Məhkəmə qərarları › İş №2(106)-219/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-219/2023

07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-219/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X5 ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil X2, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(071)-710/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(071)-710/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vahid Hacıyev) İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı ilə Cavabdeh faktiki nikahından doğulmuş övladı xx.xx.2018-ci il təvəllüdlü X7 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməsi, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin uşaq anaya faktiki təhvil verildiyi vaxtdan hesablanması, ödənilmiş 50 manat məbləğdə dövlət rüsumunun iddiaçıya aid edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh Həsənov X10 Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(071)- 710/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə ilə müraciət edərək İddiaçı ilə aralarında 09 sentyabr 2018-ci il təvəllüdlü X1 ilə əlaqədar razılığa gəldiklərini və buna görə də, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil X8 Cavabdeh izahatında göstərilənləri təsdiq etdiyini bildirmişdir. İddiaçı apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 369.1 və 369.2-ci maddələrinin tələblərinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Cavabdeh apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsi olmaqla təzyiq altında qəbul edilməmişdir. Həmin imtina onun nümayəndəsi vəkil X2 iştirakı ilə baş vermişdir. Buna görə də, Cavabdeh apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, onun hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. MPM-in 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh Hacıqabul Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(071)-710/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehin apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Hacıqabul Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(071)- 710/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin. Hacıqabul Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(071)-710/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar