Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-259/2024 08.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi Nümayəndə Fəhrat qızının, maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 iştirakları ilə, iddiaçı Ərizəçi maraqlı şəxs Beyləqan rayon * saylı Notariat ofisinə qarşı *4 yanvar 2023-cü il tarixdə ölmüş X3 vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)-*694/2023 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X3 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)-*694/2023 saylı qətnaməsi (X*) ilə, ərizənin təmin edilməsi, Ərizəçi *4 yanvar 2023-cü il tarixdə ölmüş X4 məxsus mirasın qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X3 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X6 ölənə kimi onunla bir yerdə yaşamış və bir ailənin üzvü olmuşdur. X6 *4.0*. 2023-cü il tarixdə vəfat etmişdir. X6 onun əmisi arvadıdır. O, əmisi və onun arvadı Xanımı saxlamışdır. Əmisi arvadı X5 ölənə qədər onu saxlamış və yas mərasimini də etmişdir. Hazırda mərhumun mülkiyyətində torpağı və evi və digər əmlakları adına keçirəmək istəyir. Onun heç bir kimsəsi olmamış və övladı da olmamışdır. Ancaq mərhum X3 verilən torpaq sahəsini və evi adına sənədləşdirə bilmir. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi 6070*3002389-*030* saylı Çıxarışla olan 0.08 ha həyətyanı torpaq sahəsi əvvəl əmisinin mülkiyyətində olmuş, sonra isə X3 mülkiyyətindədir. Yuxarıda qeyd etdiyi problemin məhkəmədən kənar həlli mümkün deyildir. Vərəsə kimi tanınmasını məhkəmə qaydasından başqa cür əldə edə bilmir. Təqdim olunmuş sənədlərdən də görünür ki, o, uzun illərdir mirası qəbul etmişdir. O, növbəli vərəsədir. O, bu barədə Beyləqan rayon İ saylı Dövlət Notariat ofisinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Hazırda sənədləşmədə çətinlik çəkdiyindən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X3 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayonu * saylı Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Maraqlı şəxs Beyləqan rayonu * saylı Notariat kontorunun notariusu məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində ərizəni qanunsuz olaraq heç bir araşdırma aparmadan təmin etmişdir. Belə ki, mərhumə X6 mənim doğma bibimdir. O vəfat etdikdən sonra mən məhkəməyə müraciət edərək mirası rəsmi surətdə qəbul etmiş və mənim adıma *7 iyul 2023cü il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib edilmişdir. Həmin şəhadətnaməyə əsasən mən növbəlilik baxımından irəli varis kimi həmin əmlakı öz adıma qeydə aldırmışam. Həmin əmlak 6070*3002389-*030*saylı reysterdən çıxarışla mənim adıma qeydiyyata alınmışdır. Məhkəmə qətnaməsində heç bir araşdırma aparmayaraq istinad etdiyi köhnə çıxarışla guya evin mərhumənin adına qeydiyyatda qalması göstərilmişdir. Halbuki məhkəmə qətnaməsi çıxaran vaxt artıq əmlak mənim adıma dövlət qeydiyyatına alınmış idi. Miras açılmaqla vərəsələrin əhatə dairəsi müəyyən edilmiş əmlaka yenidən mirasın qəbul edilməsi faktı müəyyən etməklə kobud qanun pozuntusu etmişdir. Qeyd edilənlərə əsasən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nuriyev X7 Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)-*694/2023 saylı qətnaməsini ləğv edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)- *694/2023 saylı qətnaməsini ləğv edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizəçi apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)-*694/2023 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə Fəhrat qızı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)-*694/2023 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *2 fevral 20*3-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” * noyabr 20*3-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.*-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 37*-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini Ərizəçi əmisi arvadı mərhum X6 vəfat etdikdən sonra hazırki vaxta kimi ailə üzvü və onun vərəsəsi kimi həmin torpaq sahəsindən istifadə etməsi, bu halın isə ərizəçinin yeganə vərəsə kimi miras əmlakını faktiki qəbul etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)-*694/2023 saylı qətnaməsini ləğv edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı ərizə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Ərizəçi məhkəmyə ünvanladığı ərizənin mahiyyətindən müəyyən edilir ki, o, iddia edir ki, mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X3 ölənə kimi onunla birgə yaşamış, X6 onun əmisinin yoldaşıdır. Əmisini və əmisi yoldaşını o saxlamış, onların yasını da o vermişdir. Mərhum əmisi arvadı Xanımın heç kimsəsi olmamış, övladı da olmamışdır. Hazırda mərhum X3 mülkiyyətində olan torpağı, evi və digər əmlakları adına keçirmək istəyir, torpaq sahəsini və evi adına sənədləşdirə bilmir. Qeyd edilənlərə əsasən mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X3 vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək ümumiyyətlə qətnamənin ləğv edilməsi məsələsini mübahisələndirmişdir. Odur ki, kollegiya Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)-*694/2023 saylı qətnaməsinin maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.*-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin *8 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 24 dekabr 20*9-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzalanmalı həmçinin mübahisənin məhkəmədən qabaq həll edilməsi qaydalarına riayət edilməsi) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Hazırkı tələbdən göründüyü kimi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X3 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını tələb edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Ərizəçi əmisi arvadı mərhum X6 vəfat etdikdən sonra hazırki vaxta kimi ailə üzvü və onun vərəsəsi kimi həmin torpaq sahəsindən istifadə etməsininin, bu halın isə yeganə vərəsə kimi Ərizəçi miras əmlakını faktiki qəbul etməsi kimi qiymətləndirilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi ərizəçinin tələbi üzrə işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki məhkəmə ilk öncə müəyyən etməliydi ki, ümumiyyətlə miras qoyanın ölümündən sonra hansı vərəsələri qalmış, ərizə ilə məhkəməyə müraciət edən şəxs miras qoyanın qanun üzrə vərəsəlik zamanı qanunda göstərilmiş neçənci növbəli vərəsə qismində çıxış edir, həmçinin müəyyən etməliydi ki, ərizəçi ümumiyyətlə qanun üzrə vərəsə sayılırmı, əgər vərəsə sayılırsa onda, neçənci növbəli vərəsədir. Bütün bunları müəyyən etmədən yekun nəticəyə gəlinməsi, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dəlalət edən haldır. Bundan başqa əgər (ərizəçi) iddiaçı miras qoyanın vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi istəyirsə, ilk öncə o mirasın açıldığı yer üzrə notariat orqanına müraciət edərək vərəsəlik şəhadətnaməsi tələb etməlidir. Bundan imtina edildiyi təqdirdə isə buna müvafiq olaraq növbəti prosessual hərəkətlər edilməliydi. Belə ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan *32*-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Mülki Məcəllənin *325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Hal hazırda isə iddiaçı məhkəmədən qabaq həlli qaydalarına əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki məhkəmə ilk öncə müəyyən etməliydi ki, əgər iddiaçı növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi istəyirsə ilk öncə o mirasın açıldığı yer üzrə notariat orqanına müraciət edərək vərəsəlik şəhadətnaməsi tələb etməlidir. Bundan imtina etdiyi təqdirdə isə buna müvafiq olaraq növbəti prosessual hərəkətlərin edilməliydi, lakin iddia ərizəsinin məzmunundan görünür ki, ərizəçi iddia edir ki, mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X3 ölənə kimi onunla birgə yaşamış, X6 onun əmisinin yoldaşıdır. Əmisini və əmisi yoldaşını o, saxlamış, onların yasını da o vermişdir. Mərhum əmisi arvadı Xanımın heç kimsəsi olmamış, övladı da olmamışdır. Hazırda mərhum X3 mülkiyyətində olan torpağı, evi və digər əmlakları adına keçirmək istəyir və hesab edir ki, o, miras qoyanın əmlakına sahib ola bilər. Bu səbəbdən də məhkəməyə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Halbuki ərizəçi ilk öncə miras qoyanın vərəsəsi kimi mirası qəbul etməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etməli, notariat orqanı tərəfində vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina olunduqda isə, o, öz hüququnun və qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi barədə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi Ərizəçi notariat ofisinə müraciət edib imtina aldığı təqdirdə məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmiş, bununla da işin məhkəmədən qabaq həlli qaydalarına riayət etməmişdir. Sadalanan prosessual normaların mənasına görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş ərizəni baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin; 259.0.*-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə bu halda ərizə baxılmamış saxlanılır. 260.*-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.*-259.0.5-ci və 259.0.8—259.0.*2-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 26*-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.**-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.*.*-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)-*694/2023 saylı qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.*, 260.*, 260.4, 372.*, 372.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)-*694/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Beyləqan rayon * saylı Notariat ofisinə qarşı *4 yanvar 2023-cü il tarixdə ölmüş X3 vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(106)-259/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-259/2024
08.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver