Məhkəmə qərarları › İş №2(106)-2331/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2331/2022

13.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2331/2022 13.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Neftçala Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı mənzildən istifadə nəticəsində hesablanmış kirayə haqqının tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Neftçala Rayon Məhkəməsinin (hakim Ə.Tağıyev) 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə nəticəsində hesablanmış kirayə haqqının tutulmasına dair iddiası əsassız olduğundan rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixə kimi 12.05 m2 yaşayış sahəsinin hər kvadrat metrinə görə 10 manat hesablanmaqla, hər təqvim ayı üçün 120.5 manat, cəmi isə 602.50 manat və xx.xx.2021-ci il tarixindən etibarən həmin yaşayış sahəsindən istifadə etdiyi hər təqvim ayı üçün 120.5 manatın tutulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Neftçala Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(053)-07/2020 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 13/14 hissəsinə mülkiyyət hüququ ona, digər 1/14 hissəsinə mülkiyyət hüququ isə cavabdehə verilmişdir. Neftçala Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, fərdi yaşayış evinin 13/14 hissəsinə mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən onun adına dövlət qeydiyyatına alınmış və iddiaçıya çıxarış və texniki pasport təqdim edilmişdir. Nəticə etibarilə iddiaçı həm yaşayış sahələrinin, həm də köməkçi sahələrin 13/14 hissəsinə mülkiyyət hüququna sahibdir. Lakin Cavabdeh həmin daşınmaz əmlakın yalnız 1/14 hissəsinə mülkiyyət hüququna sahib olduğu halda, bu əmlakın 17.8 kv. metr hissəsini əhatə edən yaşayış sahəsini (yaşayış otağını) zəbt etmişdir. Halbuki 80,6 kv.m-lik yaşayış sahəsinin 1/14 hissəsi 5.75 kv. metrdir. Evin istənilən yaşayış otağı cavabdehin yaşayış sahəsi üçün ayrılmış 5.75 kv. metr payından dəfələrlə böyükdür. Göründüyü kimi cavabdeh 17.8 kv. metr olan yaşayış otağının 12.05 kv. metr yaşayış sahəsindən iddiaçının mülkiyyət (əsasən istifadə) hüquqlarını məhdudlaşdırmaqla qanunsuz şəkildə istifadə etməkdədir. Nəticə etibari ilə cavabdeh qeyriqanuni sahibliyində olan 12.05 kv. metr yaşayış sahəsindən faydalanmaqla və qanunsuz istifadə etməklə əsassız varlanmaqdadır. Normal şərtlərdə bir şəxsin 5,75 kv. metrlik yaşayış sahəsində yaşaması mümkün deyildir və bu səbəblə həmin şəxs qeyd edilmiş sahəyə nisbətdə daha böyük sahəli yaşayış sahəsinə mülkiyyət hüququ (bağışlama müqaviləsi istisnadır) və ya mənzildən əvəzli istifadə hüququ əldə etdiyi üçün bunun əvəzini ödəməlidir. Bu hesabla cavabdeh heç bir qanuni əsas olmadan 12.05 kv. metr yaşayış sahəsini zəbt etdiyi müddət ərzində iddiaçının mülkiyyət hüquqlarını pozucu addımlar atmaqla onun həmin sahədən istifadəsini məhdudlaşdırmış, bunun qarşılığında iddiaçıya heç bir haqq ödəməmiş, nəticə etibarilə əsassız şəkildə varlanmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, 04 oktyabr 2005-ci il tarixdə iddiaçının qardaşı, hazırda mərhum X5 ilə ailə qurmuş, birgə nikahdan 17 avqust 2006-cı il tarixdə Məryəm və 23 fevral 2012-ci il tarixdə Nuray adlı iki uşaq doğulmuşdur. Nikahdan sonra qayınatası X1 məxsus olan evdə yaşamışdır. X2 16 fevral 2015-ci ildə vəfat etmişdir. Son vaxtlar baldızı İddiaçı və onun əri Nümayəndə onu evdən çıxarmaq istəyir. Mübahisənin predmeti olan həyət əri İlham Abdullayevlə atası Qüdrət Abdullayevin ümumi mülkiyyətində olmuşdur. X3 28 iyun 2010-cu il tarixdə vəfat etdikdən sonra onun miras əmlakını vərəsəsi kimi əri İlham Abdullayev faktiki qəbul etməklə idarə etmişdir. 2005-ci ildən həmin həyət və oradakı evdə yaşamaqla evdən və həyətdən istifadə etmişdir. Qayınatasının ölümündən sonra da baldızı İddiaçı həmin evə gedib-gəlmiş, onlara maneçiliklər törətmiş, otaqlardan birinə əşyalarını yığmış, onlara həmin otaqdan istifadə etməyə qadağa qoymuşdur. Həmin ev iki otaqlı olduğundan başqa bir ailənin orada yaşaması mümkün deyildir. İddiaçı ona və uşaqlarına orada yaşamaq üçün imkan vermədiyindən artıq xeyli müddətdir ki, uşaqları ilə birlikdə həmin evdən çıxmışdır və orada yaşamır. Apellyasiyaşikayətinindəlilləri İddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi hüququn tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə işə icarə münasibətləri üzrə baxmış və tərəflər arasında icarə müqaviləsinin mövcud olmamasını əsas gətirərək iddianı rədd etmişdir. Halbuki, məhkəmə işə AR Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri əsasında baxmalı idi. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdehə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, iddiaçının nümayəndəsini izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 13/14 hissəsi iddiaçının, 1/14 hissəsi cavabdehin mülkiyyətindədir. İddiaçı yaşayış evinin daha çox hissəsinin, cavabdeh isə az hissəsinin, yəni 1/14 hissəsinin mülkiyyətçisi olduğu üçün iddiaçı cavabdehdən mənzildən istifadəyə görə, kirayə haqqını tələb etmişdir. Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, tərəflər kirayə-hüquq münasibətlərində olmamışlar, onların arasında hər-hansı razılaşma olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 675.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Bu hissədə Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, tərəflər kirayəhüquq münasibətlərində olmamışlar. Tərəflər arasında belə müqavilə olmamışdır. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, o, əsassız varlanmaya görə cavabdehdən pul tələb etmişdir. Kollegiya iddiaçının tələbini əsassız sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllnin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər-hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Əsassız varlanma: zərəçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və s.) yollarla baş verə bilər. Kollegiya hesab edir ki, hazırki halda iddiaçının tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilmir. Cavabdehin varlanan şəxs olduğu müəyyən edilmir. Bu baxımdan da iddianı təmin etmək üçün əsas yoxdur. Cavabdeh yaşayış evi üzrə mülkiyyətçilərdən biridir. Paylar naturada bölünməmişdir. Cavabdehin evdən istifadə hüququ vardır. Kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsası yoxdur. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı mahiyyəti üzrə düzgündür. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (o cümlədən, tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(053)-41/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar