Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-286/2025 09.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1413/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iki baş iri buynuzlu heyvanlarının, heyvanları olmadığı təqdirdə onların dəyəri olan 3000 manat pulun, evindən götürdüyü 2000 manat pulun və ödədiyi 70 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı ildə Masallı rayonu Miyankü kəndində anadan olmuşdur, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahından iki övladı olmuşdur. Övladları xx.xx.2001- ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3r. Bir müddət mehriban yaşasalar da, ailədaxili narazılıqlar səbəbindən faktiki olaraq bir ilə yaxındır ki, ayrı yaşayırlar. Birlikdə yaşadıqları dövrdə maddi imkanları aşağı olduğundan atası Ağahüseyn Tahirov ona üç baş iri buynuzlu heyvan hədiyyə etmişdir. Birgə nikah dövründə inşa etdikləri evində olarkən iribuynuzlu heyvanlara o, baxmışdır. Cavabdeh onu döyüb evdən qovduqdan sonra iri buynuzlu hevanlardan biri örüşdən qayıdarkən atasının evinə qayıtmışdır. İki baş iri buynuzlu heyvan isə cavabdehin evində qalmışdır. Cavabdehin evində qalan heyvanları tələb etsə də, heç bir nəticəsi olmamışdır. Hətta atası cavabdehdən heyvanlar barəsində Boradigah Polis bölməsinə şikayətdə etmişdir. Sahə rəisi bu barədə cavabdehin izahatını da almışdır. Cavabdeh onun razılığı və məlumatı olmadan iki baş heyvanı 3000 manata satmışdır. Dəfələrlə cavabdehdən heyvanlarının pulunu istəsə də, heç bir nəticəsi olmamışdır. X7 birinci qrup əlildir, serebral iflic xəstəliyindən əziyyət çəkir. Həkimlər qızının əməliyyat olunacağı təqdirdə yerimək ehtimalının ola biləcəyini bildirmişlər. Maddi imkanı olmadığından atası, bacıqardaşları və həmçinin kəndinin xeyriyyəçi insanları tərəfindən qızının əməliyyatı üçün 6400 manat pul yığılaraq ona verilmişdir. Cavabdeh onun xəbəri olmadan əməliyyat pulu olan 6400 manat pulu evdən oğurlamışdır. Cavabdehdən polisə şikayət etməsin deyə cavabdehin əmisi oğlu Tofiq Əliyev pulun 4400 manatını cavabdehdən alaraq ona qaytarmışdır. Cavabdeh ondan vaxt verməyini və yerdə qalan 2000 manatı da tez bir zamanda qaytaracağını bildirmişdir. Üzərindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh onun 2000 manat pulunu qaytarmamışdır. Pulu düzəldə bilmədiyinə görə qızını əməliyyat etdirə bilməmişdir. Dəfələrlə cavabdehdən pulunu istəsə də, heç bir əsas gətirmədən pulunu qaytarmamışdır. Odur ki, iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsini Cavabdeh iki baş iri buynuzlu heyvanlarının, heyvanları olmadığı təqdirdə onların dəyəri olan 3000 manat pulun, evindən götürdüyü 2000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1413/2024 saylı qətnaməsi ilə (hakim Z.Zeynalov) İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddianın təmin edilməməsi və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfindən 2000 manat pul girovun yüklülüyə alınması üçün ödənilmişdir. Masallı RİHB-nin Miyankü kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, 79 nömrəli arayışdan görünür ki, ev təsərrüfatlarının uçotu kitabı 1 nömrəli, şəxsi hesabı 59 nömrəli olan, səhifə 122-də olan şəxsi hesabında xx.xx.2023-cü il tarixdə 3 baş iri buynuzlu mal-qara olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, tərəflər hazırda rəsmi nikahda olmaqla İddiaçı Cavabdeh tələb etdiyi iki baş iri buynuzlu heyvan tərəflərin birgə nikahları dövründə əldə edilmiş ümumi əmlak olduğu üçün həmin heyvanların naturada və ya dəyərinin alınması, iddiaçının tələbinə görə cavabdehin evdən götürdüyü 2000 manat pul ailənin ümumi gəliri hesabına əldə olunduğu üçün cavabdehdən alınıb iddiaçıya verilməsi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77, 107, 119-cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1, 225.2, 225.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bir müddət mehriban yaşadıqdan sonra, cavabdeh İ dərəcəli əlil olan qızı Fatiməni qəbul etməməyə, onu incitməyə başladı. Bu hadisələrdən sonra onun cavabdehlə mübahisələri başlamışdır. Cavabdeh onu və uşaqlarını bir neçə dəfə döyərək evdən qovmuşdur. Münqişəli ailə kimi Boradigah polis bölməsində qeydiyyata düşmüşdürlər. Axrıncı dəfə onun burnunu sındıraraq, sirsifətini qan içində qoyaraq evdən qovmuşdur. Bütün cehiz əşyaları və əmlakları evdə qalmışdır. Birgə nikahda olarkən və birgə yaşayarkən maddi imkanları aşağı olduğundan atası Ağahüseyn Tahirov ona üç baş iribuynuzlu heyvan bağışlamışdır. Birgə yaşayarkən heyvanlara o baxmışdır. onu döyüb evdən çıxararkən heyvanlar iddiaçının yanında qalmışdır. Heyvanlardan biri örüşdən qayıdarkən atasıgilə gəlmişdir. Digər iki heyvan isə iddiaçının evinə getmişdir. Sonradan sahə rəisi Şahid3 müşayəti altında evlərinə gedərək zəruri paltarlarını və bir neçə ərzaq əşyalarını götürmüşdür. Heyvanlarını tölədən götürmək istədikdə Cavabdeh imkan verməmişdi. O bu barədə Şahid3 etirazını bildirdikdə o, heçnə edə bilməyəcəyini, mübahisənin məhkəmə predmeti olduğunu bildirdi. Şahid3 şahid kimi məhkəmə iclasında dediyi sözlərini ifadəsi ilə təsdiq etmişdir. Lakin məhkəmə onun ifadəsini qətnaməsində təhrif etsə də, video çəklişdə ifadəsi tam şəkildə mövcuddur.Həmin heyvanları cavabdeh tələm-tələsik olaraq 3000 manata satmışdır. Qızı İ dərəcəli əlildir və serebral iflic xəstəliyindən əziyyət çəkir. Onun yeriməyində problem var və o, həkimlərin dediyinə görə əməliyyat olunsa düzəlmək ehtimalı vardır. O bu barədə qızının əməliyyatı üçün qohumlarından maddi yardım istəmişdir. Qohumları, tanışları və kəndin xeyriyyəçi insanları qızının əməliyyatı üçün yardımlar etmişdirlər. Həmin yardımların məbləği 6400 manat təşkil etmişdir. Onun xəbəri və məlumatı olmadan evdə olan 6400 manat pulu cavabdeh oğurlayaraq evdən çıxmışdır. Polisə şikayət olunmasın deyə həmin pulun 4400 manatını cavabdehin əmisi oğlu Tofiq Əliyev cavabdehdən alaraq ona qaytarmışdır. Bu cavabdehin ilk oğurluğu deyil, cavabdeh bir neçə dəfə oğurluq üstündə məhkum olunmuşdur. Tofiq Əliyev məhkəmə iclasında bu fikirləri bildirmişdir. Lakin o, şahid qismində dindirilməmişdir. Cavabdeh pulların götürməsini ört-basdır etmək üçün qızının toy dəftərini məhkəməyə təqdim etmiş, guya pullar toyda yığılan pullardır. Nə kəramətdirsə toyda yığılan pullarda 6400 manat təşkil etmişdir. Məhkəmə bütün vasitələrdən istifadə edərək iddia tələbinin rəddi üçün zəmin yaratmışdır. O, məhkəmə iclasında bir neçə dəfə şifahi vəsatət verərək Tofiq Əliyevin şahid qismində dindirilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iddia tələbini hansı əsasa görə rədd etdiyini qətnaməsində əsaslandırmağa borclu olduğu halda əsaslandırma aparmamışdır. Ona görə də Masallı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(050)-1413/2024 saylı qətnaməsinin ləğv edilməli, apellyasiya şikayəti təmin olunaraq iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsində qeyd edilmişdir ki, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsində qeyd edilmişdir ki, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1413/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1413/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməmiş 1200 manata aid hissəsinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə həmin hissədə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı həmin hissədə yanlış qənaətə gələrək təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1413/2024 saylı qətnaməsi qismən, iddianın təmin edilməmiş 1200 manata aid hissəsinədə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əslandırmışdır ki, tərəflər hazırda rəsmi nikahda olmaqla İddiaçı Cavabdeh tələb etdiyi iki baş iri buynuzlu heyvan tərəflərin birgə nikahları dövründə əldə edilmiş ümumi əmlak olduğu üçün həmin heyvanların naturada və ya dəyərinin alınması, iddiaçının tələbinə görə cavabdehin evdən götürdüyü 2000 manat pul ailənin ümumi gəliri hesabına əldə olunduğu üçün cavabdehdən alınıb iddiaçıya verilməsi təmin edilə bilməz. Məhkəmə tərkbi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərkibinin qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsi və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsi nəzərdən keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə tərkibi ilk növbədə iddia tələbinin cavabdehin onun razılığı və məlumatı olmadan iki baş heyvanı 3000 manata satması və pulunu mənimsəməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı mübahisə predmeti olan iki baş heyvanın cavabdeh tərəfindən məhz 3000 manata satması barədə hər hansı bir sübut növü təqdim etməmişdir. Bunnla belə cavabdeh iddiaya qarşı etirazında iki baş heyvanı 1400 (min dörd yüz) manata satdığını etiraf etmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdehin etirafını sübut kimi qəbu etmək olar. Eyni zamanda cavabdeh iddia tələbinə etirazında iki baş heyvanı sataraq, satışdan əldə etdiyi 1400 (min dörd yüz) manatı birgə nikah dövründə götürdükləri 256 (iki yüz əlli altı) manat və 30 (otuz) manat aylıq kredit ödənişinə sərf etdiyini qeyd etmiş, ancaq 1400 manat pulun kredit borcuna görə banka ödəməsinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, iki baş heyvanın satışından əldə edilmiş 1400 (min dörd yüz) manat pulun 700 manatı iddiaçıya aid olduğundan cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə tərkibi iddia tələbinin qızının əməliyyatı üçün yığılmış 6400 manat pulun 2000 manatının cavbdehdən alınaraq ona ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı qeyd edir ki, cavabdeh onun xəbəri olmadan əməliyyat pulu olan 6400 manat pulu evdən oğurlamışdır. Cavabdehdən polisə şikayət etməsin deyə cavabdehin əmisi oğlu Tofiq Əliyev pulun 4400 manatını cavabdehdən alaraq ona qaytarmışdır. Cavabdeh ondan vaxt verməyini və yerdə qalan 2000 manatı da tez bir zamanda qaytaracağını bildirmişdir. Üzərindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh onun 2000 manat pulunu qaytarmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Ancaq iddiaçı qızının əməliyyatı üçün 6400 manat pulun yğıldığını və həmin pulun məhz cavabdeh tərəfindən götürüldüyünə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Bununla belə cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, mübahisə predmeti olan pul məbləği qızının xəstəliyi ilə bağlı yığılan pul deyil, toydan yığılmış pullardır. Məbləği isə 4900 (dörd min doqquz yüz) manatdır. Onun 4400 (dörd min dörd yüz) manatını əmisi oğlu X1 vasitəçiliyi ilə hazırki iş üzrə cavabdehə göndərmişdir. (Qeyd edilməlidir ki, iddiaçı da həmin məbləğin ona göndərildiyini etiraf edir) qalan 500 (beş yüz) manatı isə mobil telefonun aylıq ödənişlərinə sərf etmişdir. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, cavabdeh qeyd edilən 500 manat məbləğin mobil telefonun aylıq ödənişlərinə sərf etdiyinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də 500 (beş yüz) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1413/2024 saylı qətnaməsi iddianın təmin edilməyən 1200 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli və Cavabdeh 1200 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1413/2024 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 1200 manata aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 1200 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz .
Məhkəmə qərarları › İş №2(106)-286/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-286/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver