Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2348/2022 21.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş inzibati binanın boşaldılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(049)-1890/2022 saylı qətnaməsindən (hakim T.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “zəbt edilmiş inzibati binanın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cəmiyyətin cənub regional filialının Lənkəran şöbəsinin balansında olan EUTS-13 (İstehsalat rabitə telefon qovşağı) binasının Cavabdeh tərəfindən boşaldılaraq "Aztelekom” MMC-nə təhvil verilməsi və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "Aztelekom” MMC-nin cənub regional filialının Lənkəran şöbəsi (əvvəlki X2) Lənkəran şəhəri, M.Əsədov küçəsi, 43 ünvanında yerləşir. Cənub regional filialının Lənkəran şöbəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki X7 Komitəsi) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsi tərəfindən 30 aprel 2002-ci il tarixində verilmiş Texniki Pasportdan da göründüyü kimi "Aztelekom” MMC-nin Cənub regional filialının Lənkəran şöbəsinin balansındadır. Qeyd edək ki, "Aztelekom” MMC-nin nizamnamə kapitalının yüz faizi dövlətə məxsus olduğundan, onun balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri də dövlətə məxsusdur. "Aztelekom” MMC-nin Cənub regional filialının Lənkəran şöbəsinin balansında olan dövlətə məxsus EUTS-13 (İstehsalat rabitə telefon qovşağı) binası Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin binanın cavabdeh tərəfindən zəbt edilməsi 28 fevral 2022-ci il tarixli aktla öz təsdiqini tapır. "Aztelekom” MMC tərəfindən cavabdehə Cənub regional filialın Lənkəran şöbəsinin balansında olan EUTS-13 (İstehsalat rabitə telefon qovşağı) binasının boşaldılması barədə xəbərdarlıq məktubları (sonuncu xəbərdarlıq xx.xx.2022-ci il tarixində göndərilmişdir) təqdim edilsə də, bu günə qədər heç bir tədbir görülməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirib rədd olunmasını xahiş tmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, hazırda istifadəsində olan bina 15 ildən artıq müddətdir ki, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən ona verilmişdir. Həmin vaxt yaşamağa yeri olmadığından, həmin bina faktiki olaraq onun istifadəsinə verilmişdir. Keçən müddət ərzində binanı yararsız vəziyyətə düşməkdən qorumuş, təmirinə 10500 manat xərc çəkmişdir. Belə ki, həmin binaya köçdüyü zaman bina çox pis vəziyyətdə idi. Həmin binada yaşamaq üçün əsaslı təmir etmiş, təmirə 10500 manat xərc çəkmişdir. Keçən müddət ərzində binanın bütün kommunal xərclərini ödəmiş, bir vicdanlı sahib kimi həmin binadan istifadə etmişdir. Əgər müəssisə müəyyən haqq müqabilində binanı ona kirayə verərsə, belə təkliflə razılaşar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi tələbi müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib, iddia qarşı təqdim etmiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat vermişdir. Lənkəran Rayon Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(049)-1890/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, iddiaçı "Aztelekom” MMC-nin Cənub regional filialının Lənkəran şöbəsinin balansında olan EUTS-13 (İstehsalat rabitə telefon qovşağı) binası Cavabdeh tərəfindən boşaldılaraq "Aztelekom” MMC-nə təhvil verilməsi, Cavabdeh 100 manat dövlət rüsumunun tutularaq "Aztelekom” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı təqdim olunan yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmənin ünvanına teleqram vuraraq səhhəti ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş, lakin müraciətində istinad etdiyi halın əsaslı olmasına dair hər hansı bir sübutunu təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Əmlakın inventarlaşdırılması bürosunun texniki pasportundan görünür ki, 1968-ci ildə tikilən ümumi sahəsi 365.9 kv.metr olan Lənkəran şəhəri, M.Əsədov küçəsi, 43 ünvanında yerləşən bina X1 məxsusdur. İş materiallarında olan İddiaçı MMC-nin Lənkəran filialının müdiri vəzifəsini icra edən Ə.Hüseynov tərəfindən 28 fevral 2022-ci il tarixdə təsdiq edilmiş aktın surətindən görünür ki, MMC-nin mühasibi və mühəndislərinin iştirakı ilə tərtib olunan aktda Lənkəran şəhəri, M.Əsədov küçəsi, 43 ünvanında yerləşən İddiaçı MMC-nin Lənkəran filialına məxsus 1995-ci ildə fəaliyyəti dayandırılmış ETUS-13 binasında X5, X4 və Cavabdeh ailələrilə birlikdə məskunlaşmış, hal-hazırda yaşayırlar. İş materiallarında olan 09 mart 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-nə məxsus ərazini 7 gün ərzində boşaltmayacağı təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə işin müəyyən olunan faktiki hallarına əsasən İddiaçı MMC-nin Cənub regional filialının Lənkəran şöbəsi (əvvəlki X2) Lənkəran şəhəri, M.Əsədov küçəsi, 43 ünvanında yerləşir. Cənub regional filialının Lənkəran şöbəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki X7 Komitəsi) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsi tərəfindən 30 aprel 2002-ci il tarixində verilmiş Texniki Pasporta əsasən İddiaçı MMC-nin Cənub regional filialının Lənkəran şöbəsinin balansındadır. İddiaçı MMC-nin Cənub regional filialının Lənkəran şöbəsinin balansında olan dövlətə məxsus EUTS-13 (İstehsalat rabitə telefon qovşağı) binası Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin binanın cavabdeh tərəfindən zəbt edilməsi 28 fevral 2022-ci il tarixli aktla öz təsdiqini tapır. İddiaçı "xxxx" MMC-nin ünvan 5 ünvanında yerləşən 1995-ci ildə fəaliyyəti dayandırılmış ETUS-13 (istehsalat rabitə telefon qovşağı) binasında Cavabdeh məskunlaşmış, iddiaçının xəbərdarlıqlarına baxmayaraq cavabdeh binadan çıxmır və iddiaçının mülkiyyət hüquqlarının tam həyata keçirilməsinə mane olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, işin müəyyən olunan hallarına əsasən cavabdeh iddiaçıya məxsus inzibati binada qanuni əsaslar olmadan məskunlaşaraq, iddiaçının razılığı olmadan istifadə edir və iddiaçının tələbi ilə inzibati binanı boşaltmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(049)-1890/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-2348/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2348/2022
21.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver