Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2295/2022 06.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və cavabdehlər Lənkəran rayon Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbinin direktoru X4, Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(049)2193/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 dekabr 2022-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehlər Lənkəran rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbinə və Cavabdehnə qarşı «işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Lənkəran rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbinin direktoru Araz Babayev tərəfindən tərtib edilmiş onun işdən azad olumağı barədə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il 09 saylı əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barərdə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, 1974-cü il tarixdə V.İ.Lenin adna X12 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnistitutunun biologiyacoğrafiya fakültəsinə qəbul olmuş və 1979-cu ildə həmin inistitutu fərqlənmə ilə bitirmişdir. Müəllimlik fəaliyyətinə 1979-cu ildən başlamışdır. İşlədiyi müddətdə müəllimlik peşəsındə z olduğu siniflər, nümünəvi və qabaqcıl siniflər sırasında öndə olublar. Şagirdlərindən təkcə 2020-2021-ci ilin tədris ilinin məzunlarından 3 nəfər əlaçı atestatı, 3 nəfər isə ali məktəbə 600dən çox bal toplayaraq qəbul olublar. Fəaliyyət göstərdiyi illər ərzində tədris etiyi şagirdlərindən müəyyən hissəsi yaxşı nəticə göstərərək müxtəlif ali məktəblərə qəbul olublar. Qeyd olunan hall onun peşakar fəal müəllimlik fəaliyyətinin göstəricisidir. Çox illik peşəkar pedaqoji fəaliyyəti nəzərə alınaraq Azərbaycan Təhsil İşçiləri X7 Lənkəran Rayon Komitəsi tərəfindən 10 fevral 2021-ci il tarixdə fəxri fərmanla təltif olunmuşdur. Lakin çalışmanın yaş həddinə çatması ilə əlaqədar onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Onunla bağlanan müddətsiz əmək müqaviləsinə xitam verməklə Lənkəran rayon Canəli Əzimov adına Viruval kənd 2 nömrəli tam orta məktəbinin direktoru Araz Babayev kobud qanun pozuntusuna yol vermişdir. Pozulmuş hüquqlarının bərpası üçün Cavabdeh müdiri Ülviyyə Əliyevaya və Lənkəran rayon Canəli Əzimov adma Viruval kənd 2 nömrəli tam orta məktəbinin direktoru Araz Babayeva müraciət etməyinə baxmayaraq işə bərpa olunmamışdır. Lənkəran rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbinin direktoru Araz Babayev onun işdən azad olunmağının əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10- 1,3-cü maddəsini, 70-ci maddəsinin “e” bəndini, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 mart 2016-cı il tarixli 65 nömrəli əmrini və Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi qaydalarını göstərmişdir. Bununla da Viruval kənd 2 nömrəli tam orta məktəbinin direktoru Araz Babayev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 17 may 2011-ci il tarixli, 127-İV-QD nömrəli Qanununun (Əmək Məcəlləsinin 10-1.3-ci maddə) hissəsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli, 180 saylı qərarını (Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar) nəzərə almamış və onun Əmək qanunvericiliyi üzrə olan hüquqlarını pozmuşdur. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşna çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq Lənkəran rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbinin direktoru Araz Babayevin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il 09 saylı əmrini qanunsuz hesab edir və bu səbəbdən də məhkəmədə iddia qaldırmışdır. "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli, 180 nömrəli qərarına əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-İVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 460 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları bunlardır: 1.1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə, 1.2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; 1.3. işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adımı olması; 1.4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, 1.5. Dövlət mükafatı laureatı olması, 1.6. 1991 -ci il oktyabrın 18dək orden və medallarla təltif edilmə.Yuxarıda qeyd olunanlara əsas götürərək hesab edir ki, onun peşakarlığı, uzun illər iş təcrübəsi, nəaliyətlərii və Azərbaycan Təhsil İşçiləri X7 Lənkəran Rayon Komitəsi tərəfindən 10 fevral 2021-ci il tarixlə təltif olunmuş fəxri fərmanı nəzərə alınaraq işə bərpa olunmalı və məcburi iş buraxılmaya görə ona əmək haqqı ödənilməlidir. Cavabdehin nümayəndəsinin iddia müddətinin keçməsinə dair ərizəsi ilə razı deyil. Belə ki, onun işdən çıxarılması barədə əmr verildikdən sonra əmək kitabçasıı və son haqq-hesabı vaxtında almasına baxmayaraq o, əmrdən narazı qaldığına görə müxtəlif təşkilatlara şikayət ərizəsi göndərmiş və cavabını gözləmişdir. Həmin təşkilatlara edilmiş şikayətlər müsbət nəticə vermədikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh Lənkəran rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbinin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, Lənkəran rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbinin direktoru vəziffəsində işləyir. Məktəbin sabiq coğrafiya fənn müəllimi İddiaçı xx.xx.2021 tarixində çalışmanın yaş həddinə çatdığı üçün məktəbin xx.xx.2021-ci il tarixli 5 nömrəli əmrinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən gün yəni xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi barədə məktəb direktorunun xx.xx.2021-ci il tarixli 5 nömrəli əmrinin surəti, əmək kitabçası İddiaçı təqdim edilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə 65 yaşı başa çatır. 5-ci sinifdən rəhbəri olduğu sinif hazırda 11-ci sinifdə oxuması, məktəb həmkarlar təşkilatının sədri olmasını və fənn metodibirləşməsinin sədri olmağını nəzərə alaraq işlədiyi müddətdə RHK-si tərəfindən fəxri fərmanla təltif olunmağını nəzərə alaraq cari tədris ilinin axırına kimi onunla müddətli əmək müqaviləsi bağlanmasını xahiş etmişdir.Bunula əlaqədar olaraq o təqdimatla Cavabdehnə müraciət etmiş, lakin Cavabdeh İddiaçıla müddətli əmək müqaviləsinin bağlanmasını məqsədəmüvafiq hesab etməmişdir.Bundan sonra Təhsil Nazirliyinin 2020-ci ildə keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanmış ali təhsilli coğrafiya müəllimi X3 ilə xx.xx.2021-ci il tarixdən müddətli əmək müqaviləsi bağlanmış və hazırda məktəbə coğrafiya müəllimi tələb olunmur. Hesab edir ki, Lənkəran rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbinin xx.xx.2021-ci il tarixli 5 nömrəli əmri qanunvericiliyin tələblərinə uyğun verilmiş və tam əsaslıdır. İddiaçı xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ciddi qanun pozuntusu sayaraq 15 aydan sonra Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsini və hazırda məktəbdə coğrafiya fənni üzrə vakansiyanın olmadığını nəzərə alıb İddiaçı iddiasının iddia müddəti tətbiq edilməklə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(049)2193/2022 saylı qətnaməsi ilə (Hakim M.İsayev) iddia tələbinin təmin edilməməsi, İddiaçı cavabdehlər Lənkəran rayon Canəli Əzimov adına Viruval kənd 2 nömrəli tam orta məktəbinə və Cavabdehnə qarşı işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1, 10.1.2, 70, 288, 292, 294, 296, 297 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2 və 377.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(049)2193/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(049)2193/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Lənkəran rayon Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbinin direktoru X8 apellyasiya icraatı zamanı verdiyi izahatında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(049)2193/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X5 apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(049)2193/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(049)2193/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 44-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi yazılı formada bağlanır.Həmin maddənin 2-ci bəndinə görə tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 45-ci maddəsinin 1-ci hissəsinə görəəmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.Həmin maddənin 2-ci bəndinə görəəmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 48-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. 57-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: həmin maddənin e bəndinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(049)2193/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakları müəyyən etmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Lənkəran rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında müqavilə bağlanaraq müəllim vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Lənkəran rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbinin xx.xx.2021-ci il tarixli, 05 saylı əmrinin surətindən görünür ki, xx.xx.1956cı il təvəllüdlü, məktəbin coğrafiya müəllimi İddiaçı xx.xx.2021-ci il tarixində çalışmanın yaş həddinə satması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 13 fevral 2021-cu il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran rayon Təhsil şöbəsi tərəfindən Viravul kənd 2 N-li tam orta məktəbinin direktoru Araz Babayevə ünvanlanmış 15 fevral 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh yazdığı 001 nömrəli xx.xx.2021-ci il tarixli təqdimata cavab olaraq bildirilmişdir ki, ölkədə davam edən xüsusi karantin rejiminə görə 65 yaşdan yuxarı müəllimlərin işə çıxması qadağandır. Bu səbəbdən məktəbin çalışmanın yaş həddinə çatmış coğrafiya müəllimi İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılması barədə 15 saylı ƏMHM ilə razılıq əldə olunmamışdır. Buna görə müəllim İddiaçıla müddətli əmək müqaviləsi bağlanılması hazırda məqsədə müvafiq hesab olunmur. Xüsusi karantin rejimi bitdikdən sonra 2020/2021-ci tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanılmasına razılıq verilə bilər. İş materiallarına əlavə olunmuş mediator Ramin Şükürov tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə edilməməsi barədə 19 may 2022- ci il tarixli arayışdan görünür ki, İddiaçı və Lənkəran rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbi arasında 19 may 2022-ci il tarixdə keçirilməli olan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş lakin ikinci tərəf lazımi surətdə xəbərdarlıq edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı , Lənkəran rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında müqavilə bağlanaraq müəllim vəzifəsində işləmişdir. xx.xx.2021- ci il tarixində çalışmanın son yaş həddinə çatması ilə əlaqədar iddiaçı X6 ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. İddiaçıya bu barədə xəbəradarlıq edilmiş və əmrlə tanış edilmiş, əmrin surəti və ona məxsus əmək kitabçası ona verilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində Həsənov X2 rayon Canəli Əzimov adna Viruval kənd 2 nömrəli tam orta məktəbinin direktoru Araz Babayev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 09 saylı əmrin etibarsız hesab edilməsi, işə bərpa edilmədiyi və məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsinə dair məhkəmədə iddia qaldırmışdır. İddiasını onunla əsaslandırmışdır ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar nəzərə alınmamış bununlada iddiaçının əmək qanunvericiliyi üzrə olan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İşçilərlə işəgötürənlər arasında əmək-hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. İddiaçının xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olduğu üçün əmək münasibətləri ilə bağlı barəsində qanunamüvafiq qaydada tədbirlər görülmüşdür. xx.xx.2021-ci il tarixli №5 əmrlə əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabı ödənilməsi tərəflərin qarşılıqlı imzası ilə rəsmiləşdirilmişdir. İddiaçı barəsində əmr verilərkən əmr qanunvericiliyin forma və məzmununa riayət edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı ilə dövlət büdcəsində maliyyələşən müəssisədə işləmənin son yaş həddində olmasına və onunla əmək münasibətləri davam etdirilməsi istənilmədiyinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti artırılmayaraq xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə xitam verilərkən cavabdeh müəssisənin rəhbəri iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əmək müqaviləsinin qüvvəyə olma müddətini artırmadığına və iddiaçının dövlət büdcəsindən maliyyələşən müəssisədə son yaş həddinə çatmasına görə xitam verildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətini ötürməyi barədə gəldiyi nəticə əsassızdır. Belə ki, İşdən çıxarıldıqdan sonra müvafiq qurumlara işdən çıxarılmağının əsassız olduğu haqda şikayətlər etmiş lakin şikayət və müraciətlər post-pandemiya dövrü zamanı edildiyindən iddiaçının müraciətlərinə gec cavab verilmişdir. Bu səbəbdən məhkəmədə vaxtında iddia qaldıra bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı aşağıdakıları qeyd edir : Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin. 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarıda qeyd edtmişdir ki, Fərdi əmək mübahsiələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən Mülki məcəlləni 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilən normalara əsasən kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ciddi qanun pozuntusu sayaraq 15 aydan sonra Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddia tələbinin təmin edilməməsi əsaslarından biri də müddətin ötürülməsi ilə məhkəməyə müraciət olunması, ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilməməsidir. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(049)2193/2022 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(106)-2295/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2295/2022
06.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver