Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2237/2022 05.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər X5 və X2 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(072)-309/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ Cəbrayıl Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(072)-309/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Tərlan Nüsrətov) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Cəbrayıl Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 120 № ilə qeyd edilmiş 16 aprel 2011-ci il tarixli nikahın pozulması, tərəflərin rəsmi nikahından 21 fevral 2012-ci ildə anadan olmuş X3 və 15 avqust 2015-ci ildə anadan olmuş X1 cavabdeh (ana) Cavabdeh yanında saxlanılması, tərəflərin rəsmi nikahından 21 fevral 2012-ci ildə anadan olmuş X3 və 15 avqust 2015-c ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 29 avqust 2022-ci il tarixdən etibarən hər ay İddiaçı qazancından hər bir uşağa görə 150 (yüz əlli) AZN sabit pul məbləğində, ümumilikdə 300 (üç yüz) AZN sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Cəbrayıl Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(072)-309/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin qismən, aliment hissəsində ləğv edilərək hər bir uşağa «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq 193 manat olmaqla cəmi 386 manat müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; 361.1.5. şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar. 361.1.6.şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı; Cavabdeh tərəfindən Cəbrayıl Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(072)-309/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına dair tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (363.1.1-1) Apellyasiya şikayəti verən şəxs qəbul edilmiş qətnamənin həm maddi, həm də prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyini şikayətin dəlillərində göstərməli, eyni zamanda məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan halların sübut edilməməsini, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmamasını apellyasiya şikayətinin dəlillərində göstərməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verərkən MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına dair tələbinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla birinci instansiya məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayətinin 361-ci maddənin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apelyasiya şikayəti geri qaytarılmalı olduğu halda, qəbul edilərək baxılmasından ötrü apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apelyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apelyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Cəbrayıl Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(072)-309/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cəbrayıl Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(072)-309/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəbrayıl Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Samir Mayılov İlham Əsədov
Məhkəmə qərarları › İş №2(106)-2237/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2237/2022
05.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver