kənd bələdiyyə sədri ona başqa bir yerdən bələdiyyənin ehtiyyat fondundan torpaq sahəsi verib pay torpaq sahəsi ilə əvəzləşdirdiyi üçün kənd bələdiyyəsi Oktay Əliyevə verilmiş pay torpaq sahəsini 2007-ci ildə bir neçə kənd sakinlərinə həyətyanı torpaq sahəsi kimi vermişdir. O, cümlədən həmin sahədən də bələdiyyə onara müqavilə əsasında həyətyanı torpaq sahəsi vermişdir. Onlar həmin torpaq sahəsindən özünün həyətyanı sahəsi kimi istifadə etməyə baslamışlar. Həmin torpaq sahəsi yararsız torpaq sahəsi olduğu üçün 13 il ərzində onlar həmin torpağı əkin üçün yararlı vəziyyətə gətirmiş, orada ağac əkib bağ salmışlar. Íddiaçı isə ona pay torpağının əvəzində verilmiş torpaq sahəsini istifadə edir. Hakim məhkəmə iclasında bu halları araşdırmadan iddiaçının xeyrinə qətnamə qəbul edir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehlər X20, X14 və X12, onların və cavabdeh X17 vəkili apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunanların məzmunu ilə oxşar olan eyni məzmunda izahat verərək apellyasiya şikayətlərinin təmin olunmasını, iddianın rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdeh X15 da digər cavabdehlərin izahatına oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırıb, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etsə iş üzrə düzgün hüququi nəticəyə gəlməmişdir ki, bu da qətnamənin dəyişdirilməsi üçün əsasdır. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin xx.xx.2020ci il tarixli, 07/102 nömrəli mütəxəssis rəyindən görünür ki, Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X18 mülkiyyətinə vnrilmiş 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi elektron məlumat bazasında mövcuddur və həmin torpaq sahəsinin 0,41 ha hissəsi X14 tərəfindən, 0,36 ha hissəsi cavabdeh X27 tərəfindən, 0,88 ha hissəsi cavabdeh X12 tərəfindən, 0,24 ha hissəsi cavabdeh X15 tərəfindən, 0,24 ha hissəsi cavabdeh X28 tərəfindən və 0,52 ha hissəsi isə X20 tərəfindən naturada istifadə edilir. Həmin torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyil. Tərəflərin iştirakı ilə JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində iddiaçı X18 mülkiyyətinə verilmiş İİ hissəli 3,38 ha pay torpaq sahəsinin 1K nömrəli çevrəsində göstərilmiş mübahisəli 2,66 ha pay torpaq sahəsində çöl ölçü işləri aparıldı. Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində yerləşən iddiaçı X18 mülkiyyətində olan (JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı) 3,38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada cavabdehlər tərəfindən istifadə edilir. İddia işi üzrə təqdim edilmiş sənədlərdə cavabdehlər X14, X27, X12, X15 və X19 Kürdəmir rayonu keçmiş Çölqubalı Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahələrinə aid hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından üst-üstə düşməni müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli, 07/102 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-0001 (Kod 9********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçı X18 mülkiyyətinə verilmiş 1 K saylı çevrədə göstərilən 2.66 ha torpaq sahəsi ilə naturada olan torpaq istifadəçiliyi arasında uyğunsuzluq mövcuddur. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1185 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 16 saylı Ucar Ərazi İdarəsinin 01 mart 2023-cü il tarixli 3-21-3-36/2-758/2023 nömrəli mütəxəssis rəyinə əsasən, JN-001 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçı X35 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.38 ha torpaq sahəsi elektron bazda təqdim olunan AzCad məlumatlarında JN-1K (2.66 ha) hissəsi Çölqubalı kəndi ərazisində və JN - 1V (0.72 ha/0.67 ha) hissəsi Ərəbqubalı kəndi ərazisində tədbit edilərək göstərilmişdir. "Kürdəmir rayonu Əzizbəyov adina təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi"ndə göstərilən, JN-001 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə iddiaçı X35 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha (2,66 ha, 0,72 ha) torpaq sahəsi ilə iddiaçı və cavabdehlərin naturada göstərdikləri torpaq sahələri arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri olduğu üçün mütəxəssis tərəfindən islahat layihəsinə uyğun araşdırma aparılması mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, X25 ilə Çölqubalı bələdiyyəsi arasında 12 yanvar 2007-ci il tarixli torpaq icarə müqaviləsi ilə icarəsində olan 0,50 ha torpaq sahəsinin koordinatlar əks olunan sxemi təqdim olunmadığı üçün iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən, X28 ilə Çölqubalı bələdiyyəsi arasında 12 yanvar 2007-ci il tarixli torpaq icarə müqaviləsi ilə icarəsində olan 0,50 ha torpaq sahəsinin koordinatlar əks olunan sxemi təqdim olunmadıği üçün iddiaçı və ailəüzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadi. Mütəxəssis rəyinə əsasən, X29 ilə Çölqubalı bələdiyyəsi arasında 12 yanvar 2007-ci il tarixli torpaq icarə müqaviləsi ilə icarəsində olan 0,50 ha torpaq sahəsinin koordinatlar əks olunan sxemi təqdim olunmadığı üçün iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən, JN-001 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti" ilə iddiaçı X35 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha torpaq sahəsi elektron bazada təqdim olunan AzCad məlumatlarinda JN-1K (2,66 ha) hissəsi Çölqubali kəndi ərazisində və JN-1V (0,72 ha/0,67 ha) hissəsi Ərəbqubalı kəndi ərazisində təsbit edilərək göstərilmişdir və cavabdehin baxış zamani naturada göstərdikləri torpaq sahələri ilə üstüstə düşmür. Əlavə olaraq bildiririk ki, JN-001 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçı X35 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha torpaq sahəsi elektro bazada təqdim olunan AzCad məlumatlarında JN-1K hissəsi 0,67 ha olaraq göstərilmişdir. Ekspertiza xərci 50 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki halları düzgün müəyyən edilsə və maddi hüquq normalarının düzgün tətbiq edilsə də mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla cavabdehlərin apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə dəyişdirilməlidir. Göründüyü kimi qeyd edilən mübahisəli torpaq sahəsi JN-001 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti" ilə iddiaçı X35 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin ölçüləri mütəxəssizlər tərəfindən yerində müəyyən edilmişdir. İddiaçının Kürdəmir rayonunun Çölqubalı kəndində mülkiyyətində 2.66 ha və Ərəbqubalı kəndində 0.67 ha kənd təsərrüfat təyinatlı torpağının olması işin mübahisəsiz halıdır. Cavabdehlərin isə qeyd edilən ərazidə mülkiyyətlərində hər hansı torpaq sahələrinin olmasına dair hər hansı mülkiyyət sənədi yoxdur. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilən icarə müqaviləsi isə qanuni deyildir. Çünki həmin torpaq sahələri cavabdehlərə verilərkən yerində təhkim aktları verilməmişdir. Ümumiyyətlə cavabdehlərə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin müəyyən bir hissəsinin icarəyə verilməsi qanunsuz olmuşdur. Cavabdehlər özləri məhkəmə iclasında bildirmişlər ki, qeyd edilən mübahisəli ərazidə onlara icarəyə torpaq ayrılarkən həmin ərazinin iddiaçıya məxsus olmasını bilmişlər. Həmçinin etiraf etmişlər ki, həmin ərazidə bağ salmış və evlər tikmişlər. Lakin məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsində bağ salınması müəyyən olunsa da onlardan yalnız X12 və X14 tərəfindən həmçinin ev də inşa edilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, JN-0001 KOD 90602028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən iddiaçı X35 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla, Kürdəmir rayonu, Çölqubalı kəndində yerləşən 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 2.66 ha hissəsinin 0.88 ha hissəsi X12, 0.24 ha hissəsi X15, 0.36 ha hissəsi X27, 0.41 ha hissəsi X14, 0.52 ha hissəsi X20 və 0.24 ha hissəsi X28 tərəfindən faktiki olaraq istifadə edilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı belə hesab edir ki, iş üzrə ekspertiza xərci 50 manat cavabdehlərdən müştərək qaydada alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Bütün şərh olunanlar əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdehlər cavabdehlər X28, X20, X14 və X12 tərəfindən verilmiş birgə apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(041)- 261/2020 saylı qətnaməsi dəyişdirilərək JN-0001 KOD 90602028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən iddiaçı X35 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla, Kürdəmir rayonu, Çölqubalı kəndində yerləşən 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 2.66 ha hissəsinin zəbt olunmuş 0.88 ha hissəsindən cavabdeh X12 inşa etdiyi tikililər sökülməklə, 0.24 ha hissəsindən X15, 0.36 ha hissəsindən X27, 0.41 ha hissəsindən X14 inşa etdiyi tikililər sökülməklə, 0.52 ha hissəsindən X20, 0.24 ha hissəsindən X28 çıxarılmalı, cavabdehlər tərəfindən iddiaçı X18 mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehlər cavabdehlər X28, X20, X14 və X12 tərəfindən verilmiş birgə apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(041)-261/2020 saylı qətnaməsi dəyişdirilsin. JN-0001 KOD 90602028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən iddiaçı X35 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla, Kürdəmir rayonu, Çölqubalı kəndində yerləşən 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 2.66 ha hissəsinin zəbt olunmuş 0.88 ha hissəsindən cavabdeh X12 inşa etdiyi tikililər sökülməklə, 0.24 ha hissəsindən X15, 0.36 ha hissəsindən X27, 0.41 ha hissəsindən X14 inşa etdiyi tikililər sökülməklə, 0.52 ha hissəsindən X20, 0.24 ha hissəsindən X28 çıxarılsınlar, cavabdehlər tərəfindən iddiaçı X18 mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsinə yaradılan maneələr aradan qaldırılsın. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X8, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-21/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-21/2023
11.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver