Məhkəmə qərarları › İş №2(106)-2400/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2400/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2400/2022 12.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 14950 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 162 manat pulun 81 manatının İddiaçı, 81 manatının Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində 2(054)-24/2022 saylı mülki işlə tanış olmuşdur. Cavabdeh Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti vermişdir. Neftçala Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəyə apellyasiya şikayətini əlavə etmişdir. Neftçala Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddəti buraxması üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(106)-1477/2022 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Neftçala Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilən şikayət Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Bundan başqa, cavabdeh apellyasiya şikayətində öz tələbini dəqiq göstərməmişdir. Belə ki, o, yalnız qətnamənin ləğv edilməsini xahiş etmiş, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini qeyd etməmişdir. Neftçala Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə yenidən məhkəməyə müraciət etmiş, ərizəyə apellyasiya şikayətini əlavə etmişdir. Neftçala Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə yenidən məhkəməyə müraciət etmiş, ərizəyə apellyasiya şikayətini əlavə etmişdir. Neftçala Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Əli Tağıyev) ərizə təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrsüz hesab edilərək müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət vermiş, şikayətində Neftçala Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qərardadının ləğv edilərək, apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin baxılması üçün müvafiq apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə, ona əlavə edilmiş sənədlər və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə sonradan məlum olmuşdur ki, qətnamə artıq icraya yönəlmişdir. Neftçala Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinin ona qaytarılması ilə bağlı qərardaddan məlumatsız olmuşdur. Dəfələrlə xahiş etsə də, məhkəmə həmin qərardadın surətini ona təqdim etməmişdir. Cavabdeh həm Neftçala rayonu, həm də yaşadığı Suraxanı rayon Hövsan qəsəbəsində olan poçt şöbəsindən məhkəmədən ona göndərilmiş məktubu maraqlanmış və ona məlum olmuşdur ki, məhkəmədən gələn sənəd "xxxx" MMC-nin 4 saylı filialının Hövsan qəsəbəsində yerləşən 88 saylı poçt şöbəsinə 18 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Sonra poçt tərəfindən həmin ünvanda yaşayış olmaması əsas gətirilib məktub məhkəməyə qaytarmışlar. Halbuki, bu ünvanda daimi yaşayış mövcud olub və ailə üzvləri hər zaman evdə olublar. Bundan başqa, hər dəfə məhkəmədən cavabdehə çatdırılacaq məktublar bu poçt vasitəsilə verilmişdir. Bütün bunlar özlüyündə üzrlü səbəblərdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 13 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilməli, apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş Neftçala Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materialları ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsinin surətinin cavabdehə hansı tarixdə təqdim edilməsi aşkar olunmasa da, cavabdehin xx.xx.2022-ci il tarixində iş materialları ilə tanış olması, qətnamədən ilk dəfə xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti verməsi, həmin apellyasiya şikayətinin Neftçala Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadı ilə geri qaytarılması, cavabdehin xx.xx.2022-ci il tarixində Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməsi və ərizəyə apellyasiya şikayətini əlavə etməsi, Neftçala Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddəti buraxmasının üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(106)-1477/2022 saylı qərardadı ilə apellyasiya şikayətinin qeyrimümkün hesab edildiyi və Neftçala Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qərardadı ilə geri qaytarıldığı müəyyən edilir. Bundan sonra, cavabdeh xx.xx.2022-ci il tarixində Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə yenidən məhkəməyə müraciət etmiş, ərizəyə apellyasiya şikayətini əlavə etmiş, Neftçala Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə yenidən məhkəməyə müraciət etmiş, Neftçala Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qərardadı ilə isə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Həmçinin, iş materiallarında Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 08 avqust 2022-ci il tarixli qərardadın cavabdehə təqdim edilməsi ilə bağlı hər hansı sənəd mövcud deyil. Göründüyü kimi, cavabdeh tərəfindən Neftçala Rayon Məhkəməsinin 03 mart 2022ci il tarixli qətnaməsindən ilk apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mübahisələndirilən qətnamə ilə cavabdehin yalnız xx.xx.2022-ci il tarixində tanış olması iş materialları ilə müəyyən edilmiş, cavabdeh isə bundan 1 ay keçməmiş, yəni xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti geri qaytarıldıqdan sonra yenidən cavabdeh tərəfindən bir neçə apellyasiya şikayəti verilmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-in 363.4-cü maddəsində nöqsanlar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxsin yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət edə bilməsi imkanı nəzərdə tutulmuşdur. Bununla yanaşı, cavabdehin qanunla müəyyən edilmiş tələblərə cavab verən apellyasiya şikayəti tərtib edə bilməməsi onun hüquqi savadsızlığı ilə əlaqədar olduğundan, eyni zamanda, poçt xidməti tərəfindən cavabdehin ünvanına göndərilmiş məktubların ona təqdim olunmasında nöqsanlar mövcud olduğundan, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh öz ərizəsinə apellyasiya şikayətini də əlavə edərək MPM-in 133.3-cü maddəsinin tələblərinə əməl etmişdir. Odur ki, sadalananlar baxımından məhkəmə kollegiyası Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 13 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixli qərardadları ləğv edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehin Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyü məsələsi ilə bağlı aşağıdakıları bildirməyi zəruri hesab edir: Cavabdehin apellyasiya şikayətləri həm Neftçala Rayon Məhkəməsinin qərardadları ilə geri qaytarılmış, həm də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(106)-1477/2022 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmiş, həmin qərardadlarda apellyasiya şikayətində yol verilmiş nöqsanlar göstərilmişdir. Yenidən apellyasiya şikayəti ilə müraciət edən cavabdehin isə həmin nöqsanları aradan qaldırıbqaldırmaması məsələsinə birinci instansiya məhkəməsi öz qərardadında münasibət bildirməmiş, həmin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə hüquqi qiymət verməmişdir. Odur ki, apellyasiya şikayətinin mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən yenidən yoxlanılmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində əvvəlki qərardadlarda göstərilmiş nöqsanların aradan qaldırılıb-qaldırılmaması məsələsi müəyyən edilməli və apellyasiya şikayətinin mümkünlüyünə buna uyğun hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə düzgün hüquqi qiymət verilməmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair prosessual hüquq normaları pozulmuşdur. Odur ki, şikayət qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 13 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)- 24/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilməli, apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş Neftçala Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1.1, 397, 398.0.3, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 13 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixli qərardadları ləğv edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş Neftçala Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar