Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-30/2025 03.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X21 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağcabədi rayonu Hindarx bələdiyyəsinin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində apardığı tikinti işlərinə, əmlakına sahiblik və istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(017)-14/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx kəndində 0,42 hektar torpaq sahəsinə Ağcabədi Rayon İcra Başçısının 25 may 2017-ci il tarixli 60 saylı sərəncamı ilə icazə verilmiş və layihəsi təsdiq olunmuş kompleksin tikintisinə və əmlakına sahibliyə, istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, torpaq sahəsində müvafiq icazə əsasında apardığı tikinti işlərinə və digər işlərə müdaxiləsinin qadağan edilməsi və onun tikdirdiyi kompleksin qarşısında (giriş qapısının qarşısında) cavabdeh tərəfindən qanunsuz və qərəzli olaraq əkilmiş ağacların cavabdehin hesabına köçürülərək başqa yerdə əkilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 17000 manat məbləğdə zərərin cavabdehdən tutulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi mülkiyyətində Ağcabədi rayonunun Hindarx kəndində 0,42 hektar torpaq sahəsi vardır. Bu barədə ona 28 aprel 2017-ci il tarixdə ƏMDK DƏDRX-nin hüquqların X15 daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçı 2017-ci ilin aprel ayında şəxsi mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0,42 hektar torpaq sahəsində ticarət, iaşə və otel binası kompleksinin tikilməsinə icazə verilməsi barədə Ağcabədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 25 may 2017-ci il tarixli 60 saylı sərəncamı ilə kompleksin layihə smeta sənədi təsdiq edilməklə kompleksin tikintisinə icazə verilmişdir. İddiaçı kompleksin tikintisinə icazə verildikdən sonra layihədə göstərilənlərə uyğun olaraq tikinti işlərinə başlamış və demək olar ki, tikinti işlərinin çox hissəsini, yəni 80 faizdən çoxunu görmüşdür. İddiaçının tikdirdiyi kompleksdən bir az aralı, qeyri-qanuni tikililəri olan cavabdeh iddiaçıya qarşı qərəzli olduğundan onun şəxsi mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına mane olur, tikintidə işləyən ustaları və fəhlələri təhqir edir, ərazidən qovur və s. edir. O, iddiaçını da bir neçə dəfə döyməyə cəhd etmiş və söyüb təhqir etmişdir. Cavabdeh 2018-ci ilin əvvəlindən iddiaçının tikinti işlərinin aparılmasına imkan vermir. Kompleksin yola baxan tərəfinə, kompleksin divarlarının dibində, obyektin giriş qapısının ağzında qanunsuz olaraq çoxlu sayda ağaclar əkmiş və hər gün ağacları sulayaraq tikintinin altına su axıdır. İddiaçı dəfələrlə cavabdehə ağacları əkdiyi yer onun ərazisinin qarşısının olmasını və yola çıxışı olmasını bildirmişdir. Həmin ərazinin cavabdehə aidiyyətinin olmamasını, ağac əkmək istəyirsə, qanunsuz inşa etdiyi tikililərin qarşısında əkməsini, o, öz obyektinin qarşısında lazım olsa ağac əkəcəyini və cavabdehdən qanunsuz olaraq əkdiyi ağacların çıxarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmiş, qəsdi aradan qaldırmamış, müxtəlif bəhanələr gətirməklə öz qanunsuz hərəkətlərinə haqq qazandırmış və ağaclara toxunan şəxsləri öldürəcəyi ilə hədələmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətlərindən dəfələrlə şikayətlər etmiş və cavabdehlə aparılmış söhbətlərin heç bir nəticəsi olmamışdır. Cavabdeh yenə də öz qanunsuz hərəkətlərini davam etdirmişdir. İddiaçı məcburiyyət qarşısında qaldığından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək, cavabdeh tərəfindən onun obyektinin qarşısına, obyektinin giriş qapısının qarşısına əkilmiş ağacların onun hesabına çıxarılaraq başqa yerdə əkilməsinə köməklik göstərilməsini bildirmişdir. Cavabdeh onu ağır söyüşlərlə təhqir edərək döymüş və bədən xəsarətləri yetirmiş, bununla bağlı Ağcabədi rayon prokurorluğuna müraciət olunmuş və araşdırma başlanmışdır. Cavabdehə CM-in 221.1-ci maddəsi ilə bir il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza verilmişdir. Cavabdeh öz qanunsuz hərəkətləri ilə onun hüquqlarını pozmaqla yanaşı, həm də ötən iki il ərzində ona xeyli miqdarda ziyan vurmuş və iddiaçı ümid etdiyi gəlirdən məhrum olmuşdur. İşdə olan: Ağcabədi rayon Polis Şöbəsinin TB tərəfindən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 aprel 2017-ci il tarixli qərara əsasən toplanmış material üzrə X5 barəsində Ağcabədi RPŞ-də araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(107)-115/2020 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən 25 noyabr 2021-ci il tarixdə verilmiş 181 saylı mütəxəssis rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X15 daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı **********90 reyestr nömrəsi olan çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən 0,42 ha torpaq sahəsi X12 tərəfindən qanunsuz zəbt edilərək istifadə olunan ərazi İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən 0,42 ha torpaq sahəsinin giriş-çıxış yolunun qarşısında əkildiyinə görə tikinti işlərinin və təsərrüfat fəaliyyətinin aparılmasına maneə və əngəlliklər yaradır. DƏDRX Hüquqların X15 daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Ağcabədi rayonunun Hindarx kəndi ərazisindən İddiaçı mülkiyyətinə 0,42 ha torpaq sahəsi verilmişdir. Ağcabədi RİHB-nin 25 may 2017-ci il tarixli 60 saylı sərəncamına əsasən Ağcabədi rayonu Hindarx qəsəbə sakini İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışı əsasında Hindarx qəsəbəsi ərazisində xüsusi mülkiyyətində olan 0,42 ölçüdə torpaq sahəsində tikintialtı sahələri 383.79 kv.m ölçüdə ticarət obyekti, 853.05 kv.m ölçüdə iaşə obyekti və 289.22 kv.m ölçüdə üç mərtəbəli otel binası kompleksinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X16 X11 Dövlət Agentliyi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli **********81 saylı məktubu ilə İddiaçı müraciətinə cavab olaraq göndərilmişdir ki, Xidmətin Beyləqan ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman Ağcabədi-Hindarx-Ağdam magistral avtomobil yolunun mühafizə zonasında yerləşən dövlət mülkiyyətinə aid 540 kv.m torpaq sahəsində qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan vətəndaş Cavabdeh tərəfindən 180 kv.m sahədə tikinti işlərinin aparılması, 360 kv.m sahəsinin isə metal torla hasarlanaraq müxtəlif növ ağaclar əkilməsi faktı müəyyən olunmuşdur. Aşkar edilmiş qanun pozuntusu faktları barədə “Torpaqların istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə” nin 9.5-ci yarımbəndinin tələblərinə əsasən özbaşına torpaq sahəsinin zəbt olunması ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə torpaq sahəsinin zəbt olunması ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim olunmuşdur. 22 iyun 2022-ci il tarixli qərardadla kompleks məhkəmə tikinti-texniki və məhkəmə-bioloji ekspertizaları təyin olunaraq aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın aparılmasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri cəlb edilmişlər. Azərbaycan Respublikası Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə 06 sentyabr 2022-ci il tarixdə göndərilən məktuba əsasən tədqiqat aparılması ilə əlaqədar mütəxəssisləri ərazidə olarkən cavabdeh tərəfindən ciddi müqavimətlə qarşılaşmışlar, sonuncu qeyri-etik formada davranaraq ekspertizanın keçirilməsinə imkan verməmişdir. Məktuba cavabdehin bu cür davranışını təsdiq edən aktın surəti əlavə edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(107)-14/2021 nömrəli qətnaməsi ilə (hakim Sulduz Ləzimov) iddia qismən təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx kəndində 0,42 ha torpaq sahəsində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 25 may 2017-ci il tarixli 60 saylı sərəncamı ilə layihəsi təsdiq olunmuş və tikintisinə icazə verilmiş tikinti kompleksinin tikilməsin, istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ona tikinti işlərinin aparılmasına müdaxilə edilməsinin qadağan edilməsi, həmin torpaq sahəsində tikilmiş tikinti kompleksinin giriş qapısının qarşısında cavabdeh tərəfindən qanunsuz olaraq əkilmiş və gediş-gəlişə maneçilik yaradan ağacların cavabdehin hesabına köçürülərək başqa yerdə əkilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddianın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 11 iyul 2002-ci il tarixli 170 aylı sərəncamına əsasən 540 kv.m torpaq sahəsi mağaza tikintisi məqsədi ilə cavabdehə ayrılıb. Birinci instansiya məhkəməsi onu məhkəmə icraatına cəlb etmədiyindən torpaq sahəsinə aid sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi yerində baxış keçirərək ərazidə real vəziyyəti müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə torpaq sahəsinin sərhədlərini, həmçinin köçürülməsi tələb edilən ağacların giriş-çıxışa maneçilik törədib-törətməməsini müəyyən etməmişdir. Birinci instansiya məhkəməsinin yerində baxış keçirərək ərazidə real vəziyyəti müəyyən etməməsi, Ekologiya və Təbii sərvətlər Nazirliyini iş üzrə maraqlı şəxs kimi tələb etməməsi və iş üzrə ekspertiza təyin edərək cavabdehə məxsus olan torpaq sahəsinin sərhədlərini, həmçinin köçürülməsi tələb edilən ağacların giriş-çıxışa maneçilik törədib-törətməməsini müəyyən etməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini pozaraq mübahisəni çəkişmə prinsipinə riayət etmədən aparmış və yalnız iddiaçının təqdim etdiyi sənədlərə əsasən qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən və müvafiq sənədlərin məhkəməyə təqdim edilməməsi səbəbindən qətnamə üzrə göndərilmiş maneələr işin faktiki hallarına uyğunluq təşkil etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2022-ci il tarixli 2(106)-1323/2022 nömrəli qətnaməsi ilə (hakimlər X18 (sədrlik edən və məruzəçi), X13, X9) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehə qarşı qaldırılmış iddia tələbini obyektiv araşdırılmamasına, tələbin haqsız olması hallarının müəyyən edilməməsinə əhəmiyyət verməmiş, əksinə eyni mövqedən çıxış edərək, cavabdehə qarşı kobud qanun pozuntusuna yol vermişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə aralarında torpaq sahəsi ilə bağlı mübahisə onların hər ikisinə münasibətdə eyni xarakterlidir. Onun mübahisə predmeti olan torpaq sahəsi üzərində əkdiyi ağaclar özünə məxsus torpaq sahəsində əkilmiş 20 illik ağaclardır. DƏDRX-dən verilmiş xəritədən də görünür ki, ağacların əkildiyi torpaq sahəsi onun sahibliyində olan torpaqdır. Cavabdeh iddiaçının onun mülkiyyət hüquqlarını pozmaqla ona qarşı hədsiz təsir göstərməyə davam etdiyini qeyd etmişdir. Məhkəmə isə mülki işə münasibətdə həmin torpaq sahəsinin kimin sahibliyində olmasını və həqiqətdə kimin kimə təsir edərək mülkiyyət hüququnu pozduğunu müəyyən etməmişdir. Bundan başqa, cavabdehin iddiaçı ilə aralarında olan mübahisə üzrə 2003-cü ildə qəbul edilməsi məhkəmə qətnaməsi mövcuddur. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, Ağcabədi Rayon Məhkəməsi tərəfindən həmin qətnaməni ala bilməmişdir. İddiaçının əsas niyyəti qanunla cavabdehin istifadəsində və sahibliyində olan torpaq sahəsini məhkəmənin vasitəsi ilə öz əlinə keçirməkdən ibarətdir. Birinci və apellyasiya instansiya məhkəmələri iddiaçının məqsədinə çatması üçün qanunsuz zəmin yaratmışlar. Eyni zamanda məhkəmə tərəfindən iddia tələbi əsaslı hesab edilərkən cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə hansı maneələrin yaradıldığı və onun mülkiyyətində olan obyektə hansı maneələrin yaradılması konkretləşdirilməmişdir. Əgər cavabdeh tərəfindən maneə yaradılmışsa, onda o indiyə kimi həmin obyektdən hansı şəkildə istifadə etməsi ilə bağlı sual ortaya çıxır. Yəni yaradılan maneənin nədən ibarət olması halı dəqiq müəyyən edilməmişdir. ƏMDK DƏKÜRX "xxxx" MMC tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli 181 saylı mütəxəssis rəyi obyektiv olaraq verilməmişdir. Belə ki, verilmiş rəydə iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmədiyi göstərildiyi halda, cavabdehə məxsus olan torpaq sahəsinin yerləşmə trayektoriyası göstərilməmişdir. Halbuki, həmin ağaclar cavabdeh tərəfindən əkilən zamandan hal-hazıra kimi iddiaçı həmin torpaq sahəsindən heç bir maneə olmadan istifadə etmişdir və ağaclar cavabdehə məxsus torpaq sahəsində yerləşir. Məhkəmələrin heç biri iddiaçıdan bir dəfə də olsun obyektdən hazıra kimi necə istifadə etdiyini soruşmamış və bu məsələni aydınlaşdırmamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli 2(106)-1323/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun dəllilərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Habelə qeyd etmişdir ki, iddiaçının tikililəri onun mükiyyətində olan 42 ha torpaq sahəsinin daxilində deyil, kənar hissədə yerləşir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tikinti onun mükiyyətində olan torpaq sahəsində yerləşir. 42 ha torpaq sahəsinin içərisində inşa edilmiş tikilinin və həmin torpaq sahəsinin rəsmi sənədi, yəni çıxarışı var. Ağaclar onun giriş-çıxışına maneə olur. İddiaçının vəkili Kənan Əbdürrəhmanov məhkəmə iclasında izahat verərək bildirmişdir ki, müdafiə etdiyi şəxs altı həyətyanı torpaq sahəsini çıxarışla alıb. Altı həyətin altı giriş çıxışı olmalıdır. Cavabdeh həmin giriş-çıxışları məhdudlaşdırıb. İddiaçı 42 sotu birləşdirərək mağaza tikib fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağcabədi rayonu Hindarx bələdiyyəsinin nümayəndəsi X10 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının faktiki istifadəsində olan məxsus torpaq sahəsinin bir hissəsi bələdiyyə mükiyyətidir. Həmin hissədə iddiaçı bələdiyyə ilə hər hansı alqı-satqı etməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X14 bildirmişdir ki, əgər torpaq sahəsi xüsusi mülkiyyətdədirsə, o zaman orada əkilmiş ağacların mülkiyyətçi tərəfindən başqa yerə köçürülməsi mümkündür. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, mütəxəssisin fikrini dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilərək iddia rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Buna görə də, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (TM) 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. TM-in 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 11 iyul 2002-ci il tarixli 170 nömrəli sərəncamı əsasında Hindarx kənd sakini Cavabdeh mağaza tikintisinə 540 kv.m torpaq sahəsi ayrılması barədə rayon icra hakimiyyəti torpaqseçmə komissiyasının 04 iyul 2002-ci il tarixli aktı təsdiq edilmişdir. İddiaçı torpağa mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində 28 aprel 2017-ci il tarixində qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi ona aydınlıq gətirməmişdir ki, iddiaçı torpaq sahəsi əldə edərkən cavabdeh tərəfindən əkilmiş ağaclar həmin ərazidə olub, ya yox. Eləcə də, apellyasiya instansiyası məhkəməsi ərazinin yerquruluşu planına uyğun olaraq iddiaçının iddia etdiyi hissədən onun torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulub-tutulmamasına, iddiaçının torpaq sahəsinə başqa hissədən gediş-gəliş yolunun mövcud olub-olmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, ərazinin yerquruluşu planına uyğun olaraq iddiaçının torpaq sahəsinin şərq, qərb, cənub və sair hissəsindən gediş-gəliş yolunun nəzərdə tutulub-tutulmaması və nəzərdə tutulubsa həmin hissənin iddia olunan hissə ilə üst-üstə düşüb-düşməməsi məsələlərinə də aydınlıq gətirilməlidir. Həmçinin apellyasiya instansiyası məhkəməsi aydınlıq gətirməmişdir ki, konkret olaraq cavabdeh iddiaçının tikinti kompleksinin tikilməsinə, istifadə etməsinə hansı maneələr yaradır və tikintinin aparılmasına hansı müdaxilələri edir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarındakı göstərişlərə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü tarixli 10/5891 saylı ekspert rəyinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin 05 iyul 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların X15 daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci ildə verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0,42 ha torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Ölçmə zamanı müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan 0.42 ha torpaq sahəsinin ərazisindən kənarda istifadəsində 347 kv.m torpaq sahəsi mövcuddur; Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 11 iyul 2002-ci il tarixli 170 saylı sərəncamı ilə təsdiq edilmiş Ağcabədi RİH-in torpaqseçmə komissiyasının 04 iyul 2002-ci il tarixli torpaqseçmə aktı ilə Hindarx kənd sakini olan Cavabdeh mağaza tikintisi üçün ayrılmış 540 kv.m torpaq sahəsinin tərtib olunan plana əsasən naturada sərhəddini dəqiqləşdirmək üçün ölçmə işləri aparılan zamanı müəyyən olundu ki, qeyd olunan 540 kv.m torpaq sahəsinin tərtib olunmuş planının miqyası və plan üzərində istinad nöqtələri mövcud deyildir. Ona görə də, həmin ərazinin yuxarıda göstərilən sənədlər əsasında sərhədini müəyyən etmək mümkün olmadığına görə Cavabdeh faktiki olaraq istifadəsində olan 540 kv.m torpaq sahəsinin hüdudları ölçüldü. Ağcabədi RİHB-nin 11 iyul 2002-ci il tarixli 170 saylı sərəncamı ilə təsdiq edilmiş, Ağcabədi RİH-in torpaqseçmə komissiyasının 04 iyul 2002-ci il tarixli torpaqseçmə aktı ilə Hindarx kənd sakini olan Cavabdeh mağaza tikintisi üçün ayrılmış 540 kv.m torpaq sahəsinin sərhədini müəyyən etmək mümkün olmadığına görə sərhəddən kənara çıxmaların olub-olmaması müəyyən edilməsi mümkün olmadı; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların X15 daşınmaz əmlakın Dövlət reyestrindən 28 aprel 2017-ci ildə verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0.42 ha torpaq sahəsinin koordinatları ilə Ağcabədi RİHB-nin 11 iyul 2002-ci il tarixli 170 saylı sərəncamı ilə təsdiq edilmiş, Ağcabədi RİH-in torpaqseçmə komissiyasının 04 iyul 2002-ci il tarixli torpaqseçmə aktı ilə Hindarx kənd sakini olan Cavabdeh mağaza tikintisi üçün ayrılmış 540 kv.m torpaq sahəsinin tərtib olunan plana əsasən müəyyən edilmiş sərhəddinin üstüstə düşüb-düşməməsinin müəyyən edilməsi qeyd olunan 540 kv.m torpaq sahəsinin tərtib olunmuş planının miqyası və plan üzərində istinad nöqtələrinin mövcud olmaması səbəbindən mümkün olmadı. Ancaq ölçmə işləri aparılan zamanı müəyyən olundu ki, Cavabdeh faktiki istifadəsində olan 540 kv.m torpaq sahəsinin müəyyən edilmiş sərhədinin naturada İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0.42 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların X15 daşınmaz əmlakın Dövlət reyestrindən 28 aprel 2017-ci ildə verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0.42 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə ərazinin yerquruluşu planına əsasən ilkin torpaqayırma sənədlərində gediş-gəliş yolu iddiaçının torpaq sahəsinin şimal hissəsində nəzərdə tutulmuşdur. Hal-hazırda nəzərdə tutulmuş gediş-gəliş yolunun qarşısında dəmir darvaza mövcuddur və həmin gediş-gəliş yolu iddia olunan hissə ilə üst-üstə düşür. Ölçmə işləri zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən həmin ərazidə təsərrüfat fəaliyyətini davam etdirmək üçün əlavə yeni gediş-gəliş yolu inşa olunmuşdur; İddiaçı köçürülməsini tələb etdiyi və Cavabdeh tərəfindən əkilmiş ağacların, yerquruluşu planında nəzərdə tutulan iddiaçının obyektinə gedən gediş-gəliş yolunun qarşısında əkilməsi müəyyən olunmuşdur. Həmin ağacların iddiaçının torpaq sahəsini əldə etdiyi tarixdən əvvəl yaxud sonrakı tarixlərdə əkilməsinin müəyyən edilməsi idarənin səlahiyyətlərinə aid olmadına görə bu barədə rəy vermək mümkün deyildir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların X15 daşınmaz əmlakın Dövlət reyestrindən 28 aprel 2017-ci ildə verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0.42 ha torpaq sahəsinə köçürülməsi tələb olunan ağacların yerləşdiyi ərazidən başqa İddiaçı tərəfindən həmin ərazidə təsərrüfat fəaliyyətini davam etdirmək üçün əlavə yeni inşa olunmuş gediş-gəliş yolu mövcuddur. Həmin yeni inşa olunmuş gediş-gəliş yolundan istifadə edilməsi layihədə nəzərdə tutulan obyektin təyinatı üzrə istifadəsinə maneə yaratmır. Qeyd: Ancaq Cavabdeh tərəfindən İddiaçı Qaradaşxan oğlunun xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının inşa olunmuş ərazisinə gediş-gəliş yolunun qarşısında ağaclar əkildiyinə görə tikinti işlərinin və digər təsərrüfat fəaliyyətinin aparılmasına maneə yaradılır. Qeyd edilməlidir, adıçəkilən ekspert rəyi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mütəxəssis rəyi, işdə iştirak edən şəxslərin izahatları, habelə işdə olan digər mötəbər sübutlarla təsdiqini tapır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların X15 daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci ildə verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.42 ha torpaq sahəsinin ərazisindən kənarda onun faktiki istifadəsində həmçinin 347 kv.m torpaq sahəsi mövcuddur. Həmin faktiki istifadədə olan torpaq sahəsində iddiaçı tikililər inşa etmiş, habelə iddia olunan giriş-çıxış yolu da həmin ərazidə yerləşir. Mütəxəssis rəyində mübahisəli ərazinin ölçü planına əsasən (səh. 143) cavabdehin faktiki istifadəsində olan 540 kv.m torpaq sahəsindən istifadə və ya orada əkilmiş ağaclar iddiaçıya 0.42 ha torpaq sahəsindən istifadəyə və ya orada işlərin aparılmasına hər hansı maneə yaratmır. Belə ki, nəzərə almaq lazımdır ki, iddiaçı mülkiyyətində olan deyil, zəbt etdiyi torpaq sahəsində özü üçün açdığı yola maneədən bəhs edir. Hansı ki, iddiaçı cavabdehin istifadəsindəki torpaq sahəsinə qədər metrlərlə məsafədə olan ərazini zəbt etməklə faktiki istifadə edir və mübahisəli yolu da orada açmışdır. Eynilə, köçürülməsi tələb olunan ağaclar da eyni qaydada yerləşir. Hətta, Cavabdeh mağaza tikintisi üçün ayrılmış 540 kv.m torpaq sahəsinin göstərilən sənəd əsasında sərhədini müəyyən etmək mümkün olmadığına görə onun faktiki olaraq istifadəsində olan 540 kv.m torpaq sahəsi üzrə sərhəddən kənara çıxmaların olub-olmamasının müəyyən edilməsi mümkün olmasa belə, hazırkı vəziyyətdə də bu iddiaçının faktiki olaraq irəli sürdüyü tələbin əsassızlığına şübhə yaratmır. Habelə Cavabdeh faktiki istifadəsində olan 540 kv.m torpaq sahəsinin müəyyən edilmiş sərhədinin naturada İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0.42 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Nəzərə alınmalıdır ki, ölçü plandan o da müəyyən edilir ki, İddiaçı tərəfindən qeyd edilən ərazidə təsərrüfat fəaliyyətini davam etdirmək üçün əlavə yeni gediş-gəliş yolu inşa olunmuşdur. Halbuki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu üzrə texniki X20 məhkəmə iclasında izahatında bildirmişdir ki, X7 X8 (TEKUİS-də) elektron xəritəyə görə iddiaçıya məxsus sözügedən torpaq sahəsinə giriş-çıxış nəzərdə tutulmayıb. Bundan başqa, işin hallarına əsasən iddiaçı hazırda mülkiyyətində olan torpağı əldə edərkən yuxarıda köçürülməsi istənilmiş ağaclar əkilmiş vəziyyətdə mövcud olmuşdur. İşdə olan 19 maty 2005-ci il tarixli qətnamədən də aşkar görünür ki, həmin ərazi qeyd edilən tarixdən də əvvəl cavabdehin istifadəsində olmuşdur. Ancaq həmin qətnamə hazırkı iş üzrə hər hansı preyudusial əhəmiyyət kəsb etmir. O da qeyd edilməlidir ki, köçürülməsi istənilən ağaclar cavabdehin istifadəsində olan ərazidə yerləşməklə iddiaçının mülkiyyətindəki torpaqdan istifadəyə mane olmur. Həmçinin İddiaçı xüsusi mülkiyyətində olan 0.42 ha torpaq sahəsinə köçürülməsi tələb olunan ağacların yerləşdiyi ərazidən başqa İddiaçı tərəfindən həmin ərazidə təsərrüfat fəaliyyətini davam etdirmək üçün əlavə yeni inşa olunmuş gediş-gəliş yolu mövcuddur ki, həmin gediş-gəliş yolundan istifadə edilməsi layihədə nəzərdə tutulan obyektin təyinatı üzrə istifadəsinə maneə yaratmır. Ekspert rəyinin qeyd hissəsinə dair bildirilməlidir ki, İddiaçı Qaradaşxan oğlunun xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının inşa olunmuş ərazisinə gediş-gəliş yolunun qarşısında ağaclar əkilməsinin orada tikinti işlərinin və digər təsərrüfat fəaliyyətinin aparılmasına maneə yaradılması zamanı o da nəzərə alınmalıdır ki, həmin ağaclarla eyni istiqamətdə (üz-üzə) yerləşən tikililərin bir neçə metr hissəsi məhz zəbt edilmiş ərazidə inşa edilmişdir. Həmin torpaq sahəsinin onun mülkiyyətində və ya qanuni istifadəsində olmasına dair isə hər hansı sənəd mövcud deyildir. Beləcə, həmin ərazilər işdən də göründüyü kimi, zəbt olunmuş və orada tikili (mağaza) inşa edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu baxımdan, yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 16 manat pul vəsaiti iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Bundan əlavə, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar ödənilmiş 95 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Cavabdeh verilməlidir. Habelə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Bundan əlavə, digər məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(017)-14/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsində apardığı tikinti işlərinə, əmlakına sahiblik və istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 16 (on altı) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Cavabdeh verilsin. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Cavabdeh verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-30/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-30/2025
03.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver