Məhkəmə qərarları › İş №2(106)-225/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-225/2025

21.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-225/2025 21.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(017)-110/2024 saylı (hakim Etibar Quliyev) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ağcabədi Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(017)-110/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh daşınmaz əmlakın reyestr nömrəsi JN 469 kod 60801004 nömrəli Dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan Ağcabədi şəhəri, keçmiş Nəriman Nərimanov adına təsərrüfatının ərazisində yerləşən 2,22 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçılara təhvil verilməsi, aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manatın Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi və aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərcinin Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bütün subutlar dəqiq və tam qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən qətnamədə mülki prosessual qanunvericiliyin normaları qeyd olunmuş lakin düzgün şərh verilməmişdir. İş Apellyasiya baxışında olduğu zaman iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Mülki iş üzrə icraatın dayandırılmasına səbəb olan hallar aradan qalxdığı üşün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-225/2025 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Cavabdeh 28 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, bəhsi keçən qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, lakin sonradan öyrənmişdir ki, Ağcabədi rayon məhkəməsinin qətnaməsi düdür. Buna görə də iddiaçıların torpaqlarını özlərinə qaytarmışdır. Öna məxsus olan torpaq sahəsini də Reyestrin mütəxəssizləri ölçərək ona vermişlər. Buna görə də məhkəməyə vermiş olduğu ərizədən imtina etdiyini göstərmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, 2(106)-225/2025 saylı mülki iş üzrə vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətlərindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətlərindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qanunvericiliyin məzmunundan da, göründüyü kimi, apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Ağcabədi Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(017)-110/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar