Məhkəmə qərarları › İş №2(106)-29/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-29/2024

23.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-29/2024 23.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbinə dair mülki iş üzrə Açar sözlər : torpaqdan çıxarılma X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkil və nümayəndələri Vəkil iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(018)-18/2022 saylı (hakim Mübariz Məmmədov) qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən onun mülkiyyətində olan 0.1965, 0.2275, 0.08 və 0.090291 hektar torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınıb ona verilməsi, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Astara rayonu, Pensər kəndində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı 0.1965, 0.2275, 0.08, 0.090291 hektar torpaq sahələri vardır. Həmin torpaq sahələri Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışlar əsasında mülkiyyətinə verilmişdir. Torpaq sahələri onun mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin torpaq sahələrindən ümumilikdə 0.18 hektar hissəsini zəbt etmişlər. Belə olan halda onun həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahələrinin heç bir hissəsini zəbt etməmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, Cavabdeh1 göstərdiyi xüsusatları bir daha da təsdiq etmişdir. Astara Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(018)-18/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(018)- 18/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları kifayət qədər araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəzərə almamışdır ki, torpaq sahələri onun mülkiyyətindədir, bu DƏDRX tərəfindən verilmiş çıxarışlarla öz təsdiqini tapır, onun torpaqları cavabdehlər tərəfindən zəbt edilməklə mülkiyyət hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməmiş və əsassız olaraq iddia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ona məxsus Astara rayonu, Pensər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların ölçüsündə azalmalar olsa da həmin 0.1965, 0.2275, 0.08 və 0.090291 hektar torpaq sahələri üzrə apellyasiya məhkəməsi baxışında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli, 3-16-16/2-10/607 nömrəli ekspert rəyi ilə razılaşır və hesab edir ki, cavabdehlər zəbt etdikləri ona məxsus olan 2 pay torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahələri onun istifadəsinə qaytarılmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkil və nümayəndələri Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirmişlər ki, uzun müddətdir ki, mübahisəli torpaq sahəsindən istifadə edirlər. Onlar heç kəsə məxsus torpaq sahəsini zəbt etməmişlər. Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli, 3-16-16/2- 10/607 nömrəli ekspert rəyi ilə razılaşmırlar. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni və tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, lakin ekspertiza rəyi alınmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 14 avqust 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 18 iyun 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0.2275 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 14 avqust 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0.090291 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 27 noyabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0.1965 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 16 aprel 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0.1004 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 16 aprel 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0.116438 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş JN-1129 A, KOD 80106018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə 0,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş JN-1119 A, KOD 80106018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 08 aprel 2002-ci il tarixli, 01 nömrəli qərarı ilə 0,13 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Астара Rayon Məhkəməsinin hakiminin Azərbaycan Respublikası İİN yanında ƏMDX-nin rəisi cənab Mətin Eynullayevə göndərdiyi 10 yanvar 2022-ci il tarixli məktubundan məlum olur ki, mülki iş üzrə 11 fevral 2022-ci il tarixə, ekspertizanın keçirilməsi üçün mütəxəssislərin iştirakının müvafiq sənədlərin təqdim olunmasının təmin edilməsi xahiş edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası “X4”-nin 13 oktyabr 2021-ci il tarixli, 475 nömrəli mütəxəssis rəyindən məlum olur ki, İddiaçı1 məxsus, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 14 avqust 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda qeyd edilən 0.08 hektar torpaq sahəsinin, 18 iyun 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda qeyd edilən 0.2275 hektar torpaq sahəsinin, 14 avqust 2020-ci if tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda qeyd edilən 0.090291 hektar torpaq sahəsinin, 27 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda qeyd edilən 0.1965 hektar torpaq sahəsinin, o cümlədən Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 16 aprel 2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda qeyd edilən 0.116438 hektar torpaq sahəsinin, 16 aprel 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda qeyd edilən 0.1004 hektar torpaq sahəsinin müvafiq koordinatları və hüdudları tərəflərin iştirakı ilə baxışa təqdim olunan mübabisəli ərazinin koordinatları və hüdudları ilə uyğun gəlmədiyi, konfiqurasiya fərqinin olması və tərtib olunan planlarda koordinat sürüşməsinin olması səbəbindən qərardadda qoyulan sualları cavablandırmaq mümkün ölmamışdır. Həmçinin qərardadda göstərilən JN-1229A Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X2 və ailə üzvlərinə verilmiş 0.40 hektar həyətyanı, o cümlədən JN- 1119 saylı Dövlət Aktı ilə X2 və ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı 0.13 hektar torpaq sahəsinin planda göstərilən konfiqurasiyası ilə naturada tədqiqi aparılan mübahisəli ərazinin konfiqurasiyası arasında uyğunsuzluq olduğu üçün qərardada əlavə olunan 7 və 8-ci sualları cavablandırmaq mümkün olmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli, 10/7153 nömrəli məlumatından məlum olur ki, mübahisəli əraziyə dair kompleks Yerquluşu layihəsinin, "xxxx" MMC-nin mütəxəssis rəyinin, baza məlumatlarının, mübahisəli torpaq sahəsinin faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin Mərkəzə təqdim olunması və tədqiqat obyektinə 11 fevral 2022-ci il tarixdə baxış keçirilməsi zəruri olduğuna görə 24 dekabr 2021-ci il tarixdə məhkəməyə vəsatət göndərilsə də, əlavə sənədlər Mərkəzə təqdim olunmadığından ekspertiza keçirilmədən iş üzrə materiallar geri qaytarılmışdır. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir və şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi təkrar ekspertiza təyin etməli olduğu halda ekspertiza təyin etməmişdir. Apellyasiya baxışında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli, 3-16-16/2-10/607 nömrəli ekspert rəyinə görə: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış İlə İddiaçı1 mülkiyyətində olan, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuş və torpaq sahəsi Torpaqların elektron kadastr uçotu İnformasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun 0,0639 ha ölçüdə öz əksini tapmışdır. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı1 mülkiyyətində olan, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuş və torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun 0,1767 ha ölçüdə öz əksini tapmışdır. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-cİ il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı1 mülkiyyətində olan, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,090921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuş və torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun 0,09 ha ölçüdə öz əksini tapmışdır. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı1 mülkiyyətində olan, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,1965 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuş və torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun 0,1547 ha ölçüdə öz əksini tapmışdır. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyat! haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,116438 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuş və torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun 0,0928 ha ölçüdə öz əksini tapmışdır. Qərardadın altıncı sualı üzrə: iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,1004ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda, kəndin digər yerində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 04 saylı qərarı JN-1229A kod 80106018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X6ma və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu Pensər kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin mübahisəli ərazi çevrəsində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu Aqrar İslahat Komissiyasının 08 aprel 2002-ci il tarixli 01 saylı qərarı JN-1119 kod 80106018 “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu Pensər kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda, kəndin digər yerində yerləşməsi müəyyən olunur. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı1 mülkiyyətində olan, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,08 ha (faktiki 0,0639 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Qərardadın onuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı1 mülkiyyətində olan, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,2275 ha (faktiki 0,1767 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Qərardadın onbirinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı1 mülkiyyətində olan, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,090921 ha (faktiki 0,09 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlüklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın onikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 sayiı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı1 mülkiyyətində olan, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,1965 ha (faktiki 0,1547 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlüklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın onüçüncü-iyirmisəkkizinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-34/2024 saylı mütəxəssis rəyinə əsasən,qərardadda qoyulan suallar üzrə qeyd edilən torpaq sahələrinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Göründüyü kimi verilmiş ekspert rəyi ilə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışlarla İddiaçı1 mülkiyyətində olan, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,090921 ha (faktiki 0,09 ha) və 0,1965 ha (faktiki 0,1547 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahələri bütövlüklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus olan Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,090921 ha (faktiki 0,09 ha) və 0,1965 ha (faktiki 0,1547 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılmalı, həmin torpaq sahələri cavabdehlərin qanunsuz zəbtindən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və ekspert rəyini sübut mənbəyi kimi qəbul edir. Qeyd edilənlərə əsasən də, hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(018)-18/2022 saylı qətnaməsi ilə ləğv edilməli, iddia qismən təmin edilməli, 14 avqust 2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 məxsus olan, Astara rayonun Pensər kəndində yerləşən 0.090921 (faktiki 0.09 ha) və 27 noyabr 2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 məxsus olan, Astara rayonun Pensər kəndində yerləşən 0.1965 ha (faktiki 0.1547 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi 80 (səksən) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(018)-18/2022 saylı qətnaməsi ilə ləğv edilsin. İddia qismən təmin edilsin. 14 avqust 2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan, Astara rayonun Pensər kəndində yerləşən 0.090921 (faktiki 0.09 ha) və 27 noyabr 2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 məxsus olan, Astara rayonun Pensər kəndində yerləşən 0.1965 ha (faktiki 0.1547 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi 80 (səksən) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar