Məhkəmə qərarları › İş №2(106)-283/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-283/2025

09.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-283/2025 09.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı4 (İddiaçı1 hüquqi varislərinin nümayəndəsi), X4 (hüquqi varis), Nümayəndə1 (hüquqi varis), Cavabdeh, onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-156/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə 09 fevral 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsindən çıxarılma» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, Sabirabad rayonu Yenikənd kəndində yerləşən JN 267A KOD 90914038 nömrəli şəhadətnamədə qeyd edilən mülkiyyətlərində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin tam boşaldılması, həmin əraziyə daxil olmasının qadağan edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 saylı qərarı ilə 0,36 hektar sahədən ibarət fərdi yaşayış evinin tikilməsi üçün mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında JN267A KOD 90914038 nömrəli şəhadətnamədə tərtib edilmiş və şəhadətnamədə İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 Zaməddin (Vəliş) oğlu və X14 (əslində şəxs X11) adları mülkiyyətçi kimi göstərilmişdir. Həmin şəhadətnamədə adları göstərilən mülkiyyətçilərdən biri şəhadətnamədə texniki səhv nəticəsində X14 adı göstərilsə də, əslin də həmin şəxs X5r, o, xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Onun ölüm haqqında arayışı iddia ərizəsinə əlavə etmişlər. İşin mübahisəli tərəfi ilə bağlı bildirirlər ki, Cavabdeh tərəfindən Sabirabad rayonu Yenikənd kəndində yerləşən JN267A KOD 90914038 nömrəli şəhadətnamədə qeyd edilən mülkiyyətlərində olan torpaq sahəsinin 78 kv.m. hissəsini zəbt edərək qanunsuz olaraq istifadə edir. Dəfələrlə cavabdehə tərpaq sahəsinin boşaldılmasını və qanunsuz hərəkətlərinə son qoyulmasını bildirsələr də, cavabadeh torpaq sahəsini boşaltmamışdır. Hesab edirlər ki, Cavabdeh tərəfindən qanunvericiliklə qorunan hüquqları kobud şəkildə pozulmuşudur. Bununla bağlı Sabirabad Rayon Məhkəməsində iddia qaldırılmış, həmin məhkəmə tərəfindən (sədrlik edən hakim Bağırov Nurəddin) xx.xx.2023-cü il tarixdə 2(056)-15/2023 saylı iddia təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu. Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin iddiaçılara qaytarılması, xx.xx.2022-ci il tarixli **********92 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı İddiaçı1 tərəfindən ödənilmiş 95 (doxsan beş) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********92 saylı mütəxəssis rəyində qeyd olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1 və digərlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha (0,42 ha) torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-270A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0,45 ha (faktiki 0,60 ha) torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuş, iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. İddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m. müəyyən edilən mübahisəli torpaq sahəsi Cavabdeh və digər ailə üzvlərinin istifadəsindədir. Hazırki iddia tələblərində qeyd edilən cavabdehin qanunsuz hərəkətləri və torpağın zəbt edilməsi faktı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********92 saylı mütəxəssis rəyində öz təsdiqini tapmışdır. Lakin Cavabdeh apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-856/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)15/2023 saylı, 14 fevral 2023cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və qaytarılması» tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardada göstərilmişdir ki, iddia ərizəsi imzalanmadığından Sabirabad Rayon Məhkəməsinin 2(056)15/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Qeyd edilənlərə əsasən pozulmuş hüquqlarının bərpası üçün yenidən məhkəməyə müraciət edirlər. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı qızının etibarnamə üzrə nümayəndəsi X6, İddiaçı5 və İddiaçı4 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, etirazının əsası kimi iddiaçılara məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etmədiyini, zəbt edildiyi iddia edilən torpaq sahəsinin ümumi istifadədə olmuş yer olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-156/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Səlim Allahverdiyev), iddianın qismən təmin edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsinin zəbt edilmiş 78 kv.m hissəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin iddiaçılara qaytarılması, torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsinin zəbt edilmiş 78 kv.m hissəsinə daxil olma cavabdehə qadağan edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraat İddiaçı1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli qərardadı ilə, mülki iş üzrə icraat təzələnərək, Nümayəndə1, İddiaçı2, İddiaçı5, İddiaçı4, X9, İddiaçı3, X7, X8, X12 İddiaçı1 hüquqi varisi müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Sabirabad Rayon Məhkəməsinin 2(056)-156/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı4 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 156/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi varislər X12 və Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)-156/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)-156/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara və İddiaçı1 digər hüquqi varislərinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər iddiaçıların və İddiaçı1 digər hüquqi varislərinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin 2(056)-156/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-156/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan JN-267A, KOD 90914038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və X3 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********92 saylı mütəxəssis rəyində qeyd olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1 və digərlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha (0,42 ha) torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-270A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0,45 ha (faktiki 0,60 ha) torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuş, iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. İddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m. müəyyən edilən mübahisəli torpaq sahəsi Cavabdeh və digər ailə üzvlərinin istifadəsindədir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)- 15/2023 saylı qətnaməsinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsindən Cavabdeh çıxarılsın və torpaq sahəsi iddiaçılara qaytarılması, xx.xx.2022-ci il tarixli **********92 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı İddiaçı1 tərəfindən ödənilmiş 95(doxsan beş) AZN məbləğində pul vəsaiti Cavabdeh müştərək qaydada tutulub İddiaçı1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-856/2023 saylı qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)15/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və qaytarılması» tələbinə dair iddiası baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4991 saylı Ekspert rəyindən görünür ki, Qərardadın birinci və ikinci sualları üzrə İddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN- 267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. İddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi cavabdeh X1 və digər ailə üzvlərinin istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4991 saylı «Ekspertiza xərclərinə dair bildiriş»dən görünür ki, ekspertiza xərclərinin dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Sabirabad rayon İH X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş 5-70-27/2-47/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Sabirabad rayon Sabirabad rayon Yenikənd kəndində anadan olmuş xx.xx.1941-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Yenikənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun daimi yaşayış yeri Sabirabad rayonu Yenikənd kəndi olmuş və aşağıda göstərilən vərəsələri qalmışdır: Nümayəndə1, İddiaçı2, İddiaçı5, İddiaçı4, X9, İddiaçı3, X7, X8, X12. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələbdən görünür ki, cavabdeh iddiaçıların ümumibirgə mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsindən qanunsuz istifadə edir. Bu səbəbdən də iddiaçı torpağın zəbtdən azad olunaraq özgəsinin qanunsuz sahibliyindən geri tələb edir. Tələbinin hüquqi əsası kimi isə Azərbaycan Respublikasının Konstitusiyasının; 13, 29-cu maddələri, Mülki Məcəllənin 157.2 və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad edir. İddia tələbi iddiaçının mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi barədədir. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçılara mülkiyyət hüququ əsasında məxsusdur və həmin hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır. İddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə onların mülkiyyətində olan torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilərək istifadə edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir. İşə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, İddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN- 267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. İddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi cavabdeh X1 və digər ailə üzvlərinin istifadəsindədir. Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Şirvan Ərazi Şöbəsi və Sabirabad rayonu Quruzma Bələdiyyəsi tərəfində verilmiş arayışlarda Cavabdeh şəhadətnamə üzrə ona verilmiş torpaq sahəsindən kənarlaşaraq Nümayəndə1 şəhadətnamə üzrə verilmiş torpaq sahəsinə bitişik, ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid təqribən 130 kv.m ərazini Cavabdeh hasarlayaraq zəbt etmiş və ot tayalarının yığılması üçün istifadə etdiyi bildirilmişdir. Apellyasiya icraatı zamanı da İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 da verdiyi izahatında cavabdeh zəbt etdiyi torpaq sahəsində ot tayaları yığmaq üçün istifadə etdiyini bildirmişdir. Kollegiya hesab edir ki, iddiaçının cavabdeh tərəfindən zəbt edilməsini iddia etdiyi 78 kv.m. torpaq sahəsinin iddiaçıların yaxud bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühəndis-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatı zamanı əldə edilmiş 22 avqust 2025-ci il tarixli, 3-21-3-38/2- 2882/2025 saylı DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsindən verilən mütəxəssis rəyindən görünür ki, İddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN- 267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi cavabdeh X1 və digər ailə üzvlərinin istifadəsindədir. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüquqlarından çıxış etməklə cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ üçün əsaslar da yaranmışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, JN-267A, KOD 90914038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasında, Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və X3 ümumi birgə mülkiyyətindədir. Cavabdeh iddiaçılara məxsus torpaq sahəsinin 78 kv.m zəbt etməklə qanunsuz istifadə edir. Apellyasiya baxışı zamanı da həmin mübahisəli ərazinin bələdiyyə torpağı deyil, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geriqaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1). Bu iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya iddiasını irəli sürən şəxs MM-in 157.2-ci maddəsinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu, yaxud MM-in 288.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanı özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edən girov saxlayan özünün girov hüququnu sübut etməlidir. Əks halda həmin normalara söykənən tələblər təmin edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin “iddianın qismən təmin edilməsi” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)-156/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-156/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar