Məhkəmə qərarları › İş №2(106)-267/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-267/2023

28.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-267/2023 28.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X2 ibarət tərkibdə, katib X3, İddiaçı, cavabdehin təmsilçisi Nümayəndə1 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 26 yanvar 2*22-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin 3 saylı “Yasəmən” Körpələr evi-uşaq bağçasına qarşı əmrin etibarsız hesab edilməklə iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şirvan Şəhər Məhkəməsinin (hakim Z.Əliyev) 26 yanvar 2*22-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Şirvan şəhər İcra Hakimiyyətinin 3 saylı “Yasəmən” Körpələr evinin İddiaçı haqqında olan 11.*6.2*21-ci il tarixli 11 saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunması və İddiaçı Şirvan şəhər İcra Hakimiyyətinin 3 saylı “Yasəmən” Körpələr evi-uşaq bağçasının tərbiyəçi vəzifəsinə işə bərpa olunması, ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin 3 saylı “Yasəmən” Körpələr eviuşaq bağçası apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiyasının Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Z.Zeynalov, hakimlər T.Heydərov və T.Kərimov) 19 may 2*22-ci il tarixli, 2(1*6)-911/2*22 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 26 yanvar 2*22-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. İşə iddiaçının kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən A.Hüseynov, hakimlər Z.Əliyev və Ə.Nurməmmədov) 31.1*.2*22-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiyasının Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2*22-ci il tarixli, 2(1*6)-911/2*22 saylı qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşinhalları İddiaçı *1.*2.2*18-ci il tarixli əmrlə Şirvan şəhəri, İcra Hakimiyyətinin 3 saylı “Yasəmən” Körpələr evi-uşaq bağçasında “əvəzçi-tərbiyəçi” vəzifəsinə işə qəbul edilmiş, Uşaq bağçası müdirinin 11.*6.2*21-ci il tarixli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmişdir. Hazırki tələbində, İddiaçı 3 saylı “Yasəmən” Körpələr evi-uşaq bağçasının 11.*6.2*21-ci il tarixli 11№ əmrinin etibarsız hesab edilməklə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçı tələbi aşağıdakı kimi əsaslandırılmışdır: Şirvan şəhəri, İcra Hakimiyyətinin 3 saylı “Yasəmən” Körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində işləmiş, cavabdehlə arasında *1.*8.2*18-ci il tarixdə “əvəzçi-tərbiyəçi” vəzifəsinə təyin edilməsi barədə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin tarixdən öz vəzifəsini nizam-intizam qaydalarına riayət edərək vicdanla yerinə yetirmişdir. İşlədiyi müddət ərzində bir dəfə olsun ki, ona inzibati tənbeh tətbiq edilməmişdir. Lakin son zamanlar cavabdeh tərəfindən əsassız iradlar bildirilərək sonda onun barəsində 11.*6.2*21-ci il tarixli, 11 №-İi əmrlə guya onun işlədiyi vəzifəyə dair vakant yer olmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin əmri tamamilə əmək qanunvericiliyinin tələblərinə ziddir. Əvvəl işə bərpa edilməsi tələbinə dair iddia ilə müraciət etmiş, Şirvan şəhər məhkəməsi tərəfindən iddia baxılmamış saxlanılmışdır. Buna səbəb olaraq cavabdeh tərəfindən ona xəbər göndərilmişdir ki, məhkəmə prosesini dayandırdığı halda ona bağçada müvafiq bir iş təqdim ediləcəkdir. Lakin cavabdeh vədinə əməl etməmişdir. 11.*6.2*21-ci il tarixli, 11№ əmrin etibarsız hesab edilməsi ilə əlaqədar Azərbaycan Respublikası ƏƏSMN-nin yanında X9 Xidməti Salyan Regional Ərazi Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şöbədən ona bildirilmişdir ki, *1.*8.2*18-ci il tarixli əmək müqaviləsinin cavabdeh tərəfindən öz təşəbbüsü ilə xitam verilməsi tamamilə əsassızdır və əmək qanunvericiliyin tələbləri pozularaq xitam verildiyinə görə Azərbaycan Respublikası İXMnin 192.6-cı maddəsinə əsasən cavabdeh Şirvan şəhər İH-nin 3 saylı “Yasəmən” Körpələr” evi, uşaq bağçasının direktoru X1 barəsində 29.*6.2*21-ci il tarixli MN 1*5312* № xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin əmrin ləğv edilməsi üçün cavabdehə 3*.*6.2*21-ci il tarixli, 2113*154*34 № tövsiyyə məktubu göndərilmişdir. Lakin cavabdeh heç bir addım atmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 12, 84, 84.2, 76.2, 294.1, 3**.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, İddiaçı əvəzçilik qaydasında müvəqqəti olaraq işə götürülmüş, əvəz etdiyi şəxs işə qayıtdıqdan sonra onu başqa işə götürmək mümkün olmadığından işdən azad edilmişdir. Bundan başqa, iddiaçı iddia müddətini ötürmüşdür. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin təmsilçisi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin təmsilçisi eyni zamanda bildirmişdir ki, boş ştat olduğu halda iddiaçını işə qəbul edə bilər. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı, onunla müvəqqəti deyil, müddətsiz əmək müqaviləsinin bağlandığını bildirərək, onun işdən azad edilməsinin əsassız və qanunsuz olduğunu qeyd etmişdir. Apellyasiya baxışında üçüncü şəxs qismində cəlb edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2, apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirməklə yanaşı, izahatında məhkəmənin iş üzrə istənilən qərarına hörmətlə yanaşdığını, iddiaçının həm işə götürülməsi, həm də işdən azad edilməsi haqqında əmrlərin qanunvericiliyin tələblərinə uyğun olmadığını, iddiaçının analoji işlə təmin olunmasını təklif etməyin mümkün olduğunu da qeyd etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, İddiaçı, “Yasəmən” Körpələr evi-uşaq bağçası müdirinin *1.*2.2*18-ci il tarixli əmri ilə Şirvan şəhəri, İcra Hakimiyyətinin 3 saylı “Yasəmən” Körpələr evi-uşaq bağçasında “əvəzçi-tərbiyəçi” vəzifəsinə işə qəbul edilmiş, Uşaq bağçası müdirinin 11.*6.2*21-ci il tarixli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmişdir. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsası olaraq Əmək Məcəlləsinin Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) göstərilmişdir. Bununla yanaşı, əmrin mətnində işdən azad olunmanın əsası kimi, körpələr evi-uşaq bağçasında hal-hazırda vakant vəzifənin olmaması göstərilmişdir. İddiaçı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. İşin faktiki hallarından o da görünür ki, ərizəçi İddiaçı işdən qanunsuz azad edilməsi ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Salyan Regional Ərazi Şöbəsi ərizəçiyə ünvanlanmış *9.*7.2*21-ci il tarixli məktubunda göstərmişdir ki, 11 iyun 2*21-ci il tarixdə sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək müqavilənizə xitam verilərkən siz təşəbbüs göstərməmisiniz, yəni siz işəgötürənə ərizə ilə müraciət etməmisiniz. Əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir. Müəssisə tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*, 71, 72, 77, 8*-cı maddələrinin tələbləri pozulmuş, 11.*6.2*21-ci il tarixli 11 nömrəli əmr əmək qanunvericiliyinə uyğun olmadan tərtib edilmişdir. Sizin əmək müqavilənizə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinə əsasən işəgötürən Şirvan şəhər 3 saylı "Yasəmən” körpələr evi, uşaq bağçasının direktoru X5 barəsində 29 iyun 2*21-ci il tarixli MN 1*5312* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş, əmrin ləğv edilməsi üçün müəssisəyə 3* iyun 2*21-ci il tarixli 2113*154*34 nömrəli tövsiyə məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Aparatının 3* noyabr 2*21-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyi və əmək haqqının ödənilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Şirvan şəhər 3 saylı Körpələr evinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və müəssisəyə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması ilə bağlı göstəriş xarakterli məktub göndərilmiş və qeyd edilənlərlə razılaşmadıqları təqdirdə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Salyan Regional Ərazi Şöbəsinin *1.*9.2*21-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı şikayəti ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən təqdim edilən sənədlər, habelə, şikayətçinin izahatı əsasında müəyyən edildi ki, Şirvan şəhəri saylı Uşaq Bağçasının rəhbərliyi tərəfindən İddiaçı razılığı alınmadan müxtəlif vaxtlarda iki dəfə vəzifəsi dəyişdirilərək aşağı ixtisaslı və aşağı maaşlı işə keçirilmişdir. Nəticə olaraq, aşağı ixtisaslı peşə üzrə çalışmaqla yanaşı İddiaçı eyni zamanda daha aşağı əmək haqqı müqabilində işlədiyindən, belə hərəkətlərə yol verməklə işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarının tələblərini pozmuşdur. Belə ki, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və əmri (sərəncamı) ilə xəbərdar etməmişdir. İşəgötürən barədə daha yüksək sanksiyalı inzibati tənbeh tədbiri görülmüşdür. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işəgötürən- Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi, uşaq bağçasının direktoru X6 barəsində *9 iyul 2*21-ci il tarixli MN 1*65212 nömrəli inzibati tənbehvermə haqqında Qərar qəbul edilmişdir. İşçi onun iradəsi ziddinə olaraq aşağı maaşlı işlərə keçirilərkən itirdikləri əmək haqları fərqinin cəmlənmiş məbləğinin 3 saylı “Yasəmən” körpələr evi, uşaq bağçası tərəfindən zərərçəkən şəxs- İddiaçı ödənilməsi barədə bağça direktoruna 24 avqust 2*21-ci il tarixli müvafiq tövsiyə verilmişdir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdehin mübahisələndirilən əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasını tənzimləyən Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmiş, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda-digər məlumatlarla yanaşı, əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşaraq iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya hesab edir ki, iddia əsaslıdır. İddiaçı, uşaq bağçası müdirinin 11.*6.2*21-ci il tarixli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi əsası nəzərdə tutulmuşdur. Bu, əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan ümumi müddəadır. Bu maddənin tələbinə görə əmək müqaviləsinə ya işəgötürənin, ya da işçinin təşəbbüsü ilə xitam verilə bilər. Hazırki halda əmək müqaviləsinə faktiki olaraq işəgötürən tərəfindən xitam verilmişdir. Qanunun tələbinə görə işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Mübahisələndirilən əmrə görə, əmək müqaviləsinə xitam verilməsinin konkret əsası göstərilməmiş, maddi əsas olaraq ştatın olmaması göstərilmişdir. Kollegiya qeyd edir ki, işçilərin sayının və ya ştatların ixtisarı ilə bağlı işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsində nəzərdə tutulan haldır. Hazırki halda iddiaçının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsası da müəyyən edilmir. Kollegiya hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə uşaq bağçası müdirinin 11.*6.2*21-ci il tarixli əmri əsassızdır. İşin hallarından o da müəyyən edilir ki, mübahisəli əmrin qanunsuz olması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən də müəyyən edilmiş, işəgötürən müvafiq olaraq inzibati qaydada cərimə edilmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçının tərbiyəçi ştatına müvəqqəti olaraq işə götürüldüyünü bildirmişdir. Kollegiya cavabdehin bu arqumentini əsassız sayır. Çünki iş materiallarından, o cümlədən əmək müqaviləsindən İddiaçı müvəqqəti işə götürülməsi- analıq məzuniyyətində olan şəxsin yerinə, yaxud müvəqqəti olmayan işçinin yerinə götürülməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək müqaviləsində ərizəçinin əvəzçi-tərbiyəçi ştatına işə götürülməsi göstərilmişdir. Lakin ərizəçi ilə əvəzçilik üzrə işə qəbul edilmə barədə müqavilə bağlandığı da müəyyən edilmir. Belə ki, əmək qanunvericiliyində əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və xitamı Əmək Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əvəzçilik üzrə iş vaxtının müddəti həmin Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. İşəgötürənin iddiaçı ilə əvəzçilik üzrə əmək müqaviləsi bağladığı da müəyyən edilmir. Beləliklə, işəgötürənlə işçi İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Ona görə də cavabdehin bu arqumenti də əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3**-cü maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin ötürüldüyünü iddia etmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilini də əsassız sayır. İşin hallarından görünür ki, ərizəçi İddiaçı iddia ərizəsi ilə 18.*6.2*21-ci il tarixdə Şirvan şəhər məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin *6.*7.2*21-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının MPM-nin 259.*.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmış, sonradan o, 25.*8.2*21-ci il tarixdə həmin iddia ilə müraciət etsə də məhkəmənin *7.*9.2*21-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının MPM-nin 17*.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmışdır. Bu hallar onu göstərir ki, iddiaçı fərdi əmək mübahisəsi ilə bağlı məhkəməyə vaxtında müraciət etmişdir. Sonra mahiyyəti üzrə işə baxılması zamanı müddətin ötürülməsi faktı olsa belə, bu üzrlü hal hesab edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Halbuki, birinci instansiya məhkəməsində, istər məhkəmənin hazırlıq iclasının, istərsə də məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh 3 saylı “Yasəmən” Körpələr evi-uşaq bağçasının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə hər hansı sənəd, sübut təqdim etməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Ona görə məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən baxmışdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf iddiaya qarşı etirazında, eləcə də apellyasiya şikayətində etirazını əsaslandırmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, mahiyyətcə doğru nəticəyə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.*.1, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: Cavabdeh 3 saylı “Yasəmən” Körpələr evi-uşaq bağçasının apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 26 yanvar 2*22-ci il tarixli, 2(*32)-73/2*22 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar