Məhkəmə qərarları › İş №2(106)-308/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-308/2024

13.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-308/2024 13.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-963/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 2(056)-963/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) iddia təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh 8000 manat məbləğində kompensasiya verilməklə, onun (Cavabdeh) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, Cavabdeh 8000 manat məbləğində kompensasiya məbləğinin verilməsi ilə onun qeyd edilən mənzildən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-963/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılması zamanı 12 mart 2024-cü ildə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-963/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina edir. Çünki məhkəmədənkənar qaydada İddiaçı ilə barışmışlar. Buna görə də məhkəməyə apellyasiya şikayətindən imtina barədə ərizəsini təqdim edir. Qeyd edilənləri nəzərə alaraq MPM-in 369-cu maddəsinin tələblərinə əsasən apellyasiya şikayətindən imtina barədə ərizəsini qəbul edərək apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilmədiyini, qarşı tərəflə əldə etdiyi razılaşmaya əsasən həmin şəxslə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş kompensasiyanın tam şəkildə ödənildiyini və cavabdehin apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 12 mart 2024-cü ildə Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş ərizədən görünür ki, o, Sabirabad Rayon Məhkəməsinin 2(056)-963/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina edir və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindən imtinasının dəlillərini iş materialları üzrə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, onun Sabirabad Rayon Məhkəməsinin 2(056)-963/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-in 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh Sabirabad Rayon Məhkəməsinin 2(056)-963/2023 saylı, 11 avqust 2023cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-963/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar