Məhkəmə qərarları › İş №2(106)-2347/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2347/2022

20.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2347/2022 20.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, iddiaçının nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, birləşdirilmiş birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı və birləşdirilmiş 2-ci iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçı (ikinci iddia ərizəsi üzrə cavabdeh) İddiaçı tərəfindən ayrılıqda, ikinci iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların nümayəndəsi X5 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: ünvan 1 ünvanda yerləşən yaşayış evi 3/9 hissədə İddiaçı, 3/9 hissədə Cavabdeh1, 1/9 hissədə Cavabdeh2, 1/9 hissədə Cavabdeh3 və 1/9 hissədə Cavabdeh4 payları olmaqla ümumi paylı mülkiyyətindədir. Birləşdirilmiş 1-ci iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən onun, yəni İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümimi birgə mülkiyyətinə verilmiş ümumi sahəsi 233.40 kv.m olan fərdi yaşayış evindən onun, yəni İddiaçı 3/9 hissədə payının naturada ayrılaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, öz payını naturada ayırıb, ondan təkbaşına istifadə etmək etmək istəyir. Lakin cavabdehlər buna maneçilik törədirlər və aralarında bununla əlaqədar mübahisə mövcuddur. Birləşdirilmiş 2-ci iddia üzrə Nəhmətova (Qasımova) Hürnaz Yadulla qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, M.Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/9 hissəsinin onun mülkiyyətində olması nəzərə alınaraq həmin evin və yardımçı tikililərin naturada bölünməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, evin naturada bölgüsü mümkündür. Bundan başqa torpaq sahəsi naturada bölünərkən, hamam və ayaqyolu tikdirəcəyi də nəzərə alınmalıdır. Əgər müvafiq qaydada bölgü aparılarsa, aradakı mübahisə həll oluna bilər. Sonra 2-ci iddia üzrə Cavabdeh1 Yədulla qızı tələbini dəqiqləşdirmiş, Lənkəran şəhəri, M.Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/9 hissəsinin onun istəkləri nəzərə alınaraq naturada bölünməsi barədə, naturada bölünmə mümkün olmadığı təqdirdə fərdi yaşayış evinin qiymətləndirilərək, hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə birləşdirilmiş 1-ci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən onun, yəni İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş ümumi sahəsi 233.40 kv.m olan fərdi yaşayış evindən onun, yəni İddiaçı 3/9 hissədə payının naturada ayrılaraq ona verilməsi» tələbinə dair iddiası rədd edilmiş, 2-ci iş üzrə iddia təmin edilmiş, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitindən Cavabdeh1 3/9 hissə, Cavabdeh2 1/9 hissə, Cavabdeh3 1/9 hissə, Cavabdeh4 1/9 hissə və İddiaçı 3/9 hissə payına mütənasib şəkildə bölünməsi, ünvan 3 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 98.600 (doxsan səkkiz min altı yüz) manat müəyyən edilməsi, 1-ci iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı, 2-ci iddia üzrə ödənilmiş dövlət rüsumunun isə iddiaçı Cavabdeh1 aid edilməsi, ekspertiza xərci 50 (əlli) manatın İddiaçı və 2-ci iş üzrə iddiaçı Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı ayrılıqda, ikinci iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların nümayəndəsi X5 birgə apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri qeyrimümkün hesab edilməli və apellyasiya şikayətlərinin qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. İşin hallarından görünür ki, birinci iş üzrə İddiaçı tərəfindən ayrılıqda, ikinci iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların nümayəndəsi X5 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, tərəflər şikayətlərində iddia tələbinə münasibətdə konkret tələblərini, yəni iddianın təmin edilib-edilməsini, işin materiallarına istinad etməklə məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları apellyasiya şikayətində göstərilməmişlər. Müəyyən edilir ki, apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir və belə halda işə apellyasiya qaydasında baxılması mümkün deyil. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci madəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən birinci iş üzrə İddiaçı tərəfindən ayrılıqda, ikinci iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların nümayəndəsi X5 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətlərinin geri qaytarılması üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən birinci iş üzrə İddiaçı tərəfindən ayrılıqda, ikinci iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların nümayəndəsi X5 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətlərinin geri qaytarılması üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. X2 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar