Məhkəmə qərarları › İş №2(106)-2287/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2287/2022

17.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2287/2022 17.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Hacıqabul rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(071)- 778/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Hacıqabul rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(071)-778/2022 saylı qərardadı ilə (sədrlik edən V.Hacıyev) İddiaçı Cavabdeh qarşı Hacıqabul rayonu Ələtli kəndində yerləşən 4.1261 ha torpaq sahəsindən Cavabdeh Sədiyar oğlunun çıxarılması tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbindən imtinası qəbul edilmiş və mülki iş üzrə icraata xitam verilmiş, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. Hacıqabul rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(071)-778/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət Hacıqabul rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(071)-778/2022 saylı qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdən görünür ki, İddiaçı iddia tələbindən imtina edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Hacıqabul rayonu Ələtli kəndində yerləşən 4.1261 ha torpaq sahəsindən Cavabdeh Sədiyar oğlunun çıxarılması barədə iddia tələbindən imtina etmişdir, hazırda mübahisəni cavabdehlə məhkəmədən kənar həll etmişlər, mülkiyyətindəki torpaq sahəsinin 2,0 ha hissəsindən özü istifadə edəcəkdir, qalan hissəsindən isə Cavabdeh Sədiyar oğlunun istifadə etməsinə, əkib becərməsinə etiraz etmir, iddiadan imtinanın nəticələri ona aydındır, iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdən görünür ki, Cavabdeh Sədiyar oğlu məhkəmə iclasında ərizə verərək iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər.İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçının şikayətinin dəlillərinə görə qərardad əsassız qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materilları üzrə araşdırmış qərardadın əsassız olmasının nədə ifadə olunması barədə sübut təqdim edilmədiyi üçün şikayət əsassız hesab edilmişdir və birinci instansiya məhkəməsi tərəfindən də təmin edilməməsi qanuni və əsaslı olaraq işin faktiki və hüquqi hallarına uyğun olmuşdur. Ona görə ki, işdən göründüyü kimi İddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən iddia tələbindən imtina etməsi barədə ərizə təqdim edərək ərizəsində və izahatında bildirmişdir ki, Hacıqabul rayonu Ələtli kəndində yerləşən 4.1261 ha torpaq sahəsindən Cavabdeh Sədiyar oğlunun çıxarılması barədə iddia tələbindən imtina etmişdir, hazırda mübahisəni cavabdehlə məhkəmədən kənar həll etmişlər, mülkiyyətindəki torpaq sahəsinin 2,0 ha hissəsindən özü istifadə edəcəkdir, qalan hissəsindən Cavabdeh Sədiyar oğlunun istifadə etməsinə, əkib becərməsinə etiraz etmir, iddiadan imtinanın nəticələri ona aydındır, iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir, Cavabdeh Sədiyar oğlu da məhkəmə iclasında ərizə verərək iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmədən, Hacıqabul rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(071)-778/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər.Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 397.2-ci, 398.0.1-ci, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(071)-778/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar