Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-249/2023 28.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı1 və onun nümayəndəsi vəkil Məmmədzadə Əkbər Yusif oğlunun, Cavabdeh1, Cavabdeh2 və onun vəkili Heydərov Hikmət İlyasxan oğlunun iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və istifadə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(064)-515/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(064)-515/2022 saylı qətnaməsi ilə (hakim Məhəmməd Bağırov) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı1, azyaşlı uşaqları ilə birlikdə Füzuli rayon Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 atasından qalmış evin hazırda cavabdehlərin sahibliyində olan hissəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh2 tərəfindən Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(064)- 515/2022 saylı qətnaməsinədən apellyasiya şikayəti verilərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı1 iddiası onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi nümayəndəliyində Cavabdeh1 ilə nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Misirov Rahid Cahid oğlu, xx.xx.2013-cü ildə Misirova Nuray Cahid qızı və xx.xx.2017-ci il təvəllüdlü Misirov Sərxan Cahid oğlu anadan olmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli 2(064)-88/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə aralarında xx.xx.2009-cu il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Misirov Rahid Cahid oğlu, xx.xx.2013-cü ildə Misirova Nuray Cahid qızı və xx.xx.2017-ci ii təvəllüdlü Misirov Sərxan Cahid oğlunun anaları olaraq onun yanında qalmaqları, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh1 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa sabit pul məbləğilə 100 manat olmaqla, cəmi hər ay 300 manat sabit pul məbləğində alimentin alınaraq cavabdeh İddiaçı1 verilməsi qət edilmişdir. Cavabdeh1 ilə nikaha girəndə Cahidin atası digər Cavabdeh2 Füzuli rayon Kürdmahmudlu kəndində yerləşən atasından qalma evin Cavabdeh2 aid hissəsinə 2009-cu ildən gəlin köçüb yaşamış, onlarla birgə təsərrüfat idarə etməklə 2013-cü ilə qədər azyaşlı uşaqları ilə həmin mənzildə yaşamışdır. 2013-cü ildə birgə təsərüfat apardıqları cavabdehlərin ümumi razılığı ilə Cavabdeh2 məxsus Füzuli rayonunun Kürdmahmudlu kəndində olan digər mənzilə köçüb birgə yaşamağa başlamışlar, lakin Cavabdeh2 iddiası əsasında Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 2(064)-152/2021 nömrəli qətnaməsinə əsasən onun həmin mənzildən çıxarılması qət olunmuşdur. Himayəsində 3 azyaşlı uşağı var və yaşamağa başqa evi yoxdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə cavabdehlərin sahiblik, istifadə və sərəncamında olan Füzuli rayonu Kürdmahmudlu kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı qətnamə ilə İddiaçı1 azyaşlı uşaqları ilə birlikdə Füzuli rayon Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 atasından qalmış evin hazırda cavabdehlərin sahibliyində olan hissəsinə köçürülmələri qət edilmişdir. Qətnamə ilə iddiaçının köçürüldüyü ev onun nə sahibliyində, nə də istifadəsindədir. İddiaçı qısa müddət ərzində həmin evdə yaşamış, sonradan öz istəyi ilə həmin evi tərk edərək digər mənzildə yaşamışdır. Həmin evdə əvvəldən mərhum atasının digər uşaqları yaşamışlar və indi də yaşayırlar. Bu məsələ eyni tərəflər arasında əvvəl Füzuli Rayon Məhkəməsində baxılmış, Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış digər mülki iş üzrə məhkəmə qətnamələrində də öz əksini tapmışdır. Bununla bərabər, Füzuli Rayon Məhkəməsi iddianı ona münasibətdə təmin edərkən qanunun tələblərinə düzgün riayət etməmişdir. Belə ki, məhkəmə ona aid olan hissədə düzgün və hərtərəfli araşdırma aparmamış, işə birtərəfli yanaşmışdır. Qətnamənin özündə də göstərildiyi kimi, Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmalıdır. Hesab edirəm ki, məhkəmə işin mənə aid olan hissəsində nə iş üzrə həqiqi halları müəyyən etməmiş, nə də qətnaməni düzgün əsaslandıra bilməmişdir. Buna görə də, həmin qətnamə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə qərar qəbul edərkən mülki və mənzil qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Onun və oğlu Cavabdeh1 həmin ev üzrə cavabdeh qismində hazırkı mülki prosesə cəlb olunmağı tamamilə əsassızdır. Çünki həmin ev onların istifadə və sahibliyində deyildir. Orada əvvəldən də və hazırda da qardaşı Misirov Tofiq Maksim oğlu öz ailəsi ilə birlikdə yaşayır və həmin ev tamamilə onun sahibliyindədir. Beləliklə, məhkəmə işi hərtərəfli və düzgün araşdırmamış, təqdim edilmiş bütün sübutları nəzərə almamışdır. Cavabdeh2 və onun vəkili Heydərov Hikmət İlyasxan oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(064)-515/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 da məhkəmədə Cavabdeh2 izahatına uyğun izahat vermişdir. İddiaçı1 və onun nümayəndəsi vəkil Məmmədzadə Əkbər Yusif oğlu, apellyasiya şikayətinin əsassız olduğunu və Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(064)-515/2022 saylı qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Misirov Tofiq Maksim oğlu da Cavabdeh2 apellyasiya şikayətinə uyğun izahat verərək həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu və evdə əvvəldən özünün yaşadığını və hazırkı iş üzrə cavabdehlərin və ailə üzvlərinin onun evində müvəqqəti yaşadıqlarını bildirmişdir. O, göstərmişdir ki, mübahisəli fərdi yaşayış evini 1984-cü ildə öz vəsaiti hesabına inşa etdirmiş, hazırda da özü və ailə üzvləri həmin evdə yaşayırlar. Əvvəllər mübahisəli evin yarı hissəsində özü, evi olmadığı üçün yarı hissədində isə qardaşı – hazırkı iş üzrə Cavabdeh2 ailə üzvləri ilə birlikdə müəyyən müddət ərzində müvəqqəti olaraq yaşamışlar. İddiaçı1 və Cavabdeh1 ailə qurduqları zaman Cavabdeh2 adına Norveç qaçqınlar şurası tərəfindən tikilmiş 1 otaqlı fərdi yaşayış evi kiçik olduğu üçün İddiaçı1 hazırki evə gəlin köçmüş, 2014-cü ildə isə Norveç qaçqınlar şurası tərəfindən tikilmiş həmin 1 otaqlı fərdi yaşayış evinə köçmüşlər. Mübahisəli fərdi yaşayış evi Füzuli rayon Aqrar İslahat komissiyasının 05 iyun 1998-ci il tarixli 18 nömrəli qərarı ilə onun mülkiyyətinə Füzuli rayon Kürdmahmudlu kəndində verilmiş 1400.58 kv.m həyətyanı torpaq sahəsində yerləşir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(064)-515/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Füzuli RİHB Kürdmahmudlu İƏDN-nin 12 mart 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 Kürdmahmudlu kəndində mərhum atasından qalma evi qardaşı ilə iki hisəyə bölüb həmin mənzildə yaşayır və İddiaçı1 Cahidlə ailə qurduqdan sonra 2013-cü ilə qədər Cavabdeh2 razılığı ilə İddiaçı1 həmin mənzildə yaşamışdır. Cavabdeh2 2005-ci il tarixdə Norveç Qaçqınlar şurası tərəfindən 28 kv. m yaşayış sahəsi tikilmişdir. Cavabdeh1 oğlu Sumqayıt şəhər sakini İddiaçı1 ilə 2009-cu ildə ailə quraraq 2013-cü il tarixə kimi Cavabdeh1 ailəsi ilə birlikdə atasının yanında baba yurdunda yaşamışdır. Cavabdeh1 ailəsi ilə birlikdə 2013-cü ildən etibarən Cavabdeh2 2005-ci ildə tikilmiş olan evə atası Cavabdeh2 razılığı ilə köçüb yaşamışdır. İş materiallarına əlavə edilmiş Füzuli RİHB Kürdmahmudlu İƏDN-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1 2009-cu il tarixdə Füzuli rayonu Kürdmahmdlu kənd sakini Cavabdeh1 ilə ailə qurmuş və qayınatası Cavabdeh2 yaşadığı 4 otaqlı evinə daim qeydiyyata düşərək ora gəlin köçmüşdür. Qayınatası Cavabdeh2 yaşadığı ev atası tərəfindən miras qaldığı üçün qardaşı Misirov Tofiq Maksim oğlu ilə tən yarı bölərək birgə yaşamışlar. Həmin evdə İddiaçı1 2014-cü ilə qədər yaşamışdır. Cavabdeh2 adına 2005-ci ildə Norveç Qaçqınlar şurası tərəfindən Yuxarı Kürdmahmudlu kəndində tikilmiş bir otaqlı evə ikinci oğlunu evləndirdikdən sonra İddiaçı1 ailəsi ilə birlidə ora köçürmüşdür. Füzuli rayon Kürdmahmudlu icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür mübahisəli fərdi yaşayış evi Misirov Tofiq Maksim oğlu tərəfindən 1984cü il tarixdə özü tikdirmiş və hazırda həmin evdə Misirov Tofiq Maksim oğlu yaşayır. İşdə olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli 2(064)-88/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 aralarında bağlanmış olan xx.xx.2009cu il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Misirov Rahid Cahid oğlu, xx.xx.2013-cü ildə Misirova Nuray Cahid qızı və xx.xx.2017-ci ii təvəllüdlü Misirov Sərxan Cahid oğlunun anaları İddiaçı1 yanında qalmaqları, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh1 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa sabit pul məbləğilə 100 manat olmaqla, cəmi hər ay 300 manat sabit pul məbləğində alimentin alınaraq cavabdeh İddiaçı1 verilməsi qət edilmişdir. İşdə olan Füzuli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(064)-152/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı1 Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən Füzuli rayon Aqrar islahat Komissiyasının 1998-ci il 05 iyun tarixli 18 nömrəli qərarı ilə Cavabdeh2 verilmiş 1224.9 kv.m həyətyanı torpaq sahəsindən və onun üzərində inşa edilmiş 3 otaqdan ibarət fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İşdə olan Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Füzuli rayon Aqrar İslahat komissiyasının 05 iyun 1998-ci il tarixli 18 nömrəli qərarı ilə Misirov Tofiq Maksim oğlunun mülkiyyətinə Füzuli rayon Kürdmahmudlu kəndində 1400.58 kv. m həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 03 noyabr 2009-cu il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi nümayəndəliyində Cavabdeh1 ilə nikaha girərək ailə qurmuşdur. İddiaçı1 Cavabdeh1 ilə nikaha girdikdən sonra Misirov Tofiq Maksim oğlunun mülkiyyətinə verilmiş Füzuli rayon Kürdmahmudlu kəndində yerləşən 1400.58 kv. m həyətyanı torpaq sahəsində Misirov Tofiq Maksim oğlunun özü tərəfindən 1984-cü il tarixdə tikilmiş tikiliyə gəlin köçərək 2013-cü ilə qədər ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Misirov Cavabdeh1 Bahar Vəli qızı ilə birlikdə könüllü olaraq 2013-cü ildən etibarən Cavabdeh2 2005-ci ildə tikilmiş olan evə atası Cavabdeh2 razılığı ilə köçüb yaşamışdır. Füzuli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən Füzuli rayon Aqrar islahat Komissiyasının 1998-ci il 05 iyun tarixli 18 nömrəli qərarı ilə Cavabdeh2 verilmiş 1224.9 kv.m həyətyanı torpaq sahəsindən və onun üzərində inşa edilmiş 3 otaqdan ibarət fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Beləliklə də, hazırkı iş üzrə mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 deyil, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Misirov Tofiq Maksim oğlunun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Qeyd edildiyi kimi, mübahisəli fərdi yaşayış evi Misirov Tofiq Maksim oğluna məxsusdur, hazırda onun sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Buna görə də, kollegiya mübahisəli fərdi yaşayış evinin Cavabdeh2 məxsus torpaq sahəsində yerləşdiyini və orada cavabdehlərin ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamasını diqqətə alaraq hesab edir ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmiş tələb əsl cavabdehlərə qarşı yönəlməmişdir. Belə ki, cavabdehlər özbaşına tikili olan mübahisəli fərdi yaşayış evi və ya onun yerləşdiyi torpaq sahəsi üzrə hər hansı hissədə hər hansı hüquqa malik deyildir və bu hal iş materialları ilə təsdiqini tapmır. Bütün bunlara əsasən məhkəmə kollegiyası işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri və iş materiallarında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə əsasız nəticəyə gəlmişdir. Ona görə də, Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(064)-515/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(064)-515/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və istifadə hüquqlarının tanınması tələbinə dair iddia təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-249/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-249/2023
28.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver