Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2282/2022 08.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan Regional Ərazi Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı cavabdeh "xxxx" MMC-nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan Regional Ərazi Şöbəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Şirvan şəhər məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(032)-294/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" MMC-nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan Regional Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2018ci il tarixli əmək müqaviləsinə bağlandığı gündən xitam verilməsi, əmək müqaviləsi bildirişinin X1 Sisteminin “əmək müqaviləsi bidirişi” alt sisteminə daxil edilməsi hüququnun üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, heç bir yerdə işləmir.Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh "xxxx" MMC tərəfindən onunla xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, bununla X8 bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilmişdir.Bu məsələnin araşdırılması və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin həmin sistemə daxil edilməsində köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir.Müraciəti araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti İmişli Regional Ərazi Şöbəsinə göndərilmişdir.Şöbədə aparılan araşdırmanın nəticəsi barədə ona xx.xx.2021-ci il tarixli 211302 56756 saylı məktub göndərilmişdir.Məktubda bildirilmişdir ki, “məsələyə münasibət bildirilməsi və bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı "xxxx" MMC-in direktoru X5 21.09. 2021-ci il tarixli **********8 və xx.xx.2021-ci il tarixli **********1 saylı məktublar göndərilmiş, lakin işəgötürən tərəfindən həmin mətublar cavablandırılmamışdır.Əmək müqaviləsinə xitam verilməsi ilə X8 bildirişinin X1 sisteminə daxil edilməsi üçün işə götürənə müraciət edilməli, əgər işə götürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işə götüən tərəfindən icra edilməsi mümkün deyildirsə bu barədə əsaslandırılmış qaydada rayon məhkəməsinə müraciət edilməlidir.”GNS Memarlıq” MMC və onun direktoru X6 tanımır, işlə təmin edilməyi barədə onlara heç bir müraciəti olmamış, MMC-dən əmək haqqı və yaxud digər ödənişlər almamışdır.MMC-in harada yerləşdiyini də bilmir.MMC-in hüquqi ünvanını 5 saylı Ərazi Vergilər İdarəsindən əldə etmişdir.MMC hüquqi şəxs kimi qeydə alınmış və ********** nömrəli VÖEN verilmişdir.Cavabdeh tərəfindən onunla 01.05. 2018-ci il tarixdə əmək müqaviləsi bağlanması, bununla X8 bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxil etməsi onun üçün müəyyən problemlər yaratmışdır. Həmin MMC-ni tanımadığı, orada işləmədiyi halda onunla əmək müqaviləsi bağlanılmış, ola bilsin ki, adına əmək haqqı yazılaraq mənimsənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan şəhər məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(032)-294/2022 saylı qətnaməsi ilə (sədrlik edən Z.Əliyev) İddiaçı cavabdeh "xxxx" MMC-nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan Regional Ərazi Şöbəsinə qarşı cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə bağlandığı gündən xitam verilməsi, əmək müqaviləsi bildirişinin X1 Sisteminin “əmək müqaviləsi bidirişi” alt sisteminə daxil edilməsi hüququnun üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətində Şirvan şəhər məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(032)- 294/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçıya, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan Regional Ərazi Şöbəsinin nümayəndəsi X7 izahatında iş üzrə qanuna uyğun qərar qəbul edilməsini məhkəmə kollegiyasının öhdəsinə buraxdığını bildirdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Ağcabədi rayon məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(017)-1274/2022 saylı qətnaməsinin ləğv edilməsi cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-in 5 №-li Regional Sukanal İdarəsinin rəisi Zahid Sadıqovun 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmrinin ləğv edilməsi, 5 №-li Regional Sukanal İdarəsinin Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilməklə qətnamə bütövlükdə mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir edilmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndində göstərilmişdir ki, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-2 hissəsinə əsasən bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin a-bəndində göstərilir ki, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin 5 hissəsinə əsasən bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının etirazlarının əsası kimi istinad etdiyi hallar sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin izahatını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan şəhər məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(032)-294/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərərindən iş üzrə aşağıdakı sübutları tədqiq etmişdir. İşdə olan X2 ilə X8 Bildirişində göstərilmişdir ki, İddiaçı məşğulluq təsnifatı üzrə: Agent, ekspeditor; əmək müqaviləsi üzrə: Ekspeditor vəzifəsində işləyir, aylıq əmək haqqısı 180 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, vergi ödəyicisinin dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-in fəaliyyəti hal-hazıra aktiv vəziyyətdədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti İmişli Regional Ərazi Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən onun adına "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinin bağlanılması ilə X8 bildirişinin daxl edildiyi və hazırda həmin əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir.Müraciətdə qaldırdığı məsələyə münasibət bildirməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı "xxxx" MMC-in direktoru X5 tərəflərindən xx.xx.2021-ci il tarixli **********8 saylı və xx.xx.2021-ci il tarixli **********1 saylı tarixli məktublar göndərilmiş, lakin işəgötürən tərəfindən həmin məktublar cavablandırılmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 83№ qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”-ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsi ilə işə götürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə X8 bildirişinin X1 sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir.Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirs və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh (VÖEN: **********) xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanı tərəfindən qeydiyyata alınmış və hal-hazırda fəaliyyəti aktivdir.Bildiririk ki, vergi ödəyicisinin əsas fəaliyyət növü Kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlərin verilməsidir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baza məlumatlarına əsasən müraciətdə adı göstərilən İddiaçı ilə Cavabdeh rəhbərliyi tərəfindən xx.xx.2018-ci il tarixdən 180,0 manat əmək haqqı fondu təyin edilməklə əmək müqaviləsinin bağlanıldığı və hal-hazırda da bağlanılmış əmək müqaviləsinin aktiv olduğu müəyyən edilmişdir.Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanı ilə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət və 21 dekabr 2018-ci il tarixli 422 nömrəli Fərmanı ilə işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır.Sosial sığorta haqqında Qanunun 10-cu maddəsinin tələblərinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti hesabatlarını qəbul etmək xx.xx.2019-cu il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrlər üçün Məcburi dövlət sosial sığortası üzrə bəyannamələrinin vergi orqanına təqdim edilməməsi səbəbindən sığortaolunan İddiaçı üçün qeyd olunan dövrlər üzrə hesablanmış əmək haqqı fondu, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların vergi orqanı tərəfindən təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin hüquqi mövqeyinə görə İddiaçı öz tələblərinin əsaslandırdığı hallara dair sübutları məhkəməyə təqdim etməmişdir və tətbiq edilən maddi hüquq normalarının tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi qanunla müəyyən edilmiş qaydada yalnız tərəflərin birinin təşəbbüsü ilə mümkündür. Beləki, İddiaçı cavabdehə bu barədə müraciət etməmiş, ümumiyyətlə heç bir təşəbbüs göstərməmiş və belə olan halda xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə bağlandığı gündən xitam verilməsi qanunla müəyyən edilmiş qaydada yalnız tərəflərin birinin təşəbbüsü ilə mümkün olduğundan iddianın təmin edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar olmadığı üçün iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan şəhər məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(032)-294/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-2282/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2282/2022
08.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver