Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-268/2023 31.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Astara Rayon Məhkəməsinin 2(018)-888/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh Astara rayon Pensər Körpələr evi - Uşaq baxçası Bağçasının nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsasında hazırki icraat başlanmışdır. İddiaçı Astara rayon Pensər körpələr evi - uşaq baxçasının 04 oktyabr 2021-ci il tarixli, 50 saylı əmrinin əsassız və qanunsuz olduğundan ləğv edilməsi, həmin müəssisədə əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X8 iddianı müdafiə edib izahat verərək bildirdi ki, X13 01 iyul 1994-cü ildə Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumunu bitirmişdir. 01 noyabr 1990-cı ildən Astara rayon Pensər kənd körpələr evi-uşaq baxçasında tərbiyəçi vəzifəsində işləmişdir. 04 oktyabr 2021-ci ildə Astara rayon Pensər kənd körpələr evi uşaq baxçasının müdrinin 50 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Əmrin verilməsi üçün əsas Astara rayon Pensər kənd körpələr evi - uşaq baxçasının həmkarlar təşkilatının 04 oktyabr 2021- ci il tarixli 15 nömrəli qərarı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində qeyd olunur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işə götürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bu Məcəllənin 70-ci maddəsinin “ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı) üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər lıansı bir formada ziyan vurulmuş olsun. Təmsil etdiyi şəxsin üzürlü səbəbdən işə çıxmamağı o demək deyil ki, işçi öz əmək funksiyasını yerinə yetirməmiş, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmişdir. X4 həmişə öz vəzifə borcunu və üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirmişdir. Bütün əmək kollektivi ilə və onun ayrı-ayrı üzvləri ilə münasibəti yüksək səviyyədə olub və onların mənafelərinə və qanunla qorunan hüquqlarına heç bir ziyan vurmamışdır. Buna görədə işə götürən bu maddənin tələblərini ona tətbiq edə bilməz. Həmin Məcəllənin 3-cü bəndində qeyd edilir ki, İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər-hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşə götürən qanunun bu tələbinə əməl etməmişdir. İşə götürənin 50 saylı əmrində qeyd olunur ki, təmsil etdiyi şəxs İddiaçı 13 avqust 2021-ci il tarixdən 04 oktyabr 2021 - ci il tarixə qədər heç bir üzürlü səbəb olmadan işə çıxmadığına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. İşəgötürənin əmrdə göstərdiyi əsaslar tam qanunsuz və əsassızır. Belə ki, təmsil etdiyi şəxs əmək məzuniyyəti götürərək müalicə almaq üçün məzuniyyət dövründə X6 şəhərinə getmişdir. Həmin müddətdə müalicə alan zaman da xəstələnmişdir. Məzuniyyət müddəti bitdiyi və xəstəxanada müalicəsi davam etdiyi üçün dərhal, yəni 01 oktyabr 2021-ci ildə Astara rayon Pensər kənd uşaq baxçası-körpələr evinin müdrinə teleqram vasitəsi ilə məlumat vermişdir. Bundan əlavə onun xəstə olmağı barədə xəstəxanadan arayışlar almışdır. Həmin arayışlardan biri 10 avqust 2021-ci ildən 25 avqust 2021-ci ilədək müddətədir. Digər arayış 26 avqust 2021ci ildən 25 sentyabr 2021-ci ildək olan müddətədir. Müalicəsi bitdikdən sonra dəhal geri qayıtmaq istəmiş, lakin pandemiya səbəbindən geri qayıtmaq üçün dövlət sərhədini keçə bilməmiş, bu səbəbdən qısa bir müddət Rusiya Fedrasiyasında sərhəddə qalmışdır. Bütün bunlar barəsində də iş yerini məlumatlandırmış və xahiş etmişdir ki, bu halları nəzərə alıb ona kömək etsinlər. İşə götürən bütün bunları nəzərə almamış və onu işdən azad etmişdir. Bundan başqa işə götürən qanunun bu tələbinə əməl etməmişdir. Belə ki, işə götürənin imzaladığı əmrin sürətində onun möhürü yoxdur. Bundan əlavə işə götürən əmrin sürətini və əmək kitabçasını ona təqdim etməmiş, çox yazışmadan sonra və onun təkidli tələblərindən sonra əmək kitabçasını 04 may 2022-ci ildə poçt vasitəsi ilə ona göndərmişlər. Hazırda onun son haqq-hesabı da ona verilməmişdir. Təmsil etdiyi şəxs 04 oktyabr 2021-ci ildən hal-hazırki günə qədər işsizdir, buna görədə işə bərpa olunan günə qədər ona məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsini tələb edir. Qeyd olunanları nəzərə alıb Astara rayon Pensər körpələr evi-uşaq baxçasının 04 oktyabr 2021-ci il tarixli, 50 saylı əmrinin əsassız və qanunsuz olduğundan ləğv edilməsi, həmin müəssisədə əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Astara rayon Pensər körpələr evi uşaq baxçasının nümayəndəsi (müdiri) X12 onlara qarşı qaldırımış iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı X13 iddia ərizəsinə əsasən 1991-1994-cü illərdə Lənkəran Məktəbəqədər Pedaqoji Texnikomunu “məktəbəqədər tərbiyə” ixtisası üzrə bitirib. xx.xx.1990-ci il tarixli 387 nömrəli əmrlə Pensər kənd körpələr evi uşaq bağçasına analıq məzuniyəti yerinə müddətli işə təyin olunub. xx.xx.1992-ci il tarixli 203 nömrəli əmrlə 3-cü kurs tələbəsi kimi Pensər kənd körpələr evi uşaq bağçasına tərbiyəçi kimi işə təyin olunub. xx.xx.2021-ci il tarixə kimi də həmin baxçada tərbiyəçi işləyib. X13 2021 -ci təqvim ili üçün xx.xx.2021-ci il tarixindən 42 (qırx iki) təqvim günü müddətinə iş məzuniyyətinə buraxılmış və xx.xx.2021-ci il tarixində işdə olmalı idi. İşçi iş məzuniyyətinə çıxdıqdan sonra xaricə Rusiya Federasiyasına getmişdir. Məzuniyyət müddəti bitdikdən sonra işə çıxmamışdır. Hətta ev ünvanına iki dəfə Azər Poçt vasitəsi ilə də xəbər göndəriləndə işçi yaşadığı ev ünvanında olmamışdır. Barəsində bağçada qərar veriləndə də işçi X13 ərazidə olmamışdır. İşçinin iş məzuniyyəti bitdiyindən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi səbəb göstərmədən işə çıxmamışdır. Hətta ev ünvanına göndərilən xəbərdarlıq məktubuna cavab belə verməmişdir. Məzuniyyət günləri başa çatdıqdan sonra işçi işə çıxmalıdır. İşçi səbəb göstərmədən işdən kənarda qala bilməz. Əgər işçi xəstəliyi ilə əlaqdar xəstəxanaya müraciət edirsə xəstəliyi həkim tərəfindən təyin olunduqdan sonra işçiyə işə çıxmama ilə bağlı xəstəlik vərəqəsi açılır. Xəstəliyi bitəndən sonra həmin xəstəlik vərəqəni iş yerinə təqdim etməli və ilk həmkarlar təşkilatında müzakirə olunmalıdır. İşçi yaxın qohumu vəfat etdikdə ona 3 iş günü, toyu olduqda 5 iş günü, işçinin uşağı dünyaya gəldikdə ataya 3 iş günü ilk həmkarlar təşkilatinda müzakirə olunmaqla icazə verilə bilər. Bu da öz əksini Azərbaycan Təhsil İşçiləri X10 2021-2023-cü illər üçün təsdiq etdiyi Kollektiv sazişin 6.1.6. -cı maddəsində öz əksini tapmışdır. İddiaçı ilə bağlanmış xx.xx.1990-cı il tarixli yazılı əmək müqaviləsi üzrə öhdəlikləri və o cümlədən Əmək Məcəlləsinin 10-cu maddəsi üzrə öhdəlikləri ciddi sürətdə pozmuşdur. Azərbaycan Təhsil İşçiləri X10 2021-2023cü illər üçün təsdiq etdiyi Kollektiv sazişin 3.1.4.-cü bəndini ciddi sürətdə pozmuşdur. 3.1.4.-cü maddəyə əsasən təhsil müəssisələrində (məktəbəqədər) çalışan həmkarlar ittifaqı üzvlərinin işəgötürən tərəfindən işçilərin sayı və ştatları ixtisar edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə işçi əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilərkən müəssisənin həmkarlar ittifaqı komitəsinin qabaqcadan razılığını almaqla həyata keçirmək, müvafiq həmkarlar ittifaqı komitəsinin sidrinin isə yuxrı həmkarlar ittifaqı orqanının razılığı əsasında tutduğu vəzifədən azad edilməsini təmin etmək olur. Buna görədə baxçanın müdir əvəzi Məmmədova Sahilə təqdimatla Pensər kənd körpələr evi uşaq bağçasının ilk həmkarlar təşkilatına müraciət edərək bildirib ki, bağçanın tərbiyəçisi İddiaçı səbəbsiz olaraq, edilən xəbərdarlığa baxmayaraq işə çıxmamışdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixində Pensər kənd körplər evi uşaq bağçasının ilk həmkarlar təşkilatının iclası keçirilmiş, iclasda 23 nəfər ittifaq üzvü iştirak edib. İşçi İddiaçı səbəsiz olaraq işə çıxmadığında və eləcədə göndərilmiş xəbərdarlıq məktublarına münasibət bildirmədiyindən, məzuniyyət bitdikdən sonra barəsində qərar verilən günədək ölkə ərazisində olmadığından onunla bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozduğuna görə barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qərar verilmiş və onun əmək müqaviləsinə xitam verilməsi bağça müdirinə tapşırılmışdır. xx.xx.2022-ci il tarixli 50 nömrəli əmrlə X5 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. a) Birinci instansiya məhkəməsində icraat; Astara Rayon Məhkəməsinin 2(018)-888/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsi (hakim: Z. İbrahimov) ilə, iddianın təmin edilməsi, cavabdeh Astara rayon Pensər kənd körpələr evi - uşaq baxçasının müdirinin İddiaçı işdən çıxarılmasına dair 04 oktyabr 2021-ci il tarixli, 50 saylı əmri ləğv olunması, İddiaçı Astara rayon Pensər körpələr evi - uşaq baxçasına «tərbiyəçi» işinə bərpa olunsun və ona məcburi iş buraxma müddəti üçün tam olaraq əmək haqqı ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 186, 300-cü maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan cavabdeh Astara rayon Pensər körpələr evi - uşaq baxçası tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh Astara rayon Pensər körpələr evi - uşaq baxçasının nümayəndəsi X12 apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Astara rayon Pensər körpələr evi - uşaq baxçasının müdiri X2 Rayon Məhkəməsinin 2(018)-888/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Astara rayon Pensər Körpələr evi - Uşaq baxçası Bağçasının nümayəndəsi X3 apellyasiya məhkəməsinə teleqram ünvanlayaraq göstərmişdir ki, üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı qanunvericilklə müəyyən olunmuş qaydada məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına hər hansı məlumat verməmişdir. Odur ki, kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7.2-ci maddəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanılır. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hası formada ziyan dəymiş olsun. 72-ci maddəsinə əsasən işçinin a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-cı maddəsinin 1-ci bəndinə əsəasən bu Məcəllənin 70-ci maddəsinin “b” və ”ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-cı maddənin 2-ci hissəsinə əsaəsn həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddəninin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlaq ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim edir. 294-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinin 2-ci hissəsində qeyd olunur ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Müllki Məcəllənin; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməsini iddiaçının işdən azad edilməsi barədə əmrin qanunvericiliyin tələblərinə uyğun olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymətləndirməyərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməyərək, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozuntusu ilə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Bununla da iddia tələbi üzrə gəlinən nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsini qaçılmaz etmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə 16 dekabr 1992-ci il tarixli Qərarı; X14rşı iş üzrə 21 yanvar 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası hazırki mübahisənin işin həqiqi hallarının, apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Şəxsiyyət vəsiqəsinin surətindən və Astara RİHB-nin Astara rayonPensər kənd İƏDN tərəfindən verilən arayışdan görünür ki, İddiaçı Astara rayonun, Pensər kəndində yaşayır. İş materiallarında olan 11 iyul 1998-ci il tarixli, AB-İİ 032625 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1991-ci ildə Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumuna daxil olmuş və 01 iyul 1994-cü il tarixində «məktəbəqədər müəssisələrdə tərbiyəçi» ixtisası üzrə tam kusru bitirmişdir. Dövlət İxtisas Komissiyasının 01 iyul 1994-ci il tarixli qərarı ilə ona «məktəbəqədər müəssisələrdə tərbiyəçi» ixtisası verilmişdir. İş materiallarında olan Astara rayon Pensər körpələr evi-uşaq baxçasının müdiri Sahilə Məmmədovanın xx.xx.2021-ci il tarixli, 50 saylı əmrindən görünür ki, Astara rayon Pensər körpələr evi-uşaq baxçasının tərbiyəçisi İddiaçı 13 avqust 2021-ci il tarixdən 04 oktyabr 2021ci il tarixədək heç bir üzürlü səbəb göstərmədən işə çıxmadığına görə Azərbayacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən aşağıdakılar görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.1990-ci il tarixli, 128 saylı əmrlə Astara rayon Pensər körpələr evi-uşaq baxçasında müvəqqəti olaraq tərbiyəçi təyin edilmiş və Astara rayon Pensər körpələr evi-uşaq baxçasının tərbiyəçisi İddiaçı 04 oktyabr 2021-ci il tarixli,50 saylı əmrlə Azərbayacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir; İş materiallarında olan Rusiya Federasiyası Qroznı şəhər 1 saylı Poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 10 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixə kimi xroniki pielonefrit xəstəliyindən amulator müalicədə olmuşdur. İş materiallarında olan Rusiya Federasiyası Qroznı şəhər 1 saylı Poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 26 avqust 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixə kimi genişləndirilmiş osteoxondroz xəstəliyindən müalicədə olmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Astara rayon Pensər körpələr evi-uşaq baxçasına vurulmuş teleqramın məzmumundan görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar üzrlü səbəbdən işə çıxa bilmədiyini və bunun nəzərə alınmasını xahiş etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı iddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, o, 01 iyul 1994-cü ildə Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumunu bitirmiş, 01 noyabr 1990-cı ildən Astara rayon Pensər kənd körpələr evi-uşaq baxçasında tərbiyəçi vəzifəsində işləmişdir. 04 oktyabr 2021-ci ildə Astara rayon Pensər kənd körpələr evi uşaq baxçasının müdrinin 50 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Əmrin verilməsi üçün əsas Astara rayon Pensər kənd körpələr evi - uşaq baxçasının həmkarlar təşkilatının 04 oktyabr 2021- ci il tarixli 15 nömrəli qərarı olmuşdur. O, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bu Məcəllənin 70-ci maddəsinin “ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı) üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər lıansı bir formada ziyan vurulmuş olsun. Onun işə çıxmamağının səbəbi xəstəliyi olmuş, belə ki, o, məzuniyyət dövründə Rusiya Federasiyasının Qroznı şəhərinə getmiş, həmin müddətdə həm özü, həm də, əri xəstələnmiş, o. bu barədə 01 oktyabr 2021-ci ildə ünvan 2 ünvanlamışdır. Bu isə üzürlü səbb hesab olunur. O. bütün əmək kollektivi ilə və onun ayrı-ayrı üzvləri ilə münasibəti yüksək səviyyədə olub və onların mənafelərinə və qanunla qorunan hüquqlarına heç bir ziyan vurmamışdır. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndini əsas göstərir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyasə iş materiallarında olan Astara rayon Pensər kənd körpələr evi Uşaq baxçasının müdir əvəzi Sahilə məmmədova tərəfindən verilmiş 01 iyul 2021-ci il atrixli 40 saylı əmrin surətindən müəyyən olunur ki, Pensər kənd körpələr evi Uşaq baxçasında tərbiyyəçi işləyən İddiaçı 01 iyul 2021-ci il tarixdən iş ilinə görə 42 təqvim gününə növbəti əmək məzuniyyətinə buraxılmışdır. İşə başlama tarixi xx.xx.2021-ci il tarixidir. Müvəqqəti olaraq işin icrası həmin baxçanın tərbiyyəçisi X1 tapşırılmışdır. Astara Rayon Məhkəməsi iddianın təmin edilməsi, cavabdeh Astara rayon Pensər kənd körpələr evi - uşaq baxçasının müdirinin İddiaçı işdən çıxarılmasına dair 04 oktyabr 2021-ci il tarixli, 50 saylı əmri ləğv olunması, İddiaçı Astara rayon Pensər körpələr evi - uşaq baxçasına «tərbiyəçi» işinə bərpa olunsun və ona məcburi iş buraxma müddəti üçün tam olaraq əmək haqqı ödənilməsi qənaətinə gələrkən hesab etmişdir ki, İddiaçı məzuniyyət müddətində Rusiya Federasiyasının Qroznı şəhərinə getmiş, həmin müddətdə həm özü, həm də, əri xəstələnmiş, o, bu barədə 01 oktyabr 2021-ci ildə ünvan 2 ünvanlamış, işə çıxmamanın səbəbi (xəstəlik barədə arayış əsas götürülür) üzürlü olmasına baxmayaraq iddiaçı qanunsuz və əsassız olaraq işdən azad olunmuşdur. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı işə gəlməmə halında işəgötürən olaraq Astara rayon Pensər kənd uşaq baxçası Körpələr evinin qanunla qorunan mənafelərinə maddi ziyan vurmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı Pensər kənd körpələr evi Uşaq baxçasında tərbiyyəçi işləyən İddiaçı 01 iyul 2021-ci il tarixdən iş ilinə görə 42 təqvim gününə növbəti əmək məzuniyyətinə buraxılmış, və işə başlama tarixi xx.xx.2021-ci il tarixidir. Lakin İddiaçı verilmiş həkim arayışından müəyyən olunur ki, o, Qroznı şəhəri Nikitina ev 62 ünvanında 10.08.21-ci il tarixdən 25.08.21-ci il tarixə kimi və 26.08.21-ci il tarixdən 25.09.21-ci il tarixə kimi həqiqətən ambulator qaydada müalicə almışdır. İkincisi iddiaçının adına verilmiş həkim arayışında aldığı müalicə ambulator qaydada müalicə kimi qeyd edilsə də, həmin xəstəliyin onun əmək qabiliyyətini müvəqqəti itirilməsi qeyd edilməmişdir. Üçüncüsü İddiaçı verilmiş həkim arayışında xəstəliyin müddəti müvafiq olaraq 10.08.21-ci il tarixdən 25.08.21-ci il tarixə və 26.08.21-ci il tarixdən 25.09.21-ci il tarixə kimi müəyyən edilmiş, İddiaçı isə sağaldıqdan sonra da xx.xx.2021-ci il tarixdən 04 oktyabr 2021-ci il tarixə kimi heç bir üzürlü səbəb olmadan işə çıxmamış və o, Pensər kənd körpələr evi Uşaq baxçasının müdiri tərəfindən 04 oktyabr 2021ci il tarixli əmrlə işdən azad olunmuşdur. Dördüncüsü iddiaçı X20 kənd körpələr evi Uşaq baxçasının müdiri tərəfindən 04 oktyabr 2021-ci il tarixli əmrlə işdən azad olunmasına baxmayaraq, o, 23 iyun 2022-ci il tarixdə yəni səkkiz ay sonra işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı gecikmə ilə məhkəməyə müraciət etməsini onunla əsaslandırmışdır ki, Rusiya federasiyasında pandemiya ilə əlaqədar ölkəyə gələ bilməmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində qeyd olunur ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı işdən azad edildiyi gündən işə bərpa edilməsi üçün aidiyyəti üzrə müraciət etmək hüququ yaranmışdır. Lakin iddiaçı Rusiya federasiyasında pandemiya ilə əlaqədar ölkəyə gələ bilməməsini qeyd etməsi həqiqəti əks etdirmir. Çünki pandemiya olsaydı onda iddiaçı 2021-ci ilin avqust ayındada Rusiya federasiyasına necə gedə bilərdi. İddiaçı ölkədən getməsi və ölkəyə qayıtmasını müəyyən edən pasport qeydlərindən müəyyən olunur ki, o, xx.xx.2021-ci ildə ölkəndən çıxmış, xx.xx.2021-cildə ölkəyə qayıtmışdır. Daha sonra isə xx.xx.2022-ci il tarixdə ölkədən çıxmış və xx.xx.2022-ci ildə ölkəyə qayıtmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçının iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi arqumentlər inandırıcı hesab oluna bilməz. Bundan başqa qanunverici fərdi əmək mübahisəsi barədə müraciətə mahiyyəti üzrə baxılmasını müddətin bərpası ilə əlaqələndirir. Bu deməyə əsas verir ki, məhkəmə əmək mübahisələri üzrə buraxılmış iddia müddətini bərpa etmədən işə mahiyyəti üzrə baxa bilməzdi. Hətta cavabdeh İddiaçı işə bərpa məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə etirazında da, qeyd etmişdir. məzuniyyət günləri başa çatdıqdan sonra işçi işə çıxmalıdır. İşçi səbəb göstərmədən işdən kənarda qala bilməz. Əgər işçi xəstəliyi ilə əlaqədar xəstəxanaya müraciət edirsə xəstəliyi həkim tərəfindən təyin olunduqdan sonra işçiyə işə çıxmama ilə bağlı xəstəlik vərəqəsi açılır. Xəstəliyi bitəndən sonra həmin xəstəlik vərəqəni iş yerinə təqdim etməli və ilk həmkarlar təşkilatında müzakirə olunmalıdır. İşçi yaxın qohumu vəfat etdikdə ona 3 iş günü, toyu olduqda 5 iş günü, işçinin uşağı dünyaya gəldikdə ataya 3 iş günü ilk həmkarlar təşkilatinda müzakirə olunmaqla icazə verilə bilər. Bu da öz əksini Azərbaycan Təhsil İşçiləri X11 2021-2023-cü illər üçün təsdiq etdiyi Kollektiv sazişin 6.1.6. -cı maddəsində öz əksini tapmışdır. Əmək Məcəlləsi üzrə işçi barəsində qərar verilərkən 1 ay ərzində barəsində verilən qərar barədə aidiyatı orqanlara və ya məhkəməyə müraciət etmək hüququ vardır. Lakin İddiaçı barəsində verilən qərardan (xx.xx.2021-ci il) 8 ay keçməsinə baxmayaraq işçi işə qayıtma barədə məhkəməyə müraciət edir və özüdə faktiki Azərbaycan Respublikası ərazisində yaşamır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin. 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarıda qeyd edtmişdir ki, Fərdi əmək mübahsiələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən Mülki məcəlləni 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 ve 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtinda həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Göründüyü kimi cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi İddiaçı “Əmək Məcəlləsi üzrə işçi barəsində qərar verilərkən 1 ay ərzində barəsində verilən qərar barədə aidiyatı orqanlara və ya məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı iddia müddətini keçirib qeyd etməsi” məhkəməni vadar edirdi ki, tərəflərin hər birinə münasibətdə iddia müddəti ilə bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsini təklif etsin. Lakin məhkəmə bu barədə nə iddiaçıdan nə də cavabdehdən müvafiq sübutların məhkəməyə təqdim edilməsini təklif etməmiş, iddiaçı isə bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, yalnız iddiasında işə çıxmamasını məzuniyyətdə olduğu dövrdə xəstə olması ilə əsaslandırmışdır. Tərəflər apellyasiya icraatı zamanı məhkəmə baxışı iclasında iştirak etmədiyindən qeyd olunan halların aydınlaşdırılması mümkün olmamışdır. Cavabdeh haqlı olaraq apellyasiya şikayətinin dəlillərində də, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə baxmayaraq, iddiaçının iddia müddətini ötürməsinə baxmayaraq, iddia müddətini tətbiq etmədən iddianı təmin etməklə qanunsuz qətanmə qəbul etdiyini qeyd edir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hası formada ziyan dəymiş olsun. 72-ci maddəsinə əsasən işçinin a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-cı maddəsinin 1-ci bəndinə əsəasən bu Məcəllənin 70-ci maddəsinin “b” və ”ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-cı maddənin 2-ci hissəsinə əsaəsn həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddəninin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlaq ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim edir. 294-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinin 2-ci hissəsində qeyd olunur ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Əmək münasibətləri üzrə tərəflər öz üzərlərinə götürmüş olduqları öhdəlikləri lazımınca icra etməklə, əmək münasibətləri sahəsində intizama riayət etməlidir. Bu intizama riayət edilməməsi əmək münasibətlərinin davam etdirilməsini mümkünsüz edir. İddiaçı heç bir üzürlü səbəb olmadan bütün iş günü işə çıxmamışdır. Halbuki işçi səbəb göstərmədən işdən kənarda qala bilməz. Əgər işçi xəstəliyi ilə əlaqədar xəstəxanaya müraciət edirsə xəstəliyi həkim tərəfindən təyin olunduqdan sonra işçiyə işə çıxmama ilə bağlı xəstəlik (əmək qabiliyyətini müvvəqəti itirilməsi işəgötürən tərəfindən işçinin işdən azad olunmasını qadağan edir.) vərəqəsi açılır. Xəstəliyi bitəndən sonra həmin xəstəlik vərəqəni iş yerinə təqdim etməli və ilk həmkarlar təşkilatında müzakirə olunmalıdır. İddiaçı işə çıxmamasını xəstəliyi ilə əlaqələndirsə də, bu xəstəliyin həkim tərəfindən təyin olunduqdan sonra işçiyə işə çıxmama ilə bağlı xəstəlik vərəqəsi açılmamış, həmçinin xəstəlik dövrü bitdikdən sonra da, İddiaçı heç bir üzürlü səbəb olmadan işə çıxmamışdır. Bu isə işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə olan halda iddiaçı ilə olan əmək münasibətlərinə xitam verilməsi üçün həmkarlar ittifaqına müraciət edilmiş və razılıq əldə edildikdən sonra əmək münasibətlərinə xitam verilmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qanunvericiliyə əsasən qiymət verməmiş, qəbul edilmiş qətnamədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Göründüyü kimi iddiaçı işəgötürənə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin etirazı və iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır. İddia tələbinin təmin edilməməsi əsaslarından biri də müddətin ötürülməsi ilə məhkəməyə müraciət olunması, ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilməməsidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qəbul etməməklə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti əsaslı hesab edilməli, Astara Rayon Məhkəməsinin 2(018)-88/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və İddiaçı cavabdeh Astara rayon Pensər körpələr evi - uşaq baxçasına qarşı «əvvəlki iş yerinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Astara rayon Pensər Körpələr evi - Uşaq baxçası Bağçasının nümayəndəsi X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-888/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Astara rayon Pensər körpələr evi - uşaq baxçasına qarşı «əvvəlki iş yerinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-268/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-268/2023
31.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver