Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-216/2024 15.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Rufullayev Əflatun Yədulla oğluna, Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Açar sözlər : qeyri-yaşayış sahəsindən çıxarılma X12 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X10 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin (hakim Ağarza Səmədov) 06 oktyabr 2023-cü il tarixli, 2(057)-1474/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh1, Rufullayev Əflatun Yədulla oğlu, Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən xx.xx.2010-cu il tarixli, 3264 nömrəli Dövlət Əmlakının Reyestrindən Çıxarışda qeyd edilən 900 (doqquz yüz) kv.m sahəsi bəzi vətəndaşlar tərəfindən mənimsənilməsinin qarşısının alınması, zəbt edilmiş dövlət əmlakının öz hesabına boşadılması və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər vətəndaşların məskunlaşdığı əraziləri boşaltmağına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanunsuz məskunlaşma, dövlət əmlakının mənimsənilməsi və torpaq sahəsinin zəbt edilməsi faktlarının araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin əmrinə əsasən Hidrometeorologiya Xidməti əməkdaşları tərəfindən Aran X2 (ARHM) X3 baxış keçirilmişdir. Əraziyə baxış zamanı müəyyən olmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan Salyan HMS-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən xx/xx/2010-cu il tarixi 3264 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda qeyd edilən ***-*******9 reyestr nömrəli ev-idarə binasının bir hissəsi və binanın yerləşdiyi ərazidə olan Dövlət Reyestrində ***-*******5 reyestr nömrəli 900 (doqquz yüz) kv.m torpaq sahəsinin bir hissəsi Cavabdeh1 Əhadağa qızı, Cavabdeh2 Yadulla oğlu, Cavabdeh3 və digər şəxslər tərəfindən qeyri-qanuni istifadə olunur. Ev-idarə binasının yarı hissəsi vətəndaş Cavabdeh1, digər hissəsi isə Cavabdeh2 Yadulla oğlu tərəfindən zəbt edilmişdir. Salyan HMS-ın torpaq sahəsi isə Cavabdeh3 və şəxsiyyəti müəyyən edilə bilməyən digər vətəndaşlar tərəfindən zəbt edilərək müxtəlif məqsədlər üçün istifadə edilir. Torpaq sahəsinin yerləşdiyi ərazidə vətəndaşlar Cavabdeh1 və Cavabdeh2 Yadulla oğlu tərəfindən qeyri-qanuni tikililər inşa edilmiş, müxtəlif ağac və gül kolları əkilmişdir. Cavabdeh1 tərəfindən onun istifadəsində olan sahənin bir hissəsi ev quşlarının saxlandığı hin kimi istifadə olunur. Digər vətəndaş Cavabdeh2 inzibati binanı bölərək yola ayrıca çıxışı olan qapı açmış, həyətdə əlavə olaraq qanunsuz tikililər inşa etmişdir. Mövcud inzibati binanın ərazisində olan torpaq sahəsi ayrı-ayrı şəxslər tərəfindən faktiki olaraq istifadə edilir. Baxış zamanı müəyyən edilmişdir ki, Salyan HMS-in rəhbərliyinin və işçilərinin inzibati binada onlar üçün nəzərdə tutulmuş otaqlardan istifadələrinə vətəndaşlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhdudiyyət qoyulmuşdur. Belə ki, Salyan HMS-in işçilər inzibati binasından faktiki olaraq istifadə edə bilmirlər və yuxarıda adları qeyd olunan şəxslər tərəfindən əraziyə buraxmırlar. Salyan HMS-in işçiləri Kənd Təsərrüfatı Nazirliyinin X5 inzibati binasında şəraitsiz vəziyyətdə iş fəaliyyətlərinə davam edirlər. Qanun pozuntuları aşkar edilmiş Aran RHM-nin Salyan HMS-nin strateji əhəmiyyəti və beynəlxalq ötürücülüyə malik obyekt olmasına baxmayaraq, stansiyanın mövcud yerləşdiyf ərazidə texniki şərtlər kobud şəkildə pozulmuş və işçilərin normal iş şəraitinə davam etmələrində məhdudiyyətlər yaranmışdır. Salyan HMS-in ev-binası Cavabdeh1, Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh3 və şəxsiyyəti müəyyən edilə bilməyən digər vətəndaşlar tərəfindən zəbt edilmiş, həmin ərazidə dövlət əmlakından qanunsuz istifadə hal mövcuddur. X1suz zəbt olunmuş ev-idarə binası və onların yerləşdiyi torpaq sahəsinin boşaldılması ilə bağlı Xidmət tərəfindən vətəndaşlar Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 20/99-354 və 20/99-355 nömrəli, məktublar ünvanlanmışdır. Qanunsuz məskunlaşmış vətəndaşlar ilə söhbətlər aparılmış və Cavabdeh2 Yadulla oğlu xx.xx.2023-cü il tarixində izahat yazaraq bildirmişdir ki, qanunsuz yaşadığı Milli Hidrometeorologiya Xidmətinin balansında olan inzibati binanı tərk edəcəyini bildirmişdir. Aran RHM-nin Salyan HMS-nin yerləşdiyi əraziyə baxış zamanı aşkar edilmiş kobud qanun pozuntularını nəzarə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Mili Hidrometeorologiya Xidməti məhkəməyə müraciət etmək və bu qanun pozuntularını qanun çərçivəsində həll etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iştirak edən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, Cavabdeh1 həmin binanın bir hissəindən öz ailə üzvləri ilə istifadə etdiyini, Cavabdeh2 binanın digər hissəsindən istifadə etdiyini, Cavabdeh3 isə yalnız torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. Verilmiş iddianın əsaslı olduğunu qeyd edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında, yoldaşının vəfat etdiyini, 3 övladı və 2 nəvəsi ilə birgə yaşadığını, 1980-ci il tarixindən həmin binada məskunlaşdığını, həmçinin digər Cavabdeh2 da, 1980-ci il tarixindən onunla eyni binada yaşadığını, getməyə yerinin olmadığını, bu səbəbdən iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birinci instansiya məhkəməsində iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(057)-1474/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Salyan şəhəri, İ.Quliyev küçəsi, 33 A yeni qaydalarla AZ 5202 Salyan şəhəri, İ.Quliyev küçəsi, giriş 162-də yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin qeyri-yaşayış binasından (ARAN X2 X7) Cavabdeh1 və Cavabdeh2 çıxarılması və qeyd edilən qeyri-yaşayış sahəsinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə rədd edilməsini və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanmış və bildirmişdir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından çıxmamaqla mülkiyyətçinin həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Lakin məhkəmə cavabdehlərin həmin qeyri-yaşayış binasında məskunlaşmağının, həmin yer üzrə qeydiyyata alınmağının hüquqi əsası barədə araşdırma aparmamış, ünvanlar arasında müxtəliflik məsələsinə qiymət verməmişdir. Həmçinin məhkəmə araşdırmamışdır ki, cavabdehlər tərəfindən mübahisəli qeyri-yaşayış binasında hansı yaxşılaşdırmalar edilmiş, nə kimi təmir tikinti, abadlaşdırma və yenidənqurma işləri həyata keçirilmişdir. Halbuki iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi cavabdeh uzun illərdir orada məskunlaşıb yaşadığı üçün orada müxtəlif təmir tikinti, abadlaşdırma və yenidənqurma işləri həyata keçirmişdir. Hazırkı halda cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinin təmirinə, abadlaşdırılmasına, yenidənqurmaların tikintisinə sərf olunmuş materialların, təmir üçün ödədiyi xidmət haqqının sahibi idi, həmin tikintiyə və təmirə çəkilmiş xərc, vəsait, istifadə olunan əmlak ona məxsus idi və bütün bunlar Cavabdeh1 üçün iqtisadi maraq kəsb etmirdi. Bu səbəbdən hesab edirlər ki, Cavabdeh1 ona qanuni əsaslarla ayrılmış qeyri-yaşayış binasında istifadə olunmuş tikinti materiallarının və həmin tikilidə istifadə olunan əmlakın mülkiyyətçisi olduğundan, ordan çıxarılarkən, ən azından həmin əmlakları götürmək hüququna malik olmuşdur. Ona belə şərait yaradılmadığı halda isə cavabdeh bu əmlakların dəyəri həcmində kompensasiya tələb etməkdə haqlı hesab edilə bilər. Cavabdeh ən azından 2005-ci il tarixdən həmin ünvanda qeydiyyatda olmaqla yaşayır və başqa yaşayış yeri yoxdur. Onun yaşayış sahəsinə həqiqətən ehtiyacı var. İddiaçı isə 2010-cu ildən hüquqlarını rəsmiləşdirsə də, cavabdehə qarşı hər hansı pretenziyası olmamışdır. Keçən 13 il ərzində iddiaçı cavabdehlərin orada yaşamasına etiraz etməməklə, dolayısıyla dözümlülük nümayiş etdirmişdir. Cavabdeh1 orada sosial mühit, habelə ailə mühiti və şəxsi təsərrüfat yaratmışdır. İddiaçı iddia etdiyi vaxta qədər cavabdeh özünün və ailəsinin, habelə təsərrüfatının elə həmin yerdə bu vaxta qədər cavabdeh özünün və ailəsinin, habelə təsərrüfatının elə həmin yerdə qalacağına ümid etmiş və ona heç kimin mane olmayacağına əmin olmuşdur. Çünki həmin vaxta qədər iddiaçı tərəfindən ona qarşı heç bir etiraz və sair xəbərdarlıq edilməmişdir. Bu dövr ərzində də Cavabdeh1 iddiaçının bu qaydada davranmasına güvənərək, orada öz həyat şəraitini qurmuşdur, vəsait xərcləmiş, həmin binanı daimi yaşayış yeri hesab edərək yaxşılaşdırmalar həyata keçirmişdir. Hazırda həm cavabdehi həmin binadan çıxarmaq, həm də etdiyi yaxşılaşdırmaların əvəzində heç bir kompensasiya müəyyən etməmək cavabdehə münasibətdə çox ədalətsiz mövqedir. Məhkəmə tədqiq olunmamış sübutlara əsaslanaraq qətnamə qəbul edib. Birinci instansiya məhkəməsi tərəfindən işin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz verilmişdir. Etirazda bildirilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti, balansında olan Salyan HMS-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən xx/xx/2010-cu il tarixli 3264 nömrəli Daşınmaz Əmlakın Dövlət Registrindən çıxarışda qeyd edilən ***-*******9 registr nömrəli evidarə binasının bir hissəsi və binanın yerləşdiyi ərazidə olan Dövlət Registrində ***-*******5 registr nömrəli 900 (doqquz yüz) kv.m torpaq sahəsinin bir hissəsi Cavabdeh1 tərəfindən qeyri-qanuni istifadə olunur. Cavabdehin şikayətində qeyd etdiyi məsələlərə aydınlıq gətirərək bildirmişlər ki, Salyan rayon ZDS İcraiyyə Komitəsinin qərarı ilə 1964-cü ildə Salyan kolxoz-sovxoz istehsalat idarəsinin metroloji stansiyasının quraşdırılması üçün torpaq sahəsi ayrılmışdır. Metroloji stansiya və torpaq sahəsi 1992-ci il tarixində Milli Hidrometeorologiya Komitəsinin, 2001-ci il tarixindən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansına keçmişdir. Cavabdeh1 xx.xx.2005-ci il tarixindən həmin ev-idarə binasında yaşamasının səbəbi isə mərhum yoldaşı X9 xx.xx.1974-cü ildən 2014-cü ilə qədər Salyan HMS-də müxtəlif vəzifələrdə işləməsi, daha sonra isə həmin stansiyanın rəisi vəzifəsində çalışması olmuşdur. İşlədiyi müddət ərzində mərhum Ağayev Rafiqin və ailə üzvlərinin yaşamağa yerləri olmadığı və iş yerinə yaxın olmaq üçün stansiyanın ərazisində yerləşən inzibati binanın bir otağında müvəqqəti yaşamalarına icazə verilmişdir. Bu onların inzibati binanı zəbt etməsinə və orada qeyri-qanuni tikililər inşa etməsinə əsas verə bilməz. Cavabdeh1 qeyri-qanuni tikililər inşa etmiş, özbaşına müxtəlif ağac və gül kolları əkmiş və istifadəsində olan sahədən ev quşları saxlamaq üçün hin kimi istifadə edir. Salyan HMS-nın rəhbərliyi və işçiləri üçün nəzərdə tutulmuş inzibati binanın otaqlarından istifadəyə məhdudiyyət qoyulmuşdur. Salyan HMS-in işçiləri Kənd Təsərrüfatı Nazirliyinin Salyan Aqrokimya- Laboratoriyasının inzibati binasında şəraitsiz vəziyyətdə iş fəaliyyətlərinə davam edirlər. Qanun pozuntuları aşkar edilmiş Aran RHM-in Salyan HMS-nin strateji əhəmiyyətli və beynəlxalq ötürücülüyə malik obyekt olmasına baxmayaraq, stansiyanın mövcud yerləşdiyi ərazidə texniki şərtlər kobud şəkildə pozulmuş və işçilərin normal iş şəraitinə davam etmələrində məhdudiyyətlər yaranması göstərilmişdir. Sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh1 əlavə olaraq göstərmişdir ki, 1969-cu ildən həmin bina-evdə yaşayırlar. İddiaçı əmlakı öz adına reyestrdə qeydiyyata aldırdığı 2010-cu ildən sonra 13 il ərizndə də onların orada yaşamasına etiraz etməmişdir. İddiaçının əməkdaşları yaxınlıqda olan Kənd Təsərrüfatı Nazirliyinin Salyan Aqrokimya-Laboratoriyasının inzibati binasında fəaliyyət göstərirlər. Həmçinin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, onlar iddiaçının 2010cu ildə almış olduğu çıxarışı İnzibati məhkəmədə mübahisələndirmək istəyirlər. Buna görə də məhkəmə iclasının təxirə salınaraq onlara belə bir iddia irəli sürmələrinə şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin də fikrini öyrənərək vəsatəti təmin etməmişdir. Cavabdeh3 bildirmişdir ki, həmin ərazidə bir otaqlı ev tikmiş və hazırda qızıgildə yaşayır. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə Cavabdeh2 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. MM-nin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını və məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 3264 saylı, 24 dekabr 2010-cu il tarixli Çıxarışdan və həmin xidmətin 13 saylı Şirvan Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli 809-1/9914 inventar nömrəli Texniki Pasportdan göründüyü kimi, Salyan şəhəri, İ.Quliyev küçəsi, 33A, yeni qaydalarla, AZ5202 ünvan 1 ünvanında yerləşən, **********58-06101 reyestr nömrəli qeyri-yaşayış binası iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin tam formada xüsusi mülkiyyətindədir. İddiaçı hazırda xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasından cavabdehlərin çıxarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, yaşayış binasından (ARAN X4 X7) Cavabdeh1 və Cavabdeh2 çıxarılması və qeyd edilən qeyri-yaşayış sahəsinin boşaldılmasını qət etmişdir. Qətnaməni Cavabdeh1 iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Müəyyən olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti, balansında olan Salyan HMS-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən xx/xx/2010-cu il tarixli 3264 nömrəli Daşınmaz Əmlakın Dövlət Registrindən çıxarışda qeyd edilən ***-*******9 reyestr nömrəli ev-idarə binasının bir hissəsi və binanın yerləşdiyi ərazidə olan Dövlət Reyestrində ***- *******5 registr nömrəli 900 (doqquz yüz) kv.m torpaq sahəsinin bir hissəsi Cavabdeh1 tərəfindən qeyri-qanuni istifadə olunur. Salyan rayon ZDS İcraiyyə Komitəsinin qərarı ilə 1964-cü ildə Salyan kolxoz-sovxoz istehsalat idarəsinin metroloji stansiyasının quraşdırılması üçün torpaq sahəsi ayrılmışdır. Metroloji stansiya və torpaq sahəsi 1992-ci il tarixində Milli Hidrometeorologiya Komitəsinin, 2001-ci il tarixindən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansına keçmişdir. Cavabdeh1 ev-idarə binasında yaşamasının səbəbi isə mərhum yoldaşı X9 xx.xx.1974-cü ildən 2014-cü ilə qədər Salyan HMS-də müxtəlif vəzifələrdə işləməsi, daha sonra isə həmin stansiyanın rəisi vəzifəsində çalışması olmuşdur. İşlədiyi müddət ərzində mərhum Ağayev Rafiqin və ailə üzvlərinin yaşamağa yerləri olmadığı və iş yerinə yaxın olmaq üçün stansiyanın ərazisində yerləşən inzibati binanın bir otağında müvəqqəti yaşamalarına icazə verilmişdir. Cavabdeh1 orada qeyri-qanuni tikililər inşa etmiş, özbaşına müxtəlif ağac və gül kolları əkmiş və istifadəsində olan sahədən ev quşları saxlamaq üçün hin kimi istifadə edir. Beləliklə də Salyan HMS-nın rəhbərliyi və işçiləri üçün nəzərdə tutulmuş inzibati binanın otaqlarından istifadəyə məhdudiyyət yaranmışdır. Salyan HMS-in işçiləri hazırda Kənd Təsərrüfatı Nazirliyinin Salyan Aqrokimya-Laboratoriyasının inzibati binasında şəraitsiz vəziyyətdə iş fəaliyyətlərinə davam edirlər. Salyan HMS-nin strateji əhəmiyyətli və beynəlxalq ötürücülüyə malik obyekt olmasına baxmayaraq, stansiyanın mövcud yerləşdiyi ərazidə texniki şərtlər kobud şəkildə pozulmuş və işçilərin normal iş şəraitinə davam etmələrində məhdudiyyətlər yaranmışdır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, həmin qeyri-yaşayış binasında yaxşılaşdırma işləri aparmışdır, həmçinin iddiaçı 13 il ərzində onu qeyri-yaşayış sahəsindən çıxarmamış, susmuşdur. Belə olan halda onun həmin qeyri-yaşayış sahəsindən çıxarılan zaman yaxşılaşdırma ilə bağlı əşyaları götürmək hüququ vardır. Yaxud da iddiaçı bunun əvəzində ona kompensasiya ödəməlidir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, Cavabdeh1 qeyriqanuni olaraq iddiaçıya məxsus bina-evdə məskunlaşmış özlərinin dediyi kimi 1969-cu ildən indiyədək orada yaşayırlar. Yəni qeyd edilən ev-bina Cavabdeh1 mülkiyyətində deyildir. Buna görə də ona iddiaçı tərəfindən konpensasiya verilməsindən söhbət gedə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdehin həmin mübahisəli binada yaxşılaşdırma işlərinin aparılması ilə bağlı hər hansı tələbi olmamış, buna görə də birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq bu məsələlərə hüquqi qiymət verilməmişdir. Həmçinin məhkəmə cavabdehin 2005-ci ildən qeyd edilən ev-binada pasport qeydiyyatına durmasına aydınlıq gətirilməməsi dəlilinə münasibətdə qeyd edir ki, pasport qeydiyyatında durma əmlaka sahib olmanı ehtiva etmir və bu əmlakın onun mülkiyyətində olması demək deyildir. Cavabdehin həmin mübahisəli qeyri-yaşayış binasında pasport qeydiyyatına düşməsi özü belə qanunsuz olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, işin müəyyən olunan halları ilə cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan qeyri-yaşayış sahəsindən mülkiyyətçinin razılığı olmadan istifadə edir və mülkiyyətçinin tələbi ilə qeyriyaşayış sahəsini boşaltmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(057)-1474/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-216/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-216/2024
15.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver