Məhkəmə qərarları › İş №2(106)-2402/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2402/2022

16.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2402/2022 16.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak, qızıl-zinət və evə köçürmə tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən 0.06 torpaq sahəsi üzrə 2/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi 50-də yerləşən 4 nəfər ailə üzvlərilə ümumi birgə mülkiyyətdə olan 0.06 torpaq sahəsi üzərində payların naturada müəyyən edilməsi və fərdi yaşayış evinə 2/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, ümumi birgə mülkiyyətdə olan xx.xx.1998-ci il tarixli, JN 548 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 1.49 ha torpaq sahəsi üzərində paylarının naturada müəyyən edilməsi, Cavabdeh məxsus birgə nikah dövründə əldə edilmiş Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Mərkəzi Rayon Xəstəxanasının qarşısında tikilmiş 0.03 ha torpaq sahəsində 120 kv.m sahədə tikilmiş təkər təmiri sexinin Cavabdeh məxsus olan hissədə 2/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, “X8” minik markalı, buraxılış ili 1993-cü il, tünd göy met rəngli, ******* mühərrik nömrəsi, LN********** ban nömrəsi olan xx.xx.2013-cü il tarixli Qeydiyyat şəhadətnaməsi olan maşının birgə nikah dövründə əldə edilmiş əmlak hesab edildiyi üçün xx.xx.2020-ci ildə Şirvan RQİİTBŞ-də edilmiş X3 ilə edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə dəyəri olan 12500 (on iki min beş yüz) manatın 1/2 hissəsinin Cavabdeh alınaraq ona ödənilməsi, onun yetkinlik yaşına çatmayan qızı X4 ilə birlikdə Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi 50-də yerləşən evə köçürülməyinin təmin edilməsi, eləcə də cavabdehdə olan əşyalarının- nişan üzüyü 583 əyarlı 3.9 qram 250 manat, traktor sep 583 əyarlı 20.3 qram - 1300 manat, traktor qolbaq 583 əyarlı 9.55 qram - 600 manat, uşaq sırğası 583 əyarlı 1.9 qram - 130 manat, gül üzük 583 əyarlı 3.03 qram - 300 manat, gül sırğa 583 əyarlı 5.5 qram -400 manat, paxlava üzük 583 əyarlı 4.08 qram - 280 manat, paxlava üzük 583 əyarlı 3.43 qram - 230 manat, zifir üzük 583 əyarlı 4.2 qram - 250 manat olmaqla, cəmi 3740 (üç min yeddi yüz qırx) manat dəyərində qızıl-zinət əşyalarının, onlar olmadıqda dəyərinin Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı Babaşova Naibə Eldar qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli qərarı ilə verilmiş Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddia ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(053)-23/2022 qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlak, qızıl-zinət və evə köçürmə tələbinə dair iş üzrə icraat iddiaçı Babaşova Naibə Eldar qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli qərarı ilə verilmiş Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iş üzrə məhkəmənin qərarı, qətnaməsi və ya qərardadı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2022-ci il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərardadı ləğv edilmiş, mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Neftçala Rayon Məhkəməsinə qaytarılmışdır. İşə birinci instansiya məhkəməsində mahiyyəti üzrə yenidən baxılarkən, mülki iş üzrə məhkəmə işin ayrılması və yenidən dayandırılması üzrə qərardadlar qəbul etmişdir: Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(053)-23/2022 saylı qərardadı ilə 2(053)-23/2022 saylı mülki işdən evə köçürülmə tələbinə dair mülki iş ayrıca icraatda ayrılmışdır. Bununla yanaşı, Neftçala Rayon Məhkəməsinin (hakim Ə.Tağıyev) 06 sentyabr 2022-ci il tarixli 2(053)-925/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlak, qızıl-zinət və evə köçürmə tələbinə dair iş üzrə icraat yenidən iddiaçı Babaşova Naibə Eldar qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Neftçala Rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli qərarı ilə verilmiş Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iş üzrə məhkəmənin qərarı, qətnaməsi və ya qərardadı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. İddiaçı Əhmədova X2 Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 23 saylı qərardadından şikayət vermiş, qərardadın ləğv edilməsini, işin baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icraatın dayandırılması əsassızdır, iddiaçının hüquqları pozulur. Neftçala Rayon Məhkəməsinin (hakim Ə.Tağıyev) 03 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 09 dekabr 2022-ci il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur, ona görə məhkəmənin gəldiyi nəticə əsassız hesab edilməklə qərardad ləğv edilməlidir. Əvvəla, iddiaçı şikayətin nəticə hissəsində 06 sentyabr 2022-ci il tarixli 23 saylı (işlərin ayrılması haqqında) qərardadın ləğv edilnəsini tələb etdiyi halda, şikayətin məzmununda bu barədə tələbini əsaslandırmamış, ümumi halda icraatın dayandırılmasından narazılıq etdiyini bildirmişdir. Məhkəmə, iddiaçının nədən narazı qaldığını, hansı qərardaddan şikayət etdiyini aydınlaşdırmamışdır. İddiaçı 06 sentyabr 2022-ci il tarixli, 23 saylı (icraatın ayrılması haqqında) qərardadın ləğv edilməsini tələb etdiyi halda, məhkəmə Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2022ci il tarixli, 2(053)-925/2022 saylı qərardadının (icraatın dayandırılması haqqında qərardadın) qüvvədə saxlanılması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, icraatın dayandırılması barədə məhkəmə qənaəti də əsassızdır. İşin hallarından görünür ki, iddiaçı ayrı-ayrı torpaq sahələri üzrə payların müəyyən edilməsi, torpaq sahələrinin bölünməsi, təkər-təmiri sexinin bölünməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evə köçürülmə, ona məxsus əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsinə dair bir iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə icraatın dayandırılması onunla bağlı olmuşdur ki, iddiaçının bölünməsini tələb etdiyi bir torpaq sahəsi üzrə, yəni Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iş üzrə məhkəmənin qərarı, qətnaməsi və ya qərardadı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Kollegiya qeyd edir ki, hazırki iş üzrə bir neçə ayrı-ayrı tələb irəli sürüldüyü halda, bu tələblərdən yalnız biri üzrə hüquq müəyyənedici sənədlər mübahisələndirilmişdir. Məhkəmə digər iddialar üzrə işə baxa bilərdi. Üçüncü şəxsin verdiyi iddia ilə əlaqəsi olmayan iddia tələbləri üzrə icraatın dayandırılmasına lüzum yoxdur. Bu barədə Məhkəmə Kollegiyası öz hüquqi mövqeyini 03 iyun 2022-ci il tarixli qərardadında bildirmişdir. MPM-in 399-cu maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı iddiaları da (evə köçürülmə, əmlak tələbi, payların müəyyən edilməsi, müqavilənin etibarsız hesab edilməsi) bir icraatda birləşdirib məhkəmə icraatına götürmüşdür. Halbuki, bu iddialar xarakterinə və kateqoriyasına görə fərqlidir. Göstərilənlər onu deməyə əsas verir ki, icraatın dayandırılması barədə məhkəmənin qənaəti əsassız olmaqla yanaşı, birinci instansiya məhkəməsi həm də iddiaçının şikayətinin mahiyyətini aydınlaşdırmamış, onun icraatın dayandırılması, yoxsa işlərin ayrılması barədə qərardaddan narazı olduğunu müəyyənləşdirməmişdir. Ona görə də qərardad ləğv edilməli, işə mahiyyəti üzrə baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş yenidən baxarkən məhkəmə hazırki mərhələdə iddiaçının hüquqi marağını aydınlaşdırmaqla yanaşı, təqdim edilən fərqli iddiaların bir icraatda və ya ayrı-ayrı icraatlarda baxılması, işlərin ayrılması məsələsini də müzakirə edə bilr. Azərbaycan Respublikasının MPM-nin 402-ci madəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, həmin Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qanunun mənasına görə digər qərardadlardan şikayət verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 397.2, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: İddiaçı şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(053)-925/2022 saylı qərardadı ləğv edilsin, həmin məhkəmənin 03 noyabr 2022-ci il tarixli, 925 saylı qərardadı qüvvədən düşmüş hesab edilsin və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Neftçala Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar