Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2395/2022 05.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, iddiaçılar İddiaçı1, X1 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılm tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(017)-1008/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(017)-1008/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 JN 048B kod 60812038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1, X1 və X2 mülkiyyətində olan və Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Cavabdeh1 tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(017)-1008/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; 361.1.5. şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Rüstəmov X3 Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(017)-1008/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verərkən Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına dair tələblərə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur.Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (363.1.1-1). Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayətdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına,iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərə münasibət bildirilməmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsi üçün əsas olan hansı maddi və prosessual hüquq normalarının pozulması, yaxud iddia tələbinin hüquqi əsası kimi hansı maddi və prosessual hüquq normasının tətbiq edilməli olduğu halda tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilməmişdir. Halbuki, apellyasiya şikayəti verən şəxs qəbul edilmiş qətnamənin həm maddi, həm də prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyini şikayətin dəlillərində göstərməli, eyni zamanda məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan halların sübut edilməməsini, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmamasını apellyasiya şikayətinin dəlillərində göstərməlidir. Cavabdeh apellyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları göstərmədən yalnız apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməli olduğunu xahiş etmişdir. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla birinci instansiya məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayətinin 361-ci maddənin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apelyasiya şikayəti geri qaytarılmalı olduğu halda, qəbul edilərək baxılmasından ötrü apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apelyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apelyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(017)-1008/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 361, 364, 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(017)-1008/2022 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Samir Mayılov İlham Əsədov
Məhkəmə qərarları › İş №2(106)-2395/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2395/2022
05.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver