Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-234/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, onun digər nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh2, onun vəkili X1, Cavabdeh1 nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası, Lənkəran rayon 1 saylı Notariat Ofisi və X2) etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-2332/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası, Lənkəran rayon 1 saylı Notariat Ofisi) etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, latın qrafikası ilə onun adına tərtib edilmiş, ona Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidməti Bakı İstitaq Təcridxanasında imzalatdırılmış və azadlıqdan məhrumetmə yeri olmayan həmin İstitaq Təcridxanasının rəisi (azadlıqdan məhrumetmə yerinin rəisi olmayan şəxs) ədliyyə polkovniki E.S.Sadıxov tərəfindən vəzifə səlahiyyətlərinidən kənar şəkildə, qanunsuz və əsassız olaraq “təsdiq edilmiş” və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüquqi qüvvəsi olmayan (puç) hesab edildiyini, saxta - Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidməti Bakı İstitaq Təcridxanasının rəisi, ədliyyə polkovniki E.S.Sadıxov tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 40-032 nömrəli Etibarnamənin etibarsız hesab edilməsinə dair və həmin saxta etibarnamə əsasında hərəkət etmiş Cavabdeh1 tərəfindən 25 may 2012-ci il tarixdə ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında mənə məxsus olan Dostluq Çayxanasının 1/2 onun qardaşı Cavabdeh2 bağışlanması haqqında “Qeyri-yaşayış binasının Bağışlanma Müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-2332/2024 saylı qətnaməsi (M.Aslanov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası, Lənkəran rayon 1 saylı Notariat Ofisi) etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş və ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 izahat verərək bildirmişdir ki, 2(106)-106/2025 saylı mülki işin hazırkı mülki işlə birləşdirilməsinə zərurət yoxdur. Belə ki, həmin işin icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmışdır. Hazırkı işin nəticəsi həmin işin nəticəsinə təsir edə bilər. Ola bilər ki, daha sonra o iş üzrə iddiadan imtina etsinlər. Qeyd edir ki, müqavilənin etibarsızlığı və müqavilədən imtinanın hüquqi əsasları fərqlidir. Hər iki işin bir icraat çərçivəsində baxılması işin obyektiv həllinə mane ola bilər. Məhkəməyə bir neçə vəsatət təqdim etmişlər və hazırda bu iş üzrə cinayət təqibi aparıldığı üçün işin icraatın dayandırılmasını istəyirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının digər nümayəndəsi və vəkili Vəkil5 izahat verərək bildirmişdir ki, 2(106)-106/2025 saylı mülki işin hazırkı mülki işlə birləşdirilməsinə zərurət yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, 2(106)-106/2025 saylı mülki işin hazırkı mülki işlə birləşdirilməsinə zərurət yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, hər iki mülki işin xarakteri eyni olduğundan bir icraatda baxılması daha məqsədəuyğundur. Odur ki, həmin işlərin birləşdirilməsinə etirazları yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, 2(106)- 106/2025 saylı mülki işin hazırkı mülki işlə birləşdirilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, 2(106)-106/2025 saylı mülki işin hazırkı mülki işlə birləşdirilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 izahat verərək bildirmişdir ki, 2(106)-106/2025 saylı mülki işin hazırkı mülki işlə birləşdirilməsinə etirazlar yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh2 ( müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1, Lənkərn rayon 1 saylı Natoriat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı qeyri-yaşayış binasının ½ -ni bağışlamaqdan imtina edilməsi tələbinə dair mülki iş vardır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1079/2024 saylı qərardadı ilə həmin mülki işin icraatı hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər oxşar məzmunlu, bir-biri ilə əlaqəlidir və prosessual qənaət prinsipi nəzərə alınmaqla ədalətli məhkəmə araşdırılmasının təmin edilməsi üçün hər iki mülki işə bir icraat çərçivəsində baxılması işin obyektiv həllinə nail olmaq, habelə ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət etmək cəhətdən məqsədəuyğundur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası, Lənkəran rayon 1 saylı Notariat Ofisi və X2) etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(106)-234/2025 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1, Lənkərn rayon 1 saylı Natoriat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı qeyri-yaşayış binasının ½ -ni bağışlamaqdan imtina edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-106/2025 saylı mülki işlə birləşdirilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3-cü, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası, Lənkəran rayon 1 saylı Notariat Ofisi və X2) etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(106)-234/2025 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1, Lənkərn rayon 1 saylı Natoriat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı qeyri-yaşayış binasının ½ -ni bağışlamaqdan imtina edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-106/2025 saylı mülki işlə birləşdirilsin. Mülki işin 2(106)-106/2025 saylı nömrə ilə məhkəmə baxışı davam etdirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.