Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-287/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh və cavabdehin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və darvazanın cavabdehin hesabına sökülməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-2274/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPH şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən onun Lənkəran rayonu, Şiləvar kəndində mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə, həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə baxış keçirməyə, onların iştirakı ilə fərdi yaşayış evinin yerində müayinə edilməsinə Cavabdeh tərəfindən törədilən maneələrə və qanunsuz hərəkətlərə son qoyulması, cavabdeh tərəfindən həmin torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində inşa edilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1970-ci ildə Lənkəran rayonunun Şiləvar kəndində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. 1 saylı DNK daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, 4Ə-1655, xx.xx.2018: 10 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyətinə verilərək, 0,00435 ha torpaq sahəsinə dair çıxarış vərəqəsi almışdır. Mülkiyyətində olan 0,00435 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa olunmasına dair Lənkəran RİH-nin Memarlıq və Tikinti şöbəsindən icazə almışdır. Mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin üzərində özünə 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi inşa etmişdir. Hazırda isə iddiaçıya ayrılmış torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair öz adına çıxarış almaq istəyir, yəni həmin daşınmaz əmlakını dövlət qeydiyyatına aldırmaq istəyir. Bununla əlaqədar, iddiaçı özündə olan sənədləri toplayıb ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPH şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin mütəxəssisləri xx.xx.2023-cü il tarixdə iddiaçının inşa etdiyi fərdi yaşayış evinə baxış keçirmək və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib etmək istəmişlər. Eyni zamanda, fərdi yaşayış evini iştirakı ilə yerində müayinə etmək istəmişlər. Lakin cavabdeh tərəfindən qeyd edilən hərəkətlərin edilməsinə maneə yaradıldığından bütün bunları etmək mümkün olmamışdır. Ona görə ərizəsinin icrası mümkün olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı inşa etdiyi fərdi yaşayış evini dövlət qeydiyyatına aldıra və həmin evə gedə bilmir. Cavabdeh iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin üzərində inşa etdiyi 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə ümumi istifadə üçün buraxılmış gediş-gəliş yolunu dəmir torlardan hazırlanmış darvaza ilə bağlamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2274/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Murad Aslanov) iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-2274/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2020-ci ilin oktyabr ayında yaşadığı Şiləvar kəndinin ərazisində, Lənkəran-Lerik yolunun başlanğıc hissəsinin sağ kənarında, qeyri-yaşayış binalarının arxa tərəfində özünə fərdi yaşayış evi tikmək üçün 0,00435 ha torpaq sahəsi almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən 14 oktyabr 2020-ci il tarixdə həmin torpaq sahəsinin plan-ölçüsü tərtib olunmuşdur. Eləcə də, həmin tarixdə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmaqla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən **********98 reyestr nömrəli çıxarış tərtib olunaraq ona təqdim edilmişdir. Bir müddət sonra qeyd etdiyi torpaq sahəsi üzərində özünə bir mərtəbəli və iki otaqlı ev tikmək üçün Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. "xxxx" MMC tərəfindən tikəcəyi yaşayış evinin eskiz layihəsi hazırlanmış və həmin layihə Lənkəran şəhərinin baş memarı tərəfindən təsdiq olunmuşdur. Bundan sonra, iddiaçı Lənkəran Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsindən müvafiq icazə almaqla tərtib olunmuş eskiz layihəyə uyğun olaraq təxminən 2022-ci ilin oktyabr-noyabr ayında göstərilən torpaq sahəsində özünə bir mərtəbəli və iki otaqlı fərdi yaşayış evi inşa etmişdir. Həmçinin, mülkiyyətində olan həmin torpaq sahəsinin yaxınlığında Lənkəran rayonunun Darquba kənd sakini Cavabdeh işlətdiyi dəmir sexi mövcuddur. Yeni tikdiyi evin qabaq tərəfi Cavabdeh tərəfindən istifadə olunan sex istiqamətində, arxa tərəfi isə Lənkəran-Lerik yolunun başlanğıc hissəsi istiqamətindədir. Cavabdeh işlətdiyi dəmir sexi Lənkəran-Lerik yolunun başlanğıc hissəsinin sol kənarındakı obyektlərin arxa tərəfində yerləşir və sexin həyətinə qəbiristanlıq istiqamətindən ümumi gediş-gəliş yolu vardır. Gediş-gəliş yolu Şiləvar kənd Bələdiyyəsinin mülkiyyətində olsa da, Cavabdeh tərəfindən heç bir icarə müqaviləsi olmadan istifadə olunur. Cavabdeh bələdiyyənin mülkiyyətinə məxsus ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində hər hansı razılıq olmadan dəmir tordan ibarət iki darvaza qoymuş və bu darvazaları istədiyi vaxt açıb-bağlayır. İddiaçı Mülkiyyətində olan həmin torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etdiyi dövrdə cavabdeh ona demək olar ki, maneəçilik törətməmişdir. Belə ki, evinin inşasında istifadə olunmuş bütün tikinti materiallarını qeyd etdiyi ümumi istifadədə olan gediş-gəliş yolu ilə həmin torpaq sahəsinə daşımışdır (çünki həmin əraziyə alternativ bir yol mövcud deyil). Bu zaman Cavabdeh tərəfindən ona hər hansı yazılı, yaxud şifahi irad bildirilməmişdir. 2023-cü ilin fevral-mart aylarında iddiaçı evinə qaz və elektrik xətlərinin çəkilməsi üçün müvafiq dövlət orqanlarına rəsmi müraciətlər etmişdir. “X1” QSC tərəfindən yeni tikdiyi evin qazlaşdırılması ilə bağlı müvafiq sənədləşmə aparılmış, 06 mart 2023-cü il tarixdə bu müəssisə ilə iddiaçı arasında müqavilə bağlanmışdır. “X1” QSC-nin mütəxəssisləri tərəfindən evin qazlaşdırılması üçün sxem və plan tərtib olunmuşdur. Bundan əlavə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən texniki şərtlər tərtib olunanaq iddiaçının evinə qaz sayğacı quraşdırılmışdır. Bundan sonra evinə qaz xətti çəkilmişdir. Eləcə də, evinə müvafiq sənədləşmə işləri aparıldıqdan sonra texniki təhlükəsizlik qaydalarına uyğun şəkildə elektrik xətti çəkilmişdir. Bütün bunlardan sonra Cavabdeh özbaşınalıq edərək Şiləvar Bələdiyyəsinin mülkiyyətindəki ümumi istifadədə olan piyada və maşın yolundan istifadə etməsinə maneəçilik törətməyə başlamışdır. Hətta o, 2023-cü ilin aprel ayında əvvəlcə xeyli dəmir metalı iddiaçının yeni tikdiyi evin ön tərəfinə yığmış, ardınca isə evin ön tərəfini dəmir hasarla bağlayaraq iddiaçının evinə girişi tam halda məhdudlaşdırmışdır. İddiaçı yeni tikdiyi evə çıxarışın verilməsi üçün 2023-cü ilin may ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. 15 may 2023-cü il tarixdə bu idarənin mütəxəssisləri fərdi yaşayış evinə baxış keçirmək və evin texniki vəziyyəti ilə bağlı müayinə aktı tərtib etmək üçün ora gəlsələr də, hər hansı tərəfdən evinə daxil olmaq mümkün olmadığına görə hal-hazıradək yeni tikdiyi evə çıxarış ala bilməmişdir. Çünki Cavabdeh tərəfindən evinə giriş üçün süni maneələr yaradılmış, evinin qabaq tərəfi dəmir hasarla tam halda bağlanmışdır. Evinə, yaxud evin həyətinə başqa hər hansı piyada, yaxud maşın yolu mövcud deyildir. Belə ki, evin arxa və sol-yan tərəfində qeyri-yaşayış obyektləri, sağ-yan tərəfində isə su kanalı yerləşir. Bu barədə dəfələrlə Cavabdeh bildirsə də, o, qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh tərəfindən süni şəkildə yaradılmış problemi razılıq yolu ilə həll etməyə çalışsa da, heç bir nəticəsi olmamışdır. Bir neçə dəfə onun barəsində müvafiq dövlət orqanlarına yazılı və şifahi müraciətlər etmişdir. Lakin iddiaçıya izah olunmuşdur ki, Cavabdeh qanunsuz hərəkətləri barədə mülki qaydada məhkəməyə müraciət etsin. Odur ki, 23 may 2023-cü il tarixdə bu barədə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Lənkəran Rayon Məhkəməsi iddia tələbinə dair işə baxaraq iddianın rədd edilməsi haqqında 16 oktyabr 2023-cü il tarixli, 2(049)–2274/2023 saylı əsassız qətnamə qəbul etmişdir. Lənkəran Rayon Məhkəməsinin həmin qətnaməsi qanunsuz və əsassız olmaqla konstitusion hüquqlarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Həmçinin qeyd etmək istəyir ki, məhkəmə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edərkən torpaq qanunvericiliyinin, o cümlədən bu sahədə mövcud olan beynəlxalq normativ hüquqi aktların tələblərini, xüsusən də Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilir: “İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 3-21-3-43/2- 2273/2023 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üstüstə düşməsi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun olmaması müəyyən olunmuşdur. Belə ki, sözügedən Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinə və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi çevrədə mövcud daşınmaz əmlak obyektlərinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 36 metr olması müəyyən edilmişdir. Bunun 26 metr məsafədə olan başlanğıc hissəsi (Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə qədər olan hissəsi) mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması və hamının istifadəsi üçün açıq olması müəyyən olunmuşdur. Qalan son 10 metr hissəsi, yəni əsas mübahisə predmeti olan (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) hissəsinin isə mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu kimi olmaması müəyyən edilmişdir. Belə ki, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən mübahisəli (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) torpaq sahəsinin bir hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinə, digər bir hissəsinin isə Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətindəki torpaq sahəsinə aid olması müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin əsas mübahisə predmeti olan hissəsinin (Cavabdeh tərəfindən tutulması iddia edilən hissəsinin) mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutulmaması müəyyən edilmişdir”. Bununla bağlı iddiaçı bildirir ki, müvafiq çıxarışla mülkiyyətində olan torpaq sahəsinin cizgi planı, yaxud yerləşmə sxemi tərtib olunarkən həmin torpaq sahəsinə gediş-gəliş yolunun Lənkəran-Lerik avtomobil yolu istiqamətindən deyil, hazırda mübahisəli olmaqla Şiləvar kənd Bələdiyyəsinin mülkiyyətindəki ümumi istifadədə olan avtomobil yolu nəzərdə tutulmuşdur. Çünki iddiaçıya fərdi yaşayış evi tikməkdən ötrü müvafiq sənədlərlə dövlətin səlahiyyətli orqanı tərəfindən ayrılmış 0,00435 ha torpaq sahəsinə bələdiyyənin mülkiyyətində olan gediş-gəliş yolundan başqa hər hansı yol yoxdur və ayrılması qeyri-mümkündür. Bu, bir halda mümkün ola bilər ki, Lənkəran-Lerik yolunun sağ kənarında uzun illər bundan əvvəl inşa olunmuş qeyri-yaşayış obyektlərindən birinin təxminən 3 metr hissəsinin qanuni yolla satın alınaraq oradan yeni tikdiyi fərdi yaşayış evinə yol çəkilsin. İddiaçı bu barədə cavabdehlə əvvəllər söhbət edərək qarşılıqlı razılaşmışlar ki, həmin ərazidə satılan obyektin 3 metr hissəsini eyni miqdarda vəsait ödəyərək alsınlar və oradan yeni tikdiyi evin həyətinə yolun açılması mümkün olsun. Cavabdeh əvvəlcə bununla razılaşsa da, sonradan qərarını dəyişmiş və yolun açılması üçün hər hansı məbləğdə pul ödəməyəcəyini bildirmişdir. Yəni iddiaçı hətta bələdiyyənin mülkiyyətində olan ümumi gediş-gəliş yolundan istifadədən tam imtina etmişdir. Lakin Cavabdeh fikrini dəyişdiyinə, eləcə də iddiaçı maddi imkanı olmadığına görə evinin həyətinə Lənkəran-Lerik yolunun sağ kənarında yerləşən obyektlərin birinin müəyyən hissəsini satın almaqla yol çəkilməsi mümkün olmamışdır. Torpaq sahəsini aldıqdan sonra Şiləvar Bələdiyyəsinin sabiq sədri həmin əraziyə gələrək Cavabdeh hazırda iddianın predmeti olan yolun ümumi gediş-gəliş yolu olduğunu və bu yoldan iddiaçının da istifadə edəcəyini izah etmişdir. Bu zaman cavabdeh bələdiyyə sədrinin fikrinə heç bir irad bildirməmiş və onunla tam razılaşmışdır. Bundan başqa 0,00435 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərində həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdırsa belə bu, iddiaçının təqsiri deyildir. Həmçinin mütəxəssis rəyinin bu hissəsi ilə də razı deyil ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi çevrədə mövcud daşınmaz əmlak obyektlərinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətindən olması müəyyən edilmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, həmin ərazidə yerləşən qeyri-yaşayış obyektləri Lənkəran-Lerik yolunun başlanğıc hissəsinin yaxın sağ kənarında, tikdiyi yeni fərdi yaşayış evi isə həmin obyektlərin arxa tərəfində yerləşir. Bu ərazidə olan daşınmaz əmlak obyektlərinə gedişgəliş yolunun mübahisə predmeti olan ərazidən olması praktiki cəhətdən mümkün belə deyildir. Yəni gediş-gəliş yolu ilə bağlı yeni tikdiyi fərdi yaşayış evi ilə Lənkəran-Lerik yolunun yaxın sağ kənarında yerləşən qeyri-yaşayış obyektlərinin müqayisə edilməsi tamamilə absurddur. Bundan əlavə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsində əsas kimi hesab etdiyi mütəxəssis rəyində qeyd olunur ki, araşdırma zamanı iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin (hansı ki, ərizəsində iddiası torpaq sahəsi ilə bağlı deyil, ümumi istifadədə olan gediş-gəliş yolu ilə bağlıdır) başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 36 metr olması müəyyən edilmişdir. Bunun 26 metr məsafədə olan başlanğıc hissəsi (Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə qədər olan hissəsi) mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması və hamının istifadəsi üçün açıq olması müəyyən olunmuşdur. Bununla bağlı bildirmək istəyir ki, həmin yolun 26 metr hissəsi də Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş və mülkiyyətçi ilə heç bir icarə müqaviləsi bağlanmadan onun tərəfindən istifadə olunur. Eləcə də cavabdeh ümumi istifadədə olan həmin yolun üzərində dəmir tor çəpərdən ibarət iki darvaza quraşdırmış, bu darvazalardan ondan başqa kimsə istifadə edə bilmir. Yəni həmin yol mütəxəssis rəyində göstərildiyi kimi hamının istifadəsi üçün açıq deyildir. Bu da onu göstərir ki, mütəxəssis yerində araşdırma apararkən üzərinə düşən vəzifələrini tam icra etməmiş, birtərəfli mövqe nümayiş etdirmişdir. Bundan əlavə, hakim yerində baxış apararkən Şiləvar Bələdiyyəsinin mülkiyyətində olmaqla ümumi istifadədə olan avtomobil (gediş-gəliş) yolunun üzərində Cavabdeh tərəfindən dəmir tordan ibarət iki darvazanın quraşdırıldığını müşahidə etsə də, qəbul etdiyi qətnamədə mütəxəssis tərəfindən verilmiş əsassız rəydə göstərilən bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolunun hamının istifadəsi üçün açıq olması fikri ilə razılaşmışdır. Həmçinin mütəxəssis rəyində göstərilir ki, yolun qalan 10 metr hissəsi, yəni əsas mübahisə predmeti olan (mülkiyyətində olan torpaq sahəsinin giriş tərəfi) hissəsinin mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu kimi olmaması müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən mübahisəli (mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) torpaq sahəsinin bir hissəsinin guya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinə, digər bir hissəsinin isə onun istifadəsində olan bələdiyyə mülkiyyətindəki torpaq sahəsinə aid olması müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin əsas mübahisə predmeti olan hissəsinin (Cavabdeh tərəfindən tutulması iddia edilən hissəsinin) mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutulması müəyyən edilməmişdir. Bu xüsusatla bağlı bildirir ki, gediş-gəliş yolu kimi hesab etdiyi ərazinin 10 metr hissəsinin Cavabdeh mülkiyyətində olmasını təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, belə bir çıxarış mövcuddursa belə, həmin çıxarışda göstərilmiş, lakin ölçüsü məlum olmayan torpaq sahəsinin sərhədləri və döngə nöqtələri ilə sözügedən torpaq sahəsinin sənəd üzrə faktiki vəziyyətinin üst-üstə düşüb-düşmədiyi müəyyən edilməmişdir. Yəni mütəxəssis rəyində Cavabdeh mülkiyyətində bu ərazidə torpaq sahəsinin mövcud olduğu göstərilsə də, torpaq sahəsinin hansı ölçüdə olduğu, künc koordinatları ilə yeni tikdiyi fərdi yaşayış evinin qarşı tərəfində yerləşən və cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin döngə nöqtələrinin üst-üstə düşdüyü dəqiqləşdirilməmişdir. Bütün bunlar da mütəxəssis rəyi ilə bağlı ciddi şübhələr yaradır. Həmçinin birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsində əsas sübut kimi göstərilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 10/6405 saylı ekspert rəyi də yuxarıda təsvir etdiyi əsassız mütəxəssis rəyinə əsasən tərtib olunmuşdur. Bu barədə ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində müvafiq qeydiyyat aparılmışdır. Ona görə də həmin ekspert rəyini əsassız hesab etdiyinə görə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair məhkəməyə 21 sentyabr 2023-cü il tarixli vəsatət vermişdir. Lakin birinci instansiya məhkəməsi heç bir əsaslı səbəb göstərmədən vəsatəti təmin etməmişdir. Eləcə də məhkəmə qəbul etdiyi qətnaməsində həmin vəsatətə heç bir hüquqi qiymət verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bütün bu halları nəzərə almamışdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarını nəzərə almadan əsassız qətnamə qəbul edib göstərilən maddi hüquq normasının tələbini kobud surətdə pozmuşdur. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsi ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsi ədalətli araşdırma aparmadan əsassız qətnamə qəbul etmiş, göstərilən hüquq normasının tələbini də kobud surətdə pozmuşdur. İddiaçı Mülki Məcəllənin 16.1-ci maddəsi ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh hüququndan suiistifadə edib, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində tikdiyi yaşayış evinin qarşı tərəfini açıq, nümayişkaranə formada dəmir tullantılarla bağladığını, dəmir parçaları ilə tam hasara aldığını, bu yolla evindən istifadə etməyini süni şəkildə məhdudlaşdırdığını, bununla da mülkiyyət hüququnu kobud surətdə pozduğunu görməzdən gələrək qeyd edilən maddi hüquq normasının tələbini pozmuşdur. Məhkəmə qanunsuz qətnamə qəbul etməklə Mülki Məcəllənin 152-ci maddəsinin də tələbini pozmuşdur. İddiaçı bildirmişdir ki, birinci instansiya məhkəməsi onun tərəfindən verilmiş iddianın predmetinə birtərəfli qaydada yanaşmış, yalnız cavabdehin mülkiyyət hüquqlarını müdafiə edən əsassız qətnamə qəbul etməklə Mülki Məcəllənin 153.4-cü, 157-ci və 243-cü maddələrinin tələbini də pozmuşdur. İddiaçı Mülki Məcəllənin 170-ci maddəsi ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən iddiaçıya qarşı törədilən qanunsuz təsirləri düzgün qiymətləndirmədən əsassız qətnamə qəbul etməklə həmin maddi hüquq normasının da tələbini pozmuşdur. İddiaçı Torpaq Məcəlləsinin 54-cü maddəsinin 4-cü bəndi ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının yeni tikdiyi fərdi yaşayış evinə getmək üçün alternativ piyada, yaxud avtomobil yolunun olmadığını müəyyən etsə də, iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etməklə həmin maddi hüquq normasının tələbini pozmuşdur. Məhkəmə sübutların heç birinə hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, sübutlara qiymət verərkən heç bir normativ akta, hüquq normasına istinad etməmişdir. Qətnamə yalnız ümumi fikirlər və mülahizələrdən ibarət olmaqla işin faktiki hallarını əhatə etməmişdir. Yəni birinci instansiya məhkəməsi əsassız qətnamə qəbul etməklə MPM-in 88-ci maddəsinin tələbini də pozmuşdur. Birinci instansiya məhkəməsi kifayət qədər natamam olan mütəxəssis rəyi əsasında tərtib olunmuş ekspert rəyini sanki məcburi şəkildə qəbul edərək göstərilən prosessual hüquq normasının tələbini kobud surətdə pozmuşdur. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi kifayət qədər aydın və tam olmadığı üçün əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə iddiaçı tərəfindən 21 sentyabr 2023-cü il tarixli vəsatət verilməsinə baxmayaraq, həmin vəsatəti təmin edilməmiş, bununla da MPM-in 102.1-ci maddəsinin tələbi də pozulmuşdur. Birinci instansiya məhkəməsi sübutları tam araşdırmadan, sözügedən ərazidə Cavabdeh xüsusi mülkiyyətində torpaq sahəsinin olub-olmadığını, varsa, hansı ölçüdə olduğunu, harada yerləşdiyini, mövcud künc koordinatları və döngə nöqtələrini, Şiləvar kənd Bələdiyyəsinin mülkiyyətində olmaqla cavabdeh tərəfindən faktiki istifadə edilən gediş-gəliş yolu ilə torpaq sahəsinin hansı hüquqi əsaslarla onun istifadəsində olduğunu və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən hansı əsaslara görə iddiaçı tərəfindən deyil, məhz Cavabdeh tərəfindən müvafiq icarə müqaviləsi olmadan istifadənin mümkün olduğunu araşdırmamış, nəticədə tam əsassız qətnamə qəbul edərək MPM-in 217-ci maddəsinin tələbini də pozmuşdur. İddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh sözügedən ərazidə hansı hansı ölçüdə torpaq sahəsinin olub-olmadığı, Şiləvar kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə gediş-gəliş yolunun tam hissəsinin hansı hüquqi əsaslarla faktiki olaraq onun istifadəsində olduğu, cavabdehin adına hər hansı torpaq sahəsi mövcuddursa, bu sahənin künc koordinatları ilə hazırda istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin üst-üstə düşüb-düşmədiyi tam olaraq araşdırılmamış, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməmiş, Cavabdeh tərəfindən gediş-gəliş yolunun üzərində dəmir tordan ibarət iki darvazanın quraşdırılmasına heç bir hüquqi qiymət verilməmiş, nəticədə məhkəmə yalnız cavabdehin şifahi arqumentlərinə, həmçinin tamamilə əsassız mütəxəssis rəyinə əsaslanaraq tam qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini tam halda araşdırmamış, natamam mütəxəssis rəyi və həmin rəyin əsasında tərtib olunmuş ekspert rəyini sübut kimi qiymətləndirmiş, nəticədə iddia tələbinin rədd edilməsi haqqında qanunsuz qətnamə qəbul etmişdir. Mübahisələndirilən məhkəmə qətnaməsində göstərilir ki, guya ümumi istifadədə olmaqla Şiləvar Bələdiyyəsinin mülkiyyətinə məxsus 36 metr yolun 26 metr hissəsi hamı tərəfindən istifadəyə açıqdır. Lakin işin faktiki halları belədir ki, Cavabdeh hazırda müvafiq mülkiyyət sənədi olmadan işlətdiyi dəmir sexinin həyəti istiqamətində gedən yolun üzərində iki ədəd darvaza quraşdırmış, onları istədiyi vaxt açıbbağlayır. Bu faktı hakim yerində baxış keçirən vaxt müşahidə etsə də, qəbul etdiyi qətnamədə həmin xüsusata zəruri hüquqi qiymət verməmişdir. İddiaçı bildirir ki, kifayət qədər hüquqi biliyi olmadığı üçün Lənkəran-Lerik avtomobil yolunun başlanğıc hissəsinin fotoşəkillərini vaxtında çəkərək iddia ərizəsinə əlavə etməmiş, yaxud məhkəmənin hazırlıq iclasınadək iş materiallarına əlavə olunmasından ötrü təqdim etməmişdir. Eləcə də yeni tikdiyi evə qaz və elektrik xətlərinin çəkilməsinə dair sənədləri hazırda yaşadığı evdə sonradan tapdığına görə həmin sənədlərin surətlərini hazırda apellyasiya şikayətinə əlavə edir. Cavabdeh iddiaçının apellyasiya şikayətinə yazılı qaydada etiraz vermiş, etirazında apellyasiya şikayətinin təmin edilməməsini və Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2274/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi tamamilə əsassız və qanunsuzdur. İddia tələbindən görünür ki, iddiaçı Lənkəran rayonu, Şiləvar kəndində yerləşən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə gedən yolun üzərində qoyulmuş darvazanın sökülməsi və yolun açılmasını xahiş etmişdir. Ümumiyyətlə, İddiaçı Lənkəran rayonu, ünvan 1 ünvanında ailəsi ilə birgə yaşayır. Lakin iddia tələbindən görünür ki, guya iddiaçı 0,00435 ha torpaq sahəsində tikdiyi 2 otaqlı evdə yaşayır, halbuki həmin tikili ev deyil, orada yaşamaq üçün şərait yoxdur, həmin tikilinin qarşısında iddiaçının böyük qeyri-yaşayış obyekti vardır və mağaza kimi fəaliyyət göstərir. İddiaçının mağazası Lənkəran-Lerik yolunun sağ hissəsində yerləşir və birbaşa həmin yola çıxışı var, iddiaçının hazırda mübahisəli obyekti də digər obyektinə bitişikdir və arxa hissəsində yerləşir. Belə olan halda tam olaraq sübut olunur ki, iddiaçının əsas yola çıxışı var və buna heç kim maneəçilik törətmir. Cavabdehin obyekti uzun illərdir ki, fəaliyyət göstərir, lakin iddiaçının obyektinə 2020-ci ildə çıxarış alınmış və özünün ayrıca yolu var, əvvəlcə də iddiaçı obyektinə digər obyektin içərisindən yol saxlamış, lakin sonradan əmlakın arxaya artırılması və əmlakına bitişik olduğu üçün iddia qaldırarkən həmin yolları bağlamışdır. Ümumiyyətlə, iddiaçının göstərdiyi torpaq sahəsi qeyri-yaşayış təyinatlı torpaq sahəsidir və həmin torpaqda ev tikilməsi mümkün deyil. Belə hallara icazə verildiyi üçün Lənkəran Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri həbs olunmuş və barəsində cinayət işi açılaraq məsuliyyətə cəlb olunmuşdur. İddiaçı həmin torpaq bələdiyyə tərəfindən sahibkarlıq məqsədi ilə verilmiş, ev tikmək üçün icazəsi olmamış və qanunsuz olaraq ev inşa etmişdir. Ev tikmək üçün icazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməlidir, lakin iddiaçı qanunsuz olaraq tikmiş olduğu evə qanunsuz olaraq yol da tələb edir. İddiaçının yolu var və sərbəst şəkildə yoldan istifadə edir. Lakin iddiaçı uzun illərdir ki, cavabdehin istifadəsində olan və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən obyektin arxa hissəsindən yol almaq istəyir. Halbuki, cavabdeh uzun illərdir, həmin torpaq sahəsini istifadə edir, oradan öz vəsaiti hesabına yol çəkmiş, təxminən 150 maşın torpaq və çınqıl daşları gətirməklə özü üçün yol düzəltdirmiş, torpaq sahəsini istifadəyə yararlı hala gətirmişdir və həmin yol cavabdehin mülkiyyətinə gedən yoldur. Lakin hazırda iddiaçı əsassız olaraq həmin torpaqdan yol tələb edir. Halbuki, iddiaçının tələb etdiyi yolun yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Uzun illərdir ki, cavabdehin istifadəsindədir və üstünlük hüququ da cavabdehdədir. Cavabdeh Şiləvar bələdiyyəsinə həmin torpaq sahəsinin ona satılması və ya icarəyə verilməsi barədə müraciət etmiş, həmin torpaq sahəsi satılsa da, ilkin olaraq cavabdehə təklif olunmalı və satılmalıdır. Lakin iddiaçı hazırda əsassız olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair iddia qaldırmışdır. Halbuki, bunun üçün iddiaçının subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza tədqiqatı keçirilmiş və məhkəməyə təqdim olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 10/6405 saylı ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun olmaması, mövcud baza məlumatlarına əsasən torpaq sahəsinin yerləşdiyi ərazidə Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində yolun olması müəyyən olunmuşdur. Həmçinin, rəydə göstərilir ki, mübahisəli yolun uzunluğu 36 metr təşkil edir, həmin yolun torpaq sahəsi bələdiyyə mülkiyyətidir və yolun uzunluğu 26 metr nəzərdə tutulmuş, qalan 10 metr isə ümumiyyətlə yol kimi nəzərdə tutulmamışdır. Belə olan halda aydın olur ki, iddiaçının mübahisələndirdiyi və tələb etdiyi torpaq sahəsi Şiləvar bələdiyyəsinin mülkiyyətindədir və iddiaçıya ümumiyyətlə aidiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyinə görə məhkəmə ilk öncə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı tələb etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və iddiaçı mülkiyyətçi deyil, belə olan halda onun hər hansı üçüncü şəxslərdən həmin torpaqla bağlı tələb etmək hüququ da yoxdur. Buna görə məhkəmə əsaslı olaraq iddianı rədd etmişdir. Həmçinin apellyasiya şikayətindən görünür ki, iddiaçının digər arqumenti iş üzrə əlavə məhkəmə tikinti-texniki eskpertizasının keçirilməsi barədə vəsatətinin təmin olunmamasından ibarətdir. Bununla bağlı cavabdeh bildirir ki, ümumiyyətlə iş materiallarından və ekspert rəyindən göründüyü kimi, iddiaçının tələb etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və iddiaçının ümumiyyətlə tələb hüququ yoxdur, qaldı ki, təkrar ekspertiza hüququ yaransın. İddiaçı özü də apellyasiya şikayətində etiraf edir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, birinci instansiya məhkəməsi iddiaçının hüququ olmadığı halda iddianı rədd edə bilərdi, lakin məhkəmə həqiqətə nail olmaq üçün ekspertiza keçirmiş, habelə hakim özü şəxsən yerli baxış keçirərək torpaq sahəsinə baxmışdır. Ümumiyyətlə, ekspertiza aparılan zaman Dövlət Kadastr və Reyestr Xidmətinin mütəxəssisləri istifadələrində olan GPS ölçmə cihazları vasitəsilə torpaq sahəsinin koordinatlarını yerində müəyyənləşdirir və daha sonra həmin koordinatlar əsasında vahid elektron bazada müəyyənləşdirilərək torpaq sahəsinin kimin mülkiyyətində olması müəyyən olunur. Əvvəlki dövrlərdə torpaq sahəsinin koordinatları müxtəlif ölçmə işləri əsasında müəyyən olunsa da, hazırkı dövrdə elektron xəritələr və baza sistemi mövcuddur ki, həmin bazada və xəritələrdə konkret məlumatlar işlənilmişdir və ona hər hansı şəkildə müdaxilə etmək mümkün deyil. Hazırkı ekspert rəyi də həmin məlumatlar əsasında aparılmış və tam olaraq qanuni rəy verilmişdir. Buna görə də ekspert rəyi tam olaraq aydındır və hər hansı mübahisəli məqam yoxdur. Həmçinin, ekspertiza tədqiqatı aparılarkən iddiaçı və cavabdeh həmin tədqiqatda iştirak etmiş, videoçəkiliş aparılmış və ekspertlər iddiaçının göstərdiyi ərazinin koordinatlarını götürmüşlər. İddiaçının istədiyi şəkildə ərazi ölçülmüşdür. Lakin hazırda iddiaçının əsassız olaraq işi uzatmaq və süründürməçilik məqsədi ilə əlavə ekspertiza tələb etməsi tam əsassızdır. Belə olan halda əlavə ekspertiza keçirilməsinə hər hansı zərurət yoxdur. İddiaçı apellyasiya şikayətində sadəcə formal olaraq maddi və prosessual hüquq normalarına istinad etmiş, həmin hüquq normalarının pozulmasını sübut edə bilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və bildirdi ki, iddia etdiyi yerdən onun evinə və həyətyanı sahəsinə gediş-gəliş yolu mövcuddur. Gediş-gəliş yolunun üzərində cavabdehin həyəti olsa da, həmin hissə əvvəllər açıq olmuş, o, həmin yoldan istifadə etmiş, cavabdeh həmin vaxt hər hansı maneə törətməmişdir. Lakin sonradan həmin yolun üzərində cavabdeh dəmir tordan darvaza düzəltdirərək onun həyətinə olan gediş-gəliş yolunu kəsmişdir. Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətindən isə onun evinə və həyətyanı sahəsinə heç vaxt yol olmamışdır. Eyni zamanda bildirdi ki, həmin avtomobil yolu üzərində sıra ilə obyektlər mövcuddur. O cümlədən, onun özünün obyekti də var və həyətyanı sahəsi ilə həmsərhəddir. Bir müddət əvvəl o, cavabdehə təklif etmişdir ki, qonşuluqda satılan obyekt var, həmin obyektin boş ərazisindən yol almaq üçün pulun yarısını özü, yarısını da cavabdeh versin, iddiaçı isə oradan 3 metr enində yol alsın və cavabdeh tərəfdən yol iddia etməsin. Lakin cavabdeh onun təklifindən imtina etmişdir. Ona görə də iddiaçı istəyir ki, iddia etdiyi yerdə onun evinə və həyətyanı sahəsinə gediş-gəliş yolu açılsın. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 çıxış edərək bildirdi ki, 04 sentyabr 2023-cü il tarixli ekspert rəyi ilə razı deyillər. Çünki ekspertiza zamanı yalnız Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri mübahisəli əraziyə gəlmiş, orada GPS alətləri vasitəsilə ölçmə işləri aparmışlar. Lakin ekspertin özü həmin ekspertizanın keçirilməsində iştirak etməmişdir. Ona görə də hesab edir ki, həmin ekspert rəyi əsaslı deyil. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, yol olduğu iddia edilən sahə onun özünün xüsusi mülkiyyətində olan həyətyanı sahədir. İddiaçının həmin hissədən heç vaxt gediş-gəliş yolu olmamışdır. İddiaçının Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu tərəfdə böyük obyekti var, obyektin arxa tərəfində torpaq sahəsi alaraq orada qarovulçu tikilisi kimi 2 otaqlı bir obyekt inşa etmişdir. Əvvəllər iddiaçının öz obyektinin ərazisindən həmin yerə gediş-gəliş yolu mövcud olsa da, sonradan iddiaçı öz obyektini böyütmək üçün həmin yolu da obyektinə qataraq bağlamışdır. Bundan sonra isə onun torpaq sahəsi tərəfindən yolun açılmasına dair iddia irəli sürməyə başlamışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia edilən gediş-gəliş yolu cavabdehin özü tərəfindən çəkilən və özünün həyətyanı torpaq sahəsinə gələn yoldur. Cavabdehin kiçik ölçüdə həyətyanı sahəsi mövcuddur və iddiaçının yol kimi iddia etdiyi ərazinin bir hissəsi cavabdehin xüsusi mülkiyyətindədir. Belə olan halda cavabdehin mülkiyyətində olan ərazidən iddiaçının evinə gediş-gəliş üçün yolun ayrılması mümkün deyil. Həmçinin qeyd etdi ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ mövcud deyil. Belə ki, ekspert rəyindən də göründüyü kimi, iddiaçıya Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinə və mövcud baza məlumatlarına əsasən iddiaçının mülkiyyətində olan mübahisəli 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın reyestr nömrəsi **********98 olan Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Şiləvar kəndində yerləşən yaşayı məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,00435 ha torpaq sahəsi 14 oktyabr 2020-ci ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 180 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 14 oktyabr 2020-ci ildə A 555790 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın reyestr nömrəsi **********03 olan Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Şiləvar kəndində yerləşən yaşayı məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0040 ha torpaq sahəsi 07 fevral 2017-ci ildə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 141 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2017-ci ildə A 136384 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. İşdəki Lənkəran rayon Şiləvar bələdiyyəsinin 14 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Lənkəran rayonunun Şiləvar kəndi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh istifadəsində və mülkiyyətində olan torpaq sahəsinə gedən yol vətəndaşın vəsaiti hesabına çəkilmiş və təmir edilmişdir. İş materiallarının 51-ci vərəqinə əlavə edilmiş eskiz layihəsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Lənkəran şəhər sakini İddiaçı DƏDRX-nin reyestr nömrəsi **********98 olan çıxarışına əsasən Şiləvar kəndində mülkiyyətində olan 43,5 kv.m torpaq sahəsində tikiləcək bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinin eskiz layihəsi tərtib olunmuş, layihə Lənkəran şəhərinin baş memarı E.Abdullayevlə razılaşdırılaraq Lənkəran RİHB Aparatı Memarlıq və Tikinti şöbəsinin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 14 avqust 2023-cü il tarixli, 3-21-3-43/2-2273/2023 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində suallar üzrə aşağıdakılar müəyyən edilmişdir: 1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən olunmuşdur. 2) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun olmaması müəyyən olunmuşdur. Belə ki, sözügedən Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinə və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gedişgəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi çevrədə mövcud daşınmaz əmlak obyektlərinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində olması müəyyən olunmuşdur. 3-4) İddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 36 metr olması müəyyən edilmişdir. Bunun 26 metr məsafədə olan başlanğıc hissəsi (Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə qədər olan hissəsi) mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması və hamının istifadəsi üçün açıq olması müəyyən olunmuşdur. Qalan son 10 metr hissəsi, yəni əsas mübahisə predmeti olan (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) hissəsinin isə mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu kimi olmaması müəyyən edilmişdir. Belə ki, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən həmin mübahisəli (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) torpaq sahəsinin bir hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinə, digər bir hissəsinin isə Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. 5) İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin əsas mübahisə predmeti olan hissəsinin (Cavabdeh tərəfindən tutulması iddia edilən hissəsinin) mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu olmaması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə 95 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6405 saylı, 04 sentyabr 2023-cü il tarixli ekspert rəyində suallar üzrə aşağıdakılar göstərilmişdir: 1) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 3-21-3-43/2-2273/2023 saylı mütəxəssis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən edilmişdir. 2) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 3-21-3-43/2-2273/2023 saylı mütəxəssis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə sənəd üzrə gedişgəliş yolunun olmaması müəyyən olunmuşdur. Belə ki, sözügedən Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinə və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi çevrədə mövcud daşınmaz əmlak obyektlərinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində olması müəyyən olunmuşdur. 3-4) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 3-21-3-43/2-2273/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 36 metr olması müəyyən edilmişdir. Bunun 26 metr məsafədə olan başlanğıc hissəsi (Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə qədər olan hissəsi) mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması və hamının istifadəsi üçün açıq olması müəyyən olunmuşdur. Qalan son 10 metr hissəsi, yəni əsas mübahisə predmeti olan (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) hissəsinin isə mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu kimi olmaması müəyyən edilmişdir. Belə ki, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən həmin mübahisəli (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) torpaq sahəsinin bir hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinə, digər bir hissəsinin isə Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. 5) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 3-21-3-43/2-2273/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin əsas mübahisə predmeti olan hissəsinin (Cavabdeh tərəfindən tutulması iddia edilən hissəsinin) mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutulmaması müəyyən edilmişdir. 10/6405 saylı, 04 sentyabr 2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən verilmiş əlavə məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş olsa da, 16 oktyabr 2023-cü ildə hakim Murad Aslanovun, iddiaçının, cavabdehin, cavabdehin vəkili Vəkil1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin nümayəndəsi Qiyas Quliyevin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş, yerində müayinə protokolu tərtib edilmiş, videoçəkiliş edilərək DVD diskə yazılmışdır. Apellyasiya məhkəməsinin iclasında tərəflərin də iştirakı ilə sözügedən DVD disk də tədqiq edilmiş, müəyyən edilmişdir ki, gediş-gəliş yolu kimi iddia edilən hissə cavabdehin mülkiyyətində olan torpaq sahəsinə gedir, həmin zaman mütəxəssis də qeyd edir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin arxa tərəfində olan həyət üçün isə yol Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətindən nəzərdə tutulmuş, iddia edilən yerdən iddiaçının mülkiyyətinə gedən hər hansı gediş-gəliş yolu nəzərdə tutulmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı məhkəmə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən onun Lənkəran rayonu, Şiləvar kəndində mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə, həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə baxış keçirməyə, onların iştirakı ilə fərdi yaşayış evinin yerində müayinə edilməsinə cavabdeh tərəfindən törədilən maneələrə və qanunsuz hərəkətlərə son qoyulması, cavabdeh tərəfindən həmin torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində inşa edilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2274/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş məhkəmə ekspertizası nəticəsində əldə olunmuş mütəxəssis və ekspert rəylərinə uyğun olaraq iddia tələbi rədd edilmiş, iddiaçı isə həmin qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 14 avqust 2023-cü il tarixli, 3-21-3- 43/2-2273/2023 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6405 saylı, 04 sentyabr 2023-cü il tarixli ekspert rəylərini vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, həmin rəylərlə müəyyən edilənləri işin hallarına uyğun sayır. Həmin rəylərlə müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolu mövcud deyil. Belə ki, sözügedən Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinə və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi çevrədə mövcud daşınmaz əmlak obyektlərinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmiş, araşdırma zamanı iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 36 metr olması müəyyən edilmişdir. Bunun 26 metr məsafədə olan başlanğıc hissəsi (cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə qədər olan hissəsi) mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması və hamının istifadəsi üçün açıq olması müəyyən olunmuşdur. Qalan son 10 metr hissəsi, yəni əsas mübahisə predmeti olan (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) hissəsinin isə mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu kimi olmaması müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən həmin mübahisəli (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) torpaq sahəsinin bir hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinə, digər bir hissəsinin isə cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin əsas mübahisə predmeti olan hissəsinin (cavabdeh tərəfindən tutulması iddia edilən hissəsinin) mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutulmaması müəyyən edilmişdir. Göründüyü kimi, rəylərlə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinə və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. İddiaçı apellyasiya şikayətində müvafiq çıxarışla mülkiyyətində olan torpaq sahəsinin cizgi planı, yaxud yerləşmə sxemi tərtib olunarkən həmin torpaq sahəsinə gediş-gəliş yolunun Lənkəran-Lerik avtomobil yolu istiqamətindən deyil, hazırda mübahisəli olmaqla Şiləvar kənd Bələdiyyəsinin mülkiyyətindəki ümumi istifadədə olan avtomobil yolundan nəzərdə tutulduğunu qeyd etsə də, bu hal iş materialları ilə təkzib edilir. Həmçinin, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, 0,00435 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərində həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdırsa belə bu, iddiaçının təqsiri deyildir. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmamış olması və iddiaçının bunda təqsirinin olmaması cavabdehin konstitusion müdafiə ilə təmin olunmuş xüsusi mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Həmçinin, bu zaman nəzərə alınmalıdır ki, cavabdeh öz etirazında da bildirmişdir ki, əvvəllər iddiaçının həyətyanı sahəsinə Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində gediş-gəliş mümkün olsa da, sonradan iddiaçı öz obyektini böyütmək məqsədilə həmin yolu bağlamışdır. İddiaçı həmçinin apellyasiya şikayətində bildirmişdir ki, Lənkəran-Lerik yolunun sağ kənarında uzun illər bundan əvvəl inşa olunmuş qeyri-yaşayış obyektlərindən birinin təxminən 3 metr hissəsinin qanuni yolla satın alınaraq oradan yeni tikdiyi fərdi yaşayış evinə yol çəkilməsi barədə cavabdehlə əvvəllər söhbət edərək qarşılıqlı razılaşmışlar ki, həmin ərazidə satılan obyektin 3 metr hissəsini eyni miqdarda vəsait ödəyərək alsınlar və oradan yeni tikdiyi evin həyətinə yolun açılması mümkün olsun. Cavabdeh əvvəlcə bununla razılaşsa da, sonradan qərarını dəyişmiş və yolun açılması üçün hər hansı məbləğdə pul ödəməyəcəyini bildirmişdir. Yəni iddiaçı hətta bələdiyyənin mülkiyyətində olan ümumi gediş-gəliş yolundan istifadədən tam imtina etmişdir. Lakin cavabdeh fikrini dəyişdiyinə, eləcə də iddiaçı maddi imkanı olmadığına görə evinin həyətinə Lənkəran- Lerik yolunun sağ kənarında yerləşən obyektlərin birinin müəyyən hissəsini satın almaqla yol çəkilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı bildirir ki, iddiaçının həyətyanı sahəsinə gediş-gəliş yolunun açılması məqsədilə satın alınması nəzərdə tutulan hər hansı bir ərazi üçün cavabdehin öz üzərinə öhdəlik götürüb-götürməməsi onun sərbəst iradəsindən asılıdır və cavabdehin bu cür öhdəlikdən imtina etməsi onun öz mülkiyyətində olan torpaq sahəsindən iddiaçının həyətyanı sahəsinə, nəzərdə tutulmamış olsa belə, gediş-gəliş yolu kimi istifadə etmək üçün şərait yaratmalı olmasına əsas vermir. İddiaçı əvvəllər həmin yoldan istifadə etdiyini, lakin sonradan cavabdehin həmin yol üzərində dəmir tordan darvaza çəkərək yolu bağladığını qeyd etmişdir. Məhkəmə kollegiyası mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilənlərə də əsaslanaraq bildirir ki, iddiaçı tərəfindən onun mülkiyyətində olan əraziyə gediş-gəliş yolu kimi iddia edilən yolun təxmini ölçüsünün 36 metr olması və həmin yolun son 10 metr hissəsinin isə cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə düşdüyü müəyyən edilir. Belə olan halda mülkiyyətçi kimi cavabdeh özünə məxsus torpaq sahəsindən öz istədiyi şəkildə istifadə etmək imkanına malikdir və sənəd üzrə iddiaçının mülkiyyətində olan əraziyə gediş-gəliş yolu kimi nəzərdə tutulmamış bir yolun məhz onun ərazisindən keçməsinə icazə vermək və yaxud verməmək hüququna sahibdir. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, iddia edilən və təxmini ölçüsü 36 metr olan yolun ilk 26 metr hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə düşsə də, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş və mülkiyyətçi ilə heç bir icarə müqaviləsi bağlanmadan onun tərəfindən istifadə olunur. Məhkəmə kollegiyası bildirir ki, həmin 36 metr uzunluğunda yol iddiaçının mülkiyyətində olan əraziyə gediş-gəliş yolu kimi nəzərdə tutulmadığından, həmin başlanğıc hissədə yol cavabdeh tərəfindən zəbt olunmuş olsa belə, iddiaçının həmin halla bağlı hər hansı tələb irəli sürmək hüququ yoxdur. Belə ki, iddiaçının hüququnun mövcud olmamasının səbəbi həmin 36 metr uzunluğunda yolun onun mülkiyyətində olan əraziyə gediş-gəliş üçün nəzərdə tutulmamış olması və həmin yolun son 10 metr hissəsinin cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə düşərək, məhz cavabdehin mülkiyyətində olan əraziyə gediş-gəliş üçün nəzərdə tutulmasıdır. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, gediş-gəliş yolu kimi hesab etdiyi ərazinin 10 metr hissəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, belə bir çıxarış mövcuddursa belə, həmin çıxarışda göstərilmiş, lakin ölçüsü məlum olmayan torpaq sahəsinin sərhədləri və döngə nöqtələri ilə sözügedən torpaq sahəsinin sənəd üzrə faktiki vəziyyətinin üst-üstə düşübdüşmədiyi müəyyən edilməmişdir. Yəni mütəxəssis rəyində cavabdehin mülkiyyətində bu ərazidə torpaq sahəsinin mövcud olduğu göstərilsə də, torpaq sahəsinin hansı ölçüdə olduğu, künc koordinatları ilə yeni tikdiyi fərdi yaşayış evinin qarşı tərəfində yerləşən və cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin döngə nöqtələrinin üst-üstə düşdüyü dəqiqləşdirilməmişdir. Bu səbəbdən əlavə məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət vermiş olsa da, həmin vəsatəti təmin edilməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası bildirir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə dair Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iş materiallarına əlavə edilmiş olsa da, hazırkı mübahisənin həlli üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin tam olaraq müəyyən edilməsinə zərurət yoxdur. Bununla yanaşı, mütəxəssis və ekspert rəyləri ilə iddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Məhz gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilməsi nəticəsində onun son 10 metr hissəsinin cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə düşməsi müəyyən edilmişdir. İddiaçı həm də mütəxəssis rəyinin əsaslılığına ciddi şübhələrin olduğunu qeyd etsə də, həmin rəylə müəyyən edilənlərin əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası GPS ölçmə alətləri vasitəsi ilə kameral şəraitdə baza məlumatları və hüquqmüəyyənedici sənədlər əsasında aparılan araşdırmanın nəticəsi olaraq tərtib edilmiş mütəxəssis rəyini və həmin rəy əsasında verilmiş ekspert rəyini mötəbər sübut olaraq qəbul edir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini də əsassız hesab edir. Beləliklə, iş materialları ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun olmaması, sözügedən Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinə və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması və İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin əsas mübahisə predmeti olan hissəsinin (Cavabdeh tərəfindən tutulması iddia edilən hissəsinin) mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutulmaması müəyyən edildiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Həmin hallara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının Lənkəran rayonu, Şiləvar kəndində mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə, həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə baxış keçirməyə, onların iştirakı ilə fərdi yaşayış evinin yerində müayinə edilməsinə cavabdeh tərəfindən hər hansı maneə və qanunsuz hərəkətin edilməmiş olması, iddiaçının sökülməsini tələb etdiyi dəmir darvazanın cavabdehin öz mülkiyyətində olan torpaq sahəsinə gedən yolda yerləşməklə, mövcud baza məlumatlarına əsasən iddiaçının mülkiyyətində olan mübahisəli 0,00435 ha torpaq sahəsinə iddia edilən yerdən gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülki Məcəllənin 239.2-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. MM-in 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları göstərilmişdir. TM-in 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumunu da iddiaçıya aid etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2274/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-287/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-287/2024
28.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver