Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-224/2023 21.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X14 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X23, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh Böyükağa oğluna qarşı payların müəyyən edilməsi və dövlət reyestrində qeydiyyatdan keçirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan 0.06 hektar həyətyanı torpaq sahəsindən mərhum anası X10 payını müəyyən edilməsi və həmin paydan ona və bacısı X5 düşən məcburi payın müəyyən edilməsi, həmin payın adına Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsinə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: atası X15 10 avqust 1999-cu ildə, anası X29 isə 13 noyabr 2014-cü ildə Astara şəhərində ölmüşlər. Valideynlərinin birgə nikahdan 11 uşaq- X30 1947-ci ildə, X24 1954-cü ildə, Cavabdeh Böyükağa oğlu 1961-ci ildə, X16 1950-ci ildə, X6 1952-ci ildə, X17 1956-cı ildə, X18 1957-ci ildə, X19 1963-cü ildə, X11 1965-ci ildə, X2 1967-ci ildə, İddiaçı (iddiaçı) 1959-cu ildə doğulmuşlar. X1 1978-ci ildə, X16 isə 2007-ci ildə ölmüşlər. Astara rayon X9 02 iyul 1999-cu il tarixli 16 saylı qərarı ilə ailə üzvlərinin mülkiyyətlərinə ünvan 1 ünvanda 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mərhum anasından həmin həyətyanı torpaq sahəsindən beşdə bir hissədə olan payı miras qalmışdır. Mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində Cavabdeh Böyükağa oğlu ailə üzvləri ilə birlikdə yaşayır. Torpaq sahəsində onun məcburi payı olsa da, cavabdeh miras qalmış əmlakın bölünməsindən imtina etmişdir. Bundan başqa, bacısı X19 da miras əmlakdan düşən paydan onun xeyrinə imtina etmiş və onun tərəfindən miras əmlak qəbul edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehin mərhum anası X29 tərəfindən Cavabdeh Böyükağa oğluna vəsiyyət edilmiş və miras cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh vəsiyyət edilmiş torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş və hazırda həmin evdə ailə üzvləri ilə birgə yaşayır. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh Böyükağa oğlunun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Həmçinin Astara şəhəri, Qum küçəsində 0,06 hektar həyətyanı torpaq sahəsində anası X7 miras qalmış beşdə bir hissədə olan payını (0,01236 hektar) sonuncunun ölümündən sonra Cavabdeh Böyükağa oğlu tərəfindən miras əmlak kimi qəbul edilmiş və idarə edilmişdir. X10 dəfn mərasimi ilə bağlı bütün xərcləri cavabdeh təkbaşına ödəmiş, iddiaçı isə dəfn mərasimində iştirak etməmişdir. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Böyükağa oğluna qarşı payların müəyyən edilməsi, dövlət reyestrində qeydiyyatdan keçirilməsi və sair tələblərinə dair iddiası əsassız hesab edilərək rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1, 1243.1, 1243.2, 213.2, 213.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi və miras qalmış əmlaka vərəsə kimi onun tanınması, həmin daşınmaz əmlakdan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, payların müəyyən edilərək ona çatası payın ona verilməsi ilə bağlı yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur, qətnamə qanunsuz və əsassızdır. İzahatlar,prosessualməsələlər Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilərək miras qalmış əmlaka vərəsə kimi onun tanınması, həmin daşınmaz əmlakdan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, payların müəyyən edilərək ona çatası payın ona verilməsi ilə bağlı yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, Astara rayonunda ayrı evdə yaşayır, lakin qeydiyyatı mübahisəli evədir. Miras əmlakdan payının müəyyən edilməsini istəyir. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etirazını bildirmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxslər- İddiaçı, X8, X3, X18, X20, X12 və X4 apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilmiş üçüncü şəxslər apellyasiya baxışına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Kollegiya, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəni, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə Astara şəhərində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi Cavabdeh Böyükağa oğlu, X31, X21, X25 və X13 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestindən RX seriyalı, ******* nörməli xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.0718 hektar torpaq sahəsi üzərində yerləşən 179.9 kv.m fərdi yaşayış evi və 0,02236 ha torpaq sahəsi Cavabdeh Böyükağa oğlunun xüsusi mülkiyyəti kimi, qalan həyətyanı torpaq sahəsi isə, hər birinin 0,01236 hektar payı olmaqla X29, X21, X25 və X13 ümumi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Paylı mülkiyyətçilərdən X29 18 noyabr 2014-cü ildə ölmüşdür. Miras qoyanın 11 uşağı olmuşdur. Onun əri hələ 1999-cu ildən vəfat etmişdir. Müəyyən edilir ki, X29 ölməmişdən əvvələ öz əmlakını oğlu Nərimana vəsiyyət etmişdir. Belə ki, 12 iyul 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X29 həmin vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan, ünvan 3 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evini, keçmiş SSRİ Əmanətlər banklarında dövründə qalmış bütün əmanətlərini, həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını oğlu Cavabdeh Böyükağa oğluna vəsiyyət etmişdir. İddiaçı hazırki tələbində vərəsə olaraq, özünün və bacısı Toydanın həyətyanı sahədən məcburi payının müəyyən edilməsini və həmin paylara özünün hüququnun tanınmasını tələb etmişdir. Cavabdeh etirazında və apellyasiya şikayətində mirasın iddiaçı tərəfindən qəbul edilmədiyini, müddətin ötürüldüyünü iddia etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Miras əmlak üzrə vəsiyyətnamənin mövcud olduğunu, əmlakın anası tərəfindən cavabdeh İddiaçı vəsiyyət edildiyini tərəflər mübahisələndirməmişlər. İddiaçı həyətyanı sahədə X22 məxsus olan paydan məcburi payın müəyyən edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılır. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Qanunun tələbinə görə, birinci növbəli vərəsə olaraq iddiaçının məcburi pay hüququ vardır. İddiaçı və cavabdeh arasında mübahisə mirasın qəbulu ilə bağlıdır. Digər vərəsələr mirasın qəbulunu mübahisələndirməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Müəyyən edilir ki, mirasın qəbulu ilə bağlı iddiaçı, eləcə də vərəsələrdən heç biri mirasın açılmasından sonra notariat orqanına müraciət etməmişdir. Kollegiya qeyd edir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli Qərarında mirasın qəbulu ilə bağlı müddətə dair hüquqi mövqeyini belə ifadə etmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir.” Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 1248.1ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, mübahisəli əmlakın yeganə vərəsəsi İddiaçı olmadığından onun tərəfindən həmin əmlakın miras olaraq qəbul edilməsi faktı müəyyən edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçının məcburi payının tanınmasından imtina ilə bağlı məhkəmənin gəldiyi nəticə əsassızdır. Kollegiya qeyd edir ki, iddiaçının məcburi pay hüquq tanınmalıdır. Çünki iddiaçı öz məcburi payından imtina etməmişdir. Beləliklə, miras qoyanın 11 nəfər vərəsəsinin olduğu nəzərə alınaraq iddiaçının miras kütlə üzərində 1/22 payı tanınmalıdır. İddiaçı həm də bacısı Toydanın məcburi payına özünün hüququnun tanınmasını tələb etmişdir. Kollegiya bu hissəsə iddianı əsassız sayır. Belı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Lakin həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. X37 Qanunda nəzərdə tutulmuş müddət ərzində öz miras payından (məcburi paydan) imtina etməsi, o cümlədən vərəsələrdən kiminsə xeyrinə imtina etməsi müəyyən edilmir. Göstərilənlər onu deməyə əsas verir ki, ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində mərhum X10 0,01236 ha-dan ibarət payından miras qalmış əmlaka İddiaçı 1/22 hissədə payı (ümumi həyət üzrə- 0,00056182 ha) müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia və apellyasiya şikayəti qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə, 75 manat məbləğində pul vəsaiti Cavabdeh Böyükağa oğlundan tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(018)-1077/2022 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə həyətyanı torpaq sahəsində mərhum X10 0,01236 ha-dan ibarət payından miras qalmış əmlaka İddiaçı 1/22 hissədə (ümumi həyət üzrə- 0,00056182 ha) payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə, Cavabdeh Böyükağa oğlundan 75 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-224/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-224/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver