Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-307/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı1 Balaş qızının və Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 fevral 2023-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkməyə müraciət edərək Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş onlara məxsus torpaq sahəsindən onun məcburi qaydada çıxarılması və torpaq sahəsindən onun tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki iş İddiaçı1 vəsatətinə əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və ekspert rəyi verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 10/3256 nömrəli ekspert rəyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3256 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Şəhriyar küçəsində onların özlərinə məxsus torpaq sahələri və həmin torpaq sahəsində yerləşən evləri vardır. Həmin ev mərhum anası Abuhəyat Babaşovanın adına qeydə alınıb. Lakin həmin evdə onlarında payları müəyyən olunub. Cavabdeh onların qonşuluğunda yaşayır. Cavabdeh aramızda olan hasarı sökdüyü üçün onu bərpa etmək istəmiş, lakin Cavabdeh həmin torpaq sahəsinin ona aid olmasını bildirib, onları həmin əraziyə buraxmamışdır. Dəfələrlə tələb etmələrinə baxmayaraq cavabdeh buna hər dəfə maneə olmuşdur. Cavabdehin bu hərəkətləri onların mülkiyyət hüquqlarını kobud surətdə pozur. Nəticədə onlar həmin torpaq sahəsindən istifadə hüququndan məhrum olmuşlar. Ona görə də Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş onlara məxsus torpaq sahəsindən onun məcburi qaydada çıxarılması və torpaq sahəsindən onun tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər İddiaçı2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (Hakim M.Bayramov) iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 42 kv.metr hissəsindən Cavabdeh məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Büdcə təsnifat kodu:142395, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) HESABİ, X1, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilmisə qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 68, 111 və Mülki Məcəllənin 157.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cavabdeh Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh oğlu apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı1 apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı2 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1990-cı il tarixli, 601 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 62 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı yaşayış evi Babaşova Abuhəyat Məhəmmədəli qızının adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, İV-JQ 286645 nömrəli Arayışından görünür ki, Babaşova Abuhəyat Məhəmmədəli qızı xx.xx.1990-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ünvanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə- Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli, 07/100 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən iddiaçılar Qurbanovam Ulduz Babaş qızı və İddiaçı2 məxsus həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək mütəxəssisn səlahiyyətlərinə aid deyildir. ünvan 2 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 aid olan həyətyanı torpaq sahəsində və mübahisəli torpaq sahəsində çöl-ölçü işləri aparıldı. Məhkəmə tərəfindən təqdim edilmiş sənədlərdə iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh aid hüquqmüəyyənedici və texniki (kordinatlar) sənədlər təqdim edilmədiyindən ünvan 2 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus həyətyanı torpaq sahəsi Cavabdeh məxsus həyətyanı torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək olmadı. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə- Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli, 07/100 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. ünvan 2 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 aid olan həyətyanı torpaq sahəsində və mübahisəli torpaq sahəsində çöl-ölçü işləri aparıldı. Məhkəmə tərəfindən təqdim edilmiş sənədlərdə iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh aid hüquqmüəyyənedici və texniki (kordinatlar) sənədlər təqdim edilmədiyindən ünvan 2 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus həyətyanı torpaq sahəsi Cavabdeh məxsus həyətyanı torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək olmadı. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1896 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə- Tədqiqat İdarəsinin mütəxəssis İlyas Rəsulovun mütəxəssis rəyində qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunub- olunmamasını müəyyən etmək mütəxəsissin səlahiyyətinə aid deyildir. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi üanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis İlyas Rəsulovun mütəxəssis rəyində qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 aid olan həyətyanı torpaq sahəsində və mübahisəli torpaq sahəsində çöl-ölçü işləri aparıldı. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis İlyas Rəsulovun mütəxəssis rəyində qeyd edilir ki, Məhkəmə tərəfindən təqdim edilmiş sənədlərdə iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh aid hüquqmüəyyənedici və texniki (kordinatlar) sənədlər təqdim edilmədiyindən ünvan 2 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus həyətyanı torpaq sahəsi Cavabdeh məxsus həyətyanı torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək olmadı. Ekspert rəyindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə aid baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3256 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci və ikinci sualları üzrə: ünvan 2 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus həyətyanı torpaq sahəsinin 42 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir. (sxem mülki iş materialının 19-cu səhifəsinə əlavə edilmişdir). Qərardadın üçüncü sualı üzrə: Tərəflərə məxsus torpaq sahələri bir-biri ilə qonşuluqda yerləşir. Cavabdeh tərəfindən istifadə edilən 42 kv.metr torpaq sahəsi ortaq sərhəddə yerləşir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş iddiaçıla İddiaçı1 və İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 42 kv.metr hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır.” qənətinə gəlməsini qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətininin dəlillərində qeyd edir ki, iddiaçılar mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evin mərhum anaları Abuhəyat Babaşovanın mülkiyyətində olmuşdur və o, vəfat edəndən sonra hazırkı iddiaçılar mübahisəli torpağa və evə dair vərəsəlik şəhadətnaməsi almadan ona qarşı hazırkı iddianı qaldırmış, birinci instansiya məhkəməsi isə bu halda iddiaçıların iddia qaldırılması üçün subyektiv hüququnun olubolmamasını yoxlamadan iddia tələbini təmin edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır belə ki, miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınmaması həmin əmlak üzrə qanunsuz müdaxilənin aradan qaldırılması və mülkiyyət hüquqnun müdafiəsi ilə bağlı tədbirlərin görülməsinin qarşısını almır. Çünki işin mübahisəsiz halı kimi müəyyən olunur ki, iddiaçılar anaları Abuhəyat Babaşovanın mülkiyyətində olan Kürdəmir şəhəri Şəhriyar küçəsi 40 saylı evdə onunla birlikdə yaşamış və ölümündən sonra da, həmin evdə yaşamaqda davam edirlər. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlaka faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş (Mülki Məcəllənin 1146,1255,1243.2-ci maddəsi) sayılır. Göründüyü kimi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-307/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-307/2023
14.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver