Məhkəmə qərarları › İş №2(106)-26/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-26/2025

04.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-26/2025 04.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər : torpaq sahəsindən çıxarılma Şirvan şəhəri, 04 sentyabr 2025-ci il X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdehlər, həmçinin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin (hakim: Nurəddin Bağırov) 30 sentyabr 2022-cü il tarixli, 2(056)-77/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, həmçinin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «torpaq sahəsindən çıxarılma» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu, Minbaşı kəndində yerləşən mülkiyyətində olan 2,1409 ha torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılması, həmçinin əkindən əldə etdikləri 3000 manat gəlirin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayonu, Minbaşı kəndində kənd təsərrüfatı təyinatlı 2.1409 ha torpaq sahəsini Şirvan şəhəri 1 saylı DNK-da xx.xx.2021-ci il tarixli 4Ə-26 saylı alqı-satqı müqaviləsi əsasında əldə edərək xüsusi mülkiyyətinə keçirməsinə dair ƏMDK yanında DƏDRX-dən ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Cavabdehlər ona məxsus torpaq sahəsini zəbt edərək, onun dəfələrlə etirazlarına baxmayaraq qanunsuz olaraq əkmişlər. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaya etiraz edərək, etirazlarının əsası kimi, iddiaçı tərəfindən boşaldılması tələb olunan torpaq sahəsinin iddiaçıya deyil, məhz JN-0029 seriyalı KOD 90916018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət AKT-ı əsasında onlara məxsus Sabirabad rayonu Minbaşı kəndində yerləşən 3.58 ha torpaq sahəsi olmasını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sabirabad Rayon Məhkəməsinin 30 sentyabr 2022-cü il tarixli, 2(056)-77/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən (qeydiyyat tarixi -xx.xx.2021, qeydiyyat nömrəsi -**********) Çıxarış əsasında İddiaçı ümumi paylı mülkiyyətində olan Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2,1409 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadəsi dayandırılaraq, həmin torpaq sahəsindən çıxarılması və torpağın iddiaçıya qaytarılması vəzifəsi Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulması və xx.xx.2022-ci il tarixli **********25 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 358,20 (üç yüz əlli səkkiz manat iyirmi qəpik) AZN məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə və qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs ayrıca apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməklə, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Hər iki Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Həmçinin göstərmişlər ki, işə baxılarkən torpağa dair Dövlət Aktında adları göstərilən digər mülkiyyətçilər tam olaraq işə cəlb edilməmiş, mülkiyyətçilərdən yalnız Cavabdeh2 və Cavabdeh1 cavabdeh qismində işə cəlb edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya məhkəməsinə apellyasiya şikayətinə qarşı etiraz göndərmiş və Sabirabad Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(056)-77/2022 saylı qətnaməsindən cavabdehlər və qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında müəyyən edilmişdir ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə iş apellyasiya baxışında olarkən vəfat etmişdir. Buna görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kollegiyanın iclasında Maraqlı şəxs hüquqi varisi olaraq qəbul edilmişlər. Apellyasiya baxışında iştirak edən cavabdehlər, həmçinin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin əlavə olaraq göstərmişlər ki, qeyd edilən torpaq sahəsini 1998-ci il tarixdən maneəsiz və etirazsız əkib-becərməklə məşğuldurlar. Hazırda da həmin torpaq sahəsi onların və ailələrinin istifadəsindədir. İddiaçı 2021-ci ildə bildirdiyinə görə həmin ərazidə torpaq sahəsi almışdır. İddiaçını tanımırlar. Çixarışa əsasən həmin torpaqda onun, anası Gülsümün, bacıları Svetlana, Tahirə və Səidənin payları mövcuddur. Qeyd etmişlər ki, anası Gülsüm xx.xx.2023-cü il tarixdə iş apellyasiya baxışında olarkən vəfat etmişdir. Analarının hüquqi varisi olmalarına etiraz etmirlər. İddiaçı məhkəməyə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, işləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştrak edə bilməyəcək. Ekspertiza rəyi ilə razıdır. Apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini və məhkəmə iclaslarını onun iştrakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda Məmmədova (Sabcanova) Tahirə Ərəbxan qızı, X4 və Teymurova (Sabcanova) Svetlana Ərəbxan qızı cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Lakin onlar məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq iclaslarda iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin işirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə və qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs ayrıca apellyasiya şikayəti verərək şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan stifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Sabirabad rayonu Minbaşı kəndində yerləşən 2.1409 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ½ payla İddiaçı və X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan JN-0029 seriyalı KOD 90916018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət AKT-nın surətindən görünür ki, Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 3.58 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi Sahibcanov (Lətifov) Samid Ərəbxan oğluna və digərlərinə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********25 saylı mütəxəssis rəyində qeyd olunur ki, xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında ümumi paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.1403 ha torpaq sahəsinin, həmçinin JN-0029 seriyalı KOD 90916018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət AKT-ı əsasında ümumi birgə mülkiyyət hüququ üzrə cavabdeh Lətifov (Sahibcanov) Samid Ərəbxan oğluna məxsus Sabirabad rayonu Minbaşı kəndində yerləşən 3.58 ha torpaq sahəsinin sərhədləri, kordinatları və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İddiaçı tərəfindən boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında ümumi paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.1403 ha torpaq sahəsinin daxilindədir və sərhədləri ilə əhatə olunur. xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında ümumi paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.1403 ha torpaq sahəsi, JN-0029 seriyalı KOD 90916018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət AKT-ı əsasında ümumi birgə mülkiyyət hüququ üzrə cavabdeh Lətifov (Sabcanov) Samid Ərəbxan oğluna məxsus Sabirabad rayonu Minbaşı kəndində yerləşən 3.58 ha torpaq sahəsi ilə üst-üstə düşmür, yəni həmin torpaq sahələri fərqli hissələrdə yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş Smetadan görünür ki, ekspertiza xərclərinin dəyəri 358.20 manat təşkil edir. Apellyasiya baxışında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Rəy əldə edilərək işə əlavə edilmişdir. 16 may 2024-cü il tarixli, 3-16-16/2-10/7070 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: -xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.1409 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluş planında əks olunmuşdur. -xx.xx.2023-cü il tarixli, **********72 reyestr nömrəli (2.9836 ha) və xx.xx.2023-cü il tarixli, **********73 reyestr nömrəli (0.60 ha) Çıxarışlarla (JN-0029 seriyalı, KOD 90916018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı əsasında) ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlər Lətifov (Sahibcanov) Samid Ərəbxan oğluna, Sabcanov (Sahibcanov) Xeyrulla Ərəbxan oğluna ve Sabcanova (Sahibcanova) Gülsüm Nəzər qızına məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.9836 və 0.60 ha torpaq sahələrinin sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. - İddiaçı tərəfindən boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.1409 ha torpaq sahəsinin hüdudları daxilindədir və ya sərhədləri ilə əhatə olunur. Yəni iddiaçının tələb etdiyi 2.14 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. - İddiaçı tərəfindən boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi xx.xx.2023-cü il tarixli, **********72 reyestr nömrəli (2.9836 ha) və xx.xx.2023-cü il tarixli, **********73 reyestr nömrəli (0.60 ha) Çıxarışlarla (JN-0029 seriyalı KOD 90916018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı əsasında) ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehler Lətifov (Sahibcanov) Samid Ərəbxan oğluna və digərlərinə məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.9836 ha 0.60 ha torpaq sahələrinin hüdudları daxilində deyil və yaxud sərhədləri ilə əhatə olunmur. -xx.xx.2021- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.1409 ha torpaq sahəsi, xx.xx.2023-cü il tarixli, **********72 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, **********73 reyestr nömrəli Çıxarışlar esasında ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlər Lətifov (Sahibcanov) Samid Ərəbxan oğluna və digərlərinə məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.9836 ha və 0.60 ha torpaq sahələri ilə üst-üstə düşmür, yəni həmin torpaq sahələri fərqli hissələrdə yerləşir (qonşu torpaq sahələridir). Ekspertiza xərcinin 50 manat olması göstərilmişdir. Yuxarıda bəhsi keçən Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra müəyyən edilmişdir ki, iş üzrə verilmiş Rəy (Azcard və ya Tekuis) elektron baza məlumatları əsasında verilməmişdir. Buna görə də kollegiya hesab etmişdir ki, iş üzrə əlavə tikintitexniki ekspertiza təyin edilməlidir. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)- 58/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 22 iyul 2025-ci il tarixli, 3-16-16/2-10/4356/2025 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: -"Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar "Torpaqların elektron kadastr uçotu informasiya sisteminə" (TEKUlS-ə) və AZCAD-a miqrasiya edilmişdir. Odur ki, Məhkəmənin 2(106)- 58/2024 saylı Qərardadında qoyulmuş sualların araşdırılması və cavablandırılması TEKUİS və AZCAD elektron xəritə materiallarına istinad olunmuşdur. 03.02.201-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.1409 ha torpaq sahəsinin sərhədləri və ölçüləri yeni elektron baza (AZCAD və TEKUİS) məlumatlarına əsasən yerində müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. - xx.xx.2023-cü il tarixli, **********72 qeydiyyat tarixli (2.9836 ha) və xx.xx.2023-cü il tarixli, **********73 qeydiyyat tarixli (0.60 ha) Çıxarışlarla (JN-0029 seriyalı, KOD 90916018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı əsasında) ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlər Lətifov (Sahibcanov) Samid Ərəbxan oğluna, Sabcanov (Sahibcanov) Xeyrulla Ərəbxan oğluna və Sabcanova (Sahibcanova) Gülsüm Nəzər qızına məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.9836 ha və 0.60 ha torpaq sahələrinin sərhədləri və ölçüləri yeni elektron baza (AZCAD və TEKUİS) məlumatlarına əsasən yerində müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. -İddiaçı tərəfindən boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.1409 ha torpaq sahəsinin hüdudları daxilindədir və ya sərhədləri ilə əhatə olunur. - İddiaçı tərəfindən boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi xx.xx.2023-cü il tarixli, **********72 qeydiyyat nömrəli (2.9836 ha) və xx.xx.2023-cü il tarixli, **********73 qeydiyyat nömrəli (0.60 ha) Çıxarışlarla (JN-0029 seriyalı, KOD 90916018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında) ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlər Lətifov (Sahibcanov) Samid Ərəbxan oğluna və digərlərinə məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.9836 ha və 0.60 ha torpaq sahələrinin hüdudları daxilində deyil və ya sərhədləri ilə əhatə olunmur. Başqa torpaq sahələridir. -xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.1409 ha torpaq sahəsi, xx.xx.2023-cü il tarixli, **********72 qeydiyyat nömrəli (2.9836 ha) və xx.xx.2023-cü il tarixli, **********73 qeydiyyat nömrəli (0.60 ha) Çıxarışlar əsasında ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlər Lətifov (Sahibcanov) Samid Ərəbxan oğluna və digərlərinə məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.9836 ha və 0.60 ha torpaq sahələri ilə üst-üstə düşmür. -********** qeydiyyat nömrəli Çıxarışla iddiaçıya məxsus olan 2.1409 ha torpaq sahəsi bütövlükdə cavabdehlər Cavabdeh2 və digərləri tərəfindən istifadə olunur. Ekspertiza xərcinin 50 manat olması göstərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, boşaldılması tələb olunan Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.1409 ha mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş (qeydiyyat tarixi – xx.xx.2021, qeydiyyat nömrəsi – **********) Çıxarış əsasında iddiaçının ümumi paylı mülkiyyətində olduğu üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə bu hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin mübahisələndirilən torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüququ cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabehlərin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətində olan torpaq sahəsinə istifadənin cavabdehlər tərəfindən dayandırılaraq, onların həmin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin iddiaçıya qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının mülkiyyətində olan Sabirabad rayonu Minbaşı kəndində yerləşən 2.1409 ha torpaq sahəsindən istifadənin cavabdehlər tərəfindən dayandırılaraq, onlar həmin torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Apellyasiya baxışında təyin edilmiş ekspertizalar nəticəsində də müəyyən edilmişdir ki, iddiaçı tərəfindən boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi xx.xx.2023-cü il tarixli, **********72 qeydiyyat nömrəli (2.9836 ha) və xx.xx.2023-cü il tarixli, **********73 qeydiyyat nömrəli (0.60 ha) Çıxarışlarla (JN-0029 seriyalı, KOD 90916018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında) ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlər Lətifov (Sahibcanov) Samid Ərəbxan oğluna və digərlərinə məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.9836 ha və 0.60 ha torpaq sahələrinin hüdudları daxilində deyil və ya sərhədləri ilə əhatə olunmur. Başqa torpaq sahələridir. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.1409 ha torpaq sahəsi, xx.xx.2023-cü il tarixli, **********72 qeydiyyat nömrəli (2.9836 ha) və xx.xx.2023-cü il tarixli, **********73 qeydiyyat nömrəli (0.60 ha) Çıxarışlar əsasında ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlər Lətifov (Sahibcanov) Samid Ərəbxan oğluna və digərlərinə məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2.9836 ha və 0.60 ha torpaq sahələri ilə üst-üstə düşmür. ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçıya məxsus olan 2.1409 ha torpaq sahəsi bütövlükdə cavabdehlər Cavabdeh2 və digərləri tərəfindən istifadə olunur. Belə olduğu halda Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehlərin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün onlar tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş birgə apellyasiya şikayəti, həmçinin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 30 sentyabr 2022-cü il tarixli, 2(056)-77/2022 saylı qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1, həmçinin qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər və həmçinin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onların özünə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya baxışında təyin edilmiş iş üzrə keçirilmiş hər iki ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar