Məhkəmə qərarları › İş №2(106)-267/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-267/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-267/2024 16.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, X14 oğlunun katibliyi ilə, İddiaçı “X9 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə1 iştirakları ilə, İddiaçı “X9 Kompleksi” MMC-nin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(055)-1169/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X10 Kompleksi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 614561 manat zərərin əvəzinin və 904 manat 56 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə, bu barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X10 Kompleksi” MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 820770 manat zərərin əvəzinin və 1401 manat 33 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə, bu barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(055)-1169/2023 saylı qətnaməsi ilə (hakim İxtiyar Abuşov) iddiaçı “X10 Kompleksi” MMC-nin Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 820770 manat zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsi, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edildikdə bu barədə xüsusi qərardadın qəbul edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1401 manat 33 qəpik dövlət rüsumunun iddiaçı “X10 Kompleksi” MMC-yə aid edilməsi qət edilmişdir. İddiaçı “X9 Kompleksi” MMC apellyasiya şikayəti verərək qətnaməni tamamilə ləğv edərək iddianın Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 820770 manat zərərin əvəzinin və 1401 manat 33 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 dekabr 2018-ci il tarixdən “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialında 01 dekabr 2018-ci il tarixli 001/F saylı əmək müqaviləsinə əsasən direktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Cavabdeh vəzifə təlimatına imza ataraq 01 dekabr 2018-ci il tarixdə direktorun vəzifələrinin və səlahiyyətlərinin, eləcə də məsuliyyətlərinin qəbul edilməsini təsdiq etmişdir. Bununla yanaşı, cavabdehlə həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. “X10 Kompleksi” MMC-nin daxili audit yoxlaması üzrə "xxxx" kənar audit şirkəti tərəfindən “X11 və Emalı Zavodu” filialında istehsalatda aşkarlanan kənarlaşmaların auditi aparılmışdır. “X11 və Emalı Zavodu” filialında 2020-ci il mövsüm ili üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, “X10 Kompleksi” MMC-nin daxili audit yoxlamalarına əsaslanaraq, "xxxx" kənar audit şirkəti tərəfindən müvafiq rəy verilərək məsul şəxslərin hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş zərər müəyyən edilmişdir. Həmin rəydə göstərilmişdir ki, “X11 və Emalı Zavodu” filialında 2020-ci il mövsümündə fermerlərdən qəbul edilmiş xam pambığın emal zavodu filiallarına göndərilməsi və göndərilmiş xam pambığın emal zavodu filiallarında qəbul olunmasının müqayisələrinin nəticəsində “X11 və Emalı Zavodu” filialında fermerlərdən qəbul edilmiş xam pambığın emal zavodları filiallarına göndərildikdə “X11 və Emalı Zavodu” filialında ilkin kondisiya çəkisindən əskik qalmış 863137 kiloqram, 538498 manat dəyərində, “X11 və Emalı Zavodu” filialından emala göndərildikdə və “X6 və Emalı Zavodu” filialında kondisiya çəkisindən əskik qəbul edilmiş 445299 kiloqram, 285617 manat dəyərində, “X11 və Emalı Zavodu” filialından emala göndərildikdə və “X15 və Emalı Zavodu” filialında qəbul edildikdə kondisiya çəkisindən əskik qəbul edilmiş 182852 kiloqram, 118247 manat dəyərində, cəmi kondisiya çəkidə ******* kiloqram, 942362 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Çatışmazlıqların nə ilə bağlı olduğu cavabdehdən soruşulmuş, cavabdeh 2020-ci il mövsümündə xam pambığın saxlanması üçün lazımi şərait olmadığından həmin xam pambığın xarab olmasını göstərmiş və bu barədə 21 ədəd aktı audit xidmətinə təqdim etmişdir. Təqdim edilmiş aktlar əsasında maddi məsul şəxsin hesabından 522348 kiloqramın və 327801 manatın azaldılması nəzərə alınmış və sonuncu nəzərə alınmadan sonra kondisiya çəkidə 968940 kiloqram, 614561 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Bundan başqa, “X11 və Emalı Zavodu” filialında 2021-ci ildə tədarük edilmiş xam pambığın və onun emalının nəticəsi yenidən araşdırılarkən filialda kondisiya çəkidə 328739 kiloqram, 206770 manat əskik gəlmə müəyyən edilmişdir. Ümumilikdə cavabdehin təqsiri üzündən iddiaçıya 2020 və 2021-ci mövsüm illəri üzrə ******* kiloqram, 820770 manat ziyan dəymişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ilkin iddia ərizəsində iddiaçı öz tələbini "xxxx" MMC-nin “X11 və Emalı zavodu” filiallarında (bundan sonra Saatlı Pİ və EZ) məsul şəxslərin hərəkət və hərəkətsizliyi ilə dəymiş zərərin müəyyən edilməsi haqqında xx.xx.2022-ci il tarixli Auditor rəyi ilə əsaslandırmışdır. Məhkəməyə təkrarən göndərilən xx.xx.2023-ci il tarixli “tələbin həcminin artırılması barədə” ərizə və ona əlavə edilmiş sənədlər isə oxunmur və iddiaçının tələbi heç nə ilə əsaslandırılmır. Auditor rəyində 2020-ci il mövsümündə fermerlərdən qəbul edilmiş xam pambıq, zibillliyə və nəmliyə tutulma, kondisiya çəkisi, sənaye növləri, dəyəri və emal olunması üçün zavodun filiallarına göndərilməsi, filiallarda qəbul olunması müvafiq sənədlər əsasında yoxlanılmışdır. Nəticədə zavodda kondisiya çəkidə 968.940 kq olmaqla, 614.561 manat dəyərində xam pambıq çatışmazlığı müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli Aktda yoxlamanın nəticələri ilə bağlı şərh olunan nəticələr Audior rəyi ilə eynidir, lakin bu sənədlərdə qeyd edilən çatışmazlığın hansı səbəbdən əmələ gəlməsi, bu məsələdə kimlərin hər hansı formada günahkar olması və s. haqqında heç bir şey göstərilmir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yuxarıda adıçəkilən Rəy və Aktda əks olunan nəticələr köçürülmüş, heç bir əsaslandırma və ya sübut təqdim etmədən birdən-birə müəyyən edilmiş çatışmazlığın məsuliyyəti Cavabdeh üzərinə qoyulmuşdur. İş materiallarında iddiaçı tərəfindən göndərilmiş və qaldırılmış iddianın predmeti ilə əlaqəsi olmayan xeyli “sənədlər” əlavə edilmişdir. Həmçinin onlar tərəfindən Saatlı Pİ və EZ-in müvafiq komissiyasının kondisiya çəkidə xam pambığın tayalarda obyektiv səbəblərdən xarab olması və emala verilməsi mümkün olmadığı üzündən həmin hissələrin maddi məsul şəxslərin hesabından azaldılması (silinməsi) barədə tərtib etdikləri 21 ədəd Akt ərizələrinə əlavə edilmişdir. Həmin azaldılmış (silinmiş) hissə iddiaçı tərəfindən qəbul edilmişdir. Onun tərəfindən məhkəməyə əlavə olaraq Saatlı Pİ və EZ-in həmin komissiyasının tərtib etdiyi 52 Akt təqdim olunmuşdur. Həmin Aktlarda eynisi ilə zavoda fermerlərdən qəbul edilmiş xam pambığın tayaya yığılmasında, taya yerinin olmadığına görə yerdən, yəni torpaq üzərində yığılması, tunellərin düzəldilməsinin gecikməsi, soyuducu vintelyatorların kifayət etməməsi və zavodun rəsmi və qeyri-rəsmi tələblərinə baxmayaraq MMC tərəfindən təmin olunmaması səbəbindən sovurmanın mümkün olmaması, tayaların örtük çatmadığına görə örtüklərlə qapanmaması və yağan yağışın xam pambığın tərkibinə keçməsi nəticəsində kondisiya çəkidə xam pambığın çürüyüb yararsız hala düşməsi və bu və digər halları nəzərə alınaraq kondisiya çəkidə xam pambığın xarab olmuş və emala verilməsi mümkün olunmayan hissəsələri maddi məsul şəxslərin hesabından azaldılmışdır (silinmişdir). Qeyd edilən 52 ədəd Aktlar həm Saatlı Pİ və EZ-də, həm də MMC-də vardır. Sual olunur ki, niyə Audit və yerli yoxlama zamanı eyni xarakterli 21 ədəd Akt nəzərə alınmış, lakin onların məhkəməyə təqdim etdiyi bu Aktlar gizlədilmişdir? Bundan başqa onlar tərəfindən məhkəməyə 2020-ci il ərzində “X11 və Emalı” zavodunun müdiriyyəti tərəfindən zavodun fəaliyyətində qarşılaşdığı mövcud çatışmazlıqların və mühüm problemlərin aradan qaldırılması üçün zəruri olan avadanlıqlarla təmin edilməsi barədə “X10 Komleksi” MMC-nin direktoru Bəhruz Camalova ünvanlanmış xeyli sayda məktub (xəbərdarlıq-bildiriş xarakterli) göndərilmişdir. Onlardan 6 ədədi məhkəməyə təqdim edilmişdir. Həmçinin zavodun həyətində qurulmuş pambıq tayalarının yağış suyu ilə dolu, palçıqlı torpaq üzərində olmasının, tayalarının örtüksüz olmasının və sair halların video görüntüləri və şəkilləri əks olunan "xxxx" disk və fotoşəkillər MMC-yə təqdim olunmuşdur. Dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq, MMC rəhbərliyi qəbul olunmuş xam pambığın saxlanması və yerləşdirilməsi ilə heç vaxt maraqlanmamış və müvafiq tədbir görməmişlər. MMC-dən gələn nümayəndələr bütün yuxarıda deyilən neqativ vəziyyətin şahidi olsalar da, faktiki olaraq heç bir nəticə olmamışdır. Saatlı Pİ və EZ-in tayaların sayına görə 5000 ton xam pambıq qəbulu gücü olmasına baxmayaraq, 2020-ci il sezonunda kondisiya çəkidə 10.543.683 kq xam pambıq qəbul etmişdir. Pambığın həcminin çoxluğu həmin ildə məhsuldarlığın yüksək olması ilə bağlı olmuşdur. Xam pambıq 2020-ci ilin sentyabr-dekabr aylarında fermerlərdən qəbul edilərək tayalara vurulmuş və 2021-ci ilin avqust ayının 18-ə qədər emal üçün filiallara daşınıb qurtarmışdır. Həmin vaxta qədər payız, qış və yaz aylarında yağışın, palçığın içərisində, sonra da yay istisinin altında örtüksüz, lazımi avadanlıqların olmadığı şəraitdə saxlanan məhsulun aqibəti hamı üçün bəllidir. Yəni, həmin pambığın nə lifi, nə də çiyidi ələ gəlmir, çiyid çürüyür, liflər saralıb emal zamanı toz şəklində itkiyə gedir və bu da pambığın çəkisinin azalmasına gətirib çıxarır. Saatlı Pİ və EZ-də müəyyən edilmiş çatışmamazlığın məsuliyyətini Cavabdeh üzərinə qoyulması barədə iddiaçının tələbinin nə əsası, nə də sübutu mövcud deyildir. Əksinə iş materiallarında olan sübutlar göstərir ki, baş vermiş çatışmamazlıqların əmələ gəlməsində günahkar öz funksiyasını lazımınca yerinə yetirməyən, qabaqcadan bildirilmiş problemləri vaxtında biganəlik göstərərək aradan qaldırmayan iddiaçının həmin dövrdə işləyən müvafiq vəzifəli şəxsləridir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəməyə sübut olaraq təqdim etdiyi məktublar cavabdehin özü tərəfindən tərtib olunmuş və imzalanmışdır. Bu məktubların kağız daşıyıcıda iddiaçıya çatdırılmasını təsdiq edən sənədlər isə məhkəməyə təqdim edilməmişdir. Elektron poçt vasitəsilə göndərilmiş məktubun isə qoşmasına əlavə edilmiş faylın nədən ibarət olduğu məhkəməyə təqdim edilmiş ekran görüntülərindən aydın olmur. Qeyd olunan fayl formatı çox asanlıqla dəyişilə bilən olduğundan, belə sübut mötəbər hesab oluna bilməz. İş materiallarına əlavə olunmuş mühəndis R.Əliyev, mühasib E.Quliyevin, əmtəəşünas İ.Seyfullayevin, energetik Z.Səlimovun “X10 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalova ünvanlandığı məktublar da eyni qaydada elektron poçt üzərindən göndərildiyi iddia edilsə də, məktubların həqiqətən də iddiaçıya çatdırılıb-çatdırılmadığı təqdim olunmuş ekran görüntülərindən aydın olmur. Bundan əlavə, adları çəkilən şəxslər məktubların üzərində göstərilmiş tarixlərdə birbaşa olaraq cavabdehin tabeçiliyi altında çalışdıqlarından, məktubda sadalanan halların obyektivliyi şübhə altına düşmüş olur. Məhkəmə iclasında elan olunmuş fotoşəkillər və DVD diskdən pambıq tayalarının harada və nə vaxt o vəziyyətdə olması aydın olmur, məhkəmənin sübutun mötəbərliyini yoxlamadan qətnamənin o sübut əsasında qəbul etməsi yanlış qərar verməsi ilə nəticələnir. İş materiallarına əlavə olunmuş "xxxx" şirkəti tərəfindən aparılmış 16 oktyabr 2023-cü il tarixli müstəqil audit hesabatı üzrə rəydə gəlinmiş nəticələr “X10 Kompleksi” MMC-nin müəyyən etdiyi normativlərlə üst-üstə düşmür, bu halda məhkəmənin pambığın ilkin kondisiya çəkisinin müəyyən edilməsində bu işin mütəxəssislərinin deyil, fərqli sahə ilə məşğul olan audit şirkətinin gəldiyi rəyi üstün tutması məhkəmənin qərəzli mövqeyini nümayiş etdirir. Bundan əlavə, məhkəmə iclaslarında iddiaçının nümayəndəsinin dəfələrlə ekspertiza təyin olunmasına dair vəsatətləri cavabsız qalmış, məhkəmə qətnaməsində də bu barədə məlumat əlavə edilməmişdir. Halbuki, məhkəmə xüsusi bilik tələb edən məsələdə bir-birinə zidd olan iki mövqeyin hansının düzgün olmadığını özü müəyyən edə bilməz. İş üzrə təqdim edilmiş materiallardan görünür ki, cavabdeh əmək fəaliyyəti dövründəki hərəkət və ya hərəkətsizliyi nəticəsində cəmiyyətə ziyan vurmuşdur. Ziyanın vurulmasını təsdiq edən sənədlərin iş materiallarına əlavə edilməsinə baxmayaraq, məhkəmə öz qətnaməsində ziyanın vurulmadığını qeyd etmişdir. Cavabdeh zərərin vurulmamasının təsdiqi olaraq, pambığın ilkin kondisiya çəkisinin düzgün hesablanmadığını bildirmiş və "xxxx" şirkəti tərəfindən aparılmış 16 oktyabr 2023-cü il tarixli müstəqil audit hesabatını təqdim etmişdir. Halbuki, pambığın ilkin kondisiya çəkisi "X10 Kompleksi" MMC-nin normativlərinə əsasən hesablanmışdır. Açıq-aşkar xüsusi bilik tələb edən məsələdə məhkəmənin ekspertiza təyin etmədən qərar verməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə öz qətnaməsində qeyd edir ki, “İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" şirkəti tərəfindən aparılmış 16 oktyabr 2023-cü il tarixli müstəqil audit hesabatı üzrə rəydən görünür ki, 2020-ci ildə ******* kq, 875085.82 manat və 2021-ci ildə 329320 kq, 226625 manat, cəmi ******* kq, 1101710.82 manat dəyərində kondisiya çəkidə xam pambığın maddi məsul şəxsin hesabından silinməsi mövcud hesablamalara uyğundur”. Lakin məhkəmə AF Audit” şirkətinin belə bir spesifik sahə üzrə rəy vermək üçün yetərli ixtisaslaşmaya malik olub-olmadığını araşdırmamışdır. Xüsusi bilik tələb edən məsələlər üzrə məhkəmənin ekspertiza təyin etməkdən imtina etməsi, həmçinin, yoxlanılmamış və şübhəli sübutları qətnamənin əsası kimi qəbul etməsi nəticəsində məhkəmə düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mülki işin materiallarında və iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdə xam pambığın kondisiya çəkisində əskiklik əmələ gəlməsində cavabdehin günahkar olmasını təsdiq edən heç bir sübut yoxdur. İddiaçı əmələ gəlmiş əskikliyi cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə əlaqələndirsə də, bu hərəkət və ya hərəkətsizliyin nədə ifadə olunduğunu, onun fəaliyyətində hansı halların qanuna zidd olduğu barədə heç bir dəlil ortaya qoya bilməmişdir. İddiaçının istinad etdiyi "xxxx" MMC-nin audit rəyi MMC-nin komissiyasının Saatlı Pİ və EZ-də apardığı yoxlamanın nəticəsi ilə bağlı tərtib etdiyi 30 dekabr 2021-ci il tarixli Aktın məzmunu ilə eynidir. Yəni həmin Aktın bütün məzmunu tam şəkildə Auditor tərəfindən tərtib olunan rəyə köçürülmüşdir. Nə auditor rəyində, nə də MMC-nin adı çəkilən Aktında xam pambığın kondisiya çəkisində olan əskikliyin yaranma səbəbləri və günahkarları haqda heç bir şey yoxdur. Bundan başqa, iddiaçının tam maddi məsuliyyət haqqında müqaviləyə istinadən cavabdehin üzərinə götürdüyü vəzifələri yerinə yetirməməsi haqqında mülahizələri də əsassızdır. Belə ki, cavabdeh adı çəkilən müqavilənin "xxxx" bəndinə uyğun olaraq öz vəzifəsini yerinə yetirərək, MMC-yə, onun rəhbərliyinə, təhkim olunmuş nümayəndələrinə Saatlı Pİ və EZ-də mövcud olan problemləri - pambıq tayalarının qurulması üçün müvafiq yerlərin olmadığı, tayaların torpağın üzərində qurulduğu, tələb olunan sovurucu ventilyatorlar, brezent örtüklər, kabellərlə zavodun təmin edilməməsi və s. barədə dəfələrlə rəsmi və qeyri-rəsmi qaydada dəfələrlə məlumat-xəbərdarlıq vermişlər. Belə ki, Saatlı Pİ və EZ tərəfindən 2020-ci il ərzində X11 və Emalı zavodunun müdiriyyəti tərəfindən zavodun fəaliyyətində qarşılaşdığı mövcud çatışmamazlıqların və mühüm problemlərin aradan qaldırılması üçün zəruri olan avadanlıqlarla təmin edilməsi barədə “X10 Komleksi” MMC-nin direktoru Bəhruz Camalova ünvanlanmış xeyli sayda məktub (xəbərdarlı-bildiriş xarakterli) göndərilmişdir. Onlardan bir neçəsi məhkəməyə təqdim olunub. Həmçinin zavodun həyətində qurulmuş pambıq tayalarının yağış suyu ilə dolu, palçıqlı torpaq üzərində olmasının, tayalarının örtüksüz olmasının və sair halların video görüntüləri və şəkilləri əks olunan SCD disk və fotoşəkillər MMC-yə təqdim olunmuşdur. Dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq, MMC rəhbərliyi qəbul olunmuş xam pambığın saxlanması və yerləşdirilməsi ilə heç vaxt maraqlanmamış və müvafiq tədbir görməmişlər. MMC-dən gələn nümayəndələr bütün yuxarıda deyilən neqativ vəziyyətin şahidi olsalar da, faktiki olaraq heç bir nəticə olmamışdır. Məhkəməyə təqdim olunmuş fotoşəkillərin və DVD diskinin mötəbərliyinin iddiaçının şübhə altına alması da absurddur. Zavodun həyətində torpaq üzərində qurulmuş pambıq tayalarının bərbad vəziyyətini əks etdirən fotoşəkillərin üzərində Saatlı Pİ və EZ-in həyətində çəkildiyi və çəkildiyi tarixlər əks olunmuşdur. Fotoşəkillərin və DVD diskindəki görüntülərin həqiqiliyi işin bütün halları ilə tam təsdiq olunur. "xxxx" MMC-nin tərəfindən aparılmış yoxlamanın nəticəsi haqda tərtib olunmuş xx.xx.2023-ci il tarixli audit hesabatının guya pambıqçılıq üzrə mütəxəssis olmayan, fərqli sahə ilə məşğul olan auditor tərəfindən tərtib edildiyini iddia etməyin doğru olmadığı hər iki rəyə baxarkən aydın olur. "xxxx" MMC-nin audit rəyi MMC-nin komissiyasının Saatlı Pİ və EZ-də apardığı yoxlamanın nəticəsi ilə bağlı tərtib etdiyi 30 dekabr 2021-ci il tarixli Aktın məzmunun tam şəkildə həmin rəyə köçürülmüş variantıdır. "xxxx" MMC-nin audit hesabatında isə əl ilə və maşınla yığılmış xam pambığın emal zavodlarında qəbul edilməsi, fermerlərdən qəbul edilmiş kondisiya şəkidə xam pambığın, emal zavodlarına göndərilmiş kondisiya çəkidə xam pambığın çəkiləri ilə müqayisədə az gəlməsinin səbəbləri, sənədlər üzrə emala verilmiş kondisiya şəkidə xam pambığın emalından alınmış mahlıc çıxım faizinin, normalarda nəzərdə tutulan mahlıc çıxım faizləri ilə müqayisəsi geniş və aydın şəkildə göstərilmişdir. Nəticədə, 2020-ci ildə ******* kq. 875085,82 manat və 2021-ci ildə 329320 kq. 226625,00 manat, cəmi ******* kq. 1101710,82 manat dəyərində kondisiya şəkidə xam pambığın maddi məsul şəxsin hesabından silinməsi mövcud hesablamaları uyğun olduğu müəyyən edilmişdir. İşdə olan bütün müəyyən edilmiş hallar cavabdehin xam pambığın kondisiya çəkidə əskikgəlməsində təqsiri olmadığını təsdiq edir. İddiaçı “X9 Kompleksi” MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı “X9 Kompleksi” MMC-nin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət etmiş, Saatlı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(055)-1169/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə işin faktiki hallarına uyğun gəlmir. Belə ki, Cavabdeh işə qəbul edilərkən müvafiq müqaviləni imzalamaqla bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Pambıq istehsalı zamanı çatışmazlıq müəyyən edilmiş, bu barədə audit rəyi alınmışdır. Pambıq tayaları cavabdehə verilmiş, lakin cavabdeh vəzifəsinə səhlənkar yanaşmışdır. Orada hər hansı neqativ hal mövcud idisə, cavabdeh bu barədə şirkətə müraciət edə bilərdi, lakin belə bir müraciət şirkətə daxil olmamışdır. Cavabdehin iddiaçı ilə bağladığı müqavilədə onun öhdəlikləri müəyyən olunmuşdur. Cavabdeh şirkətə müraciət etdiyini bildirir, lakin məktubunun şirkətə çatmasını təsdiq edən sübut mövcud deyildir. Cavabdeh şirkətə e-mail vasitəsi ilə müraciət etdiyini bildirir, lakin həmin email korporativ olmaqla, günlük yazışmalar üçün nəzərdə tutulmuşdur. Cavabdehin şirkətə sözügedən çatışmazlıqlarla bağlı heç bir rəsmi müraciəti daxil olmamışdır. Cavabdeh tərəfindən tərtib edilmiş məktub formaldır və hesab edir ki, həmin məktub saxta şəkildə tərtib edilmişdir. Qeyd edir ki, şirkətdə əvvəlki qeydiyyat kitabı elektron formaya köçürülmüşdür. Qeydiyyat kitabını skan edərək onlara göndərirlər. Cavabdehin müraciəti barədə elektron formada hər hansı bir məlumata rast gəlinməmişdir. Birinci instansiya məhkəməsi zamanı dəymiş zərərin müəyyən edilməsi üçün iddiaçı tərəfindən ekspertizanın təyin edilməsi barədə məhkəməyə vəsatət təqdim edilsə də, vəsatət təmin edilməmişdir. Fəridə Nəsibova “X9 Kompleksi” MMC-də ümumi şöbənin əməkdaşıdır və böyük mütəxəssisdir. Elmin Quliyev və Aygül Ağayeva adlı şəxsləri tanımır və şirkətə bir neçə ay əvvəl işə qəbul olunduğu üçün, habelə şirkətin əməkdaşlarının sayının çoxluğu ilə əlaqədar həmin şəxslərin şirkətdə işləyib-işləməməsi barədə məlumatı yoxdur. Özü şəxsən birinci instansiya məhkəməsində iştirak etməmişdir. 28 aktdan məlumatı var, lakin bu barədə dəqiq bir şey deyə bilmir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iş materiallarında xam pambığın kondisiya çəkisində əskiklik əmələ gəlməsində cavabdehin günahkar olmasını təsdiq edən sübutlar mövcud deyildir. Məhkəməyə təqdim olunmuş fotoşəkillər və DVD disk isə işin hallarını əhatə edir. Həmin sübutlarda zavodun həyətində torpaq üzərində qurulumuş pambıq tayalarının bərbad vəziyyəti əks olunmuşdur. Qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının başqa bir nümayəndəsi mütəxəssis rəyi təqdim etmək üçün baxış iclasının təxirə salınmasını xahiş etmiş, lakin həmin rəyi məhkəməyə təqdim edə bilməmişdir. İddia ümumiyyətlə, əsassızdır və cavabdehin nədə günahlandırılması əsaslandırılmır. Əsaslandıqları yer cavabdehin onlara müraciət etməməsidir, lakin cavabdeh onlara e-mail vasitəsi ilə müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı başqa şəxslərə qarşı da eyni xarakterli iddia tələbləri ilə müraciət etmişdir. Həmin tələblərdən biri Yevlax Rayon Məhkəməsinin icraatında olmuş, iddia rədd edilmişdir. Digəri isə Xətai Rayon Məhkəməsinin icraatındadır. 2020-ci ilin dekabr ayında pambıq zavoddan tədarük olunur, 2021-ci ilin fevral ayında digər emal zavoduna daşınır. Prosedur bundan ibarətdir. Avqust ayı pambıq sezonudur və sentyabr ayında yığıma başlanılır. Sözügedən aktlar 2020-ci və 2021-ci illərdə sentyabr ayından dekabr ayınadək qəbul olunmuşdur. Məntəqələrdə iddiaçının nümayəndələri iştirak edir və prosesi izləyirlər. Fotoşəkillərin üzərində hansı tarix və ərazidə çəkildiyi dəqiq göstərilmişdir. Birinci instansiya məhkəməsində DVD diskə baxış keçirən zaman pambıq tayasının yağış altda qalması müəyyən edilmişdir. Pambıq asfalt üzərində yox, torpaq üzərindədir. Həmin il isə yağış çox olmuşdur. Qarşı tərəf komissiyanı təşkil etdikdən ay sonra audit rəyi almışlar. İddia müddətinin keçməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Su motorları ilə pampığın altından su çəkmişlər. Ona sadaladığı təminatlar verilməmiş, qeyd edilən hallar yaşanmışdır. İddiaçıya rəsmi qaydada müraciət etmişdir. Rəhbərliyə pambığın çox tədarük olunması, habelə onu yığmağa yerinin olmamasını, qeyd etdiyi təminatları vermədikləri halda məsuliyyət daşımayacağını bildirmişdir. Ona pambığı qəbul etmə ilə bağlı rəsmi cavab verilməmişdir. Məktubdan əlavə şirkətə telefon vasitəsi ilə də zəng etmişdir. Qeyd edir ki, Elmin Quliyev şirkətin əməkdaşıdır və orada baş mühasib işləyir. Bütün yazışmalar onun göndərdiyi e-mail vasitəsi ilə aparılmışdır. İşdən çıxdıqdan sonra bütün təhvil-təslim aktlarını şirkətə təqdim etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Saatlı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(055)-1169/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan 01 dekabr 2018-ci il tarixli 001/F saylı əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 01 dekabr 2018-ci il tarixdən “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialında direktor vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan 01 dekabr 2018-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə “X10 Kompleksi” MMC və Cavabdeh arasında bağlanmışdır. İş materiallarına əlavə edilmiş Vəzifə təlimatının surətindən görünür ki, 01 dekabr 2018ci il tarixdə Cavabdeh vəzifə təlimatına imza ataraq direktorun vəzifələrinin və səlahiyyətlərinin, eləcə də, məsuliyyətlərinin qəbul edilməsini təsdiq etmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “X10 Kompleksi” MMC və Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 22 dekabr 2021-ci il tarixli əmrlə xitam verilmişdir. İşdə olan 20 dekabr 2021-ci il tarixli imtina aktından və ona əlavə edilmiş “X10 Kompleksi” MMC-nin Yoxlama Komissiyasına ünvanlanmış arayışların surətlərindən görünür ki, “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialında 2020-ci il mövsümü üzrə kondisiya çəkidə 974651 kiloqram, 612935 manat dəyərində xam pambığın əskikgəlməsi ilə X11 və Emalı Zavodu filialının nümayəndələri razılaşmamışlar və əskikgəlmənin səbəbini çatışmazlıqlar və mühüm problemlərin aradan qaldırılması üçün zəruri avadanlıqların olmaması göstərilmişdir. İşdə olan 16 dekabr və 30 dekabr 2021-ci il tarixli aktlardan görünür ki, “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialında 2020-ci il mövsümü üzrə kondisiya çəkidə 968940 kq, yəni 614561 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Həmin aktı “X10 Kompleksi” MMC-nin nümayədələri imzalasa da, X11 və Emalı Zavodu filialının nümayəndələri imzalamamışdır. İşdə olan X11 və Emalı Zavodunun direktoru Cavabdeh “X10 Kompleksi” MMC-nin Yoxlama komissiyasına ünvanladığı arayışın surətindən və X11 və Emalı Zavodunun işçilərinin “X10 Kompleksi” MMC-nin Yoxlama komissiyasına ünvanladığı izahatların surətlərindən görünür ki, xam pambıq əskikgəlmələrinin səbəbi çatışmazlıqlar və mühüm problemlərin aradan qaldırılması üçün zəruri avadanlıqlar olmaması göstərilmişdir. İşdə olan “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialında məsul şəxslərin hərəkət və hərəkətsizliyi ilə dəymiş zərərin müəyyən edilməsi haqqında” "xxxx" audit şirkəti tərəfindən aparılmış audit yoxlaması üzrə 06 may 2022-ci il tarixli rəydən görünür ki, X11 və Emalı Zavodu filialında 2020-ci il mövsümündə fermerlərdən qəbul edilmiş xam pambığın, emal zavodu filiallarına göndərilməsi və göndərilmiş xam pambığın emal zavodu filiallarında qəbul olunmasının müqayisələri nəticəsində, filialda fermerlərdən qəbul edilmiş xam pambığın emal zavodları filiallarına göndərildikdə X11 və Emalı Zavodu filialında ilkin kondisiya çəkisindən əskik qalmış 863137 kiloqram, 538498 manat dəyərində, filialdan emala göndərildikdə və X6 və Emalı Zavodunda kondisiya çəkisindən əskik qəbul edilmiş 445299 kiloqram, 285617 manat dəyərində, filialdan emala göndərildikdə və X15 və Emalı Zavodu filialında qəbul edildikdə kondisiya çəkisindən əskik qəbul edilmiş 182852 kiloqram, 118247 manat dəyərində, cəmi kondisiya çəkidə ******* kiloqram, 942362 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Çatışmazlıqların nə ilə bağlı olduğu cavabdehdən soruşulmuş, cavabdeh 2020-ci il mövsümündə xam pambığın xarab olmasını göstərmiş və bu barədə 21 ədəd aktı audit xidmətinə təqdim etmişdir. Təqdim edilmiş aktlar əsasında maddi məsul şəxsin hesabından 522348 kiloqramın və 327801 manatın azaldılması nəzərə alınmış və yekunda kondisiya çəkidə 968940 kiloqram, 614561 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. İşdə olan 08 iyun 2022-ci il tarixli aktın surətindən görünür ki, “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialında 2021-ci il mövsümü üzrə kondisiya çəkidə 328739 kiloqram, 206770 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Aktın qeyd hissəsində göstərilmişdir ki, X11 və Emalı Zavodu filialının direktoru X8 28 dekabr 2021-ci il tarixdən, yəni tədarük mövsümünün başa çatması ərəfəsində direktor vəzifəsinə təyin edilmişdir. İşdə olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 50 ədəd aktın surətindən görünür ki, “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialında 2020-ci il mövsümü üzrə xam pambığın çatışmazlığının səbəbləri pambıq tayaları qurulması üçün kifayət qədər standartlara cavab verən taya yerlərinin olmaması, tayaların asfalt örtüyün deyil, palçığın üzərində olması, bu səbəblərdən də, məhsulun məhv olması, zavoddakı taya yerlərinin az olması ilə əlaqədar pambığın növlər üzrə çeşidlənməsində yaranan çətinliyin qismən aradan qaldırılması üçün əlavə sovurucu ventiliyatorlar, kabel və brezent örtüklərlə zavodun təmin edilməməsi, 60 tonluq avtomobil tərəzisinin düzgün işləməməsi və s. ilə əlaqələndirilmişdir. İşdə olan “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialının direktoru Cavabdeh, mühəndis R.Əliyev, mühasib E.Quliyevin “X10 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalova ünvanladığı 11 fevral 2020-ci il tarixli 51 saylı məktubun surətindən görünür ki, X11 və Emalı Zavodunda 2019-cu ildə tədarük olunmuş 9303 ton xam pambığın zavodyanı məntəqədə 20 pambıq tayası olduğu üçün 5000 ton olan hissəsini qablaşdırmaq olmuşdur. Qalan xam pambıq yerdə qurulma 18 pambıq tayasında yerləşdirilmişdir. Bu hal xam pambığın keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də, 2020-ci il məhsulu üçün zavodyanı məntəqədə 10 ədəd pambıq tayasının tikilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İşdə olan “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialının direktoru Cavabdeh, baş mühəndis R.Əliyev, əmtəəşünas İ.Seyfullayevin “X10 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalova ünvanladığı 15 fevral 2020-ci il tarixli 63 saylı məktubun surətindən görünür ki, X11 və Emalı Zavodunda yerləşən 60 tonluq avtomobil tərəzisinin düzgün işləmədiyi müəyyən edilmiş və bu barədə təcili tədbirlərin görülməsi xahiş edilmişdir. İşdə olan “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialının direktoru Cavabdeh “X10 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalova ünvanladığı 08 aprel 2020-ci il tarixli 150 saylı məktubun surətindən görünür ki, X11 və Emalı Zavoduna məxsus 60 tonluq avtomobil tərəzisi nasazlıq səbəbindən 06 mart 2020-ci il tarixdən sökülmüşdür. Dəfələrlə edilmiş şifahi müraciətlərə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Səpin işləri ilə əlaqdar zavodda fermerlərə çiyid paylanması və texniki çiyidin satışı rayonun ayrı-ayrı yerlərində yerləşən tərəzilərdə çəkilir, bu hal işlərdə çətinliklər yaradır. Məktubda həmçinin tez bir zamanda tədbir görülməsi xahiş olunmuş, əks təqdirdə yaranan problemlərə zavod rəhbərliyinin cavabdehlik daşımadığı göstərilmişdir. İşdə olan “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialının direktoru Cavabdeh, energetik Z.Səlimov, əmtəəşünas İ.Seyfullayevin “X10 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalova ünvanladığı 06 noyabr 2020-ci il tarixli 588 saylı məktubun surətindən görünür ki, 2020-ci il fermerlərdən tədarük edilən xam pambığın taya yerlərinin az olması pambığın növlər üzrə çeşidlənməsində yaranan çətinliyin qismən aradan qaldırılması üçün əlavə 5 ədəd sovurucu ventiliyator, 100 metr kabel (4x25) və 40 ədəd brezent örtüyə zəruri ehtiyac olmuş, əks halda fermerlərdən tədarük edilən xam pambığın saxlanmasının onun keyfiyyətinə təsir göstərəcəyi bildirilmiş və ciddi tədbirlərin görülməsi xahiş edilmişdir. İşdə olan “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialının direktoru Cavabdeh, energetik Z.Səlimov, əmtəəşünas İ.Seyfullayevin “X10 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalova ünvanladığı 21 noyabr 2020-ci il tarixli 595 saylı məktubun surətindən görünür ki, 2020-ci il fermerlərdən tədarük edilən xam pambığın taya yerlərinin az olması pambığın növlər üzrə çeşidlənməsində yaranan çətinliyin qismən aradan qaldırılması üçün əlavə 5 ədəd sovurucu ventiliyator və 40 ədəd brezent örtüyə zəruri ehtiyac olmuş, əks halda fermerlərdən tədarük edilən xam pambığın saxlanmasının onun keyfiyyətinə təsir göstərəcəyi bildirilmiş və ciddi tədbirlərin görülməsi xahiş edilmişdir. İşdə olan “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialının direktoru Cavabdeh “X10 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalova, Ağahüseyn Qədirova və Fəzli Məmmədova ünvanladığı 07 dekabr 2020-ci il tarixli 602 saylı məktubun surətindən görünür ki, X11 və Emalı Zavodu filialında zəruri avadanlıqların çatışmazlığı barədə rəhbərliyə müraciət edilmiş, lakin heç bir tədbir görülməmişdir. Məktubda o cümlədən, tayaların üstünün açıq olduğu, yer olmadığına görə əlavə olaraq standartlara cavab verməyən 23 tayanın olduğu, həmin tayaların asfalt örtüyün deyil, palçığın üzərində olduğu və bu səbəblərdən də məhsulun məhv olduğu, bu barədə dəfələrlə rəhbərliyə müraciət edildiyi göstərilmişdir. İşdə olan fotoşəkillərdən və DVD diskdən görünür ki, torpaq səthin üstündə qurulmuş və standartlara cavab verməyən üstü açıq pambıq tayaları qurunt sularının içərisində qalmışdır. İşdə olan X11 və Emalı Zavodunun əmtəəşünası X2, böyük laborant X5 və texnik X1 “X10 Kompleksi” MMC-nin direktoru Fəxri Mehdiyevə ünvanladığı 08 iyun 2022-ci il tarixli izahatlarından görünür ki, 2021-ci ildə tədarük edilmiş xam pambığın əskikgəlmələrinin səbəbi mövsümün axırlarında qəbul olunan zibilli xam pambığın analizlərində şirkət nümayəndələrinin göstərişi ilə fermerlərə güzəşt olunmasıdır. İşdə olan “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialında 2020-ci il mövsümündə qəbul edilmiş xam pambığın emal zavodlarına göndərilməsi və emal zavodlarında qəbul edilmiş xam pambığın çəkilərinin müqayisəsi barədə cədvəllərin surətlərindən görünür ki, Ağcabədi və X15 və Emalı Zavodu filiallarına göndərilmiş xam pambıqdan zibilliyə və nəmliyə görə tutulmalar normativləri xeyli üstələdiyinə görə xam pambığın çəkilərində ciddi fərq yaranmışdır. İşdə olan "xxxx" şirkəti tərəfindən aparılmış 16 oktyabr 2023-cü il tarixli müstəqil audit hesabatı üzrə rəydən görünür ki, 2020-ci ildə ******* kq, 875085.82 manat və 2021-ci ildə 329320 kq, 226625 manat, cəmi ******* kq, 1101710.82 manat dəyərində kondisiya çəkidə xam pambığın maddi məsul şəxsin hesabından silinməsi mövcud hesablamalara uyğundur. İşdə olan yuxarıdakı sübutlara əsasən Cavabdeh 01 dekabr 2018-ci il tarixdən “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialında 01 dekabr 2018-ci il tarixli 001/F saylı əmək müqaviləsinə əsasən direktor vəzifəsində əmək fəaliyyətinə başlamış, cavabdehlə həmin tarixdə Tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. X11 və Emalı Zavodu filialında əskikgəlmələr müəyyən edildiyindən 16 dekabr və 30 dekabr 2021-ci il tarixli aktlar tərtib edilmişdir. Bundan sonra “X10 Kompleksi” MMC-nin daxili audit yoxlaması üzrə "xxxx" audit şirkəti tərəfindən 06 may 2022-ci il tarixdə X11 və Emalı Zavodu filialında istehsalatda aşkarlanan kənarlaşmaların auditi aparılmışdır. X11 və Emalı Zavodu filialında 2020-ci il mövsüm ili üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, “X10 Kompleksi” MMC-nin daxili audit yoxlamalarına əsaslanaraq "xxxx" audit şirkəti tərəfindən müvafiq rəy verilərək məsul şəxslərin hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş zərər müəyyən edilmişdir. Həmin rəydə göstərilmişdir ki, X11 və Emalı Zavodu filialında 2020-ci il mövsümündə fermerlərdən qəbul edilmiş xam pambığın emal zavodu filiallarına göndərilməsi və göndərilmiş xam pambığın emal zavodu filiallarında qəbul olunmasının müqayisələrinin nəticəsində X11 və Emalı Zavodu filialında fermerlərdən qəbul edilmiş xam pambığın emal zavodları filiallarına göndərildikdə X11 və Emalı Zavodu filialında ilkin kondisiya çəkisindən əskik qalmış 863137 kiloqram, 538498 manat dəyərində, X11 və Emalı Zavodu filialından emala göndərildikdə və X6 və Emalı Zavodu filialında kondisiya çəkisindən əskik qəbul edilmiş 445299 kiloqram, 285617 manat dəyərində, X11 və Emalı Zavodu filialından emala göndərildikdə və X15 və Emalı Zavodu filialında qəbul edildikdə kondisiya çəkisindən əskik qəbul edilmiş 182852 kiloqram, 118247 manat dəyərində, cəmi kondisiya çəkidə ******* kiloqram, 942362 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Çatışmazlıqların əsası kimi 2020ci il mövsümündə xam pambığın saxlanması üçün lazımı şərait olmadığından həmin xam pambığın xarab olmasını göstərilmişdir. Təqdim edilmiş aktlar əsasında maddi məsul şəxsin hesabından 522348 kiloqramın və 327801 manatın azaldılması nəzərə alınmış və sonuncu nəzərə alınmadan sonra kondisiya çəkidə 968940 kiloqram, 614561 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Bundan başqa, X11 və Emalı Zavodu filialında 2021-ci ildə tədarük edilmiş xam pambığın və onun emalının nəticəsi yenidən araşdırılarkən filialda kondisiya çəkidə 328739 kiloqram, 206770 manat əskikgəlmə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı “X10 Kompleksi” MMC-nin təşəbüsü ilə həyata keçirilmiş audit yoxlamalarında həqiqətən də, əskikgəlmələr müəyyən olunmuşdur. Bunu cavabdeh də qəbul edir. Lakin həmin əskikgəlmələrin (çatışmazlıqların) Cavabdeh təqsirinə görə baş verməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, “X10 Kompleksi” MMC-nin X11 və Emalı Zavodu filialında 2020-ci il mövsümündə qəbul edilmiş xam pambığın emal zavodlarına göndərilməsi və emal zavodlarında qəbul edilmiş xam pambığın çəkilərinin müqayisəsi onu göstərir ki, Ağcabədi və X15 və Emalı Zavodu filiallarına göndərilmiş xam pambıqdan həmin zavodlarda zibilliyə və nəmliyə görə tutulmalar normativləri xeyli üstələdiyinə görə xam pambığın çəkilərində ciddi fərq yaranmışdır. Bundan başqa, Cavabdeh 01 dekabr 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 1ci hissəsinin "xxxx" bəndinə əsasən öz vəzifəsini yerinə yetirərək iddiaçı “X10 Kompleksi” MMC-yə filialda pambıq tayaları qurulması üçün kifayət qədər standartlara cavab verən taya yerlərinin olmadığı, tayaların asfalt örtüyün deyil, torpağın üzərində olduğu, zavoddakı taya yerlərinin az olması ilə əlaqədar pambığın növlər üzrə çeşidlənməsində yaranan çətinliyin qismən aradan qaldırılması üçün əlavə sovurucu ventiliyatorlar, kabel və brezent örtüklərlə zavodun təmin edilmədiyi, 60 tonluq avtomobil tərəzisinin düzgün işləmədiyi, qeyd edilən avadanlıqların təmin edilməyəcəyi təqdirdə işlərdə baş verə biləcək nöqsanlara görə X11 və Emalı Zavodunun cavabdehlik daşımayacağı barədə 11 fevral 2020-ci il, 15 fevral 2020-ci il, 08 aprel 2020-ci il, 06 noyabr 2020-ci il, 21 noyabr 2020-ci il, 07 dekabr 2020-ci il tarixlərdə yazılı xəbərdarlıqlar etmişdir. Buradan da görünür ki, X11 və Emalı Zavodu filialında aşkar edilmiş əskikgəlmələr, yəni iddiaçı hüquqi şəxsə dəymiş ziyan Cavabdeh rəhbər olduğu zavodun təminat məsələlərində olan problemlərlə (inventar çatışmazlığı ilə və s.) əlaqədar olmuşdur. Bu hal məhkəmə iclasında iş materiallarına əlavə edilmiş fotoşəkillər və DVD diskin tədqiqi zamanı bir daha sübut olunmuşdur. Belə ki, fotoşəkillər və DVD diskə baxış keçirilərkən məlum oldu ki, torpaq səthin üstündə qurulmuş və standartlara cavab verməyən üstü açıq pambıq tayaları qurunt sularının və palçığın içərisində qalmışdır. Hazırda da, cavabdeh həmin problemlərdən (inventar çatışmazlığından və s.) dolayı əskikgəlmə olduğunu, lakin bunlarda onun təqsiri olmadığını əsas gətirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab etmişdir ki, cavabdehin məhkəmə iclasında göstərdikləri onun tələbdən yayınması halı kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən 3 il əvvəl lazımı qaydada tədbir görülməsi üçün iddiaçı “X10 Kompleksi” MMC-yə müraciət etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlilləri ilə (cavabdehin qanunsuz hərəkətləri ilə ziyan vurulması) razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim edilmiş 16 dekabr, 30 dekabr 2021-ci il tarixli və 08 iyun 2022-ci il tarixli aktlar və 06 may 2022-ci il tarixli auditor rəyi isə sadəcə dəymiş ziyanın məbləği ilə bağlı hesablamalardan ibarət olduğundan məhkəmə həmin sənədləri ziyanın məhz cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübut kimi qəbul etmir. X11 və Emalı Zavodunun əmtəəşünası X2, böyük laborant X5 və texnik X1 “X10 Kompleksi” MMC-nin direktoru Fəxri Mehdiyevə ünvanladığı 08 iyun 2022-ci il tarixli izahatlarla, 2021-ci il üzrə mövsümün axırlarında qəbul olunan zibilli xam pambığın analizlərində şirkət nümayəndələrinin göstərişi ilə fermerlərə güzəşt edildiyindən tədarük edilmiş xam pambığın əskikgəlmələri müəyyən edilsə də, bu hal “X10 Kompleksi” MMC-yə dəymiş ziyanın cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Ona görə ki, şirkət nümayəndələrinin göstərişi ilə fermerlərə güzəşt edilmişdirsə də, bunun cavabdehə aidiyyəti yoxdur. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" şirkəti tərəfindən aparılmış 16 oktyabr 2023-cü il tarixli müstəqil audit hesabatı üzrə rəydən görünür ki, 2020-ci ildə ******* kq, 875085.82 manat və 2021-ci ildə 329320 kq, 226625 manat, cəmi ******* kq, 1101710.82 manat dəyərində kondisiya çəkidə xam pambığın maddi məsul şəxsin hesabından silinməsi mövcud hesablamalara uyğun olmuşdur. Bu hal da, qeyd edilən əskikgəlmələrdə cavabdehin təqsirinin olmadığı bir daha sübut edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 3-cü maddəsinin 9-cu bəndinə görə əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. ƏM-in 10-cu maddəsində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələri sırasındadadır (“a” bəndi). ƏM-in 43-cü maddəsinə görə işçinin əmək funksiyası əmək müqaviləsində mütləq göstərilməlidir. ƏM-in 44-cü maddəsinə əsasən isə əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. ƏM-in 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. ƏM-in 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(055)-1169/2023 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin dəlillləri üzrə qeyd edilməlidir ki, şikayətdə əvvəlcə elektron poçt vasitəsilə göndərilmiş məktubun məzmunu, daha sonra isə həmin məktubların elektron poçt vasitəsilə iddiaçıya çatdırılıb-çatdırılmadığı mübahisələndirilir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin “e-mail” ünvanının korporativ olmaqla, günlük yazışmalar üçün nəzərdə tutulduğunu, habelə “e-mail” ünvanının məxsus olduğu Fəridə Nəsibovanın “X9 Kompleksi” MMC-də ümumi şöbənin böyük mütəxəssisi olmasını bildirsə də, iddiaçıya göndərildiyi işdən görünən və cavabdehin təqsirini istisna edən sübut əhəmiyyətli məktubların (İİ cild, səh. 171-174) məzmununun “fərqli” olması yaxud iddiaçıya çatdırılmaması üzrə etirazın əsaslarını təsdiq etmək və həmin halların araşdırılması üçün sübutetmə yükü onların üzərində olmasına rəğmən məhkəmə zamanı hər hansı sübut təqdim etməmişlər. Habelə Cavabdeh məhkəmə iclasında izahatında sözügedən məktubların göndərildiyi “e-mail” ünvanına cavabdeh olan və onları qəbul edən şəxslərdən biri - Elmin Quliyevin şirkətin əməkdaşı olmaqla orada hələ də baş mühasib işlədiyini bildirsə də, iddiaçının nümayəndəsi şirkətə bir neçə ay əvvəl işə qəbul olunduğundan Elmin Quliyevi (həmçinin Aygül Ağayevanı) tanımadığını, habelə şirkətin əməkdaşlarının sayının çoxluğu ilə əlaqədar həmin şəxs(lər)in şirkətdə işləyib-işləməməsi barədə məlumatının olmadığını qeyd etmişdir. Göründüyü kimi, nümayəndə də işin halları barədə məlumatsız olmuş, həmçinin etirazın əsasları üzrə yuxarıda qeyd edilənlərə dair məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Kollegiya bildirir ki, baxılan mülki işin müəyyən edilmiş faktiki hallarına əsasən cavabdehin iddiaçı ilə bağladığı müqavilədə müəyyən olunaraq icrası ona həvalə edilmiş öhdəlikləri lazımınca icra etmişdir. Cavabdehin məktublarının formal və saxta olmasına dair şikayətin dəlili üzrə diqqətə çatdırılmalıdır ki, iddiaçının nümayəndəsi şirkətdə əvvəlki qeydiyyat kitablarının elektron formaya köçürülməsinə və skan edilərək onlara göndərilməsinə baxmayaraq, həmin qeydiyyat kitablarına baxış keçirməklə qeyd edilən hallar üzrə öz etirazının dəlillərini sübut etməmişdir. Bütün bunlarla yanaşı, işdə olan fotoşəkillər və DVD diskdəki (İİ cild, səh. 147-158) məlumatların sübut kimi qəbul edilməməsini iddia edən iddiaçı tərəf bu barədə dəlillərini də hər hansı mötəbər sübutla təsdiq edə bilməmişdir. Əksinə, qeyd edilən sübutlarda tarixlər öz əksini tapmışdır ki, bu da iddia olunan dövrə aiddir. Göründüyü kimi, “X10 Kompleksi” MMC və Cavabdeh arasında bağlanmış 01 dekabr 2018-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin "xxxx" bəndinə uyğun olaraq cavabdeh öz vəzifəsini yerinə yetirərək işəgötürənə dəfələrlə rəsmi şəkildə məlumat vermişdir. Belə ki, X11 və Emalı zavodundakı problemlərin aradan qaldırılması üçün onun zəruri olan avadanlıqlarla təmin edilməsi xahiş edilmişdir. Beləcə kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş zərərdə cavabdehin təqsiri sübuta yetirilmədiyi təqdirdə, hazırkı icraat çərçivəsində həmin zərərin məbləğinin müəyyən edilməsi və buna görə də, müvafiq ekspertizanın təyin edilməsi zərurəti istisna edilir. Kollegiya yuxarıda göstərilənlərlə bərabər nəzərə alır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası bu zaman xüsusilə diqqətə çatdırır ki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhz bu baxımdan, MPM-in 372.2-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Qeyd edilənlərlə yanaşı, kollegiya diqqətə çatdırır ki, məhkəmə qətnamədə eyni zamanda göstərmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin ona maddi ziyan vurduğunu, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu iddia etmiş və həmin ziyanı məhkəmə qaydasında tələb etmişdir. Qarşı tərəf (cavabdeh) məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddianın əsassız olması ilə yanaşı, həm də iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına görə iddiaçı ona ziyan vurulmasını iki ilə yaxın müddətdir ki, aşkar etmişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri ilə əlaqədar iddiaçıya ziyanın vurulması haqqında iddiaçı tərəfindən 16 dekabr və 30 dekabr 2021-ci il və 08 iyun 2022-ci il tarixli aktlar tərtib edilmiş və 06 may 2022-ci il tarixli auditor rəyi, 18 iyul 2022-ci il tarixli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış alınmış, lakin iddia müddətini ötürdükdən sonra - 15 sentyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış 18 iyul 2022-ci il tarixdə tərtib olunmuş və həmin vaxtdan da müddətin axımı davam etdirilmişdir. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi həmçinin iddia müddətinin keçməsinə görə də rədd edilməlidir. Bununla əlaqədar kollegiya hesab edir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq yekunda düzgün qətnamə qəbul edilmişdir ki, formal əsaslarla qətnamənin ləğv edilməsi doğru olmazdı. Qətnamənin ləğvi həm də qənaətçilik baxımından düzgün sayıla bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(055)-1169/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar