Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-300/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh), eyni zamanada qarşılıqlı iddia üzrə cavabdeh X6 nümayəndəsi İddiaçı, Qarşılıqlı iddia üzrə cavabdeh X14 nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi X2, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus cehiz əmlakının ona məxsus Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X17 və X8 qarşı ona məxsus qızıl-zinət əşyalarının, cehiz və şəxsi əmlaklarının və ya onların dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsindən ilkin İddiaçı və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əmlakının ona məxsus Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddi üzrə cavabdeh) Cavabdehlər İddiaçı, X17 və X8 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona məxsus qızılzinət əşyalarının, cehiz və şəxsi əmlaklarının və ya onların dəyərinin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 220 manat və mütəxəssis rəyinə görə ödənilmiş 100 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı bildirdi ki, X25rşılıqlı iddiaçı Cavabdeh ilə 2021-ci ildə rəsmi nikah olmadan el adəti ilə toy edərək ailə həyalı qurmuşlar. Nikahlarını isə rəsmiləşdirməmişlər. Birgə yaşadığları dövrdə bir övladları olmuşdur. X29 Cavabdeh ilə ailə həyatı qurduqdan sonra Cavabdeh ona məxsus olan evə gəlin köçmüşdür. X29 Cavabdeh ilə əvvəllər aralarında heç bir problem olmamış, lakin müəyyən müddətdən sonra Cavabdeh ilə X29 arasında anlaşılmamazlıqlar problemə çevrilmişdir. Cavabdeh oğluna və onun ailəsinə qarşı münasibəti dəyişmişdir. Nəhayət Cavabdeh ilə X29 arasındakı münasibətlər uyğun gəlmədiyi üçün ayrılmışlar. Cavabdeh X29 ailə qurarkən özünə məxsus olan cehiz əmlakını ona məxsus olan evə gətirmişdir. Hal-hazırda da həmin əmlakın müəyyən hissəsi onların evində saxlanılır. Cavabdeh onların evinə gəlin gəldikdən sonra əri Elçinə və qayınanası Arzuya qarşı çox hörmətsizliklər etmiş, özünün ədəbsiz davranışı ilə həmişə evdə söz-söhbət yaranmasına səbəb olmuş, dəfələrlə acıq edib atası evinə getmiş, daha sonra isə qayıtmışdır. Təxminən 2022-ci ilin əvvəllərində acıq edib evdən getmiş və bir neçə aydan sonra qudaları xəbər göndərmişlər ki gəlib qızı aparın, oğlu Elçin, necə gedibsə özü də gəlsin demiş və qızın xalası Xəyaləni onların evinə gətirmişdir. Xəyalə gələndən sonra ona toyda verdikləri ağ qızıl dəstinin harda olmasını əri Elçin soruşmuş və məlum olmuşdur ki, Xəyalə qızılları atası evində saxlayıb. Səbəbini soruşduqda özüm bilərəm demişdir. Bundan sonra yenə də Xəyalənin aqressivliyi, ailəyə hörmətsizliyi, ərinə baxımsızlığı davam etmiş və nəticədə 22 yanvar 2023-cü il tarixdə evdə olarkən aralarında mübahisə yaranmış, Elçin Xəyalənin qardaşı Pərvizə zəng edib, gəlib bacısını aparmasını demişdir. Bir müddət sonra Pərviz iki qohumu ilə onlara gəlmişdir, Pərviz oğluna hücum çəkdiyi üçün Elçin 102-yə zəng edib polis tələb etmiş və polislər gəlmişlər. Orada gəlininin, sonrada gələn Pərvizin hərəkətlərinə və mübahisələrinə görə ona həkim çağırmışlar. Xəyalə isə həmin gün gələn iki qohumu ilə birlikdə evdə özünə aid nə var idisə bir jiquli maşına yerləşə bilən (paltar, ətir, xırdavat, özünün əsəb dərmanları sellofan sumkalarda, uşaq paltarları, ayaqqabıları və s.) əşyaları çemodanlara və boxçalara yığıb qardaşı Pərvizin maşınına yükləmiş və çıxıb atası evinə getmişdir. Gələn qohumları isə özləri piyada getdilər. Hətta küçəyə çıxan qonşularının belə jiqulinin yük maşını kimi yükləndiyini lağa qoymalarını eşitmişdir. Cavabdeh ilə X29 ayrıldıqdan sonra o, Cavabdeh ailəsinə dəfələrlə cehiz əmlakını onun evindən gəlib götürməsini tələb etsə də, Cavabdeh buna məhəl qoymamışdır. Həmin cehiz əmlakı yataq dəsti (dolab, taxt, termo, kiçik çarpayı, uşaq çarpayısı), 3 dəst yorğan-döşək, 4 ədəd böyük balış, 2 ədəd kiçik balış, 6 ədəd kiçik döşəkçə, 1 ədəd xalça (2x3) ölçüdə, 1 ədəd çilçıraq, 2 pəncərəlik pərdə, 4 dəst çexol-mələfə, 8 ədəd hamam dəsmalı, 8 ədəd əl-üz dəsmalı, 6 ədəd çay dəsmalı, 2 dəst kiçik odeyal, 1 ədəd taxt örtüyü, 2 ədəd süfrə, 1 ədəd stol örtüyü, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd televizor altlığı, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 ədəd elektrik sobası, 1 ədəd ətçəkən maşın, 1 ədəd mikser, 1 ədəd stolüstü lampa, 1 ədəd tozsovuran, 1 ədəd ütü, 1 ədəd ütü altlığı, 4 dolabdan ibarət Akdeniz serviz dəsti, 1 ədəd bıçaq dəsti, 1 ədəd böyük qaşıq dəsti, 7 ədəd ədviyyat dəsti, 12 ədəd bakal, 12 ədəd boşqab dəsti, 12 ədəd böyük xrustal stəkan, 12 ədəd kiçik xrustal stəkan, 12 ədəd xörək- çay qaşığı, 12 ədəd çəngəl dəsti, 6 ədəd bulud qaşığı, 6 ədəd duzqabı, 2 ədəd salfetqabı, 2 ədəd külqabı, 2 ədəd ləpəqabı, 2 ədəd konfetqabı, 1 ədəd zibilqabı, 1 ədəd kiçik çörəkqabı, 6 ədəd mürəbbəqabı, 12 ədəd meyvə bıçağı, 12 ədəd limon qaşığı, 12 ədəd nəlbəki, 3 ədəd Tefal qazan dəsti, 1 ədəd tava, 3 ədəd sarı rəngli çuğun dəsti, 3 ədəd ağ rəngli çuğun dəsti, 3 ədəd padnos dəsti, 1 dəst döşəmə silən, 1 ədəd şvabra, 1 ədəd çuğun materialdan xəmir tabağı, 1 ədəd aşsüzən, 1 ədəd kiçik tabaq, 1 ədəd dolmabükən, 1 ədəd ləpəçəkən, 2 ədəd böyük çaydan, 1 ədəd dəm çayniki, 1 ədəd tərəvəz doğrayan, 1 ədəd soğançəkən, 2 ədəd xrustal meyvəqabı və ev geyimlərindən ibarətdir. Cavabdehə hədiyyə kimi verilən geyimlər, ayaqqabı, parfum, uşaq geyimləri, uşaq maneji, hamam- vanna dəsti polisin və qonşuların iştirakı ilə cavabdehin qardaşına məxsus olan avtomobil ilə Cavabdeh tərəfindən aparılmışdır. O, iddia ərizəsində qeyd etdiyi əmlaklarını gözəyarı baxmaqla qeyd etmiş, lakin Cəlilabad rayon İcra və Probasiya şöbəsinin əməkdaşları həmin əmlakları siyahıya alarkən, hamısını təfərrüatı ilə aydınlaşdırıb qeyd etmişlər. Bu səbəbdən də onun ərizəsində qeyd etdiklərindən artıq əmlaklar siyahıya alınmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində əmlakların sayını və qiymətini çox yazmışdır. Belə ki, onun elə bir imkanı yoxdu ki, yazdığı qədər cehiz gətirsin, nə də onun öz ailəsi imkanlı deyildi ki, Xəyaləyə qarşılıqlı iddia ərizəsində göstərilən qədər qızıl hədiyyə etsin. Qarşılıqlı iddiada qeyd edilən 8 ədəd paltar asılqanın, 1 ədəd sabun qabının, 1 qutu iynədən 5 ədədinin, 1 ədəd suvenirin, 1 ədəd qızıl qabının, 1 ədəd albomun, 1 ədəd şəkil ramkasının, 2 ədəd gülün, 2 ədəd şamın, 5 ədəd bıçağın, 1 ədəd qapaqlı qənd qabının, 1 ədəd ədviyyat qabının, 2 ədəd plasmas ləyənin, 1 ədəd paltar səbətin, 1 dəst uşaq üçün yemək qabının, 1 ədəd blender və qabının, 7755 manat dəyərində qızıl-zinət əşyalarının, 1 ədəd bubed ayaqqabının, 2 dəst idman geyiminin, 8 ədəd fudbolka köynəyinin, 2 ədəd əl çantasının, 4 ədəd ayaqqabının, 2 ədəd gecə geyiminin, 300 manat dəyərində kosmetikanın, 350 manat dəyərində parfumeriyanın, 1000 manat dəyərində paltarların, 1850 manat dəyərində uşaq üçün geyim və əşyalarını hadisə günü bir hissəsini aparmışdır. Belə ki, Xəyaləyə toy üçün ağ sadə qaşlı, qaşı belə sirkon olmayan, ağ qızıldan sırğa, qolbağı və boyunbağı dəsti verilmişdir. Həmin dəst alınan zaman qiyməti 850 manat olmuş və Xəyalə şəxsən özü bəyənmişdir. Həmin dəsti almağa onun ailə üzvləri ilə birlikdə getmiş, Elçinin pulu çatmadığı üçün evə qayıdıb pul götürərək yenidən univermağa qayıtmışdır və həmin qızıl dəstini 850 manata almışdır. Toy kasetlərində onların nə verdiyi görünür. Həmin qızıl dəstini və digər öz qızıllarını da 2022- ci ilin ortalarında atasına evinə acıq edib gedərkən özü ilə aparmış və bir daha onun evinə qaytarmamışdır. Ona görə də Xəyalənin niyyəti aşkar olunduğu üçün evdə əri Elçin və digərləri ilə münasibətləri daha da kəskinləşmiş və o son hadisədən sonra birdəfəlik ayrılmışdır. Xəyalənin ailəsinin dağılmasının səbəbkarlarından biri də indi ona nümayəndəlik edən qardaşıdır. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi (vəkil) Vəkil ilk iddianı qismən etiraf edərək, qarşılıqlı iddianı isə müdafiə edərək verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X21 ilə 2021-ci ildə ailə qurmuş, Elçin Əliyevin valideynlərinə məxsus Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən evə gəlin köçmüş və 2 il həmin evdə yaşamışdır. Gəlin köçərkən el adətinə uyğun olaraq özü ilə müxtəlif cehiz əmlakları və qızıl-zinət əşyaları aparmış, həmin əşyaların hamısı Elçin Əliyevə və onun ailə üzvlərinə məxsus evdə qalmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh 2023-cü ilin yanvar ayında qayınanası və yoldaşı tərəfindən döyülmüş, buna görə də DİN-nin 102 xidmətinin əməkdaşları tərəfindən evdən çıxarılmış və evdən çıxarkən heç bir əşya götürməmiş, nə də ki, sonradan qohumları tərəfindən həmin evdən əmlak çıxarılmamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh bütün əmlakları Elçin Əliyevə və onun ailə üzvlərinə məxsus evdədir. Hətta qarşılıqlı iddiaçı Cavabdeh evdən çıxarılmazdan əvvəl qızıl-zinət əşyalarının hamısı ondan alınmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh gəlin köçərkən özü ilə apardığı cehiz əmlakları – 1 yataq dəsti 1 ədəd taxt - 800 manat, 1 ədəd taxt qabağı sandıq - 300 manat, 1 ədəd dolab - 1000 manat, 2 ədəd tumba - 300 manat, 1 ədəd termo 800 manat, 1 ədəd taxt döşəyi - 150 manat, 1 ədəd iki nəfərlik döşək - 200 manat, 2 ədəd tək nəfərlik döşək - 200 manat, 1 ədəd iki nəfərlik yorğan - 100 manat, 2 ədəd tək nəfərlik yorğan - 200 manat, 7 ədəd kiçik döşəkçə - 140 manat, 4 ədəd böyük balınc - 140 manat, 4 ədəd kiçik balınc - 120 manat, 3 dəst odyal - 240 manat, 2 ədəd taxt örtüyü - 100 manat, 1 ədəd kiçik çilçıraq - 100 manat, 1 ədəd böyük çilçıraq - 200 manat, 8 ədəd hamam dəsmalı - 240 manat, 8 ədəd əl-üz dəsmalı - 160 manat, 8 ədəd çay dəsmalı - 120 manat, 4 ədəd çexol - prastinya - 160 manat, 2 ədəd yer süfrəsi - 100 manat, 1 ədəd masa süfrəsi - 70 manat, 1 ədəd masa sellofanı - 20 manat, 1 ədəd qapı dekoru - 100 manat, 2 ədəd pəncərə tülü - 160 manat, 2 ədəd pəncərə dekoru - 120 manat, 1 ədəd xalça - 550 manat, 1ədəd yay yorğanı - 100 manat, 3 ədəd karniz - 150 manat, 1 ədəd uşaq çarpayısı 800 manat, çarpayıda olan 1 ədəd matras - 80 manat, 1 ədəd tül - 20 manat, 1 ədəd tül saxlayan dəmir - 30 manat, 1 ədəd tək nəfərlik çarpayı - 300 manat, 1 ədəd stol - 600 manat, 6 ədəd stul - 900 manat, 1ədəd Samsung plazma televizoru - 2000 manat, 1 ədəd televizor altlığı - 400 manat, Məişət əşyaları - 1 ədəd ütü - 200 manat, 1 ədəd ütü altlığı - 150 manat, 1 ədəd soyuducu - 2200 manat, 1 ədəd tozsoran - 250 manat, 1 ədəd txovka - 250 manat, 1 ədəd ətçəkən - 400 manat, 1 ədəd mikser - 50 manat, 1 ədəd paltaryuyan - 1800 manat, 1 ədəd soğançəkən - 100 manat, mətbəx mebel dəsti - 1200 manat, 20 ədəd paltar asılqanı (veşilka) - 20 manat, 1 ədəd can kisəsi - 20 manat, 1 ədəd çamadan - 200 manat, 1 ədəd lampa - 50 manat, 1 ədəd qayçı - 20 manat, 2 ədəd diş fırçası - 40 manat, 2 ədəd sabun qabı - 10 manat, 1 paçka paltar şpilkası - 20 manat, 1 paçka iynə - 10 manat, 1 paçka sap - 10 manat, 1 ədəd souvenir - 80 manat, Qızıl qabı - 80 manat, 4 ədəd balıncıq pasdeli - 60 manat, 2 ədəd balıncıq üzü - 80 manat, 1 ədəd albom - 200 manat, 1 ədəd şəkil ramkası - 80 manat, 2 ədəd gül - 50 manat, 1 ədəd güzgü - 100 manat, 2 ədəd şam - 20 manat, Məişət əşyaları - qazan dəsti Tefal - 5 ədəd - 1000 manat, çuqun qazan dəsti - 5 ədəd - 80 manat, çuqun qazan dəsti - 3 ədəd - 200 manat, 2 ədəd böyük çaydan - 100 manat, 2 ədəd kiçik çaydan - dəm üçün - 50 manat, 2 ədəd kiçik tava - 100 manat, 12 ədəd xrustal çay stəkanı - 120 manat, 12 ədəd armudu stəkan - 60 manat, 2 ədəd salfetka qabı - 10 manat, 2 ədəd çörəkqabı - 50 manat, bıçaq dəsti - 10 ədəd - 100 manat, xörək qaşığı - 12 ədəd-180 manat, çəngəl - 12 ədəd - 180 manat, balaca çəngəl - 12 ədəd 144 manat, 12 ədəd limon çəngəli - 60 manat, 12 ədəd çay qaşığı - 60 manat, 6 ədəd- limon qaşığı - 60 manat, 6 ədəd bulud qaşığı- 120 manat, 12 ədəd nəlbəki - 36 manat, 12 ədəd su rumkası - 120 manat, 6 ədəd su stəkanı - 60 manat, 6 ədəd şirniyyat qabı - 90 manat, 1 ədəd göyərti doğrayan - 20 manat, 1 ədəd su qabı (qrafenka) - 30 manat, çömçə dəsti - 6 ədəd - 200 manat, padnos dəsti - 3 ədəd - 45 manat, 1 ədəd taxta qaşıq - 20 manat, 1 ədəd əl mikseri - 80 manat, 1 ədəd şirniyyat şotkası - 10 manat, 1 ədəd ləpə üyüdən - 50 manat, 1 ədəd kotlet götürən - 20 manat, 1 ədəd polsilən svabra, şotka və vedrə ilə birlikdə - 80 manat, 1 ədəd tavansilən - 30 manat, 1 ədəd salat doğrayan - 40 manat, 1 ədəd dolma bükən - 80 manat, 6 ədəd duz qabı - 60 manat, 2 ədəd ayaqlı ləpə qabı - 50 manat, 2 ədəd ayaqlı meyvə qabı - 70 manat, 4 ədəd qapaqlı qənd qabı - 80 manat, 2 ədəd ayaqlı qənd qabı - 30 manat, 1 ədəd qapaqlı zibil qabı (pedallı) - 25 manat, 1 dəst ədviyyat qabı - 8 ədəd - 80 manat, 2 ədəd plasmas ləyən - 40 manat, 1 ədəd kiçik aşsüzən - 50 manat, 1 ədəd böyük aşsüzən - 120 manat, 132 ədədlik servis dəsti - 1320 manat, 72 ədədlik servis dəsti - 720 manat, 6 ədəd mürəbbə qabı - 60 manat, 12 ədəd limon qabı - 60 manat, 12 ədəd yağ bıçağı - 60 manat, 1 ədəd şəffaf böyük qab - 80 manat, 1 ədəd böyük xəmir tabağı - 80 manat, 1 ədəd kiçik xəmir tabağı - 60 manat, 1 ədəd pendir qabı - 10 manat, 1 ədəd pesok qabı - 10 manat, 1 ədəd paltar səbəti – 20 manat, 2 dəst uşaq yemək qabı - 50 manat, 1 ədəd uşaq üçün termos - 20 manat, 1 ədəd blender və qabı - 100 manat, cəmi dəyəri 27.680 manat. Qızıl-zinət əşyaları: qarnitur qızıl dəsti) brilyant 585 əyyar, 1 karat, 20 qram-3000 manat, nişan üzüyü brilyant 585 əyyar, 0.5 sot, 4 qram 700 manat, boyunbağı+klon 585 əyyar 11.07 qram 1330 manat, boyunbağı+klon 585 əyyar 11 qram 1320 manat, qolbaq 585 əyyar 4.7 qram 565 manat, üzük 585 əyyar 3 qram 360 manat, üzük 585 əyyar 4 qram 480 manat, cəmi 7755 manat dəyərində. Gündəlik istifadə əşyaları: paltar - 1 ədəd ağ qurtqa - 80 manat, 1 ədəd babed ayaqqabısı - 70 manat, 1 ədəd qış paltosu - 120 manat, 1 ədəd balonka gödəkçə - 80 manat, 3 ədəd tək pencək - 240 manat, 6 dəst idman geyimi - 300 manat, 5 ədəd don - 500 manat, 3 ədəd jaket - 150 manat, 10 ədəd klassik və cins şalvar - 500 manat, 3 ədəd yubka - 120 manat, 2 ədəd jilet - 70 manat, 15 ədəd kofta - 600 manat, 3 ədəd klassik köynək - 105 manat, 5 ədəd ev şalvarı - 100 manat, 8 ədəd futbolka köynək - 160 manat, 5 ədəd əl çantası - 300 manat, 2 ədəd idman ayaqqabısı - 80 manat, 7 ədəd yay və klassik ayaqqabı - 210 manat, 1 ədəd qış ayaqqabısı - 50 manat, 2 ədəd ev ayaqqabısı - 20 manat, 1 ədəd hamam dəsti - 100 manat, 3 ədəd gecə geyimi - 120 manat, 2 ədəd həyət ayaqqabısı - 10 manat, 1 ədəd ütü feni - 60 manat, kosmetika - 300 manat, parfumeriya - 350 manat və digər sadalamadığım paltarlarım - 1000 manat, uşaq üçün 1 ədəd qış gödəkçəsi - 80 manat, 2 dəst uşaq paltarı (şalvar və köynək) - 100 manat, uşaq yol sumkası - 150 manat, bələk sumkası - 120 manat, 1 ədəd uşaq arabası - 300 manat, uşaq oyuncaqları - 100 manat və 1000 manat dəyərində digər sadalamadığı uşağa və ona məxsus əşyalardan ibarətdir. Ümumilikdə cehiz əmlakı, qızıl-zinət əşyaları və şəxsi əmlakların dəyəri 43.080 manat təşkil edir. Qarşılıqlı iddiaçı ərizəsinə mütəxəssis rəyi əlavə etmişdir. Qarşılıqlı iddiaçının müraciəti ilə mütəxəssis qızıllara Xəyalənin təqdim etdiyi öz qızıllarına bənzər başka qızılların foto şəklinə baxaraq qiymət qoymuşdur. Qeyd edilən əmlaklar, şəxsi əşyalar və qızılzinət əşyaları hamısı Elçin Əliyevə və onun ailə üzvlərinə məxsus evdə qalmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh evdən çıxarkən polis əməkdaşları tərəfindən çıxarılmış və polis əməkdaşları onun evdən heç bir əmlak aparmadığının şahidləridir. Ümumiyyətlə, ilkin İddiaçı ailə üzvləri Arzu Əliyeva və Elçin Əliyev qarşılıqlı iddiaçı Cavabdeh döymüşlər, ona işgəncələr vermişlər, bədənini yandırmışlar və ona müxtəlif xəsarətlər yetirmişlər. Buna görə də Cəlilabad Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünə əsasən Elçin Əliyev və Arzu Əliyeva Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək müvafiq cəzalara məhkum olunmuşlar. Göründüyü kimi qarşılıqlı iddiaçı Cavabdeh evdən getmək şəraiti məlumdur, qarşılıqlı iddiaçı Cavabdeh döyülərək evdən çıxarılmış və bu zaman polis əməkdaşları da orada olmuşlar. Qarşılıqlı iddiaçı Cavabdeh ər evindən çıxarkən özü ilə heç bir əmlak çıxarmamış, bu səbəbdən də əmlakları və ya əmlaklar olmadığı halda həmin əmlakların dəyərini tələb edir. İddiaçı ərizəsində əmlakları verməmək məqsədi ilə həmin siyahıda əmlakları az miqdarda göstərmişdir, halbuki icra məmurları tərtib etdiyi siyahıda həmin əmlakların hamsını qeyd etmişlər. Həmin əmlaklar qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətidi və o, mülkiyyətindən məhrum olunmuşdur. Ona görə də qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi X11 izahatında iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini, cehiz və qızılların qaytarılmasını, olmadıqda isə pulunun verilməsinin tələb etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X21 qarşılıqlı iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, o, orta məktəbdə müəllim işləyir. Qarşılıqlı iddiaçı Cavabdeh ilə 2021-ci ildə el adəti ilə toy edərək ailə həyalı qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadığları dövrdə bir övladları olmuşdur. Cavabdeh onların evinə gəlin gəldikdən sonra ona, atasına və anası Arzuya qarşı çox hörmətsizliklər etmiş, ədəbsiz davranışları ilə həmişə evdə söz-söhbətin yaranmasına səbəb olmuşdur. Xəyalə dəfələrlə acıq edib edib atası evinə getmiş, daha sonralar qayıtmışdır. 2022-ci ilin ortalarında acıq edib getmiş və bir neçə ay sonra xəbər göndərmişlər ki, gəlib geri aparın. O isə bildirmişdir ki, necə gedibsə elə də gəlsin. Sonra Xəyalənin xalası Xəyaləni onların evinə gətirmişdir. Cavabdeh evə qayıdıb gələndən sonra toyda verilən ağ qızıl dəstinin Xəyalədən harda olduğunu soruşmuş və məlum olmuşdur ki, Xəyalə qızılları atası evində saxlayıb. Səbəbini soruşduqda özüm bilərəm demişdir. Bundan sonra yenə də Xəyalənin aqressivliyinin, ailəyə hörmətsizliyinin nəticəsində aralarında mübahisə olmuşdur. 22 yanvar 2023-cü ildə evdə münaqişə olmuş və hadisə olmasın deyə o, Xəyalənin qardaşı Pərvizə zəng vuraraq demişdir ki, gəlin bacınızı aparın. Bir müddət sonra Xəyalənin qardaşı Pərviz və iki xalası oğlu onların evinə gəlmişlər. Pərviz onunla mübahisə etmiş və ona hücum çəkmiş, o da 102-yə zəng edib bu barədə məlumat vermiş və polislər oraya gəlmişlər. Həmin vaxt atası Yaşarın ürəyi tutmuş, huşunu itirmiş və oraya təcili yardım gəlmişdir. Xəyaləyə aid nə varsa bir jiquli maşına yerləşə bilən (əsəb dərmanları sumka ilə, paltarlar, ətir xırdavat, uşaq paltarları, ayaqqabılar və s.) əşyaları çemodanlara və boxçalara yığıb Pərvizin maşınına yükləmişlər və çıxıb getmişlər. Cavabdeh özünə məxsus olan cehiz əmlakını özü ilə birlikdə atasına məxsus olan evə gətirmişdir. Hal-hazırda da həmin əmlakların müəyyən bir hissəsi onların evində saxlanılır. Qarşılıqlı iddiada qeyd edilən 8 ədəd paltar asılqanın, 1 ədəd sabun qabının, 1 qutu iynədən 5 ədədinin, 1 ədəd suvenirin, 1 ədəd qızıl qabın, 1 ədəd albomun, 1 ədəd şəkil ramkasının, 2 ədəd gülün, 2 ədəd şamın, 5 ədəd bıçağın, 1 ədəd qapaqlı qənd qabının, 1 ədəd ədviyyat qabının, 2 ədəd plasmas ləyənin, 1 ədəd paltar səbətin, 1 dəst uşaq üçün yemək qabının, 1 ədəd blender və qabının, 7755 manat dəyərində qızıl-zinət əşyalarının, 1 ədəd bubed ayaqqabının, 2 dəst idman geyiminin, 8 ədəd fudbolka köynəyinin, 2 ədəd əl çantasının, 4 ədəd ayaqqabının, 2 ədəd gecə geyiminin, 300 manat dəyərində kosmetikanın, 350 manat dəyərində parfumeriyanın, 1000 manat dəyərində paltarların, 1850 manat dəyərində uşaq üçün geyim əşyaların bir hissəsini dava günü aparmış, bir hissəsi ümumiyyətlə artıq yazılmışdır. Xəyaləyə toy üçün ağ sadə qaşlı, qaşı belə sirkon olmayan, ağ qızıldan sırğa, qolbağı və boyunbağı dəsti vermişdir. Həmin dəst alınan zaman qiyməti 850 manat olmuş və Xəyalə şəxsən özü bəyənmişdir. Həmin dəsti almağa ailə üzvləri ilə birlikdə getmiş, onun pulu çatmadığı üçün evə qayıdıb pul götürərək yenidən univermağa qayıtmışdır və həmin qızıl dəstini 850 manata almışdır. Toy kasetlərində onların nə verdiyi görünür. Həmin qızıl dəstini və digər öz qızıllarını da 2022-ci ilin ortalarında atasına evinə acıq edib gedərkən özü ilə aparmış və bir daha onun evinə qaytarmamışdır. Ona görə də Xəyalənin niyyəti aşkar olunduğu üçün evdə onunla və digərləri ilə münasibətləri daha da kəskinləşmiş və o son hadisədən sonra birdəfəlik ayrılmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X15 qarşılıqlı iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, o, özü və X29 orta məktəbdə müəllim işləyirlər. X25rşılıqlı iddiaçı Cavabdeh ilə 2021-ci ildə toy edərək ailə həyatı qurmuşlar. Cavabdeh onlara məxsus olan evə gəlin köçmüşdür. X29 Cavabdeh ilə ailə həyalı qurduqdan sonra ilk vaxtlardan gəlin kimi özünü layiqli aparmamış, Cavabdeh ilə X29 arasında münasibətlər getdikcə pisləşmiş və nəticədə ayrılmışlar. Xəyaləyə məxsus olan cehiz əmlakını özü ilə birlikdə onlara məxsus olan evə gətirmişdir. Hal-hazırda da həmin əmlakların müəyyən hissəsi onların evində saxlanılır. Cavabdeh onların evinə gəlin gəldikdən sonra onlara qarşı çox hörmətsizliklər etmiş, ədəbsiz davranışları ilə həmişə evdə söz-söhbətin yaranmasına səbəb olmuşdur. Xəyalə dəfələrlə acıq edib atası evinə getmiş, daha sonralar qayıtmışdır. 2022-ci ilin ortalarında acıq edib getmiş və bir neçə ay sonra qudaları xəbər göndərmişlərki, gəlib geri aparın. Oğlu Elçin isə bildirmişdir ki, necə gedibsə elə də gəlsin. Xəyalənin xalası Xəyaləni onların evinə gətirmişdir. Cavabdeh evə qayıdandan sonra Elçin toyda verilən ağ qızıl dəstinin Xəyalədən harda olduğunu soruşmuş və məlum olmuşdur ki, Xəyalə qızılları atası evində saxlayıb. Səbəbini soruşduqda özüm bilərəm demişdir. Həmin qızıl dəstini oğlu Elçin, Xəyalə, oğlu Anar və həyat yoldaşı birlikdə Bakıda univermaqdan almışlar və qızılı da Xəyalə özü bəyənmişdi, qiymətinin də 850 manat olduğunu bilirdi. Həmin vaxtı oğlu Elçinin pulu az olub, qayıdıb qaldıqları evdən pul gətirib və qızılı almışdır. Onların Xəyaləyə verdikləri yeganə qızıl dəsti odur və nişan üzüyüdür ki, üzük də həmin münaqişə günü barmağında gedib. Bundan sonra yenədə gəlini Xəyalənin aqressivliyinin, ailəyə hörmətsizliyinin nəticəsində aralarında mübahisə olmuşdur. 22 yanvar 2023-cü il tarixdə evdə Xəyalənin ona və ailəyə hörmətsizliyinə və özbaşınalığına görə münaqişə olmuş, Elçin başqa hadisə olmasın deyə qayını Pərvizi evə çağırmış, Pərviz və iki qohumu gəlmiş, Elçinlə mübahisə etmiş və Elçin 102-yə zəng etmişdir. Polislər gələndən sonra Xəyalə iki qohumu ilə tam sərbəst və rahat şəkildə Pərvizin maşınını əmlakları ilə doldurmuş və sonra həmin maşınla çıxıb getmişlər. İki qohumu isə piyada uzaqlaşmışlar. Qarşılıqlı iddiada qeyd edilən 8 ədəd paltar asılqanın, 1 ədəd sabun qabının, 1 qutu iynədən 5 ədədinin, 1 ədəd suvenirin, 1 ədəd qızıl qabının, 1 ədəd albomun, 1 ədəd şəkil ramkasının, 2 ədəd gülün, 2 ədəd şamın, 5 ədəd bıçağın, 1 ədəd qapaqlı qənd qabının, 1 ədəd ədviyyat qabının, 2 ədəd plasmas ləyənin, 1 ədəd paltar səbətin, 1 dəst uşaq üçün yemək qabının, 1 ədəd blender və qabının, 7755 manat dəyərində qızıl-zinət əşyalarının, 1 ədəd bubed ayaqqabının, 2 dəst idman geyiminin, 8 ədəd fudbolka köynəyinin, 2 ədəd əl çantasının, 4 ədəd ayaqqabının, 2 ədəd gecə geyiminin, 300 manat dəyərində kosmetikanın, 350 manat dəyərində parfumeriyanın, 1000 manat dəyərində paltarların, 1850 manat dəyərində uşaq üçün geyim və əşyaların çox hissəsini dalaşıb gedərkən qardaşının maşınında aparmış, qalanı isə o cümlədən 7755 manatlıq qızıl ümumiyyətlə olmayıb. Cavabdeh olu Elçin Əliyevdən ayrıldıqdan sonra onlar Cavabdeh dəfələrlə cehiz əmlakını onlara məxsus evdən gəlib götürməsini tələb etsələr də, Cavabdeh buna məhəl qoymamışdır. Həmin cehiz əmlakları, Cavabdeh məxsus geyimlər, ayaqqabı, parfum, uşaq geyimləri, uşaq maneji, hamam-vanna dəsti polislərin və qonşuların iştirakı ilə Cavabdeh qardaşına məxsus olan avtomobil ilə Cavabdeh tərəfindən aparılmışdır. Dava olan günü Xəyalə tam sərbəst, özü istədiyi və apara bildiyi qədər əmlakı götürüb aparmışdır. Həyətdə də polislər var idi. Heç bir maneə olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Elxan Əmirəliyev), ilk iddianın təmin edilməsi, Cavabdeh məxsus olan yataq dəsti (dolab, taxt, termo, kiçik çarpayı, uşaq çarpayısı), 3 dəst yorğan-döşək, 4 ədəd böyük balış, 2 ədəd kiçik balış, 6 ədəd kiçik döşəkçə, 1 ədəd xalça (2x3) ölçüdə, 1 ədəd çilçıraq, 2 pəncərəlik pərdə, 4 dəst çexol-mələfə, 8 ədəd hamam dəsmalı, 8 ədəd əl-üz dəsmalı, 6 ədəd çay dəsmalı, 2 dəst kiçik odeyal, 1 ədəd taxt örtüyü, 2 ədəd süfrə, 1 ədəd stol örtüyü, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd televizor altlığı, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 ədəd elektrik sobası, 1 ədəd ətçəkən maşın, 1 ədəd mikser, 1 ədəd stolüstü lampa, 1 ədəd tozsovuran, 1 ədəd ütü, 1 ədəd ütü altlığı, 4 dolabdan ibarət Akdeniz serviz dəsti, 1 ədəd bıçaq dəsti, 1 ədəd böyük qaşıq dəsti, 7 ədəd ədviyyat dəsti, 12 ədəd bakal, 12 ədəd boşqab dəsti, 12 ədəd böyük xrustal stəkan, 12 ədəd kiçik xrustal stəkan, 12 ədəd xörək-çay qaşığı, 12 ədəd çəngəl dəsti, 6 ədəd bulud qaşığı, 6 ədəd duzqabı, 2 ədəd salfetqabı, 2 ədəd külqabı, 2 ədəd ləpəqabı, 2 ədəd konfetqabı, 1 ədəd zibilqabı, 1 ədəd kiçik çörəkqabı, 6 ədəd mürəbbəqabı, 12 ədəd meyvə bıçağı, 12 ədəd limon qaşığı, 12 ədəd nəlbəki, 3 ədəd Tefal qazan dəsti, 1 ədəd tava, 3 ədəd sarı rəngli çuğun dəsti, 3 ədəd ağ rəngli çuğun dəsti, 3 ədəd padnos dəsti, 1 dəst döşəmə silən, 1 ədəd şvabra, 1 ədəd çuğun materialdan xəmir tabağı, 1 ədəd aşsüzən, 1 ədəd kiçik tabaq, 1 ədəd dolmabükən, 1 ədəd ləpəçəkən, 2 ədəd böyük çaydan, 1 ədəd dəm çayniki, 1 ədəd tərəvəz doğrayan, 1 ədəd soğançəkən, 2 ədəd xrustal meyvəqabı və ev geyimləri İddiaçı Heybət oğluna məxsus, Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın və Cavabdeh verilməsi, Qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Heybət oğlundan və X12 və X3 400 manat dəyərində 1 ədəd taxt, 150 manat dəyərində 1 ədəd taxt qabağı sandıq, 200 manat dəyərində 1 ədəd dolab, 300 manat dəyərində 2 ədəd tumba, 50 manat dəyərində 1 ədəd termo, 100 manat dəyərində 1 ədəd taxt döşəyi, 100 manat dəyərində 1 ədəd iki nəfərlik döşək, 100 manat dəyərində 2 ədəd tək nəfərlik döşək, 50 manat dəyərində 1 ədəd iki nəfərlik yorğan, 100 manat dəyərində 2 ədəd tək nəfərlik yorğan, 105 manat dəyərində 7 ədəd kiçik döşəkçə, 80 manat dəyərində 4 ədəd böyük balınc, 60 manat dəyərində 4 ədəd kiçik balınc, 100 manat dəyərində 3 dəst odyal, 50 manat dəyərində 2 ədəd taxt örtüyü, 60 manat dəyərində 1 ədəd kiçik çilçıraq, 120 manat dəyərində 1 ədəd böyük çilçıraq, 120 manat dəyərində 8 ədəd hamam dəsmalı, 80 manat dəyərində 8 ədəd əl-üz dəsmalı, 24 manat dəyərində 8 ədəd çay dəsmalı, 160 manat dəyərində 4 ədəd doşək ağı, 50 manat dəyərində 2 ədəd yer süfrəsi, 40 manat dəyərində 1 ədəd masa süfrəsi, 05 manat dəyərində 1 ədəd masa poliseilen, 20 manat dəyərində 1 ədəd qapı dekoru, 80 manat dəyərində 2 ədəd pəncərə tülü, 40 manat dəyərində 2 ədəd pəncərə dekoru, 250 manat dəyərində 1 ədəd xalça, 70 manat dəyərində 1 ədəd yay yorğanı, 75 manat dəyərində 3 ədəd karniz, 160 manat dəyərində 1 ədəd uşaq çarpayısı, 60 manat dəyərində çarpayıda olan 1 ədəd döşək, 20 manat dəyərində 1 ədəd tül, 20 manat dəyərində 1 ədəd tül saxlayan dəmir, 150 manat dəyərində 1 ədəd tək nəfərlik çarpayı, 200 manat dəyərində 1 ədəd stol, 180 manat dəyərində 6 ədəd stul, 1000 manat dəyərində 1 ədəd Samsung plazma televizoru, 170 manat dəyərində 1 ədəd televizor altlığı, 6 manat dəyərində 1 ədəd ütü, 50 manat dəyərində 1 ədəd ütü altlığı, 1200 manat dəyərində 1 ədəd soyuducu, 120 manat dəyərində 1 ədəd tozsovuran, 80 manat dəyərində 1 ədəd elektrik sobası, 120 manat dəyərində 1 ədəd ətçəkən, 50 manat dəyərində 1 ədəd mikser, 1000 manat dəyərində 1 ədəd paltaryuyan, 20 manat dəyərində 1 ədəd soğançəkən, 750 manat dəyərində mətbəx mebel dəsti, 20 manat dəyərində 20 ədəd paltar asılqanı, 10 manat dəyərində 1 ədəd can kisəsi, 30 manat dəyərində 1 ədəd lampa, 05 manat dəyərində 1 ədəd qayçı, 07 manat dəyərində 2 ədəd diş fırçası, 02 manat dəyərində 1 ədəd sabun qabı, 07 manat dəyərində 1 qutu paltar qıskaçı (şpilkası), 01 manat dəyərində 1 qutu iynə, 03 manat dəyərində 1 qutu sap, 20 manat dəyərində 4 ədəd balıncıq üzü, 20 manat dəyərində 2 ədəd balıncıq üzü, 40 manat dəyərində 1 ədəd güzgü, 300 manat dəyərində 5 ədəd Tefal qazan dəsti, 75 manat dəyərində 5 ədəd çuqun qazan dəsti, 45 manat dəyərində 3 ədəd çuqun qazan dəsti, 40 manat dəyərində 2 ədəd böyük çaydan, 20 manat dəyərində 2 ədəd kiçik çaydan dəm üçün, 20 manat dəyərində 2 ədəd kiçik tava, 60 manat dəyərində 12 ədəd xrustal çay stəkanı, 36 manat dəyərində 12 ədəd armudu stəkan, 10 manat dəyərində 2 ədəd salfetka qabı, 20 manat dəyərində 2 ədəd çörək qabı, 50 manat dəyərində 5 ədəd bıçaq dəsti, 60 manat dəyərində 12 ədəd xörək qaşığı, 60 manat dəyərində 12 ədəd çəngəl, 24 manat dəyərində 12 ədəd balaca çəngəl, 20 manat dəyərində 12 ədəd limon çəngəli, 24 manat dəyərində 12 ədəd çay qaşığı, 20 manat dəyərində 6 ədəd limon qaşığı, 30 manat dəyərində 6 ədəd bulud qaşığı, 36 manat dəyərində 12 ədəd nəlbəki, 36 manat dəyərində 12 ədəd su stəkanı, 30 manat dəyərində 6 ədəd su stəkanı, 30 manat dəyərində 6 ədəd şirniyyat qabı, 10 manat dəyərində 1 ədəd göyərti doğrayan, 12 manat dəyərində 1 ədəd su qabı (qrafenka), 50 manat dəyərində 6 ədəd çömçə dəsti, 30 manat dəyərində 3 ədəd padnos dəsti, 05 manat dəyərində 1 ədəd taxta qaşıq, 20 manat dəyərində 1 ədəd əl mikseri, 03 manat dəyərində 1 ədəd şirniyyat fırçası, 20 manat dəyərində 1 ədəd ləpə üyüdən, 05 manat dəyərində 1 ədəd kotlet götürən, 35 manat dəyərində 1 ədəd döşəmə ağacı, fırça və vedrə ilə birlikdə, 10 manat dəyərində 1 ədəd tavansilən, 15 manat dəyərində 1 ədəd salat doğrayan, 30 manat dəyərində 1 ədəd dolma bükən, 18 manat dəyərində 6 ədəd duz qabı, 50 manat dəyərində 2 ədəd ayaqlı ləpə qabı, 50 manat dəyərində 2 ədəd ayaqlı meyvə qabı, 40 manat dəyərində 3 ədəd qapaqlı qənd qabı, 20 manat dəyərində 2 ədəd ayaqlı qənd qabı, 20 manat dəyərində 1 ədəd qapaqlı zibil qabı (pedallı), 25 manat dəyərində 1 dəst ədviyyat qabı 7 ədəd, 10 manat dəyərində 1 ədəd kiçik aşsüzən, 15 manat dəyərində 1 ədəd böyük aşsüzən, 250 manat dəyərində 132 ədədlik servis dəsti, 150 manat dəyərində 72 ədədlik servis dəsti, 60 manat dəyərində 6 ədəd mürəbbə qabı, 36 manat dəyərində 12 ədəd limon qabı, 36 manat dəyərində 12 ədəd yağ bıçağı, 20 manat dəyərində 1 ədəd şəffaf böyük qab, 30 manat dəyərində 1 ədəd böyük xəmir tabağı, 20 manat dəyərində 1 ədəd kiçik xəmir tabağı, 10 manat dəyərində 1 ədəd pendir qabı, 10 manat dəyərində 1 ədəd pesok qabı, 20 manat dəyərində 1 dəst uşaq yemək qabı, 20 manat dəyərində 1 ədəd uşaq üçün termos, 120 manat dəyərində 1 ədəd qış paltosu, 80 manat dəyərində 1 ədəd balonka gödəkçə, 100 manat dəyərində 3 ədəd tək pencək, 180 manat dəyərində 4 dəst idman geyimi, 100 manat dəyərində 5 ədəd don, 60 manat dəyərində 3 ədəd jaket, 200 manat dəyərində 10 ədəd klassik və cins şalvar, 120 manat dəyərində 3 ədəd yubka, 70 manat dəyərində 2 ədəd jilet, 300 manat dəyərində 15 ədəd kofta, 60 manat dəyərində 3 ədəd klassik köynək, 50 manat dəyərində 5 ədəd ev şalvarı, 200 manat dəyərində 3 ədəd əl çantası, 80 manat dəyərində 2 ədəd idman ayaqqabısı, 210 manat dəyərində 7 ədəd yay və klassik ayaqqabı, 50 manat dəyərində 1 ədəd qış ayaqqabısı, 10 manat dəyərində 2 ədəd ev ayaqqabısı, 30 manat dəyərində 1 ədəd gecə geyimi, 40 manat dəyərində 1 ədəd ütü feni alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 12941 (on iki min doqquz yüz qırx bir) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Heybət oğlundan və X12 və X3 müştərək qaydada alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 45 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh alınaraq ilk İddiaçı Heybət oğluna verilməsi, qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 220 (iki yüz iyirmi) manat dövlət rüsumunun bir hissəsi qismində 70 (yetmiş) manat qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Heybət oğlundan və X12 və X3 müştərək qaydada alınıb ilk iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış nəticədə qəbul edilən qətnamə isə qanunsuz və əsassız olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan ilkin iddiaçı Əliyev X10 Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin təmin olunan cehiz əmlaklarının qiymətlərinin həddən artıq yüksək qiymət göstərilməsi hissəsində ləğv edərək həmin hissədə cehiz əmlaklarının dəyərinin yenidən müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış nəticədə qəbul edilən qətnamə isə qanunsuz və əsasız olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı iddiaçı Kazımova X5 Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində yəni qızıl-zinət əşyaların, həmçinin cehiz əmlaklarının təmin olunan hissədə dəyərinin həddən artıq aşağı qiymətlə müəyyən edilməsi hissəsində ləğv edərək iddia tələbinin həmin hissədə tam təmin edilməsi və dəyərinin yenidən düzgün müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Tərəflərin verilmiş apellyasiya şikayətlərinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qarşılıqlı iddiaçı ilk iddia üzrə Cavabdeh nümayəndəsi X11, nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3180377Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində, həmçinin cehiz əmlaklarının təmin olunan hissədə dəyərinin həddən artıq aşağı qiymətlə müəyyən edilməsi hissəsində ləğv edərək iddia tələbinin həmin hissədə tam təmin edilməsi və dəyərinin yenidən düzgün müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddiaçı apellyasiya icraatı zamanı veriyi izahatında qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, özünün apellyasiya şikayətinin dəlillərinin müdafiə etdiyini, qarşılıqlı iddianın təmin təmin olunan cehiz əmlaklarının qiymətlərinin həddən artıq yüksək qiymət göstərilməsi hissəsində ləğv edərək həmin hissədə cehiz əmlaklarının dəyərinin yenidən düzgün müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X14 nümayəndəsi X23 apellyasiya icraatı zamanı qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, qarşılıqlı iddiaçı Cavabdeh, ilkin iddiaçı X23 və digər digər cavabdeh X1 iclasda tərəflər iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddiaçı X23 və digər digər cavabdeh X6 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası qarşılıqlı iddiaçı Cavabdeh və ilkin iddaçı İddiaçı apellyasiya şikayətlərinin dəlilləri həddində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla qismən təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan ilkin İddiaçı qarşılıqlı iddianın təmin edilən cehiz əmlaklarının dəyəri hissəsinin düzgün müəyyən edilməməsi hissəsindən apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin olunan cehiz əmlaklarının qiymətlərinin həddən artıq yüksək qiymət göstərilməsi hissəsində ləğv edərək həmin hissədə cehiz əmlaklarının dəyərinin yenidən müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən qarşılıqlı iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində yəni qızıl-zinət əşyaların, həmçinin cehiz əmlaklarının təmin olunan hissədə dəyərinin həddən artıq aşağı qiymətlə müəyyən edilməsi hissəsində ləğv edərək iddia tələbinin həmin hissələrdə tam təmin edilməsi və dəyərinin yenidən düzgün müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının ona hədiyyə edilmiş qarnitur qızıl dəsti briliyant 585 əyyarlı 1 karat 20 qram 3000 manat dəyərində və nişan üzüyü briliyant 585 əyyarlı 0.5 sot 4 qram 700 manat dəyərində qarşılıqlı iddiaçı ilkin iddia üzrə cavabdehdə qalmasının iddiaçı tərəfindən sübut edilməsi hissəsi üzrə işin faktiki hallarına tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymət verməmiş, iş üzrə düzgün olmayan nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında həmin hissədə ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında ilk iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi izahatında bildirdi ki, ilkin İddiaçı onun qaynıdır. O, X21 ilə Cavabdeh toy məclisində axıra kimi iştirak etmişdir. Toyda gəlinə 250 manat dəyərində 1 ədəd boyunbağı aralığı ilə birlkidə və 1 ədəd qolbağı həddiyə etmişdir. Həmin qızılı oğlan toyunda Elçinə vermişdir. Yaşarın ailəsi 850 manat dəyərində ağ qızıl almışdır. Hər iki ailə maddi cəhətdən zəif ailədirlər. Hətta toyda qızın qardaşı onlardan soruşmuşdur ki, ütü, kuxna mebeli və digər əşyalar varsa biz təkrar almayaq və belə də razılaşmışlar. Cavabdeh gəlin gəldikdən sonra ərinə və ailəyə qarşı çox hörmətsizliklər etmiş, ədəbsiz davranışları ilə həmişə evdə söz-söhbətin yaranmasına səbəb olmuşdur. Xəyalə dəfələrlə acıq edib edib atası evinə getmiş, daha sonralar qayıtmışdır. Məhkəmə iclasında ilk iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Nümayəndə verdiyi izahatında bildirdi ki, o, Elçin Əliyevin qardaşıdır. Elçin 2021-ci ildə el adəti ilə toy edərək ailə həyatı qurmuşdur. Cavabdeh onların evinə gəlin gəldikdən sonra ona, ərinə, atasına və anası Arzuya qarşı çox hörmətsizliklər etmiş, ədəbsiz davranışları ilə həmişə evdə söz-söhbətin yaranmasına səbəb olmuşdur. Xəyalə dəfələrlə acıq edib edib atası evinə getmiş, daha sonralar qayıtmışdır. 2022-ci ilin ortalarında acıq edib getmiş və bir neçə ay sonra xəbər göndərmişlər ki, gəlib geri aparın. Elçin isə bildirmişdir ki, necə gedibsə elə də gəlsin. Sonra Xəyalənin xalası Xəyaləni onların evinə gətirmişdir. Cavabdeh evə qayıdıb gələndən sonra Elçin toyda verilən ağ qızıl dəstinin Xəyalədən harda olduğunu soruşmuş və məlum olmuşdur ki, Xəyalə qızılları atası evində saxlayıb. Səbəbini soruşduqda özüm bilərəm demişdir. Həmin qızıl dəstini o, qardaşı Elçin, Xəyalə və öz arvadı ilə birlikdə Bakıdan univermaqdan almışlar və qızılı da Xəyalə özü bəyənmişdi, qiymətinin də 850 manat olduğunu bilirdi. Həmin vaxtı qardaşı Elçinin pulu az olub, qayıdıb orada qaldıqları evdən pul gətirib və qızılı almışdır. Onların Xəyaləyə verdikləri yeganə qızıl dəsti odur və nişan üzüyüdür ki, üzük də həmin münaqişə günü barmağında gedib. Bundan sonra yenə də Xəyalənin aqressivliyinin, ailəyə hörmətsizliyinin nəticəsində ailədə mübahisə olmuşdur. 22 yanvar 2023-cü ildə evdə münaqişə olmuş Pərviz və iki qohumu onların evinə gəlmişlər. Pərviz orada Elçinlə mübahisə etmiş və hücum çəkmişdir, Elçin də 102-yə zəng edib bu barədə məlumat vermiş və polislər oraya gəlmişlər. Xəyaləyə aid bəzi əşyaları Pərvizin maşınına yükləmişlər və çıxıb getmişlər. Məhkəmə iclasında ilk iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirdi ki, Yaşarın bacısı oğludur. Sonuncu dəfə münaqişə olan zaman dayısına (Yaşara) həkim gətirmişdir. Həmin zaman həyətdə Xəyalənin qardaşı və başqa iki nəfəri görmüşdür. Onların əlində içi dolu çantalar var idi və Xəyalənin əşyalarını maşına yükləyirdilər. Polislərdə həmin anda həyətdə idilər və nəzarət edirdilər. Məhkəmə iclasında qarşılıqlı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X19 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddiaçı Cavabdeh bibisi oğludur. O hadisə olan zaman taksi ilə Yaşarın evinə getmişdir. Elçin polisə zəng etdikdən sonra polislər oraya gəlmişdirlər. Həmin evdən heçnə götürməmişlər və heç bir əşya aparmamışdırlar. Məhkəmə iclasında qarşılıqlı iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddiaçı Cavabdeh xalası oğludur. Həmin münaqişə zamanı İlqarla oraya getmişdir. O həmin evdən heç bir əşya götürmədiyini, evə daxil olmadığını, həyətdə durduğunu bildirdi. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********58-10301 reyestr nömərli çıxarışdan görünür ki, Cəlilabad rayonu Qarazəncir kəndində İddiaçı, X14, X6 və Nümayəndə mülkiyyətlərində olan 0,1519 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 98,5 kv.m-dən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə * * * * * * * * * * nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(073)-119/2023 saylı hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib X15 1200 manat və X21 isə 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi barədə 22 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qarnitur qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində, boyunbağı və aralığı 585 əyyarlı, 11.07 qram çəkidə 1330 manat dəyərində, boyunbağı və aralığı 585 əyyarlı, 11 qram çəkidə 1320 manat dəyərində, qolbağ 585 əyyarlı, 4.7 qram çəkidə 565 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 3 qram çəkidə 360 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 4 qram çəkidə 480 manat dəyərində qiymətləndirilmişdir. İşdə olan əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, birinci instansiya məhkməsi tərəfindən qarşılıqlı iddianın təmin edilən və ilkin iddiaçı tərəfindən mübahisələndirilən cehiz əmlakları ilkin iddiaçının mübahisələndirdiyi -100 manat dəyərində kosmetika, 100 manat dəyərində parfumeriya, uşaq üçün 1ədəd qış gödəkçəsi 80 manat, 1 ədəd çamadan 200 manat, 1 ədəd lampa 30 manat, 1 ədəd qayçı 05 manat, 5 ədəd tefal qazan dəsti 300 manat, 5 ədəd çuqun qazan 75 manat, 3 ədəd çüqun qazan dəsti 45 manat 2 ədəd böyük çaydan 40 manat məbləğində müəyyən edilir. Qarşılıqlı iddiaçının mübahisələndirdiyi "xxxx" MMC tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyində göstərilən və məhkəmə tərəfindən təmin edilən Samsunq markalı televizor alınıb 2000 manat, rəydə 1000 manat göstərilib, Samsunq markalı soyuducu alınıb 2200 manat, rəydə 1200 manat göstərilib, samsunq markalı paltaryuyan maşın alınıb 1800 manat, rəydə 1000 manat göstərilib, mətbəx mebeli 1200 manata almışıq rəydə göstərilib 750 manat, həmçinin məhkəmə tərəfindən təmin edilməyən qızıl-zinət əşaylarının qiymətləndirilməsi barədə fiziki şəxs qiymətləndirici X13 22 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qarnitur qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində, boyunbağı və aralığı 585 əyyarlı, 11.07 qram çəkidə 1330 manat dəyərində, boyunbağı və aralığı 585 əyyarlı, 11 qram çəkidə 1320 manat dəyərində, qolbağ 585 əyyarlı, 4.7 qram çəkidə 565 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 3 qram çəkidə 360 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 4 qram çəkidə 480 manat dəyərində müəyyən edilir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında ər-arvad arasında hədiyyə edilmiş qızıl-zinət əşyalarının cavabdeh tərəfindən qaytarılmaması təşkil etmiş və cavabdeh həmin əmlakların iddiaçıya qaytarılmaması səbəbindən o, hazırkı iddia tələbini irəli sürmüşdür. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 666, 225.1, 225.2, 157.2 və Ailə Məcəlləsinin 32.1,34-cü maddələri təşkil edir. İlkin iddiaçının iddia tələbinin mahiyətindən görünür ki, o, idddia edir ki, onun oğlu Elçin ilə Cavabdeh ailə qurmuş onların birgə ər-arvad münasibətindən 05 may 2022-ci il təvəllüdlü Ərtoğrul övladları doğulmuş, 2023-cü ildən faktiki olaraq ailə münasibətlərinə xitam verilmiş, Cavabdeh ona məxsus evdən köçərək atası evinə getmiş, lakin ona məxsus cehiz əmlakları onun mülkiyyətində olan evdə qalması ilə, onun mülkiyyət hüququnun həyata keçirilməsi məhdudlaşır. Bu səbəbdən də, məhkəmədə hazırki iddianı qaldırmış və Cavabdeh məxsus cehiz əmlaklarının evindən çıxarılmasını tələb edir. İddiaçı hesab edir ki, iddiası əsaslıdır və məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. İ İlkin iddiaçı qarşılıqlı iddianın birinci instansiya məhkməsi tərəfindən təmin edilən 100 manat dəyərində kosmetika, 100 manat dəyərində parfumeriya, uşaq üçün 1ədəd qış gödəkçəsi 80 manat, 1 ədəd çamadan 200 manat, 1 ədəd lampa 30 manat, 1 ədəd qayçı 05 manat, 5 ədəd tefal qazan dəsti 300 manat, 5 ədəd çuqun qazan 75 manat, 3 ədəd çüqun qazan dəsti 45 manat 2 ədəd böyük çaydan 40 manat məbləğində müəyyən edilməsini düzgün hesab etmir və qeyd edir ki, həmin əşyalar əmlak siyahıya alınarkən mövcud olmamışdır. İlkin iddiaçı həmçinin cavabdehin qarşılıqlı iddiasına etiraz edərək göstərir ki, Cavabdeh onların evinə gəlin gəldikdən sonra əri Elçinə və qayınanası Arzuya qarşı çox hörmətsizliklər etmiş, özünün ədəbsiz davranışı ilə həmişə evdə söz-söhbət yaranmasına səbəb olmuş, dəfələrlə acıq edib atası evinə getmiş, daha sonra isə qayıtmışdır. Təxminən 2022-ci ilin əvvəllərində acıq edib evdən getmiş və bir neçə aydan sonra qudaları xəbər göndərmişlər ki gəlib qızı aparın, oğlu Elçin, necə gedibsə özü də gəlsin demiş və qızın xalası Xəyaləni onların evinə gətirmişdir. Xəyalə gələndən sonra ona toyda verdikləri ağ qızıl dəstinin harda olmasını əri Elçin soruşmuş və məlum olmuşdur ki, Xəyalə qızılları atası evində saxlayıb. Səbəbini soruşduqda özüm bilərəm demişdir. Bundan sonra yenə də Xəyalənin aqressivliyi, ailəyə hörmətsizliyi, ərinə baxımsızlığı davam etmiş və nəticədə 22 yanvar 2023-cü il tarixdə evdə olarkən aralarında mübahisə yaranmış, Elçin Xəyalənin qardaşı Pərvizə zəng edib, gəlib bacısını aparmasını demişdir. Bir müddət sonra Pərviz iki qohumu ilə onlara gəlmişdir, Pərviz oğluna hücum çəkdiyi üçün Elçin 102-yə zəng edib polis tələb etmiş və polislər gəlmişlər. Orada gəlininin, sonrada gələn Pərvizin hərəkətlərinə və mübahisələrinə görə ona həkim çağırmışlar. Xəyalə isə həmin gün gələn iki qohumu ilə birlikdə evdə özünə aid nə var idisə bir jiquli maşına yerləşə bilən (paltar, ətir, xırdavat, özünün əsəb dərmanları sellofan sumkalarda, uşaq paltarları, ayaqqabıları və s.) əşyaları çemodanlara və boxçalara yığıb qardaşı Pərvizin maşınına yükləmiş və çıxıb atası evinə getmişdir. Gələn qohumları isə özləri piyada getdilər. Hətta küçəyə çıxan qonşularının belə jiqulinin yük maşını kimi yükləndiyini lağa qoymalarını eşitmişdir. Cavabdeh ilə X29 ayrıldıqdan sonra o, Cavabdeh ailəsinə dəfələrlə cehiz əmlakını onun evindən gəlib götürməsini tələb etsə də, Cavabdeh buna məhəl qoymamışdır. Qarşılıqlı iddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, tərəflər faktiki olaraq evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Birgə ər-arvad münasibətlərindən 05 may 2022-ci il təvəllüdlü Ərtoğrul övladları doğulmuşdur. Aralarında olan narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Birgə ər-arvad münasibətindən doğulmuş 05 may 2022-ci il təvəllüdlü Ərtoğrul anası Cavabdeh yanında qalmış və uşaqla bağlı tərəflər arasında mübahisə yoxdur. Tərəflər arasında mübahisə ayrıldıqdan sonra qarşılıqlı iddiaçı Cavabdeh məxsus birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən gəlin köçərkən apardığı cehiz əşyaları və ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyaları təşkil edir. İ “Rizvan şirkəti» MMC tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyində göstərilən və məhkəmə tərəfindən təmin edilən Samsunq markalı televizor alınıb 2000 manat, rəydə 1000 manat göstərilib, Samsunq markalı soyuducu alınıb 2200 manat, rəydə 1200 manat göstərilib, samsunq markalı paltaryuyan maşın alınıb 1800 manat, rəydə 1000 manat göstərilib, mətbəx mebeli 1200 manata almışıq rəydə göstərilib 750 manat, İİ Məhkəmə tərəfindən təmin edilməyən qızıl-zinət əşaylarının qiymətləndirilməsi barədə fiziki şəxs qiymətləndirici X13 22 may 2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilən qarnitur qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində, boyunbağı və aralığı 585 əyyarlı, 11.07 qram çəkidə 1330 manat dəyərində, boyunbağı və aralığı 585 əyyarlı, 11 qram çəkidə 1320 manat dəyərində, qolbağ 585 əyyarlı, 4.7 qram çəkidə 565 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 3 qram çəkidə 360 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 4 qram çəkidə 480 manat dəyərində qızıl-zinət əşyaları. Kollegiya onu da müəyyən edir ki, tərəflər ilkin iddianın evdən çıxarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və bu işin mübahisəsiz halını təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddianın cehiz əşyalarının tələbi hissəsi kifayət qədər sübularla təsdiq olunur və bu hissədə iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddianın qarnitur qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində, boyunbağı və aralığı 585 əyyarlı, 11.07 qram çəkidə 1330 manat dəyərində, boyunbağı və aralığı 585 əyyarlı, 11 qram çəkidə 1320 manat dəyərində, qolbağ 585 əyyarlı, 4.7 qram çəkidə 565 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 3 qram çəkidə 360 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 4 qram çəkidə 480 manat dəyərində olan qızıl-zinət əşyalarının bir hissəsinin mövcud olması və cavabdeh tərəfindən evdən gedərkən özü ilə aparması, bir hissəsinin isə ümummiyyətlə mövcudluğu barədə cavabdeh trəfindən sübut təqdim edilməməsi əsası ilə təmin edilməməlidir. Məhkəmə gəldiyi bu nəticəni aşağıdakı kimi izah edir. Tərəflərin iştirakı ilə tədqiq edilən toy videodisklərində Cavabdeh verilən qızıl əşyası onun özünün iştirakı ilə alınmış və qırmızı mücrüdə olan qızıl dəstindən ibarət olmuşdur ki, həmin dəstin də Xəyalə tərəfindən 2022-ci ilin ortalarında olan münaqişədən sonra gedərkən özü ilə aparması və geri qayıdarkən atası evində həmin qızılları saxlaması və bu səbəbdən əri Elçin və ailəsi ilə münasibətlərinin daha da pisləşməsi barədə İddiaçı və ailə üzvlərinin, digər cavabdehlərin və şahidlərin izahatları daha inandırıcı və səmimidir. Həmçinin 22 yanvar 2023-cü il tarixdə olan münaqişədən sonra Xəyalə tam sərbəst şəkildə özünə aid əmlaklardan həmin gün orada olan qardaşı Pərvizin maşınına xalası oğlunun və bibisi oğlunun köməkliyi ilə yükləmişdir və orada olan polis əməkdaşları da asayişi qorumuşdur. Belə bir şəraitdə ona hər hansı maneə törədilməsi inandırıcı deyil. Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə görə 100 manat pul tələbini əsassız hesab edir. Belə ki, qarşılıqlı iddiaçının vəkili və nümayəndəsinin dediyi kimi digər qızılların fotoşəkillərini təqdim etmiş və həmin fotoşəkillərə görə qızıllara qiymət qoyulmuşdur. Halbuki, məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılan toy videogörüntülərində Cavabdeh qırmızı mücrüdə qızılın verildiyi görünür və həmin qızıl dəsti İddiaçı və ailə üzvlərinin, şahidilərin dediyi kimi yalnız ağ qaşlı ağ qızıl dəst olmuş və toydan əvvəl Cavabdeh iştirakı ilə alınmışdır. Məhkəmə qarşılıqlı iddia üzrə tələb edilən cehiz əşyalarının dəyəri ilə bağlı məsələyə qiymət verərək, belə nəticəyə gəlir ki, həmin əmlakların dəyəri məhkəmə iclasında tərəflər arasında mübahisə doğurduğundan "xxxx" MMC-nin mütəxəssisi tərəfindən həmin əşyaların dəyəri ilə bağlı verilən rəy daha inandırıcı olmaqla realdır. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayətlərinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi qarşılqılı iddia tələbinin boyunbağı və aralığı 585 əyyarlı, 11.07 qram çəkidə 1330 manat dəyərində, boyunbağı və aralığı 585 əyyarlı, 11 qram çəkidə 1320 manat dəyərində, qolbağ 585 əyyarlı, 4.7 qram çəkidə 565 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 3 qram çəkidə 360 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 4 qram çəkidə 480 manat dəyərində qızıl-zinət əşyalarının təmin edilməməsində düzgün nəticəyə gəlsə də, qarşılıqlı iddianın qarnitur qızıl dəsti briliyant 585 əyyarlı 1 karat 20 qram 3000 manat dəyərində və nişan üzüyü briliyant 585 əyyarlı 0.5 sot 4 qram 700 manat dəyərində qızıl-zinət əşyalarının qarşılıqlı iddiaçı tərəfindən kifayət qədər sübut verməməsi əsası ilə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə ilkin iddia üzrə cavabdehin qismən etirafı şifahi izahatda ifadə edildiyidən və bu barədə işdə olan tədqiq edilən toy videodisklərində Cavabdeh verilən qızıl əşyası onun özünün iştirakı ilə alınmış və qırmızı mücrüdə olan qızıl dəstindən ibarət olması, MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilər. Halbuki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının qarnitur qızıl dəsti briliyant 585 əyyarlı 1 karat 20 qram 3000 manat dəyərində və nişan üzüyü briliyant 585 əyyarlı 0.5 sot 4 qram 700 manat dəyərində qızıl-zinət əşyalarının alınıb verilməsi hissəsi üzrə sübutetmə yükünün bölüşdürülməsində prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək, qarşılıqlı iddia iddia tələbinin təmin edilməyən hissəsində səhv nəticəyə gəlmiş və nəticədə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin məhz bu hissədə ləğvi üçün əsaslar yaratmışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qarşılıqlı iddia üzrə cavabdehlərin iddia etdiyi kimi Cavabdeh həmin dəstin də Xəyalə tərəfindən 2022-ci ilin ortalarında olan münaqişədən sonra gedərkən özü ilə aparması və geri qayıdarkən atası evində həmin qızılları saxlaması və bu səbəbdən əri Elçin və ailəsi ilə münasibətlərinin daha da pisləşməsi barədə cavabdehlərin arqumentləri digər sübutlarla təsdiq olunmur. Belə olan halda isə yalnız qarşılqıqlı iddia üzrə cavabdehin məhkəməyə bildirdiklərinin əsas götürülərək qarşılıqlı iddianın bu hissədə təmin edilməməsi, birinci insatnsiya məhkəməsi tərəfindən gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması kimi qiymətləndirilməli və qarşılıqlı iddia bu hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Kollegiya qarşılıqlı iddiaçının bu hissədə apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir. O, ki, qalı qarşılıqlı iddiaçının iddia tələbinin cehiz əmlaklarının “Rizvan şirkəti» MMC tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən göstərilən və məhkəmə tərəfindən təmin edilən Samsunq markalı televizor alınıb 2000 manat, rəydə 1000 manat göstərilib, Samsunq markalı soyuducu alınıb 2200 manat, rəydə 1200 manat göstərilib, samsunq markalı paltaryuyan maşın alınıb 1800 manat, rəydə 1000 manat göstərilib, mətbəx mebeli 1200 manata almışıq rəydə göstərilib 750 manat məbləğində müəyyən edilməsinin düzgün olmaması ilə bağlı apellyasiya şikayətin dəlilinə, kollegiya bu dəlili də əsaslı hesb etmir. Çünki qarşılıqlı iddiaçı bununla bağlı nə birinci instansiya məhkəməsinə nə də ki, apellyasiya icraatı zamanı hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli mütəxəssis rəy ilə dəyəri müəyyən olunan əmlakların mövcud olması həm iddiaçı həm də, cavabdeh tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilir. Mübahisələndirilən isə əmlakın dəyəri ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmadığı halda, cavabdehdən alınmalı əmlakın dəyəri müəyyən edilməli və qətnamənin nəticə hissəsində göstərilməlidir. (MPM maddə 221.1) Kollegiya məhz bu səbəbdən qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlili olan Samsunq markalı televizor, Samsunq markalı soyuducu, samsunq markalı paltaryuyan maşın və mətbəx mebelinin dəyərinin yenidən müəyyən edilməsi üçün zərurət görmür. Odur ki, kollegiya apellyasiya şikayətinin bu dəlilini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə kimi qəbul edir. Məhkəmə kollegiyası ilkin iddiaçının qarşılıqlı iddianın birinci instansiya məhkməsi tərəfindən təmin edilən 100 manat dəyərində kosmetika, 100 manat dəyərində parfumeriya, uşaq üçün 1ədəd qış gödəkçəsi 80 manat, 1 ədəd çamadan 200 manat, 1 ədəd lampa 30 manat, 1 ədəd qayçı 05 manat, 5 ədəd tefal qazan dəsti 300 manat, 5 ədəd çuqun qazan 75 manat, 3 ədəd çüqun qazan dəsti 45 manat 2 ədəd böyük çaydan 40 manat məbləğində düzgün müəyyən edilməməsi, yəni tələb olunan əşyaların siyahıda olmamasına baxmayaraq məhkəmənin qarşılıqlı iddianın bu hissədə təmin etməsi barədə apellyasiya şikayətinin dəlilinə, kollegiya ilkin iddiaçının bu dəlilini əsaslı hesab etmir. Çünki ilkin iddiaçı bununla bağlı nə birinci instansiya məhkəməsinə nə də ki, apellyasiya icraatı zamanı hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin bu dəlilini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan yuxarıda qeyd edilən iki komponentin hamısının mövcudluğu tərəflərin etirafı ilə də, öz təsdiqini tapmışdır. Belə ki, tələb edilən qarnitur qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində, olan əmlakların mübahisələndirilməyən tərəfi ondan ibarətdir ki, tərəflərin hər biri etiraf edir ki, tələb edilən qızıl-zinət əşyaları mövcud olmuşdur. Mübahisələndirilən hissə isə ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlərin deməsinə görə qarşılıqlı iddiaçı Cavabdeh 2022-ci ildə evdən gedərkən özü ilə aparıb, qarşılıqlı iddiaçı Cavabdeh deməsinə görə isə həmin qızıl əşyaları evdən çıxarkən əri Elçin və qaynanası Arzu tərəfindən ondan alınmışdır. Apellyasiya icraatı zamanı hədiyyə alınan qızıl-zinət əşyalarının Cavabdeh tərəfindən 2022-ci ildə evdən gedərkən özü ilə aparmasına aydınlıq gətirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ildə evdən gedərkən hədiyyə alınan qızıl-zinət əşyalarını özü ilə aparmamış, əksinə iş materiallarına əlavə edilmiş Fotoşəkillərdən görünür ki, ailə daxili münasibətlər normallaşandan sonra Cavabdeh evə qayıtmış, keçirilən ad günündə ona hədiyyə olunmuş qızıl-zinət əşyaları üzərində olmuşdur. Qarşılıqlı iddiaçı daha sonra izah etmişdir ki, o gəlin köçdükdən sonra qızılzinət əşyalarını cehiz qutusunda, birkalarını isə çıxardaraq gəlin köçərkən gətirdiyi qab-qacağın (kasa) içərisinə qoymuşdur. Ailə münasibətləri pozulduqdan sonra evdən çıxmış, evdən çıxarkən polis əməkdaşları orada olmuş və özü ilə heç bir əşya aparmamış, ümumiyyətlə həmin vaxt davadalaş olduğundan heç cehiz əşyaları yadına belə düşməmişdir. Bu faktın özü təsdiq edir ki, qarşılıqlı iddia üzrə cavabdehlər E.Əliyev və A.Əliyeva tərəfindən verilmiş izahatlar ziddiyyətli olmaqla yanaşı həqiqətə uyğun olmamış, qarşılıqlı iddia tələbinə edilmiş etirazların (etirazlarda “2022-ci ilin əvvəllərində acıq edib evdən getmiş və bir neçə aydan sonra qudaları xəbər göndərmişlər ki gəlib qızı aparın, oğlu Elçin, necə gedibsə özü də gəlsin demiş və qızın xalası Xəyaləni onların evinə gətirmişdir. Xəyalə gələndən sonra ona toyda verdikləri ağ qızıl dəstinin harda olmasını əri Elçin soruşmuş və məlum olmuşdur ki, Xəyalə qızılları atası evində saxlayıb. Səbəbini soruşduqda özüm bilərəm demişdir”) isə heç bir sübutla təsdiq olunmayan formal əsaslara söykənmişdir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən göstərilən yuxarıda qeyd olunan bu hal iddia tələbinin təmin edilməməsinə yönəldilmiş hal kimi nəzərə alına bilməz. Belə ki, sübutetmə yükü baxımından qeyd edilən bu halı (iddiaçının evdən gedərkən tələb olunan əmlakları özü ilə aparması) sübut etmək onun yəni cavabdehin vəzifəsidir. Bu halda cavabdeh sübut etməlidir ki, tələb olunan qızıl-zinət əşyaları həqiqətən də məhz iddiaçı evdən gedərkən özü ilə aparmışdır. Halbuki bu barədə hər hansı sübut iş materiallarına mövcud olmamışdır. Cavabdehin mövqeyi ilə razılaşılsa onda anoloji işlər üzrə hər bir cavabdeh tələb edilən əşyalarının iddiaçı tərəfindən evdən gedərkən özü ilə aparmasını bildirər və bununla məsələ bitmiş olar. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarının müəyyən edilməsində prosessual fəallıq göstərməmiş, təqdim olunmuş sübutları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymət verməmiş, nəticədə iddia tələbini qarnitur qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində qızıl zinət hissəsində təmin etməməkdə haqlı olmamışdır. Burdan belə bir nəticə hasil olur ki, cavabdeh sübut etməlidir ki, həqiqətən tələb olunan qarnitur qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində qızıl zinət əşyaları həqiqətən məhz iddiaçı tərəfindən evdən gedərkən özü ilə aparmışdır. Lakin qarşılıqlı iddiaçı birmənalı olaraq tələb etdiyi qızıl zinət əşyalarının aparılmadığını və həmin qızıl zinət əşyalarının cavabdehdə olmasını iddia edir. Belə olan halda sübutetmə yükü məhz qarşılıqlı iddia üzrə cavabdehin üzərinə düşür ki, bu barədə nə birinci nədə apellyasiya icraatı zamanı hər hansı bir sübut təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisələndirilən hədiyyə olunmuş qarnitur qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində qızıl-zinət əşyaların cavabdehdə olması sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla düzgün nəticəyə gəlməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024cü il tarixli qətnaməsi qarşılıqlı iddiaçı Cavabdehlər X21 və X8 qarnitur qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində qızıl zinət əşyalarının alınıb verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, qarnitur qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində qızıl-zinət əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri cavabdehlər İddiaçı, X21 və X3 alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilməli, qətnamə qalan hissədə dəyişirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İlkin iddiaçının iddia tələbi mübahisələndirilən hissəsində iddianın qiyməti 100 manat dəyərində kosmetika, 100 manat dəyərində parfumeriya, uşaq üçün 1ədəd qış gödəkçəsi 80 manat, 1 ədəd çamadan 200 manat, 1 ədəd lampa 30 manat, 1 ədəd qayçı 05 manat, 5 ədəd tefal qazan dəsti 300 manat, 5 ədəd çuqun qazan 75 manat, 3 ədəd çüqun qazan dəsti 45 manat 2 ədəd böyük çaydan 40 manat, cəmi 970 manat; Qarşılıqlı iddiaçının mübahisələndirilən hissəsində iddianın qiyməti tələbinin boyunbağı və aralığı 585 əyyarlı, 11.07 qram çəkidə 1330 manat dəyərində, boyunbağı və aralığı 585 əyyarlı, 11 qram çəkidə 1320 manat dəyərində, qolbağ 585 əyyarlı, 4.7 qram çəkidə 565 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 3 qram çəkidə 360 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 4 qram çəkidə 480 manat, cəmi 4.055 manat dəyərində yəni beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1328/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsi qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı, X21 və X8 qarşı qarnitur qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində qızıl zinət əşyalarının alınıb verilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər İddiaçı, X21 və X3 “Qarnitur” qızıl dəsti (brilyant) 585 əyyarlı, 1 karat, 20 qram çəkidə 3000 manat dəyərində, nişan üzüyü brilyant 585 əyyarlı, 0,5 sot, 4 qram çəkidə 700 manat dəyərində qızıl-zinət əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.