Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2356/2022 21.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, iddiaçı X3, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)- 41/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2,2071 ha pay torpaq sahəsindən Cavabdeh çıxarılması, torpağın onun istifadəsinə verilməklə iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edib əkib becərməklə vurduğu və əldən çıxmış gəlirə görə 23403,90 manat ziyanın, ziyanın müəyyən edilməsi üçün "xxxx" MMC-yə ödənilən 265 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Çıxarışla 2,20 ha pay torpaq sahəsi verilmişdir. Orada heyvandarlıq və əkinçiliklə məşğul olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Həmin torpağı 12 ildir ki, cavabdeh tutmuşdur və geri qaytarmır. 12 ildir ki, iddiaçı qazancdan məhrum olmuş və ziyana düşmüşdür. Cavabdeh iddiaçının torpaq sahəsini şumlayıb yerə taxıl və digər bitkilər əkməklə istifadə edir. Mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulur və Mülki Məcəllənin 152-ci maddəsində təsbit edilən mülkiyyət, istifadə və sərəncam hüquqlarından istifadəsinə imkan verilmir. Cavabdehdən dəfələrlə çıxmasını tələb etsə də, o, torpaq sahəsini zəbt etməkdə davam edir. İddiaçı aidiyyəti orqanlara müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. İddiaçıya ziyan vurulur. Vurulmuş ziyanın hesablanması ilə əlaqədar iddiaçı "xxxx" MMC-yə müraciət etmiş və MMC-nin xx.xx.2021-ci il tarixli rəyi ilə ona 23403,90 manat ziyan vurulduğu müəyyən edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-41/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilməmiş, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pulun iddiaçı X2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, iddia rədd edildiyindən mütəxəssis rəyinin dəyərini təşkil edən 325 manat, "xxxx" MMC-dən rəy alınması üçün ödənilmiş 265 manat məbləğində pulun iddiaçı X4 aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X5 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 2(020)-41/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən cavabdeh 12 ildir ki, mülkiyyətində olan torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsini əkib becərməklə ondan fayda götürmüşdür. Məhkəmə iddia tələbini rədd edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/4971 saylı rəyinə istinad etmişdir. Qeyd edilən rəyə əsasən cavabdehə məxsus olan torpaq sahəsinin iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmədiyinin və iddiaçıya məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmadığının müəyyən edilməsi qeyd edilmişdir. Məhkəmənin yalnız rəyə istinad etməsi qanuni və əsaslı deyil. Belə ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və torpaq sahəsindən bəhər götürməsi işin mübahisəsiz halıdır. Bununla bağlı, çoxsaylı şahidlər var. Başqa sözlə, cavabdehin torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə üst-üstə düşməməsi hələ cavabdehin iddiaçının torpaq sahəsindən istifadə etmədiyi mənasını vermir. Məhkəmə işin faktiki hallarını ətraflı araşdırmamış, həmçinin yerə baxış keçirməmişdir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, iş üzrə təkrar ekspertiza keçirilməsi zəruri olmuşdur. Həmçinin, ekspertiza keçirilərkən mütəxəssis rəyi alınmamışdır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, onları səhv təfsir etmiş, iddiaçı tərəfin şahidlərini dindirməkdən imtina etmişdir. Məhkəmə sübutetmə prinsiplərini pozaraq iddiaçı tərəfindən sübutlar təqdim edilməməsi əsasları ilə iddia tələbini təmin etməmişdir. Lakin iddia tələbinin əsasını təşkil edən şahid ifadələri qəbul edildiyi halda və məhkəmə yerində baxış keçirməkdən imtina etmədiyi halda iddia tələblərinin təmin edilməsi mümkün olardı. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar mövcud deyil. Apellyasiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, ekspert rəyi ilə razı olmadığını və özünə məxsus torpaq sahəsini tanıdığını bildirdi. O qeyd etdi ki, ötən əsrin 90-cı illərinin sonlarında onlar həmin torpaq sahəsini 2 dəfə əkmiş, bu zaman iddiaçı da torpaq sahəsini görmüşdür. Əgər məhkəmə yerə baxış keçirsəydi, o, özünə məxsus olan torpaq sahəsini göstərə bilərdi. Həmçinin, bildirdi ki, bir neçə il öncə onlara məxsus torpaq sahəsi Qasım adlı şəxsə satılsa da, həmin torpaq sahəsi hazırda iddia edilən torpaq sahəsi deyil. Cavabdehin isə mübahisəli ərazidə, ümumiyyətlə, torpaq sahəsi yoxdur. Hazırda cavabdehin istifadəsində olan torpaq sahəsini ferma müdiri olmuş mərhum əri müvəqqəti istifadə etməsi üçün cavabdehə vermişdir. Lakin cavabdeh həmin torpaq sahəsini zəbt edərək, onu geri qaytarmır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)-41/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, bildirdilər ki, onların istifadələrində olan torpaq sahəsini iddiaçının mərhum əri deyil, dövlət vermiş, həmin pay torpaq sahəsi üzərində cavabdehin və onun ailə üzvlərinin mülkiyyət hüququ tanınmışdır. İddiaçıya məxsus olmuş torpaq sahəsi ilə cavabdehin torpaq sahəsi arasında Ataxan adlı şəxsə məxsus torpaq sahəsi olmuşdur. İddiaçı sonradan öz torpağını Qasım adlı şəxsə satmış, Qasım isə iddiaçı ilə yanaşı, Ataxana məxsus torpaq sahəsini də alaraq, hazırda həmin torpaq sahələrini faktiki olaraq istifadə edir. Cavabdeh və onun ailə üzvləri mülkiyyətlərinə verilmiş pay torpaq sahəsindən onlara göstərilmiş döngə nöqtələrindən kənara çıxmamaqla istifadə edirlər və iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək, ona ziyan vurmamışlar. Onlar apellyasiya şikayətinin təmin edilməməsini və Beyləqan Rayon Məhkəməsinin 2(020)-41/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və işdəki sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Beyləqan rayonunun Allahyarlı kəndində yerləşən 2,2071 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X3, X8, X9, X6 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində AA№ 528191 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 55 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, 2,21 ha əkin sahəsinin 12 il müddətinə digər şəxs tərəfindən istifadə edilməsi nəticəsində X4 23403,90 (12×1950,32) manat zərər dəyməsi ağlabatan hesab olunur. X1 ilə "xxxx" MMC arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli müqavilədən görünür ki, qiymətləndirmə xidmətinin dəyəri qarşılıqlı razılaşmaya əsasən 265 manat təşkil edir. İşdəki "xxxx" ASC-nin Beyləqan filialının K0140013 terminalı üzrə xx.xx.2021-ci il tarixli, 12581 saylı qəbzindən görünür ki, X5 265 manat məbləğində xidmət haqqını "xxxx" MMC-nin hesabına ödəmişdir. İşdəki "xxxx" ASC-nin Beyləqan filialının K0140011 terminalı üzrə xx.xx.2021-ci il tarixli, 16337 saylı qəbzindən görünür ki, X5 iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdəki Torpağa mülkiyyət hüququna dair JN-0016 kod 60700018 olan Dövlət aktının surətindən görünür ki, Beyləqan rayonunun Allahyarlı kəndində cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 6,13 ha torpaq sahəsi Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvləri – X11, X13, X12 və Nümayəndə mülkiyyətinə verilmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu, Allahyarlı kəndində yerləşən X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən nömrəsi **********83 olan çıxarışla mülkiyyətinə verilmiş 2,2071 ha torpaq sahəsinin yerləşdiyi yer və onun sərhədləri naturada müəyyən edilmişdir (qeyd: X3 iddia etdiyi 2,2071 ha torpaq sahəsinin ərazisi ilə reyestr nömrəsi **********83 olan çıxarışla mülkiyyətinə verilmiş 2,2071 ha torpaq sahəsinin hüdudları üst-üstə düşmür). Beyləqan rayonu, Allahyarlı kəndində yerləşən Cavabdeh və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-0016, kod 60700018 saylı Dövlət aktı ilə mülkiyyətində olan 6,13 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. X3 **********83 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 2,2071 ha torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinin JN-0016 saylı, kod 60700018 saylı Dövlət aktı ilə mülkiyyətində olan 6,13 ha torpaq sahələri üst-üstə düşmür. Beyləqan rayonu, Allahyarlı kəndində yerləşən X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən nömrəsi **********83 olan çıxarışla mülkiyyətinə verilmiş 2,2071 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur (Qeyd: tərtib olunmuş mütəxəssis rəyi X4 və Cavabdeh və ailə üzvlərinə məxsus torpaq sahələrinə aid hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Beyləqan rayonu, Allahyarlı kəndinin kompleks yerquruluşu layihəsinə əsasən Allahyarlı kənd sakinlərinin xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahələri ilə onların faktiki istifadə etdikləri torpaq sahələri arasında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 saylı fərmanı ilə təsdiq edilmiş qaydaların 2-ci bəndinə uyğun olaraq Beyləqan rayonu, Allahyarlı kənd inzibati ərazi dairəsi üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihəsinə əsasən dürüstləşdirmə işləri aparılır). İşdəki "xxxx" ASC-nin Beyləqan filialının K0140014 terminalı üzrə xx.xx.2022-ci il tarixli, 24963 saylı qəbzindən görünür ki, X5 325 manat məbləğində xidmət haqqını 6 saylı Beyləqan Ərazi İdarəsinin hesabına ödəmişdir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4971 saylı, 22 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Beyləqan rayonu, Allahyarlı kəndində yerləşən X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən nömrəsi **********83 olan çıxarışla mülkiyyətinə verilmiş 2,2071 ha torpaq sahəsinin yerləşdiyi yer və onun sərhədləri naturada müəyyən edilmişdir. Beyləqan rayonu, Allahyarlı kəndində yerləşən Cavabdeh və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-0016, kod 60700018 saylı Dövlət aktı ilə mülkiyyətində olan 6,13 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. X3 **********83 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 2,2071 ha torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinin JN-0016, kod 60700018 saylı Dövlət aktı ilə mülkiyyətində olan 6,13 ha torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Beyləqan rayonu, Allahyarlı kəndində yerləşən X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən nömrəsi **********83 olan çıxarışla mülkiyyətinə verilmiş 2,2071 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı X3 iddia etdiyi 2,2071 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli Çıxarışa əsasən onun mülkiyyətində olan 2,2071 ha torpaq sahəsinin hüdudları üst-üstə düşmür. İddiaçı X3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 2,2071 ha torpaq sahəsi isə hazırkı iş üzrə Cavabdeh tərəfindən istifadə olunmur. Məhkəmə kollegiyası məhkəmə tikinti-texniki ekspertizası üzrə rəylərin kifayət qədər aydın və tam olduğunu, eləcə də onları vermiş mütəxəssis və ekspertin xüsusi biliklərinin olduğunu nəzərə alaraq, bu rəylərlə razılaşır və iddiaçı X3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 2,2071 ha torpaq sahəsinin hazırkı iş üzrə Cavabdeh tərəfindən istifadə olunmaması barədə həmin rəylərlə müəyyən edilənləri işin hallarına uyğun sayır. İddiaçı apellyasiya şikayətində hazırkı iş üzrə mütəxəssis rəyinin alınmadığını bildirsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyi alınmışdır. Bundan başqa, iddiaçı apellyasiya şikayətində təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruri olduğunu bildirsə də, ekspert rəyi ilə razılaşmamasının səbəbinə dair hər hansı fikir bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 10/4971 saylı, 22 avqust 2022-ci il tarixli ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisə həmin ekspertiza tədqiqatının nəticəsinə uyğun olaraq həll edilməlidir. Həmin ekspert rəyi ilə isə iddiaçı X3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 2,2071 ha torpaq sahəsinin hazırkı iş üzrə Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyindən göründüyü kimi, iddiaçının ona məxsus olduğunu iddia etdiyi 2,2071 ha torpaq sahəsinin hüdudları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 2,2071 ha torpaq sahəsinin hüdudlarının üst-üstə düşməməsi həm də onu göstərir ki, iddiaçı iddia etdiyi və cavabdehin istifadə etdiyi torpaq sahəsinin qanuni mülkiyyətçisi deyil. Həmçinin, iddiaçının apellyasiya məhkəməsinin iclasında öz torpağını tanıması ilə bağlı bildirdikləri torpaq sahəsinin hüdudlarının müəyyənləşdirilməsi ilə bağlı məsələlərdə istinad oluna biləcək mötəbər dəlil hesab edilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsində şahidlərin dindirilməməsi və məhkəmə tərəfindən yerində müayinə aparılmaması ilə bağlı dəlillərini də əsassız sayaraq qeyd edir ki, torpaq sahəsinin koordinatlarını və sərhədlərini müəyyən etmək üçün çöl geodeziya ölçmə işləri aparılmalı, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırma həyata keçirilməlidir. Odur ki, bu cür məsələnin həlli xüsusi bilik tələb etdiyindən yalnız tikinti-texniki sahəsində xüsusi biliyə malik olan ekspert və mütəxəssislər əsaslı rəy verə bilər. İddiaçı apellyasiya şikayətində cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməsinin və torpaq sahəsindən bəhər götürməsinin işin mübahisəsiz halı olduğunu qeyd etmişdir. Lakin məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə cavabdehin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli Çıxarışa əsasən iddiaçıya məxsus olan 2,2071 ha torpaq sahəsindən istifadə etməsi, ümumiyyətlə, təkzib olunur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehin torpaq sahəsindən çıxarılmasına dair hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli Çıxarışa əsasən iddiaçıya məxsus olan 2,2071 ha torpaq sahəsindən istifadə etmədiyi iş materialları ilə təsdiq olunduğundan, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadəsinə görə əldən çıxmış fayda şəklində ona 23403,90 manat məbləğində zərər vurmasından, ümumiyyətlə, söhbət gedə bilməz. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. İş materialları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli Çıxarışa əsasən iddiaçıya məxsus olan 2,2071 ha torpaq sahəsinin cavabdehin istifadəsində olması faktı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi vurulmuş ziyanın ödənilməsinə dair hissədə də iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia tələbi rədd edildiyindən, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, mütəxəssis rəyinin dəyəri olaraq ödənilmiş 325 manat və qiymətləndirmə rəyinin verilməsi üçün "xxxx" MMC-yə ödənilmiş 265 manat məbləğində pulun iddiaçının özünə aid edilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Bununla yanaşı, iddia tələbi rədd edildiyindən, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması ilə bağlı da düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli Çıxarışa əsasən iddiaçıya məxsus olan 2,2071 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmədiyindən, bu halda isə zərərin vurulmasından, ümumiyyətlə, söhbət gedə bilməyəcəyindən, iddia tələbi rədd edilməklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməklə iş üzrə düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-41/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-41/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-2356/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2356/2022
21.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver