Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-306/2024 16.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X15 oğlunun katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi vəkil X4, maraqlı şəxs Lənkəran rayonu X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi daşınmaz əmlaka (mənzilə) mülkiyyət (sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək) hüququ faktının müəyyən edilməsi (tanınması) tələbinə dair (maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X13 10 saylı Lənkəran Ərazi İdarəsi və Lənkəran Rayonu Aşağı Nüvədi Bələdiyyəsi) mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(049)-2753/2023 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(049)-2753/2023 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, ərizənin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən fərdi kommunal tipli 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, 55 kv.m. yaşayış sahəsi olan yaşayış mənzilinə (evinə) münasibətdə mülkiyyət (sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək) hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində doğulmuş, xx.xx.1998-ci il tarixdə vətəndaş X8 (xx.xx.1975-ci il təvəllüdlü) ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan övladları: xx.xx.1997-ci il təvəllüdlü X10 və xx.xx.1999-cu il təvəllüldlü X11 doğulmuşlar. Qeyd edilən ailə tərkibi ilə 2000-ci ilin əvvəlinədək Lənkəran rayonu Aşağı Nüvədi kəndində yerləşən, qaynatası X1 məxsus olan fərdi yaşayış evində yaşamışlar. Lakin 2000-ci ilin yanvar ayında ərizəçi, əri ilə birlikdə qərara gəlmişdir ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən, Məryəm Həsənova adlı vətəndaşa “В.O.Abbasov” sovxozunun 15 oktyabr 1986-cı il tarixli 118 nömrəli əmri ilə verilmiş və həmin vətəndaşın Aşağı Nüvədi qəsəbəsindən köçüb getməsi ilə əlaqədar satmaq istədiyi fərdi kommunal (digər qonşu ilə bir dam altında olan) tipli 1 (mərtəbəli, 3 (üç) otaqlı 55 kv.m. yaşayış sahəsi olan mənzili (evi), həmin evin yerləşdiyi təxminən: 800 (səkkiz yüz) kv.m həyətyanı sahəsi ilə birlikdə satın alsınlar. Beləliklə, 2000-ci ilin yanvar ayında həmin fərdi kommunal tipli 3 (otaqlı) evi və o yerləşdiyi həyətyanı torpaq sahəsini satın almış və həmin evdə hazırkı dövrədək özünün övladları ilə birlikdə yaşamaqdadır. Lakin vaxtikən arxayınlıq ucbatından yaşadığı evə dair müvafiq sənədləri adına əldə etmədiyindən və ötən dövlərdə bu məsələ aktual olmadığından həmin sənədləri günədək əldə etməmişdir. Hazırda yaşadığı mənzil tərəfindən satın alındığı gündən hal-hazıradək həmin fərdi kommunal tipli ev üçün mənzil kirayəsi (ev) pulu, kommunal xərclər, telefon, işıq və qaz pulu mütamadi və vaxtında, əri X5 və övladlarının yekdil razılığı əsasında əri X5 adında qeydiyyatda olmaqla ərizəçi tərəfindən ödənilməkdədir və hal-hazırda göstərilən ödəniş ünvanlarına hər hansı borcu yoxdur. Həmin mənzilə köçən zaman ailəsinin tərkibi aşağıdakı kimi olmuşdur və onlar hamısı pasport almaq yaşının tamamında həmin mənzilə müvafiq illərdə daimi yaşayış (pasport) qeydiyyatına alınmışlar: X8 (əri - xx.xx.1975-ci il təvəllüdlü), daimi yaşayış qeydiyyatına alınmışdır; Ərizəçi (özü - xx.xx.1977-ci il təvəllüdlü) daimi yaşayış qeydiyyatına alınmış; X10 - (oğlu - xx.xx.1997-ci il təvəllüdlü) daimi yaşayış qeydiyyatına alınmış; X11 - (oğlu- xx.xx.1999-cu il təvəllüdlü) daimi yaşayış qeydiyyatına alınmışdır. PROSESSUALMƏSƏLƏLƏR: Ərizəçi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, o, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv olunmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Lənkəran rayonu X3 nümayəndəsi (sədri) Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, vəkil sorğusu əsasında hazırkı məsələ ilə bağlı müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən fərdi kommunal tipli 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış sahəsi olan yaşayış evi 1986-cı ildə tikilərək Məyrəm adlı şəxsə verilmişdir. 2000ci ildə Məyrəm həmin evi Ərizəçi satmışdır. Həmin fərdi yaşayış evi özəlləşdirilməmişdir. Ərizəçi həmin evdə uzun illərdir ki yaşayır. Məyrəm isə orada yaşamır və ümumiyyətlə, harada olması məlum deyildir. İşdə iştirak edən digər şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işdə iştirak edən digər şəxslərin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Tətbiqedilənhüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-in 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 385.1.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Hüquqiəsaslandırma: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iş üzrə qətnamə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İşdə olan Dövlət arxivinin Lənkəran filialının 24 oktyabr 2022-ci il tarixli b/283 saylı arayışından görünür ki, Lənkəran rayonu B.O.Abbasov” sovxozunun 15 oktyabr 1986-cı il tarixli 118 №-li əmrindən çıxarışa əsasən Sovxoz Həmkarlar ittifaqı komitəsinin 17 sentyabr 1986-cı il tarixli 31 sayla heyət iclas qərarına əsasən sovxozun yaşayış mənzilinə ehtiyacı olduqlarını nəzərə alaraq Həsənova Məyrəmə 3 otaqdan ibarət 55 m2 sahəsi olan mənzil verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin 07 iyun 2023cü il tarixli 3-21-3-43/2- 1625/2023 nömrəli məktubundan görünür ki, Aşağı Nüvədi B.O.Abbasov adına sovxozun xx.xx.1986-cı il tarixli 118 nömrəli əmrindən çıxarışı, habelə xx.xx.2023-cüil və xx.xx.2022-ci il tarixli “Akt”lar üzrə həmin mənzilin Məyrəm Həsənova ayrıldığı barədə, yəni həmin mənzil üzərində onun mülkiyyət hüquqlarına dair hüquqmüəyyənedici sənəd qismində hər hansı bir sənəd təqdim olunmaması qeyd edilmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Qanunvericiliyin tələbinə əsasən əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa, MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı sübuta yetirməlidir. Nəzərə alınmalıdır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 1.5-ci bəndində göstərilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalıdır. Həmin Plenum qərarının 7.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Göstərilənlərə əsasən kollegiya diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi Sovxoz Həmkarlar ittifaqı komitəsinin 17 sentyabr 1986-cı il tarixli 31 saylı heyət iclas qərarına əsasən sovxozun yaşayış mənzilinə ehtiyacı olduqlarını nəzərə alaraq X7 rayon Aşağı Nüvədi kəndində yerləşən fərdi kommunal (digər qonşu ilə bir dam altında olan) tipli 1 (mərtəbəli, 3 (üç) otaqlı 55 kv.m. yaşayış sahəsi olan mənzilinə başqa şəxsin – iş üzrə Ərizəçi daşınmaz əmlaka (mənzilə) mülkiyyət (sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək) hüququ faktının müəyyən edilməsi (tanınması) tələbinə prosessual baxımdan hazırkı icraat çərçivəsində mahiyyəti üzrə baxılmasının mümkünlüyü məsələsinə diqqət yetirməmişdir. Hətta qeyd olunmalıdır ki, həmin mənzil üzərində ərizəçinin mülkiyyət hüquqlarına dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Beləcə, məhkəmə bu kimi hallara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada iddia vermək hüququnu izah edir. Lakin bu qəbildən olan işlərə iddia icraatı qaydasında baxılması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(049)-2753/2023 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(049)-2753/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi daşınmaz əmlaka (mənzilə) mülkiyyət (sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək) hüququ faktının müəyyən edilməsi (tanınması) tələbinə dair ərizə baxılmamış saxlanılsın. Ərizəçi izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(106)-306/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-306/2024
16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver