Məhkəmə qərarları › İş №2(106)-281/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-281/2024

29.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-281/2024 29.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Maarif oğlunun, onun nümayəndəsi və vəkili Nümayəndə*, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının sədri X2, vəkili Vəkil* iştirakları ilə, İddiaçı Maarif oğlunun cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)*463/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Maarif oğlu iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsini, işə bərpa edlməsini, məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsini, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq ona ödənilməli olan əmək haqqının ödənilməmiş hissəsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, 2020-202*-ci illərdə Şirvan şəhər Kommunal Kombinat Müəssisəsində baş mühasib vəzifəsində işləmişdir. Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində işlədiyi dövrdə YAP Şirvan Şəhər Təşkilatına dəvət edilərək ona YAP Şirvan Şəhər Təşkilatında mühasibə ehtiyac olduğunu bildirilmiş və ondan həmin təşkilatda mühasib kimi fəaliyyətə başlamasını xahiş edilmişdir. Onun əvvəlki iş yerinin onu qane etdiyini bildirərək YAP Şirvan Şəhər Təşkilatında mühasib vəzifəsində işləməkdən imtina etmişdir. Bu hadisədən təxminən 2 ay keçdikdən sonra Paşa Nəbiyev onunla yenidən əlaqə saxlayaraq xahişini təkrarlamış və ona YAP Şirvan Şəhər Təşkilatının mühasibinin olmaması səbəbindən təşkilatın işçiləri uzun zamandır əmək haqqı ala bilməməsini bildirmişdir. O bu dəfə razılıq verərək 23 iyun 202*-ci ildə Kommunal Kombinatı Müəssisəsindəki vəzifəsindən öz xahişi ilə ayrılmış, işindən ayrılandan sonra ona bir müddət gözləməyi xahiş etmişlər. *6 iyul 202*-ci ildə onu YAP Şirvan Şəhər Təşkilatına dəvət edib 420 (dörd yüz iyirmi ) manat əmək haqqı ilə müddətsiz əmək müqaviləsi bağlamışlar. Yeni Azərbaycan Partiyasında işə başladıqdan qısa müddət sonra sədr əvəzi Paşa Nəbiyev ondan Yeni Azərbaycan Partiyasına üzv olmağını xahiş etmiş, o isə bununla razılaşmayaraq partiya mənsubiyyəti olmadan işini davam etdirmək istədiyini bildirmişdir. 0* fevral 2022-ci ildə YAP Şirvan Şəhər Təşkilatına Nümayəndə2 yeni sədr təyin olunmuşdur. Bu təyinatdan qısa müddət sonra yeni sədr ondan Yeni Azərbaycan Partiyasına üzv olmasını tələb etmiş, əks halda onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. O isə Konstitusiya və əmək məcəlləsinə istinad edərək şəxsin hər hansı bir partiyaya üzv olmasına məcbur edilməsinin qanuna zidd olduğunu bildirmiş və partiya mənsubiyyəti olmadan davam etmək istəyini bir daha təkrarlamışdır. O işçilərin maaşlarının təmin edilməsi üçün rəhbərlik tərəfindən verilən ştat cədvəlində mühasibin əmək haqqının *400 (min dörd yüz) manat olduğunu görmüşdür. Bu barədə sədr Nümayəndə2 Yeni Azərbaycan Partiyasının 2022-ci ilin ştat cədvəlinə əsasən mühasiblərin maaşının nə qədər olduğunu soruşduqda o, “yeni ştat cədvəlinə əsasən mühasibin maaşı *400 (min dörd yüz ) manatdır, lakin bu əmək haqqını sizə verməyə icazə vermırlər, çünki ştat cədvəli hələ ki gəlməyib“ cavabını vermiş, o isə cavabında “Mərkəzi aparat rəhbəri tərəfindən təsdiqlənmiş 2022-ci il ştat cədvəlində sizin və digər işçilərin vəzifə maaşları göstərilməlidir, necə olur sizin 2500 (iki min beş yüz) manat əmək haqqınız yeni ştat cədvəlinə əsasən verilir, ancaq mənim təşkilatdan dekabr ayında çıxmış işçilərin və öz vəzifəmi icra etməyimə baxmayaraq köhnə ştat cədvəlinə əsasən 420 manat əmək haqqı alıram “ bildimişdir. Yeni sədr Nümayəndə2 işlədiyi dövrdə ən azı 3 dəfə ondan Yeni Azərbaycan Partiyasına üzv olmasını tələb etmiş, o isə hər dəfə etirazını bildirərək üzv olmaqdan imtina etmişdir. 02 iyul 2022-ci il şənbə günü sədr Nümayəndə2 ona zəng vuraraq təşkilata çağırmış və orda həmin gündən bir gün əvvəl, yəni cümə günü onun işdən ayrılması ilə bağlı əmr verdiyini bildirmişdir. O ona heç bir xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam əmrinin verilməsinin heç bir halda yolverilməz olduğunu bildirmişdir. 04 iyul 2022-ci ildə sədrlə görüşdə onun YAP üzvü olmadığını əsas gətirərək onu işdən çıxardığını bildirmişdir. *4 iyul 2022-ci ildə mediasiya prosesinin tətbiqi barədə təklif göndərsə də, cavablanmamışdır. Bu səbəbdən o, mediasiya prosesinin tətbiqi üçün mediasiya şurasına müraciət etmişdir. X3 mediatorluğu ilə ** avqust 2022-ci ildə keçirilən prosesdə tərəflər razılaşmadığı üçün prosesin davam etdirilməməsi barədə qərar qəbul olunub. Sonradan İddiaçı Maarif oğlu iddia tələbində dəqiqləşdirmə apararaq cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı “İddiaçı Maarif oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin və “ əmək müqaviləsinə xitam verilməsi barədə” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsini, işə bərpa edlməsini, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Ukrayna Respublikası Odessa şəhərindəki Milli Politexnik Universitetini 20*7-ci ildə “mühasibat uçotu və audit” ixtisası üzrə bitirmişdir. Diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən sertifikatlaşmışdır. 2009-cu ildən 20**-ci ilə qədər əmək fəaliyyəti Azərbaycan Respublikasında işə götürənlərlə bağlanmış əmək müqavilələri əsasında olmuşdur. *6 iyul 202*-ci il tarixdə bağlanmış xxxxxxx000200 nömrəli müddətsiz əmək müqaviləsinə əsasən Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatı bölməsində mühasib vəzifəsinə təyin edilmişdir. Vəzifəsi öz əmək funksiyasına görə maliyyə xarakterlidir, heç bir ictimai və siyasi əhəmiyyət kəsb etmir. İşlədiyi müddətdə işəgötürən tərəfindən əmək və icra intizamının pozulması ilə əlaqədar heç bir intizam tənbehi almamış, əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmişdir. xx.xx.2022-ci il tarixdə YAP Şirvan şəhər təşkilatının sədri, işəgötürən Nümayəndə2 tərəfindən işdən azad edilmişdir. Bununla əlaqədar barəsində xx.xx.2022-ci il tarixli *0 saylı əmrdə əsas kimi işdən çıxarılmağı səbəbi “İddiaçı Yeni Azərbaycan Partiyasının üzvü olmaması” göstərilmişdir. Yenə eyni tarixli, eyni saylı əmrdə işdən çıxarılmağının əsası kimi “AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə - işçilərin sayı və ştatlarının ixtisarına” istinad edilmişdir. Onun vəzifəsi YAP şəhər təşkilatında nə ictimai, nə də siyasi xarakterlidir, sırf maliyyə xarakterli olmuşdur. Onun işdən çıxarılmağından sonra nə işçilərin sayı, nə də ştatları ixtisar edilməmişdir. İddiaçı Maarif oğlu daha sonra iddia tələbində dəqiqləşdirmə apararaq cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı “İddiaçı Maarif oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin və “ əmək müqaviləsinə xitam verilməsi barədə” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsini, işə bərpa edlməsini, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə iclasında İddiaçı Maarif oğlu iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etdi, əlavə olaraq bildirdi ki, işəgötürən Əmək Məcəlləsinin 70- ci maddəsinin b) bəndini (“işçilərin sayı və ya ştatlarının ixtisarı”) tətbiq edərkən bu maddə ilə əlaqəli olan Məcəllənin 77-ci maddəsinin (“əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları”) və 80-ci maddəsinin (“əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar”) tələblərini pozmuşdur. İşdə cavabdeh işəgötürənin əmrlərindən biri də 04 №-li “ştat ixtisarı” əmridir ki, bunun *-ci bəndində “əmək müqavilələrinə xitam veriləcək” işçilərə ştatların ixtisarı ilə bağlı Əmək Məcəlləsinin 77-ci maddəsinin *-ci bəndinə uyğun olaraq “rəsmi xəbərdarlıq” əmrin mətnində ştatları ixtisara düşən işçilərin adları göstərilmədən yazılmışdır ki, bu əmək qanunvericiliyinin ciddi pozuntusudur. O rəsmi qaydada bu əmrlə tanış edilməmişdir. Həm də işəgötürən, mətnində heç bir ad və soyad göstərilməyən “rəsmi xəbərdarlıq” əmrini həmkarlar ittifaqı təşkilatına 08 fevral 2022-ci il tarixli 05/a saylı təqdimatından 6 gün əvvəl qəbul etmişdir. Halbuki, elementar kargüzarlıq qaydalarına cavab verməyən bu əmr heç bir halda işəgötürənin təqdimatını qabaqlaya bilməzdi. xx.xx.2022-ci il tarixdə xəbərsiz olduğu “rəsmi xəbərdarlıq” Əmək Məcəlləsinin hətta 77-ci maddəsinin *-ci bəndinin də tələbinin pozuntusu (2 həftəlik müddət və iş axtarmağa imkan yaradılması) ilə aparılmış, cavabdehin “rəsmi xəbərdarlıq” hesab etdiyi əmrdən 5 ay 4 gün ötəndən sonra - xx.xx.2022-ci il tarixli *0 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə “ştat ixtisarı” və “Yeni Azərbaycan Partiyası üzvü olmamağı” səbəbindən xitam verilmişdir. Əmək məcəlləsinin 80-ci maddəsinin tələbinə görə, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının (daha cavabdehin “rəsmi xəbərdarlıq” hesab etdiyi əmrdən sonra yox) alınması üçün aşağıdakı hallar mövcud olmalıdır : İşçi müvafiq sahə üzrə həmkarlar ittifaqı təşkilatının üzvü olmalıdır. Belə ki, “Həmkarlar ittifaqları haqqında “Qanunun **-ci maddəsinə əsasən, həmkarlar ittifaqı öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Əmək Məcəlləsinin 80ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “b” və “c” bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması üçün işəgötürənin a) əsaslandırılmış yazılı təqdimatı olmalı, təqdimata b) müvafiq əsaslandırma sənədləri əlavə edilməlidir. Lakin işəgötürənin xx.xx.2022-ci il tarixli 05/a saylı təqdimatında bunların heç biri yoxdur. Həm də ki, bunların olması da qeyri-mümkün idi. Çünki təqdimatdan 5 ay 4 gün ötəndən sonra xx.xx.2022-ci il tarixli *0 saylı əmrlə “ştat ixtisarı” bəhanəsi ilə onu işdən çıxardandan 2 gün sonra bu vəzifəyə X24 təyin edilmişdir. Əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası işəgötürənlə onun arasında əmək müqaviləsinin müddətsiz bağlandığını təsdiqləyir. “Əmək və Məşğulluq altsisteminə *3.09.202* -ci ildə daxil edilmiş *6.07.202*-ci ildə müddətsiz bağlanmış əmək müqaviləsi əsasında xxxxxxx000200 №-li “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” də bunu bir daha təsdiqləyir. Lakin işəgötürənin əlyazması ilə məhkəməyə kserosurətini təqdim etdiyi *6.07.202*-ci il tarixli 08 saylı əmrdə ( təşkilatın sabiq sədri P.Nəbiyev imzalamışdır) 0* yanvar 2022-ci ilə qədər mühasib vəzifəsinə qəbul edilməyi göstərilmişdir. İşəgötürən Nümayəndə2 onun barəsində verdiyi xx.xx.2022-ci il tarixli *0 №-li əmrə əlavə olaraq “Əmək və Məşğulluq” altsisteminə işlənib, işəgötürənin öz əlyazması ilə imzalanmış əmrdə də onun işdən çıxardılma səbəbi “Yeni Azərbaycan Partiyası üzvü olmamamağı” və “ştat ixtisar” göstərilmişdir. İşəgötürənin yol verdiyi çox ciddi bir saxtakarlıq da bundan ibarətdir ki, onu “ştat ixtisarı” bəhanəsi ilə (04 iyul 2022-ci il tarixli əmrlə ) işdən çıxardandan *6 iş saatı keçdikdən sonra işəgötürən onun işlədiyi mühasib vəzifəsinə 06 iyul 2022 tarixli əmrlə X*5 qəbul etmişdir. İddianın əsaslı olmasını nəzərə alıb təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının sədri Nümayəndə2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının *6.07.202*-ci il tarixli, 08 saylı əmri ilə iddiaçı *6.07.202*-ci il tarixindən 0*.0*.2022-ci il tarixinə kimi müddətli müqavilə əsasında Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatına məsləhətçi-mühasib vəzifəsinə işə qəbul edilmişdir. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının 05.0*.2022-ci il tarixli, 0* saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti 0*.03.2022-ci il tarixinə kimi uzadılmışdır. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının xx.xx.2022-ci il tarixli,*0 saylı əmri ilə İddiaçı Maarif oğlu tutduğu məsləhətçi-mühasib vəzifəsindən azad olunmuşdur. İş materialları arasında iddiaçının işdən azad olunması barədə eyni tarixli, eyni nömrəli (xx.xx.2022-ci il tarixli, *0 saylı) iki əmr vardır. Həmin əmrin birində əmək müqaviləsinə xitam verilməsi əsası "Yeni Azərbaycan Partiyasının üzvü olmaması”, digərində isə "ştatların ixtisarı" qeyd olunmuşdur. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv olunması əsası onun bildirdiyi kimi Yeni Azərbaycan Partiyasının üzvü olmaması ilə deyil, ştatların ixtisarı ilə bağlı olmuşdur. Yeni Azərbaycan Partiyası sədrinin 05.03.202*-ci il tarixli, 5 nömrəli Sərəncamına uyğun olaraq YAP yerli təşkilatlarının Aparatının yenidən formalaşdırılması ilə əlaqədar YAP Şirvan şəhər təşkilatının işçilərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "B"bəndinə əsasən ( işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməsi nəzərdə tutulmuş, bu barədə Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə əsasən altı təqvim həftəsi xəbərdarlıq müddəti müəyyən olunmuş, həmin müddət birdikdən sonra təşkilatın digər işçiləri ilə bərabər iddiaçı ilə də əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı iddaçıya və digər işçilərə rəsmi xəbərdarlıq edilmiş, onlara bu barədə adı çəkilən xəbərdarlıq rəsmi qaydada təqdim olunmuşdur. Hal-hazırda digər işçilərə rəsmi xəbərdarlıq verilməsi ilə bağlı imzaları ilə təsdiq olunmuş müvafiq sənədlər əldə olsa da, iddiaçının adı ilə qeyd olunmuş həmin təsdiqedici sənəd iddiaçının təşkilatda çalışdığı müddətdə sənədlərin içərisindən götürülərək yox olmuşdur. Digər tərəfdən, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, *0 saylı əmrdə bağlanılmış əmək müqaviləsinin ləğv olunması əsasının “ Yeni Azərbaycan Partiyasının üzvü olmaması" qeyd olunması texniki səhvlə bağlı olmuş və həmin əmr YAP Şirvan şəhər təşkilatının sədri olaraq tərəfindən imzalanarkən də yanlışlıq diqqətindən yayınmışdır. Eyni zamanda, adı çəkilən əmrin yuxarı hisəssində işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) istinad olunmuşdur. Bu səbəbdən də iddiaçınn əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, *0 saylı əmrdə işdən azad olma əsasının "Yeni Azərbaycan Partiyasının üzvü olmaması" kimi göstərilmiş qeyd əsassızdır. Adı çəkilən əmr tərəfindən verilmiş əmrlə ləğv olunmuşdur. Digər tərəfdən, iddiaçı təşkilatda çalışdığı dövrdə təşkilatın büdcəsinə yığılmış vəsait az olduğundan digər işçilərlə bərabər Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin *3.09.20*9-cu il tarixli, 3 saylı qərarına əsasən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli Ştat cədvəlinə uyğun əmək haqqı almışdır. Bu səbəbdən də İddiaçı əmək müqaviləsinə xitam verildiyi tarixədək 2020-ci il tarixli ştat cədvəlinə əsasən 442 manat əmək haqqı almışdır. Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı Aparatının hazırda mühasibi vəzifəsində çalışan X20 06 iyul 2022-ci il tarixli əmrlə işə götürülmüş və ona verilən əmək haqqı 2022-ci il tarixli ştat cədvəlinə əsasən müəyyən olunmuşdur. YAP Şirvan şəhər təşkilatının sədri 0* fevral 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının X22 Heyəti tərəfindən vəzifəyə təyin olunduğu üçün onun aylıq əmək haqqı yeni ştat cədvəlinə əsasən müəyyən olunmuşdur. Əmək haqqı məbləği partiya üzvlərinin sayı ilə deyil, YAP X22 Heyətinin qərarı ilə müəyyən olunur. İddianın təmin edilməməsini xahiş etdi a) Birinci instansiya məhkəməsində icraat; Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-*463/2022 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) İddiaçı Maarif oğlunun cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin və “ əmək müqaviləsinə xitam verilməsi barədə” (Əmək və Məşğulluq” altsistemində qeyd edilmiş 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsi, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməmiş hissəsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(*06)-48*/2023 saylı, 2023-cü il *7 aprel tarixli qətnaməsi ilə (Zaur Allahyarov – sədrlik edən və məruzəçi, İlham Əsədov, Samir Mayılov) Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-*463/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. İddiaçı vəkili Nümayəndə* Asif oğlu qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respunlikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (X* (məruzəçi), X25 və X9) qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *7 aprel 2023-cü il tarixli 2(*06)-48*/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş təkrar baxılması üçün Şirvan apellyasiya Məhkəməsinə qaytarılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, onun vəzifəsi YAP şəhər təşkilatında nə ictimai, nə də siyasi xarakterli deyil, sırf maliyyə xarakterli olmuşdur. Onun işdən çıxarılmasından sonra nə işçilərin sayı, nə da ştatları ixtisar edilməmişdir. Cavabdehin etiraz ərizəsində də etiraf etdiyi kimi, o, işdən çıxarıldıqdan 2 gün sonra onun tutduğu vəzifəyə yeni mühasib işə götürülmüşdür. Məhkəmə iddiaçının sübutlarına ümumiyyətlə qiymət verməyib və nəzərə almayıb. Məhkəmə iddiaçıya münasibətdə qərəzli olub. Belə ki, işin məhkəmə baxışında cavabdeh işəgötürən manipulyasiya edərək onun barəsində verdiyi xitam əmrini-“YAP üzvü olmaması” əmrini-məhkəmə proseduru getdiyi dönəmdə yəni 26 oktyabr 2022-ci il tarixində digər bir əmrlə ləğv etmiş və artıq məhkəmə baxışı prosedurunun başlanmasına baxmayaraq, hakim də “YAP üzvü olmadığı” əsası ilə işdən çıxarılması barədə verilmiş əmrin ləğv edilməsi barədə işəgötürənin əmrini qanuni hesab etmişdir. Məhkəmə nəzərə almaq istəməmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi qəsdən düzgün tətbiq edilməmişdir. Çünki hakim görməyə bilməzdi ki, bu necə “ştat ixtisarıdır” ki, onu ixtisara salan işəgötürən 48 saat sonra (xx.xx.2022-xx.xx.2022) onun yerinə eyni vəzifə funksiyası ilə başqa şəxsi qəbul edir. Cavabdeh öz etiraz ərizəsində də X*5 06 iyul 2022-ci il tarixli əmr ilə mühasib vəzifəsinə təyin etdiyini etiraf etmişdir. İşəgötürənin məhkəmə baxışı prosesində araşdırılmayan YAP-ın 05.03.202*-ci il tarixli sərəncamı ilə onu “ştat ixtisarı” bəhanəsi ilə işdən çıxartması da qanunsuzdur. Çünki həmin sərəncamda söhbət ştat ixtisarından deyil, YAP-ın yerli təşkilatlarının ştatlı işçilərinin vəzifə maaşlarından gedir. YAP sədrinin 05 mart 202*-ci il tarixli sərəncamı məhkəmə baxışında tədqiq edilməmiş, hakim tərəfindən qətnamənin qərar hissəsinin elan olunmasından sonra iş materiallarına əlavə edilmişdir. YAP sədrinin 05 mart 202*-ci il tarixli sərəncamını qanunsuz əsas tutaraq “ştat ixtisarı” bəhanəsi ilə onu işdən çıxaran işəgötürən Nümayəndə2 bu barədə həmkarlar ittifaqı təşkilatına bir ildən sonra 08 fevral 2022-ci il tarixdə təqdimat göndərmiş, “ştat ixtisarı” ilə əlaqədar işdən çıxarılmaq əmrlərini isə təqdimatdan 6 ay sonra 04 iyul 2022-ci il tarixdə vermişdir. Lakin məhkəmə işəgötürənin bu şübhəli, məntiqsiz hərəkətlərinə hüquqi qiymət verməmişdir. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)*463/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Maarif oğlu apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)*463/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Maarif oğlunun nümayəndəsi və vəkili Nümayəndə* apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)*463/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının sədri X4 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək şikayətin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)*463/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının sədri X2, vəkili Vəkil* apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək şikayətin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)*463/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)*463/2022 saylı qətnaməsini İddiaçı Maarif oğlunun apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.* Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7.2 Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 42.* Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42.2 Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44.* Əmək müqaviləsi yazılı formada bağlanılır. 68.* Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 294-cü maddəsinin *-ci bəndində qeyd olunur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinin 2-ci hissəsində qeyd olunur ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 43.*. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 43.4. Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 44.*. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 45.*. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 48.*. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. 5*. Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır Siyasi partiyalar haqqında Azərbaycan Respublikası qanununun; *.*.*-ci maddəsinə əsasən siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir: *.*.2-ci maddəsinə əsasən siyasi partiyanın nizamnaməsi – siyasi partiyanın ümumi fəaliyyətini tənzimləyən və bu Qanunun *3.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları əks etdirən təsis sənədidir: *.*.4-cü maddəsinə əsasən siyasi partiyanın orqanları – siyasi partiyanın idarəetmə orqanları olan ali orqanı, qurultayarası kollegial orqanı və (və ya) sədri, həmçinin nəzarət orqanıdır: 6.6-cı maddəsinə əsasən Siyasi partiyanın dövlət qeydiyyatı ilə bağlı (o cümlədən bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş halda) digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. *8.3-cü maddəsinə əsasən Yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur. *4.*-ci maddəsinə əsasən Partiyanın yerli təşkilatı İdarə Heyətinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. İdarə Heyəti yerli təşkilatın fəaliyyətinə nəzarəti həyata keçirir. *4.4-cü maddəsinə əsasən Yerli təşkilatın cari fəaliyyəti onun Aparatı vasitəsi ilə həyata keçirilir. Aparata rəhbərliyi yerli təşkilatın sədri həyata keçirir. Sədr, onun müavini və Aparatın digər işçiləri əsas iş yeri üzrə yerli təşkilatda çalışırlar və buna görə əməkhaqqı alırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikasının MPM-nin 372.*-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının 04 iyul 2022-ci il tarixli *0 saylı saylı əmrinin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq çıxarılması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinin tələblərinə uyğun olaraq iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 77- ci maddəsinin *-ci bəndinə uyğun olaraq əmək stajına uyğun olaraq rəsmi xəbərdar edilmişdir. Ona görə də məhkəmə İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq xəbərdar olunmaması barədə dəlilini qəbul etmir. Belə ki, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının cəmi 4 nəfər işçisindən 3 nəfərin xəbərdar olunması təsdiq olunmuş sübutlarla müəyyən olunduğu halda, İddiaçı xəbərdar olunmaması inandırıcı deyil, çünki həmin yazılı xəbərdarlıqları elə iddiaçının özü işçilərə təqdim etmişdir. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, İddiaçı işdənçıxarma müavinəti də ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatında işçilərin sayı və ştatlar ixtisar edildiyindən İddiaçı ilə olan əmək münasibətlərinə mövcud olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(*06)-48*/2023 saylı, 2023-cü il *7 aprel tarixli qətnaməsi ilə (Zaur Allahyarov – sədrlik edən və məruzəçi, İlham Əsədov, Samir Mayılov) birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. İddiaçı vəkili Nümayəndə* Asif oğlu qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respunlikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (X* (məruzəçi), X25 və X9) qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *7 aprel 2023-cü il tarixli 2(*06)-48*/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmişdir. Kassasiya instansiya məhkəməsi qətnaməni ləğv edərək yeni apellyasiya baxışına qaytarakən aşağıdakıları əsas göstərmişdir. İddia tələbi irəli sürülərkən apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi və iddiaçı tərəfindən mübahisələndirilmədiyi göstərilən 26.*0.2022-ci il tarixli əmr mövcud olmamış, mövcud olmayan əmrin mübahisələndirilməsi isə yolverilən hesab edilə bilməzdi. Digər tərəfdən işin aşkar halı ondan ibarətdir ki, həmin əmr məhz iddianın məhkəmənin icraatında olduğu zaman tərtib olunmuş və məhkəməyə təqdim olunmuşdur. Belə olan halda məhkəmənin ümumiyyətlə həmin sübutun qəbuledilənliyini, eyni zamanda məhkəmənin artıq yeni sübut hesab edilən həmin əmrin qəbul edilməsinin mümkünlyünü müzakirə etmək vəzifəsi olmuş, lakin belə müzakirənin aparılmasını təmin etməmişdir. Digər tərəfdən hətta həmin əmrin sübut olaraq qəbul olunması mümkün hesab edilsə belə nəzərə alınmalı idi ki, işəgötürən əmrdə yanlışlığın, texniki səhvin olmasını və əmrdə göstərilən digər əsasla (iki fərqli əsasla işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin mümkünsüzlüyü) ziddiyyət təşkil etməsini göstərmiş, onun niyyəti yanlışlığa yol verilən hissənin əmrdən xaric edilməsindən ibarət olmuşdur. Bu halda mütləq nəzərə alınmalıdır ki, Əmək və Məşğulluq altsisteminə iddiaçının işdən azald olunması əsası olan xx.xx.2022-ci il tarixli əmri daxil edilmiş və sistemədə qalmaqda davam edir. Bununla yanaşı iddia tələbindən görünür ki, iddiaçı eyni tarixdə verilmiş, eyni saylı və eyni məzmunlu əmrləri mübahisələndirmiş, işə baxan apellyasiya məhkəməsi belə əmrlərin verilməsi zərurətinin nədən yaranmasını cavabdehlə müzakirə etməli və bununla bağlı müvafiq qiymətləndirmənin aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiya məhkəməsi nəinki qiymətləndirmə aparmamış, ümumiyyətlə belə müzakirənin aparılmasını zəruri hesab etməmişdir. Bu zaman nəzərə alınmalı idi ki, işəgötürən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı rəsmiləşdirmə apararkən özünün yol verdiyi yanlışlıqlar və ya səhvlər və bunların düzəldilməsi ilə bağlı yeni əmrlərin qəbul edilməsi nəticəsində yaranmış vəziyyət heç bir halda işçinin ziyanına şərh oluna bilməz. Nəzərə alınmalıdır ki, əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. Həmçinin kollegiya qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin «iddiaçının iddia etdiyi kimi işəgötürən tərəfindən verilmiş işdən çıxarılma barədə əmrin ləğv olunması ilə həmin əmrin mübahisələndirilməsinin aradan qalxması» əsası ilə iddianın rədd edilməsi ilə bağlı mövqeyi bu qərarın yuxarıda göstərilən bəndlərində olan halların aydınlaşdırılmasının və qiymətləndirilməsinin təmin edilmədiyi halda qanuni və əsaslı hesab edilə bilməz. İddiaçının digər dəlilləri «Yeni Azərbaycan Partiyası»nda işçilərin sayının azaldılması və ya ştatların ixtisarının həyata keçirilməsinə zərurətin olmaması, bununla bağlı qərarın olmaması, əmr məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə əsaslandırılmış olsa da, qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməməsi ilə bağlıdır. iş materiallarında «Yeni Azərbaycan Partiyası» nda və ya partiyanın Şirvan şəhər təşkilatında işçilərin sayının azaldılması və ştat ixtisarı ilə bağlı qərarın və sərəncamın mövcudluğu müəyyən olunmur. Cavabdeh tərəfin mövqeyindən aydın olur ki, ixtisarın əsası kimi «Yeni Azərbaycan Partiyası» sədrinin 05 mart 202*-ci il tarixli sərəncamına istinad edilir. Məhz həmin sərəncam əsasında YAP Şirvan şəhər təşkilatının aparatının yenidən formalaşdırılması ilə əlaqədar işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi göstərilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymətləndirməyərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməyərək, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozuntusu ilə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmiş, bununla da iddia tələbi üzrə gəlinən nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə *6 dekabr *992-ci il tarixli Qərarı; X*6rşı iş üzrə 2* yanvar *999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27 sentyabr 200*-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası hazırki mübahisənin işin həqiqi hallarının, apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş 07 fevral 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatında operator,kompyuter mütəxəssisi işləyən X*2 Əmək Məcəlləsinin 77-ci maddəsinin *-ci bəndinə əsasən 6 təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra 2*.03.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş əmək müqaviləsinə xitam veriləcək işçilərin siyahısından görünür ki, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatında 4 işçi olmuş:İddiaçı-mühasibməsləhətçi,X2*-operator,kompyuter mütəxəssisi,X*3-mühafizəçi və X7-xadiməçi. İşə əlavə edilmiş əmək müqaviləsinin bağlanması bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının rəisi X5 Rəsul Maarif oğlunu *3.09.202*-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatında mühasib vəzifəsinə işə qəbul etmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Əməyin ödənilməsi vaxtamuzd olmaqla 420 manat aylıq əmək haqqı barədə qeyd edilmişdir. İşə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 04 iyul 2022-ci il tarixli *0 saylı əmrdən görünür ki, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı bölməsində “mühasib” vəzifəsində işləyən İddiaçı Marif oğlu ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 nömrəli maddəsinin “B” işçilərin sayı və ya ştatları ixtisar edildikdə” bəndinə əsasən 04 iyul 2022-ci il tarixindən xitam verilmişdir.İşçinin *6 iyul 202*-ci il tarixindən 04 iyul 2022-ci il tarixinə qədər istifadə edilməmiş 28.5 məzuniyyət gününün son haqqı hesabının qanunvericiliyə uyğun şəkildə hesablanmış ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. İşə əlavə edilmiş Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının 26 oktyabr 2022-ci il tarixli,26 saylı əmrin surətindən görünür ki, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı Aparatının mühasib-məsləhətçisi İddiaçı oğunun “Yeni Azərbaycan Partiyasının üzvü olmaması” əsası ilə vəzifədən azad olunmasına dair xx.xx.2022-ci il tarixli, *0 saylı əmri ləğv edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X8 şəhər Komitəsinin sədri Cavid Abbasova göndərilmiş 08 fevral 2022-ci il tarixli təqdimatdan görünür ki, Yeni Azərbaycan Partiyası sədrinin 202*-ci il 5 mart tarixli Sərəncamına uyğun olaraq YAP yerli təşkilatlarının Aparatının yenidən formalaşdırılması ilə əlaqədar YAP Şirvan şəhər təşkilatının işçilərinin əmək müqavilələrinə Azərbaycan • Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinə uyğun olaraq YAP Şirvan şəhər təşkilatının ştatların ixtisarı ilə bağlı əmək müqavilələrinə xitam veriləcək işçilərin siyahısı təqdim edilmiş və həmkarlar ittifaqı təşkilatının yazılı əsaslandırılmış qərarını təqdim edilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının 03 fevral 2022-ci il mtarixli, 04 saylı Əmrin surətindən görünür ki, Yeni Azərbaycan Partiyası sədrinin 202*-ci il 5 mart tarixli 5 nömrəli Sərəncamına uyğun olaraq Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının Aparatının yenidən formalaşdırılması ilə əlaqədar əmək müqavilələrinə xitam veriləcək işçilərə ştatların ixtisarı ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin *-ci hissəsinə uyğun olaraq rəsmi xəbərdarlıq edilməsi qərara alınmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İş materiallarından görünür ki, İddiaçı Maarif oğlu iddia tələbini X*0 Şirvan şəhər Təşkilatına o əsasla yönəldir ki, o, Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının *6.07.202*-ci il tarixli 08 nömrəli əmri ilə mühasib vəzifəsinə qəbul edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli *0 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə “Yeni Azərbaycan Partiyasının üzvü olmadığı üçün ixtisar olunması” əsası ilə xitam verilmişdir. Bundan sonra cavabdehin eyni tarixli, eyni saylı əmri ilə əmək müqaviləsinə işçilərin sayı və ya ştat ixtisarı göstərilməklə xitam verilmişdir. Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının 26.*0.2022-ci il tarixli 26 nömrəli əmri ilə “İddiaçı “Yeni Azərbaycan Partiyasının üzvü olmaması” əsası ilə vəzifədən azad olunmasına dair xx.xx.2022-ci il tarixli *0 nömrəli əmri ləğv edilmişdir. Beləliklə o, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı “İddiaçı Maarif oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 04 iyul 2022ci il tarixli *0 saylı əmrin və “ əmək müqaviləsinə xitam verilməsi barədə” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsini, işə bərpa edlməsini, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, X*0 Şirvan şəhər Təşkilatının *6.07.202*- ci il tarixli, 08 saylı əmri ilə iddiaçı *6.07.202*-ci il tarixindən 0*.0*.2022-ci il tarixinə kimi müddətli müqavilə əsasında Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatına məsləhətçi-mühasib vəzifəsinə işə qəbul edilmişdir. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının 05.0*.2022-ci il tarixli, 0* nömrəli əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti 0*.03.2022-ci il tarixinə kimi uzadılmışdır. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının xx.xx.2022-ci il tarixli,*0 saylı əmri ilə İddiaçı Maarif oğlu tutduğu məsləhətçi-mühasib vəzifəsindən azad olmuşdur. İş materialları arasında iddiaçının işdən azad olunması barədə eyni tarixli, eyni nömrəli (xx.xx.2022-ci il tarixli, *0 saylı) iki əmr vardır. Həmin əmrin birində əmək müqaviləsinə xitam verilməsi əsası "Yeni Azərbaycan Partiyasının üzvü olmaması”, digərində “ştatların ixtisarı" qeyd olunmuşdur. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv olunması əsası onun bildirdiyi kimi Yeni Azərbaycan Partiyasının üzvü olmaması ilə deyil, ştatların ixtisarı ilə bağlı olmuşdur. Yeni Azərbaycan Partiyası sədrinin 05.03.202*-ci il tarixli, nömrəli sərəncamına uyğun olaraq YAP yerli təşkilatlarının Aparatının yenidən formalaşdırılması ilə əlaqədar YAP Şirvan şəhər təşkilatının işçilərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "B" bəndinə əsasən (işçilərin və ya ştatları ixtisar edildikdə) xitam verilməsi nəzərdə tutulmuş, bu barədə Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə əsasən altı təqvim həftəsi xəbərdarlıq müddəti müəyyən olunmuş, həmin müddət bitdikdən sonra təşkilatın digər işçiləri ilə bərabər iddiaçı ilə əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı iddaçıya və digər işçilərə rəsmi xəbərdarlıq edilmiş, onlara bu barədə adıçəkilən xəbərdarlıq rəsmi qaydada təqdim olunmuşdur. Hal-hazırda digər işçilərə rəsmi xəbərdarlıq verilməsi ilə bağlı imzaları ilə təsdiq olunmuş müvafiq sənədlər əldə olsa da, iddiaçının adı ilə qeyd olunmuş həmin təsdiqedici sənəd iddiaçının təşkilatda çalışdığı müddətdə sənədlərin içərisindən götürülərək yox olmuşdur. Digər tərəfdən, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, *0 saylı əmrdə bağlanılmış əmək müqaviləsinin ləğv olunması əsasının “ Yeni Azərbaycan Partiyasının üzvü olmaması" qeyd olunması texniki səhvlə bağlı olmuş və həmin əmr YAP Şirvan şəhər təşkilatının sədri olaraq tərəfindən imzalanarkən də yanlışlıq diqqətindən yayınmışdır. Eyni zamanda, adı çəkilən əmrin yuxarı hisəssində işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) istinad olunmuşdur. Bu səbəbdən də iddiaçınn əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, *0 saylı əmrdə işdən azad olma əsasının "Yeni Azərbaycan Partiyasının üzvü olmaması" kimi göstərilmiş qeyd əsassızdır. Adı çəkilən əmr tərəfindən verilmiş əmrlə ləğv olunmuşdur. Digər tərəfdən, iddiaçı təşkilatda çalışdığı dövrdə təşkilatın büdcəsinə yığılmış vəsait az olduğundan digər işçilərlə bərabər Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin *3.09.20*9-cu il tarixli, 3 saylı qərarına əsasən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ştat cədvəlinə uyğun əmək haqqı almışdır. Bu səbəbdən də İddiaçı əmək müqaviləsinə xitam verildiyi tarixədək 2020-ci il tarixli ştat cədvəlinə əsasən 442 manat əmək haqqı almışdır. Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı Aparatının hazırda mühasibi vəzifəsində çalışan X24 06 iyul 2022-ci il tarixli əmrlə işə götürülmüş və ona verilən əmək haqqı 2022-ci il tarixli ştat cədvəlinə əsasən müəyyən olunmuşdur. YAP Şirvan şəhər təşkilatının sədri 0* fevral 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının X22 Heyəti tərəfindən vəzifəyə təyin olunduğu üçün onun aylıq əmək haqqı yeni ştat cədvəlinə əsasən müəyyən olunmuşdur. Əmək haqqı məbləği partiya üzvlərinin sayı ilə deyil, YAP X22 Heyətinin qərarı ilə müəyyən olunur. Kollegiya ilk əvvəl qeyd edir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Siyasi partiyalar haqqında Azərbaycan Respublikası qanununun *.*.*-ci maddəsinə əsasən siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir: *.*.2-ci maddəsinə əsasən siyasi partiyanın nizamnaməsi – siyasi partiyanın ümumi fəaliyyətini tənzimləyən və bu Qanunun *3.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları əks etdirən təsis sənədidir: *.*.4-cü maddəsinə əsasən siyasi partiyanın orqanları – siyasi partiyanın idarəetmə orqanları olan ali orqanı, qurultayarası kollegial orqanı və (və ya) sədri, həmçinin nəzarət orqanıdır: *.*.5-ci maddəsinə əsasən siyasi partiyanın struktur qurumları – siyasi partiyada müvafiq istiqamətlər üzrə yaradılmış məşvərətçi qurumlar, siyasi partiyanın qərargahında cari işlərlə məşğul olmaq məqsədilə yaradılmış bölmə (katiblik, aparat və s.), həmçinin yerli təşkilatlardır: *.*.6-ci maddəsinə əsasən siyasi partiyanın qərargahı – siyasi partiyanın idarəetmə orqanlarının yerləşdiyi yerdir: *.*.9-ci maddəsinə əsasən nümayəndəlik norması – yerli təşkilatın nümayəndə sayını müəyyən etmək məqsədilə yerli təşkilat üzrə siyasi partiya üzvlərinin sayına əsasən müəyyən olunan normadır: 3.3-cü maddəsinə əsasən Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. 4.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir. 6.6-cı maddəsinə əsasən Siyasi partiyanın dövlət qeydiyyatı ilə bağlı (o cümlədən bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş halda) digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. *3.2-ci maddəsinə əsasən Siyasi partiyanın nizamnaməsində siyasi partiyanın məqsədi, fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, siyasi partiyada üzvlük məsələləri (üzvlüyə qəbul və xitam verilməsi, üzvlərin qeydiyyatı, intizam tənbeh tədbirləri, üzvlük haqlarının ödənilməsi və s.), siyasi partiyanın orqanları və struktur qurumları, onların təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri və.s nəzərdə tutulur. *4.*-ci maddəsinə əsasən Siyasi partiyanın ali idarəetmə orqanı siyasi partiyanın qurultayıdır. Qurultay siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş müddətlərdə, lakin 5 ildə bir dəfədən az olmayaraq keçirilir. Siyasi partiyanın növbəti və növbədənkənar qurultayı partiyanın qurultayarası kollegial idarəetmə orqanının (həmin orqan olmadığı halda partiya sədrinin) qərarı ilə çağırılır. Növbədənkənar qurultay səlahiyyətlərinə aid olan məsələlər çərçivəsində nəzarət orqanının, həmçinin partiya üzvlərinin ən azı üçdə iki hissəsinin qurultayarası kollegial idarəetmə orqanına (həmin orqan olmadığı halda partiyanın sədrinə) edilmiş müraciəti əsasında da çağırılır. *6.*-ci maddəsinə əsasən Siyasi partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün idarəetmə orqanı olan sədr seçilə bilər. Sədr partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Qurultay sədri seçir və səlahiyyətlərinə xitam verir. Siyasi partiyanın nizamnaməsi ilə sədrin səlahiyyət müddəti, həmçinin müavinlərinin olması müəyyən oluna bilər. *6.2.2-ci maddəsinə əsasən Sədr siyasi partiyanı təmsil edir. *8.3-cü maddəsinə əsasən Yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur. Yeni Azərbaycan Partiyasının 05 mart 202*-ci il tarixli, partiyanın 7-ci qurultayında qəbul edilmiş nizamnaməsinin *.2-ci maddəsindən görünür ki, partiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. *.7-ci maddəsinə əsasən Partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanlarının qərargahının olduğu yer (hüquqi ünvanı) Azərbaycan Respublikası, Bakı şəhəri, S.Senyuşkin küçəsi 26. 6.*-ci maddəsinə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti, Təftiş Komissiyası partiyanın orqanlarıdır. 6.2-ci maddəsinə əsasən Partiyanın strukturuna onun Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı, həmçinin yerli təşkilatlar və onların aparatları daxildir. 7.*-ci maddəsinə əsasən Qurultay Partiyanın ali rəhbər orqanıdır. Qurultay nümayəndələri İdarə Heyəti tərəfindən müəyyən olunmuş təmsilçilik normasına uyğun olaraq seçilirlər. 7.2-ci maddəsinə əsasən X*8 Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. Partiyanın növbədənkənar X*9 qərarı, səlahiyyətlərində olan məsələlər çərçivəsində Təftiş Komissiyasının qərarı və ya Partiya üzvlərinin ən azı üçdə iki hissəsinin müraciəti ilə çağırılır. 7.3-cü maddəsinə əsasən Partiyanın Nizamnaməsinin qəbul edilməsi, ona dəyişiklik və əlavələrin edilməsi; Partiya Sədrinin seçilməsi və vaxtından əvvəl vəzifəsindən azad edilməsi; İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının say tərkibinin müəyyənləşdirilməsi və.s Qurultayın müstəsna səlahiyyətidir. 9.*-ci maddəsinə əsasən X29 daimi fəaliyyət göstərən rəhbər orqanıdır. İdarə Heyətinin say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir. İdarə Heyətinin üzvləri Qurultay tərəfindən Partiya Sədrinin təqdimatı əsasında beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. İdarə Heyətinin üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər. *4.*-ci maddəsinə əsasən Partiyanın yerli təşkilatı İdarə Heyətinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. İdarə Heyəti yerli təşkilatın fəaliyyətinə nəzarəti həyata keçirir. *4.4-cü maddəsinə əsasən Yerli təşkilatın cari fəaliyyəti onun Aparatı vasitəsi ilə həyata keçirilir. Aparata rəhbərliyi yerli təşkilatın sədri həyata keçirir. Sədr, onun müavini və Aparatın digər işçiləri əsas iş yeri üzrə yerli təşkilatda çalışırlar və buna görə əməkhaqqı alırlar. *4.8-ci maddəsinə əsasən Yerli təşkilatın fəaliyyəti, sədrin və onun müavininin səlahiyyət müddəti, Aparatın təşkili, eləcə də yerli təşkilatda, o cümlədən Konfransda qərarların qəbulu ilə bağlı məsələlər yerli təşkilatlar haqqında Əsasnamə ilə tənzimlənir. *4.9-cü maddəsinə əsasən Yerli təşkilat qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və Əsasnaməsi əsasında fəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin məcəllənin 53.3-cü maddəsinə əsasən Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. MPM-nin 49.*-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinin hüquqi əsasını “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “Yeni Azərbaycan Partiyasının üzvü olmaması əsası ilə ixtisar olunması» ilə bağlı işdən azad edilməsi və «Yeni Azərbaycan Partiyası»nda işçilərin sayının azaldılması və ya ştatların ixtisarının həyata keçirilməsinə zərurətin olmaması, bununla bağlı qərarın olmaması, əmr məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə əsaslandırılmış olsa da, qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməməsi təşkil edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının dispozitiv şərtlərindən müəyyən olunur ki, vəzifəli şəxsin qanunsuz hərəkətlərindən irəli gələn maddi tələbləri ödəmək cavabdehliyi Yeni Azərbaycan Partiyasının daimi fəaliyyət göstərən rəhbər orqanlarının qərargahının olduğu yerin üzərinə düşür. Yəni bu cür hərəkətlərin və qəbul edilmiş əmrin qanunsuz olması və qanunsuzluğun nəticəsində iddiaçının qanunsuz olaraq işdən azad edilməsi sübut olunsa belə, bu hərkətlərə cavab verməli olan şəxs cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı ola bilməz. İddia tələbləri konkret halda Yeni Azərbaycan Partiyasına qarşı yönəldilməli idi. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından aydın görünür ki, Siyası partiyanın yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur. Hüquqi şəxsin filialı isə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərir. Halbuki öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun 22 fevral 2024-cü il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin * və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.*, 50.* və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.*-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Göründüyü kimi, iş üzrə cavabdeh qismində cəlb edilmiş Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı öz hüquqi statusuna görə hüquqi şəxsin filialına bərabər tutulduğundan, mülki məcəllənin tələblətinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinə əsasən hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bildiyindən Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı iddiaya cavab verən şəxs qismində hazırkı iş üzrə tərəf ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamış və cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 54.*-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehlərin iştirakı ilə davam etdirmiş, nəticədə də iddiaçının məhkəmə müdafiəsi hüququnu pozmaqla əsl cavabdehi işə cəlb etmədən faktiki halları müəyyən etmiş iddia tələblərini rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Prosessual hüquq normasının mənasından da göründüyü kimi, qanunverici hətta birinci instansiya məhkəməsində əsl olmayan tərəfin iştirakı olmadan aparılmış hər hansı bir prosessual hərəkətin nəticələrini də tanımadan, əsl tərəf əvəz edildikdən sonra mülki icraatın yenidən başlanmalı olmasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasında əsl cavabdehin əvəz edilməsinin iddiaçıya təklif edilməsi və bu barədə qərar qəbul edilməsi onun birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Beləliklə məhkəmə kollegiyasının iddiaçının iddia tələbi ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatına yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iddia ərizəsini öz icraatına qəbul edərkən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçıya cavabadehin əsl cavabdehin əvəz edilməsi təklifi etməli idi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərində qeyd edildiyi kimi maddə və prosessual məcəllənin pozulması ilə çıxarıldığından ləğv edilməli, məhz yuxarıda qeyd edilən əsasa görə - yəni iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.*, *4.2, 88 və 2*7.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.*-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.*.*, 385.*.2, 385.*.3 və 385.*.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin *07 və **9.*-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)*463/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Maarif oğlunun cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)*463/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Maarif oğlunun cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar