Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-264/2023 03.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X18 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçı və cavabdeh İddiaçı, onun nümayəndəsi X7, iddiaçı və cavabdeh X3 nümayəndəsi Nümayəndə, vəkili X4 iştirakları ilə, ilk iddia üzrə İddiaçı cavabdeh X5 qarşı «torpaq sahəsindən istifadənin dayandırılaraq torpağın geri qaytarılması», qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı «maddi ziyanın ödənilməsi» tələbləri ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(056)-56/2022 saylı qətnaməsindən (hakim F.Pənahov) hər iki tərəfin verdiyi apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı cavabdeh X5 qarşı «torpaq sahəsindən istifadənin dayandırılaraq torpağın geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olmaqla Sabirabad rayonu Qaragüney kəndində yerləşən 0.2477 ha torpaq sahəsinin tərəfindən istifadəsinə maneə yaradan cavabdeh X8 tərəfindən həmin torpaq sahəsindən istifadəsinə maneə törədilməsinin dayandırılaraq, həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin mülkiyyətçi olaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu Qaragüney kəndində yerləşən 0.2477 ha torpaq sahəsi onun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 17 avqust 2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyta alınmışdır. Həmin torpaq sahəsi çıxarışdan əvvəl Sabirabad rayon aqrar İslahat Komissiyasının 28 fevral 1998-ci il tarixli 8-5/1-1 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. 24 ildir ki, qeyd olunan torpaq sahəsinin mülkiyyətçisidir. Bu hal həmçinin Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2013-cü il tarixli 2(106)-461/2013 saylı qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 19 iyun 2014-cü il tarixli 2(102)-2451/2014 saylı qərarı ilə təsdiq olunur. Cavabdeh Müşviq Haqverdiyev onun mülkiyyətində olan torpaq sahəsini tam olaraq mənimsəmiş, zəbt edərək onu mülkiyyətində olan 0.25 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə imkan verməmiş və maneələr törətmişdir. Cavabdeh ona aid torpaq sahəsini qaytarmaqdan imtina edərək, ailələrinin büdcəsinə ziyan vurmaqla yanaşı, həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqularını pozur. Qarşılıqlı iddia üzrə iddiaçı X8 cavabdeh İddiaçı qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı Sabirabad rayon Qaragüney kəndində yerləşən 0.2477 ha torpaq sahəsinin münbitləşdirilməsinə çəkdiyi 1500 manat xərc və torpağın hazırki dəyəri olan 5000 manat olmaqla ümumilikdə 6500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı tələbinin həcmini artıraraq cavabdeh İddiaçı Sabirabad rayon Qaragüney kəndində yerləşən 0.2477 ha torpaq sahəsinin münbitləşdirilməsinə çəkdiyi 1500 manat xərc və torpağın hazırki dəyəri olan 10400 manat olmaqla ümumilikdə 11900 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə iddia qaldırmışdır. O, qeyd olunan torpaq sahəsini cavabdeh İddiaçı 2000-ci ildə 600 manata (həmin vaxtın məzənnəsi ilə 3 000 000 manat) almışdır. Bu barədə aralarında müvafiq akt da imzalanmışdır. 21-ildən artıq müddətdir ki, qeyd olunan torpaq sahəsi onun istifadəsindədir. 2010-cu ildə baş vermiş Kür daşqınları zamanı mübahisəli torpaq sahəsi tamamilə yararsız hala düşmüş və o, torpaq sahəsinin yenidən yararlı vəziyyətə gətirilməsi üçün 1500 manat məbləğində vəsait xərcləmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli məktuba əsasən Sabirabad rayonu, Qaragüney kəndində xüsusi mülkiyyətə ayrılmış 0.06 ha torpaq sahəsinin real bazar dəyəri 2600 manatdır. Mübahisəli torpaq sahəsinin 0.2477 ha olduğunu nəzərə alaraq hal-hazırda həmin torpağın dəyəri 10400 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş iddianı müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İzahatında əlavə olaraq göstərmişdir ki, Müşviq Haqverdiyevə heç bir ziyan vurmamışdır. Müşviqin mübahisəli torpaq sahəsini 17 ildir ki, əkib-becərir. Mübahisəli torpaq sahəsini Müşviqə icarəyə vermişdir. İcarə haqqı olaraqda Müşviqdən 600 manat məbləğində pul almışdır. Aralarında alqı-satqı ilə bağlı heç bir müqavilə olmamışdır. Kənd icra nümayəndəliyində bağlanmış sazişə o, evdə olan zaman icra nümayəndəsinin oğlu onların evinə gələrək imza etdirmiş, latın hərifləri ilə yazıb oxumağı bacarmadığı üçün imzalamışdır. Birinci instansiya məhkəməsində ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edib izahatlarında göstərmişlər ki, Müşfiq 2000-ci ildə ev tikmək üçün özünə torpaq sahəsi axtarmışdır. Bu zaman onlara məlum olmuşdur ki, həmkəndliləri İddiaçı onlara yaxın yerdə torpaq sahəsi satır. Bundan sonra onlar Cavidlə torpağın alqı-satqısı barədə razılaşmışlar və 600 manat məbləğində (3000000 manatın köhnə məzənnəsi ilə) pul vəsaitini Cavidə vermiş, cavabdeh də həmin torpaq sahəsini onlara vermişdir. Faktiki olaraq onlar arasında alqı-satqı olmuşdur. Beləliklə, 2000-ci ildən torpaq onların istifadəsində olmuşdur. Müşfiq ev tikməyə hazırlaşan zaman torpağın sənədlərinin olmadığını ona bildirilmiş və o da sənədsiz torpaqda ev tikməyin yaxşı fikir olmadığını bilmiş və sonradan yaranacaq problem zamanı tikdiyi evin əlindən çıxacağından narahat olmuş və ev tikməyi saxlamışdır. Bundan sonra o, həmkəndlisi Cavidə müraciət etmiş və torpaq sahəsini onların adına rəsmiləşdirməsini xahiş etmişlər. Bu zaman Cavid torpağa mülkiyyət şəhadətnaməsi ilə torpağın addan ada keçirilməsinin mümkün olmadığını, lakin torpağa dair çıxarış aldıqdan sonra lazımi sənədləşdirmələri aparacaqlarını onlara bildirmişdir. Onlar Cavidə əgər torpağı satmaq fikri yoxdursa, onların pulunu qaytarmalarını dedikdə, Cavid yenə də onları inandırmışdır ki, narahat olmasınlar, torpağı onlara satacaq, kənd ərazi nümayəndəsinin iştirakı ilə özü və ailə üzvlərinin rəsmi imzaları ilə torpağın onlara satılmasına dair sadə yazılı müqavilə bağlamışdır. Lakin yenə də torpağı rəsmi surətdə satmaqdan yayınmışdır. Aradan uzun müddət keçmiş və Müşviq Cavidlə məsləhətləşərək alqı-satqı müqaviləsinin məhkəmə qaydasında rəsmiləşdirməyi və bu barədə məhkəməyə müraciət edəcəyini Cavidə bildirmişdir. Cavidə buna etirazı olmadığını bildirmiş və onlar məhkəməyə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmə iclası zamanı İddiaçı dediklərinin tam əksinə izahatlar verərək torpaq sahəsinin alqı-satqısı barədə aralarında heç bir müqavilə olmadığını bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(056)-32/2013 saylı qətnaməsinə əsasən oğlu Müşfiqin iddiası təmin edilmişdir. Bundan sonra cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2013-cü il tarixli 2(106)-461/2013 saylı qətnaməsinə əsasən Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(056)-32/2013 saylı qətnaməsi alqı-satqının bağlanmış hesab edilməsi hissəsində ləğv edilmişdir. Bundan sonra oğlu X14 Məhkəməsinin 05 iyun 2013-cü il tarixli 2(106)-461/2013 saylı qətnaməsidən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 oktyabr 2013-cü il tarixli 2(102)-3832/2013 saylı qərarı əsasında Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2013cü il tarixli 2(106)-461/2013 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsində yenidən mübahisələri üzrə işə baxılmış və həmin məhkəmənin 25 dekabr 2013-cü il tarixli 2(106)-1108/2013 saylı qətnaməsinə əsasən Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(056)-32/2013 saylı qətnaməsi alqı-satqının bağlanmış hesab edilməsi hissəsində ləğv edilmişdir. Bundan sonra X14 Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli 2(106)-1108/2013 saylı qətnaməsidən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 iyun 2014-cü il tarixli 2(102)-2451/2014 saylı qərarı əsasında Şirvan Apellyasiya Məhkəməsinin 25 dekabr .2013-cü il tarixli 2(106)-1108/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavid onlardan torpağı geri tələb etməmiş, hətta onlara vəd verərək torpağı onların adına rəsmiləşdirəcəyini bildirmişdir. Onlar Cavidə dəfələrlə torpaq üçün ödədikləri pulu geri qaytarmalarını bildirmişlər, lakin Cavid onları hər dəfə sənədləşmə adı ilə aldatmışdır. Cavid Müşviqə və ya onun ailə üzvlərinə pulu qaytarmamışdır. Cavidin onları aldatması nəticəsində faktiki olaraq onlara 10000 manatdan artıq ziyan vurmuşdur. 2000-ci ildən hazırki günədək tikinti materiallarının qiyməti on dəfədən çox artmışdır. 20 ildir Müşviq evsiz-eşiksiz qalmışdır. Bu müddət ərzində Cavid onun 600 manat (köhnə manat məzənnəsi ilə 3000000) pulundan öz mənafeyi üçün istifadə etmişdir. Müşviq Haqverdiyev mübahisəli torpaq sahəsini əkmədiyini, 2000-ci ildən 2010-cu ilədək torpağın vergisini ödədimişdir. Sabirabad Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(056)-56/2022 saylı qətnaməsi ilə ilk iddia tam, qarşılıqlı iddia isə qismən təmin olunaraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 17 avqust 2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş Sabirabad rayon Qaragüney kəndində yerləşən 0.2477 ha torpaq sahəsindən cavabdeh X3 istifadəsi dayandırılaraq, torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsi, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 5000 (beş min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X5 ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qarşılıqlı iddianın təmin olunan 5000 manat pul vəsaitinin ondan tutularaq X5 verilməsi hissədə qətnamənin ləğv olunmasını və həmin hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin qismən “5000 manat maddi ziyanm ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehə verilməsi” hissəsində təmin edərkən maddi hüquq normalarının tətbiqində kobud pozuntuya yol vermişdir. Belə ki, işdən göründüyü kimi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı mən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə qarşı 2013-cü il tarixdə “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin onun adına qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 01 fevral 2013-cü il tarixli 2(056)-32/2013 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında Sabirabad rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1998-ci il tarixli 8-5/1-1 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanılmış hesab edilmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2013-cü il tarixli 2(106)-461/2013 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin olunaraq, Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(056)-32/2013 saylı qətnaməsi ləğv edilmiş iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 23 oktyabr 2013-cü il tarixli 2 (102)-3832/2013 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2013-cü il tarixli 2(106)-461/2013 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2013-cü il tarixli 2(106)- 1108/2013 saylı qətnaməsinə əsasən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(056)-32/2013 saylı qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh iddia tələbinin təmin edilməməsi və qətnamənin qalan hissəsində isə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 19 iyun 2014-cü il tarixli, 2 (102)-2451/2014 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin MK-nm 25 dekabr 2013-cü il tarixli 2(106)-1108/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə ‘‘maddi ziyanın ödənilməsi” tələbini məhkəmə araşdırması üçün məhkəmə baxşına çıxartmaqla, iddianı qismən “5000 manat maddi ziyanın ondan tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi” hissəsində təmin etməklə, maddi hüquq normalarının tətbiqində kobud səhvə yol vermiş və beləliklədə Azərbaycan Respublikası MPM-nin 82.1 və 82.3-cü maddələrinin tələblərini pozaraq, qarşılıqlı iddia ərizəsini baxılmamış saxlanılmaqla qərardad çıxarılması əvəzinə, iddia tələbinə hüquqi qiymət vermişdir. İşdən görünür ki, qarşılıqlı iddia ərizəsinin mahiyyəti ondan mübahisə predmeti olan 0.25 ha torpaq sahəsinin 2000-ci il tarixdə 300000 (hazırda manata məzənnədə 600 manat) manat ödəməklə alqı-satqı barədə şifahi razılaşma əsasında əldə etdiyini, həmçinin həmin torpaq sahəsinin münbitləşdirilməsinə görə ödədiyi 1500 manat pulun və torpağın hazırkı dəyəri olan 10400 manat pulun, ümumilikdə 11900 manat məbləğində pulun alınaraq ona verilməsindən ibarətdir. Halbuki, yuxarıda qeyd etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktlarında qarşılıqlı iddianın mahiyyətini əks etdirən “maddi ziyan tələbi” üzrə hallar “alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi” hissəsi üzrə iddia tələbində öz təsdiqin tapmayaraq, bir daha sübut olunduğundan, yenidən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilməməli idi. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə maddi ziyan tələbinin qismən təmin edilməsi qənitinə gələrkən əsas olaraq sübut növü kimi 2007-ci il tarixli aktı götürmüşdür. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisə olunan 0.25 ha torpaq sahəsinin alqı-satqısı barədə 2000-ci ildəki razılaşmaya istinad etməklə 2007-ci il trixdə aralarında tərtib edilmiş aktı həmin razılaşmanın sübutu kimi təqdim etmişdir. Qeyd olunan akt isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında əqdin bağlanılmış hesab edilməsi üçün zəruri olan şərtləri özündə ehtiva etmir. Bundan əlavə, 2007-ci ildə daşınmaz əmlakın alqı-satqısı barədə münasibətləri tənzimləyən qüvvədə olan mülki qanunvericiliyin müvafiq normaları mövcud olmuşdur. Belə ki, həmin normalarının tələblərini pozmaqla daşınmaz əmlakın alqı-satqısı barədə bağlanılmış müqavilələr etibarsız hesab olunduğundan, həmin müqaviləni bağlayan tərəflər üçün etibarsızlığı ilə bağlı nəticələr istisna olunmalqa heç bir hüquqi nəticə yaratmır. Lakin iş materiallarından müəyyən olunur ki, əqdin yazılı formada tərtib edilməsi halı tərəflər arasında mövcud olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi necə olur ki, hər hansı bir tərtib edilməyən əqd və onadan irəli gələn öhdəliklərin olmaması baxımından, maddi ziyan tələbinin əsaslı olması anlamına gəlməklə ədalətsiz qətnamə çıxarır. Halbuki, maddi ziyan tələbinin əsasını daşıyan və birinci instansiya məhkəməsi tərəfindən sübut növü kimi qəbul edilən 05 noyabr 2007-ci il tarixli aktdan görünür ki, 644A saylı şəhadətnamə ilə özünə məxsus 0.25 ha həyatyanı torpaq sahəsini qarşılıqlı iddia üzrə iddiaçıya satmağı barədə akt tərtib edilmişdirsə, həmin tərtib edilmiş akt sadə yazılı formada tərtib edilmiş alqı-satqı əqdi kimi qiymətləndirilə bilməz. Bundan başqa, həmin aktla mübahisəli torpaq sahəsinin hansı qiymətə satılması və pulun ona verilməsi halı müəyyən edilmədiyindən, müqavilə tərəfləri olaraq onlar arasında hansı öhdəlik münasibətlərinin yaranması və hansı tərəfin müqavilə öhdəliyini pozması və bununla bağlı məsuliyyətin müəyyən edilməsi mümkün deyildir. Qətnamədən həmçinin qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X8 apellyasiya şikayəti verərək ləğv olunmasını və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli məktubda Sabirabad rayonu, Qaragüney kəndində xüsusi mülkiyyətə ayrılmış 0.06 ha torpaq sahəsinin real bazar dəyəri 2600 manat olmuşdur. Mübahisəli torpaq sahəsinin 0.2477 ha olduğunu nəzərə alsaq, hal-hazırda torpağın dəyəri 10400 manat təşkil edir. Bundan əlavə illər ərzində qeyd edilən torpaq sahəsinin münbitləşdirilməsi üçün 1500 manat məbləğində xərc çəkmişdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi tərəfimdən təqdim edilən sübutları araşdırmadan ədalətsiz qətnaməsi qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X3 apellyasiya şikayətinə qarşı İddiaçı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbi üzrə ondan 5000 manat məbləğində pul vəsaitinin tutulması hissədə ləğv edilməsini, həmin hissədə də qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz ilk ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Mülki Məcəllənin 1.3-cü maddəsinə istinad etməklə hesab etmişdir ki, cavabdehlə arasında bağlanılmış əqd etibarsız hesab edildiyindən və ona görə də tərəf olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən əmlak və yaxud onun dəyərində pul qaytarmalıdır. Əvvəla hansı əqddən söhbət gedir ki, tərəflər arasında əqd olaraq alqı-satqı müqaviləsi bağlanıb ki, həmin müqavilə etibarsız hesab edisin. Bundan başqa məhkəmənin diqqətinə çatdırıram ki, qarşılıqlı iddia üzrə iddiaçının 0.25 ha torpaq sahəsini 2000-ci il tarixdə 300000 (hazırda manata məzənnədə 600 manat) manat ödəməklə icarəyə götürməsi, lakin sonradan aralarında razılaşma pozulduğundan, tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya 600 manat ödənilmiş və bu onun tərəfindən etiraf edilməklə məhkəmə araşdırması zamanı öz təsdiqin tapmışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı və cavabdeh İddiaçı, onun nümayəndəsi X13 tərəflərindən verilən apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin və qarşı tərəfin apellyasiya şikayətinə qarşı təqdim etmiş olduqları yazılı etirazın yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını, X8 tərəfindən verilən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Məhkəmədə iddiaçı və cavabdeh X3 nümayəndəsi Nümayəndə vermiş olduqları apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmədə iddiaçı və cavabdeh X3 vəkili X9 hüquqlarını müdafiə etdiyi şəxsin apellyasiya şikayətinin əsaslı olduğunu bildirib təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olmasından dolayı təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsini hər iki tərəf mübahisələndirir və məzmun etibarı ilə hər iki apellyasiya şikayəti qətnamənin qismən təmin olunan qarşılıqlı iddia hissəsindəndir. Qarşılıqlı iddia üzrə iddiaçı qətnamənin ləğv olunaraq qarşılıqlı iddianın tam təmin olunmasını, qarşılıqlı iddia üzrə cavabdeh isə qətnamənin qarşılıqlı iddianın qismən təmin olunması hissədə ləğv olunaraq, qarşılıqlı iddianın tam rədd edilməsini xahiş edirlər. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını hər iki tərəfə münasibətdə mübahisələndirilən qarşılıqlı iddia hissədə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, qarşılıqlı iddia hissədə tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 avqust 2021-ci ildə verilmiş **********97 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sabirabad rayonu, Qaragüney kəndində yerləşən 0.2477 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 17 avqust 2021-ci ildə verilmiş **********97 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin plan və ölçünün tərtib edilməsinə əsas - JN-644A Kodlu 28 fevral 1998-ci ildə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçı X3 cavabdeh İddiaçı qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" tələbinə dair iddiası üzrə Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(056)-32/2013 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli 2(106)-1108/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən işin halları aşağıdakılardan ibarət olmuşdur: İddiaçı X8 cavabdeh İddiaçı qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə aralarında olan 06 noyabr 2007-ci il tarixli akta əsasən alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad rayon Ərazi İdarəsi tərəfindən 0.25 torpaq sahəsinin onun adına Dövlət Reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Haqverdiyev-Müşviq Lətif oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, ailələrinə yaxın və ata evində qonşu olan 2000-ci ilin yay ayında Tofiq Məmmədov və onun oğlu İddiaçı Sabirabad RAİK-nın 28 fevral 1998-ci il tarixli 8-5\l-l saylı qərarı ilə JN -644 A seriyalı 90911005 saylı Dövlət Aktı əsasında verilmiş 0.25 hektar torpaqlarını satdıqlarını bildirmişlər. Buna görə də həmin torpaq sahəsinə görə 300000 manat (manatın köhnə məzənnəsi ilə) ödəməklə almışdır. Aldığı torpaq sahəsinin sənədləşdirilməsini sonra edəcəklərini bildirmişlər. Onlara inanaraq torpağın sənədləşdinİməsinə əhəmiyyət verməmişdir. 2000-ci ildən həmin torpaq sahəsinə çoxsaylı torpaq əlavə etməklə yararsız vəziyyətdən yararlı vəziyyətə salmışdır. Uzun müddət keçdikdən sonra 06 noyabr 2007-ci il tarixdə cavabdeh İddiaçı və onun atası Tofiq Məmmədova torpağın alqı-satqısının həyata keçirilməsini bildirmişdir. T.Məmmədovun məsləhəti ilə onlar Sabirabad rayonu Qaragüney kəndində icra nümayəndəsinin iştirakı ilə akt yazmışlar. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Hazırda cavabdehə həmin torpaq sahəsinin notariat qaydada alqı-salqısını rəsmiləşdirilməsinin lazım olduğunu bildirmişdir. Onlar isə 600 manat pulu qaytarmaq şərti ilə torpaq sahəsini geri istəmişlər. O, 2000-ci ildən həmin torpağa dair vergiləri öədyir. Kənd əhalisi bu torpaq sahəsinin ona satılmasını təsdiq edə bilərlər. Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(056)-32/2013 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, X8 ilə İddiaçı arasında Sabirabad rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1998-ci il tarixli 8-5/1-1 saylı qərarı ilə sonuncunun mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlanmış hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir, Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın tam həcmdə rədd edilməsini və torpağın ona qaytarılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(056)-32/2013 №-li qətnaməsi iiə iddia tələbinin qismən təmin edilərək X10 ilə İddiaçı arasında Sabirabad rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1998-ci il tarixli 8-5\1-1 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 hektar torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilməsi qət olunmuşdur. Onlar həmin qətnamə ilə razı deyillər. Hesab edirlər ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Məhkəmə iclasında hüquqi məsələləri bilməsələr də, belə başa düşmüşlər ki, guya İddiaçı 05 noyabr 2007-ci il tarixli akta əsasən həyətyanı torpaq sahəsini satmışdır. Həmin aktdan onların xəbəri olmamışdır. Lakin onu bildirirlər ki, tarixi yadlarında qalmasa da, qeyd olunan vaxtda Qaragüney kənd icra nümayəndəsi Əziz Kərimovun oğlu onlara gələrək atası göndərdiyini və torpağın Müşviq tərəfindən əkilib-becərüməşi üçün aku imzalamağı bildirmişdir. Latın qrafikasını bilmədiklərindən həmin aktı oxumadan imzalamışlar. Məhkəmədə onlara bildirmişlər ki, onlar torpağı satmaq sözünü bilmədən imzalamışlar. Aktda torpağ hansı vəziyyətdə və neçəyə satılması göstərilməmişdir. Onlar aktın torpağın satılması barəsində tərtib olunduğunu bilsəydilər, aktı imzalamazdılar. Məhkəmə iclasında icra nümayəndəsi izahat verərək etiraf etmişdir ki, torpağın alqı-satqısı onun səlahiyyətinə aid deyildir. Torpağın alqı-satqısı notariat kontorunda təsdiq edilməmişdir. Əgər onlar torpagı satsaydılar, notariat kontorunda alqı-satqı müqaviləsi bağlayaradılar. Əslində isə Müşviqin atası Lətiflə qonşudurlar. Onlar mehriban olmuşlar. Onun xahişi ilə həmin torpaq sahəsini müvəqqəti icarəyə vermişlər. Əvəzində onlara 600 manat məbləğində pul vermişlər. Torpağı əkib-becərib xeyir götürmüşlər. O, könüllü torpağı qaytarmadığından aralarında narazılıq yaranmışdır. İddiaçıya şahidlərin yanında 600 manat pulu qaytarmışlar. Lakin iddiaçı torpağı onlara qaytarmaq istəmir. İş ateriallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-644A seriyalı 90911005 Kodu olan şəhadətnaməyə əsasən Sabirabad rayon Aqrar islahat Komissiyasının 28 fevral 1998-ci il tarixli 8-5/1-1 saylı qərarı ilə Sabirabad rayon Qaragüney kənd sakini İddiaçı mülkiyyətinə 0.25 ha torpaq sahəsi verilmişdir, İş materiallarına əlavə edilmiş 05 noyabr 2007-ci il tarixli aktdan görünür ki, həmin akt İddiaçı 644A nömrəli şəhadətnamə ilə özünə məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin X1 barədə tərtib edilmişdir, İş materiallarına əlavə edilmiş Sabirabad rayon Qaragüney Bələdiyyəsinin 10 oktyabr 2012-ci il tarixli 139 nömrəli arayışına əsasən Müşviq Haqverdiyev 2007-ci ildən mübhisəli torpaq sahəsinin vergisini ödəmişdir, Şirvan Apellyasiya Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli 2(106)-461/2013 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(056)-32/2013 saylı qətnaməsi X8 ilə İddiaçı arasında Sabirabad rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1998-ci il tarixli 8- 5/1-1 saylı qərarı ilə sonuncunun mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin alğısatqısı müqaviləsinin bağlanmış hesab edilməsi hissədç ləğv edilmiş və iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2014-cü il tarixli 2(102)-2451/2014 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli 2(106)-1108/2013 saylı qətnaməsi iddiaçı X8 tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli 10/5584 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Sabirabad rayonu, Qaragüney kəndində ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan 0.2477 ha torpaq sahəsi ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür və həmin hissə naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 05 iyun 2020-ci il tarixli **********34 saylı Sabirabad rayonu Qaragüney Bələdiyyəsinə ünvanladığı məktubuna əsasən Sabirabad rayonu Qaragüney kəndində həyətyanı məqsədilə xüsusi mülkiyyətə satılmış 0.06 ha torpaq sahəsinin real bazar dəyəri 2600 manat müəyyən olunur. Beləliklə mülki işin müəyyən olunan faktiki halları ondan ibarətdir ki, Sabirabad rayonu Qaragüney kəndində yerləşən mübahisəli həyətyanı torpaq sahəsi 0.25 ha sahədən ibarət olmaqla Sabirabad rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1998-ci il tarixli qərarı əsasında İddiaçı mülkiyyətinə verilmiş və bu JN-644A seriyalı 90911005 Kodu olan şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsini satmaq istəmiş, bununla bağlı X8 ilə aralarında şifahi sövdələşmə olmuş, 3 000 000 manat (denominasiyaya uğramamış) pul müqabilində torpaq sahəsini faktiki olaraq Müşviq Haqverdiyevin sahibliyinə vermiş və həmin vaxtdan hal-hazıradək torpaq sahəsi sonuncunun faktiki sahiblik və istifadəsindədir. Tərəflər arasında Sabirabad rayonu Qaragüney kənd icra nümayəndəsinin iştirakı ilə 05 noyabr 2007-ci ildə akt tərtib olunaraq imzalanmış, torpaq sahəsinin X1 həmin aktda öz əksini tapmışdır. 2007-ci ildən mübahisəli torpaq sahəsinin vergisi X8 tərəfindən ödənilmişdir. X2 cavabdeh İddiaçı qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 01 fevral 2013-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq mübahisəli torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli 2(106)-1108/2013 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(056)-32/2013 saylı qətnaməsi iddianın təmin olunan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə də təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçı Müşviq Haqverdiyev kassasiya qaydasında mübahisələndirmiş, kassasiya şikayəti təmin edilməmişdir. 17 avqust 2021-ci ildə İddiaçı mübahisəli torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, sonuncuya bununla bağlı reyestrdən çıxarış verilmişdir. Hazırda İddiaçı X5 qarşı məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, torpağın ona qaytarılması tələbini, X8 isə torpağın real bazar dəyərini təşkil edən 10400 manat, torpağın yaxşılaşdırılmasına çəkmiş olduğu 1500 manat pulun İddiaçı tutularaq xeyrinə ödənilməsi tələblərini irəli sürmüşlər. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı iddiası tam, Müşviq Haqverdiyevin iddiası isə qismən təmin olunmuşdur. Hazırki apellyasiya baxışının predmetini də məhz qarşılıqlı iddiaya birinci instansiya məhkəməsi tərəfindən verilən hüquqi qiymət təşkil edir. Müşviq Haqverdiyev qarşılıqlı iddianın tam təmin olunmasını, İddiaçı isə qarşılıqlı iddianın təmin olunan hissəsində qətnamənin ləğv olunaraq, qarşılıqlı iddianın tam rədd edilməsini xahiş edirlər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir, 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir, 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir, 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir, 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır, 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır, 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. "X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. O da nəzərə alınmalıdır ki, ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir. Buna görə də tərəflər, mübahisəli əqd etibarsız hesab edildiyi təqdirdə qarşılıqlı münasibətlər üzrə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. "F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsini mülkiyyətçisi İddiaçı 2000-ci ildə satmaq istəmiş, bununla bağlı Müşviq Haqverdiyevlə arasında şifahi sövdələşmə olmuş, 3 000 000 manat (denominasiyaya uğramamış) pul müqabilində torpaq sahəsini İddiaçı sataraq Müşviq Haqverdiyevin faktiki sahiblik və istifadəsinə vermişdir. Həmin vaxtdan hal-hazıradək torpaq sahəsi sonuncunun faktiki sahiblik və istifadəsindədir. Sonrakı mərhələdə tərəflər torpaq sahəsinin alqı-satqısının həqiqi iradə ifadələrini əks etdirdiyini bir daha nümayiş etdirərək, Sabirabad rayonu Qaragüney kənd icra nümayəndəsinin iştirakı ilə 05 noyabr 2007-ci ildə akt tərtib edib, onu imzalamaqla, mübahisəli torpağın bu qaydada alqı-satqısını rəsmiləşdirdiklərini qəbul etmişlər. Kollegiya hesab edir ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməz olduğundan, torpaq sahəsinin mülkiyyətçisi faktiki olaraq sataraq başqasının sahiblik və istifadəsinə verdiyi torpaq sahəsini sonradan rəsmiləşdirməkdən imtina edərək geri tələb etdiyindən, həm alıcının hesabına əsassız varlanmış olmuş, həmdə torpağın hazırki dövr üçün müəyyən olunan real bazar dəyəri həddində alıcını zərərə məruz qoymuş olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin, 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir, 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır, 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşan hüquqi mövqe baxımından məhkəmə ilk növbədə verəcəyi nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Sosial ədalətə və vicdanlılığa sığan nəticə isə alıcıya almış olduğu torpağın yalnız real bazar dəyəri formasında məruz qaldığı zərərin qarşılanmasında özünü biruzə verə bilər. İş materiallarına əlavə olunan torpaqların son hərrac qiymətləri ilə bağlı Sabirabad rayon Qaragüney Bələdiyyəsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 05 iyun 2020-ci il tarixli **********34 saylı cavab məktubuna əsasən, Sabirabad rayonu Qaragüney kəndində həyətyanı məqsədilə xüsusi mülkiyyətə satılmış 0.06 ha torpaq sahəsinin real bazar dəyəri 2600.0 manat təşkil edir. Hazırki mübahisənin predmetini təşkil edən torpaq sahəsi 0.2477 ha ölçüdə olmaqla Sabirabad rayonu Qaragüney kəndində yerləşir və yuxarıda qeyd olunan rəsmi məlumata əsasən onun real bazar (hərrac) dəyəri 10400 manat təşkil edir. Odur ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı X3 apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə dəyişdirilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli torpaq sahəsinin real bazar dəyərini təşkil edən 10400 manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Çünki qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin yaxşılaşdırılmasına 1500 manat məbləğində xərc çəkilməsinə dair birinci instansiya məhkəməsinə sübut verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(056)-56/2022 saylı qətnaməsi "Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 5000(beş min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X5 ödənilsin" hissədə dəyişdirilərək, cavabdeh İddiaçı tutulacaq məbləğ 10400 manat (on min dörd yüz) məbləğində müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-264/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-264/2023
03.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver