Məhkəmə qərarları › İş №2(106)-2300/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2300/2022

18.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2300/2022 18.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair ilkin iddiası və iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.970 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı torpaq sahəsinin dəyəri olaraq 9750 manat, həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkilən xərclərin əvəzi olaraq 3000 manat, cəmi 12750 manat məbləğində pulun alınıb onlara verilməsinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. İmişli Rayon Məhkəməsinin (hakim Q.Hacıyev) 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.970 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması və torpaq sahəsinin öz mülkiyyətçilərinə qaytarılması, ilkin iddia tələbi üzrə ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. İlkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, iddia tələbinin konkret olaraq təmin edilib-edilməməsini, şikayətinin konkret əsaslarını, işin materiallarına istinad etməklə məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları apellyasiya şikayətində göstərməmişdir. Müəyyən edilir ki, apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 361-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamamış, apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Belə halda işə apellyasiya qaydasında baxılması mümkün deyil. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci madəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, İmişli Rayon Məhkəməsinin qətnaməsindən ilkin iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. X2 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar