Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-28/2023 16.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, tərəflərin və cavabdehlərin vəkili Vəkil iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarma və torpağın ona təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə X6, İddiaçı və ailə üzvlərinə 4,25 ha pay torpaq sahəsi ayrılmış, bununla əlaqədar mülkiyyət hüququnu təsdiq edən JN0006 saylı, kod 60708018 olan “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı verilmişdir. X9 və ailə üzvlərinin adına kənd təsərrüfatı təyinatlı 4,25 ha torpaq sahəsi qeydiyyatdan keçmiş və bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 və ailə üzvlərinin adına kənd təsərrüfatı təyinatlı 3,3993 ha torpaq sahəsi qeydiyyatdan keçmiş və bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Bundan başqa, digər Cavabdeh1 atasının mülkiyyəti kimi qeydiyyatdan keçmiş, 2,41 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair Dövlət aktı təqdim edilmişdir. Hazırda İddiaçı 4,25 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və həmin torpağın ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq onun və ailə üzvlərinin tam xüsusi mülkiyyətindədir. Lakin həmin torpaq cavabdehlər tərəfindən tutulmuşdur. Dəfələrlə tələb etsə də, cavabdehlər torpaq sahəsini boşaldıb ona təhvil vermirlər. Cavabdehlər qeyri-qanuni olaraq mülkiyyətində olan torpağa sahiblənmişdirlər və istifadə etməyə imkan vermirlər. Birinci instansiya məhkəməsində cavabdehlər iddianı əsassız saydıqlarını bildirmiş və iddianı qəbul etməmişlər. Beyləqan Rayon Məhkəməsinin (hakim S.Seyfullayev) 06 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasının noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə JN0006 saylı, kod 60708018 olan “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı ilə X5 mülkiyyətinə verilmiş 4.25 ha torpaq sahəsinin 1,69 ha hissəsindən Cavabdeh2 və 2.56 hissəsindən isə Cavabdeh1 çıxarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadə ilə bağlı iddiaçıya törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi və mübahisəli torpaq sahəsinin ayrı-ayrılıqda onların daimi istifadəsində və mülkiyyətində olması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlərin apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi Dövlət Aktını əsas tutaraq onun iddiasını təmin etmişdir. Cavabdehlərin istifadə etdikləri torpaq sahələri üzrə də müvafiq olaraq mülkiyyət hüquqlarını təsdiq edən sənədlər vardır, sərhədləri də Aktdakı cizgilərlə tam olaraq uyğun gəlir. Şikayətə görə, mülki iş üzrə işin ədalətli həll olunması üçün vacib olan məhkəmə ekspertizası keçirilməmişdir, əgər məhkəmə ekspertizası keçirilsə idi, onların torpaq sahələrinin qanuni sərhədləri daxilində olduğu aydın olardı. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehlər və onların vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər izahatlarında ekspert rəyini əsassız hesab etdiklərini bildirmiş, iş üzrə yenidən ekspertiza keçirilməsinin vacibliyini qeyd etmişlər. İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Hazırkı iş üzrə iddiaçı özünün və ailə üzvlərinin birgə mülkiyyətində olan 4,25 ha pay torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia etmiş və torpaq sahəsindən cavabdehlərin çıxarılmasnı tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin təmin edilməsi üçün, o, torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmalı, cavabdehlər əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Mübahisəli sahənin iddiaçının qanuni mülkiyyətində (istifadəsinə) olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. Birinci instansiya məhkəməsində iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Beyləqan Layihə Tədqiqat İdarəsinin mütəxəssinin arayışı alınmışdır. Məhkəmə iş üzrə mütəxəssis arayışına əsaslanaraq iddianı yuxarıda göstərilən qaydada təmin etmişdir. Cavabdehlər apellyasiya şikayətində məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmişlər. Apellyasiya baxışında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, müvafiq mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis arayışı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03 aprel 2023cü il tarixli rəyinə görə aşağıdakılar müəyyən olunmuşdur: Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yerləşən Daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********21 olan çıxarışa əsasən İddiaçı ve ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.2491 ha torpaq sahəsinin və Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yerləşən Daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********72 olan çıxarışa əsasən Cavabdeh2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin Sərhədləri (koordinatları) müəyyən edilmişdir. X2 (Cavabdeh2 anası) “Torpağa mülkiyyət hüququna dair “ JN-0005, kod 60708018 saylı Dövlət aktına əsasən mülkiyyətində olan 0,82 ha torpaq sahəsinin, X3 (Cavabdeh1 qardaşı) və ailə üzvlərinin “Torpağa mülkiyyət hüququna dair” JN-0003, kod 60708018 saylı Dövlət aktına əsasən mülkiyyətində olan 3.40 ha torpaq sahəsinin, X1 (Cavabdeh1 atası) və ailə üzvlərinin “Torpağa mülkiyyət hüququna dair” JN- 0002, kod 60708018 saylı Dövlət aktına əsasən mülkiyyətində olan 2.41 ha torpaq sahəsinin də sərhədləri (koordinatları) müəyyən edilmişdir. Eyni zamanda İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 1.03 ha torpaq sahəsinin, X2 (Cavabdeh2 anası) istifadəsinə verilmiş 0.85 ha torpaq sahəsinin, Cavabdeh2 və ailə üzvlərinin istifadəsinə verilmiş 3.61 ha torpaq sahəsinin, X3 (Cavabdeh1 qardaşı) və ailə üzvlərinin istifadəsinə verilmiş, hazırda Cavabdeh1 istifadəsində olan 3.40 ha torpaq sahəsinin, X1 (Cavabdeh1 atası) və ailə üzvlərinin istifadəsinə verilmiş, hazırda Cavabdeh1 istifadəsində olan 2.64 ha torpaq sahəsinin yerləşdiyi ərazi müəyyən edilmişdir. Rəyə görə, İddiaçı məxsus torpaq sahəsi Cavabdeh2 və Cavabdeh1 məxsus torpaq sahələri üst-üstə düşmür. Ancaq baza məlumatlarında olan kompleks yerquruluşu layihəsinə əsasən Cavabdeh2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 3.3993 ha torpaq sahəsi ilə Cavabdeh1 qardaşı X3 və ailə üzvlərinin “Torpağa mülkiyyət hüququna dair” JN-0003, kod 60708018 saylı Dövlət aktına əsasən mülkiyyətində olan 3.40 ha torpaq sahəsi üst-üstə düşür. Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən Daşınmaz Əmlakın Dövlət reysterindən reyestr nömrəsi **********21 olan çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.2491 ha torpaq sahəsinin 2.22 ha hissəsi Cavabdeh2, 1,82 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunur. Qeyd olunan torpaq sahəsinin 0.21 ha hissəsi tikinti altında olan torpaq sahəsi ilə üst-üstə düşür. Kollegiya iş üzrə ekspert rəyini sübut olaraq qəbul edir və hesab edir ki, iddia ekspertizanın rəyinə və iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mütəxəssis arayışına əlavə edilmiş plana uyğun olaraq qismən təmin edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə dəyişdirilməli, iddia qismən təmin edilməli, Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasının noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə (JN0006 saylı, kod 60708018 olan) “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.25 ha torpaq sahəsinin 2,22 ha hissəsindən Cavabdeh2, 1,82 ha hissəsindən Cavabdeh1 (iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mütəxəssisin tərtib etdiyi plan-sxemə uyğun), çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia təmin edildiyindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə cavabdehlərdən müştərək qaydada 10 manat manat tutulub iddiaçının xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş rüsumunun əvəzi olaraq 128 manat müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(020)-78/2021 saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasının noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə (JN0006 saylı, kod 60708018 olan) “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 4.25 ha torpaq sahəsinin 2,22 ha hissəsindən Cavabdeh2, 1,82 ha hissəsindən Cavabdeh1 çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumun əvəzi 10 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Mütəxəssis rəyinin alınmasına görə ödənilmiş rüsumun əvəzi olaraq 128 manat müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-28/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-28/2023
16.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver