Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-320/2024 29.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün cavabdeh tərəfindən əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: əmrin etibarsızlığı, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 Əliağa oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün cavabdeh tərəfindən əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(032)- 1078/2023 saylı qətnaməsindən (hakim Səidə Məmmədova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "Şirvan X8” MMC-nə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 28 nömrəli əmrin etibarsız hesab edilməsi, onun "Şirvan X8” MMCyə "qazanxana-maşinisti” vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün "Şirvan X8” MMC-nin direktoru Nümayəndə2 tərəfindən onun əmək haqqısının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-də xx.xx.2017-ci il tarixdən "qazanxana maşinisti” vəzifəsində işləyir. Cavabdehlə onun arasında müddətsiz əmək müqaviləsi bağlanılmış və əmək müqaviləsi "Əmək və Məşğulluq” altsisteminə xxxxxxx00100 №-li daxil edilmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə, 28 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi Azərbaycan Respublikası FHN-nin DYNİ-nin Muğan Regional DYNX-nin 21.11 2022-ci il tarixli aktı əsas gətirilmişdir. İşlədiyi müddət ərzində bir dəfə də olsun inzibati xəta hallarına yol verməmiş və işinin öhdəsindən həmişə layiqli gəlmişdir. Bu səbəbdən də o, ilk olaraq xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X2 "cavabdeh tərəfindən əmək hüquqlarımın pozulması ilə bağlı” müraciət etmişdir. X6 Xidmətinin X4 tərəfindən ona xx.xx.2023-cü il tarixli, 3-17-5/2-5-7215/2023 №-li məktubla ərizəsinə cavab olaraq ərizəsində göstərilən halların araşdırılması əsasında müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edildiyi və əmək müqaviləsinə qanunsuz xitam verilməsi və işə bərpa olunmağım barədə icraat üzrə işə baxılması nəzərdə tutulmuşdur. İşəgötürən barədə qəbul ediləcək qərar barədə əlavə məlumat veriləcəyi, MMC-yə mən iddiaçıya olan əmək haqqı borcunun ödənilməsini nəzərdə tutan icrası məcburi olan göstəriş verildiyi bildirilmişdir. Lakin cavabeh tərəfindən yuxarıda qeyd edilən hallar yerinə yetirilmədiyindən, onun tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən X6 Xidmətinin X2 ərizə ilə müraciət etmişdir. X6 Xidmətinin X1 xx.xx.2023- cü il tarixli, 3-17-5/2-3-8378/2023 №-li məktubla ərizəsinə cavab olaraq, cavabdeh barəsində tərtib edilmiş izibati xəta haqqında işə xx.xx.2023-cü il tarixdə baxılmış və Azərbaycan Respublikası İXM- nin 34, 116 və 192.6-cı maddələrinə uyğun olaraq Cavabdeh MMC-nin direktoru Nümayəndə2 barəsində xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edildiyi, həmçinin göstərilən qanun pozuntusunun aradan qaldırılması üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuş, bu müddətdə inzibati xəta aradan qaldırıldıqda inzibati cərimənin (1700 manat) ödənilməsindən azad olunacağı ona izah edildiyi və ona son haqq-hesabın hesablanıb ödənilməsi üçün müəssisəyə tövsiyə məktubunun göndərildiyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən verilmiş 30 gün müddətində də qeyd edilən hallar barəsində hər hansı bir hərəkət və hərəkətsizlik həyata keçirilmədiyindən, o, məcbur qalıb yenidən xx.xx.2023-cü il tarixdə X6 Xidmətinin X2 ərizə ilə müraciət edərək Cavabdeh MMC-nin direktoru Nümayəndə2 tərəfindən onlar tərəfindən edilmiş xəbərdarlıqla bağlı hallar yerinə yetirilməmişdir. X6 Xidmətinin X1 xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-12467/2023 №-li məktubla ərizəsinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-17- 5/2-3-8378/2023 №-li məktubda eyni ilə qeyd edilən hallar göstərilmiş və Cavabdeh MMC-nin direktoru Nümayəndə2 tərəfindən yerinə yetirilmədiyindən əmək mübahisəsinin həlli məqəsdi ilə mən iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də mən iddaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarımın müdafiəsi məqsədi ilə iddia ərizəsi əsasında Şirvan şəhər məhkəməsində iddia qaldırmaq məcburiyyətində qaldı. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-757/2023 saylı qərardadına əsasən iddia ərizəsi geri qaytarılmış və qərardadda izah edilmişdir ki, məhkəməyə müraciət etməmişdən öncə mediasiya şurasına müraciət edilməsi tövsiyə edilmişdir. Bu səbəbdən də onun tərəfindən qərardadı aldıqdan sonra Sabirabad 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmiş və cavabdeh tərəfə də mediasiya sesiaysında iştirak edilməsi barədə təklif göndərilmişdir. Lakin cavabdeh mediasiya sessiyalarına gəlməkdən imtina edilmiş və ona görə də ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Həmin arayış onun tərəfindən vatçap vasitəsi ilə xx.xx.2023-cü il tarixdə alınmışdır. Həmçinin qərardadda cavabdehin şəxsiyyəti barədə sənədlərin rekzivitlərinin qeyd edilməsi bildirilmişdir ki, lakin həmin sənədlərin əldə edilməsi onun iradəsindən asılı olmadığından mümkünsüz olmuşdur. Yuxarıda qeyd edilən hallar həyata keçirildikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Əvvəla ona cavabdeh tərəfindən tətbiq edilmiş xx.xx.2022-ci il tarixli, 28 №-li Azərbaycan Respublikası Əmək Məcəlləsinin "c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mən iddiaçı narazı qaldığımdan ilk olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X2 ərizə ilə müraciət edərək pozulmuş əmək hüquqlarımın bərpası məqsədi əsasında araşdırılmasını xahiş etmişdir. X6 Xidmətinin X4 tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-5/2-5-7215/2023 №-li, xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-8378/2023 №-li və sonuncu dəfə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-12467/2023 №-li məktubla ərizəsinə cavab olaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən hallar yerinə yetirilmədiyindən ona əmək mübahisəsinin həlli məqəsdi ilə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bütün bu halları qeyd etməkdə məqsədi onun tərəfindən cavabdehin xx.xx.2022-ci il tarixli, 28 №-li əmri tərtib edildiyi müddətdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərindən irəli gələn 30 gün təqvim ayını ötürməmişəm. Çünki, Əmək Məcəlləsinin 292ci maddəsinə əsasən işçi hüquqlarının və qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin məcəllənin 2-ci hissəsində qeyd edir ki, işçi pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət edə bilər. Onun tərəfindən müddət ötürülməmiş və cavabdeh tərəfindən qanunsuz verilmiş əmr əsasında pozulmuş əmək hüquqlarının bərpası üçün müvafiq orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X2, onlar tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən yerinə yetirilmədiyinə görə məcbur qalaraq ərizələrlə müraciət etmiş və sonuncu dəfə X6 Xidmətinin X4 tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17- 5/2-3-12467/2023 №-li məktub əsasında məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Onun tərəfindən sonuncu verilmiş xx.xx.2023-cü il tarixdən nəzərə alınaraq 30 gün təqvim müddəti ötürülməmişdir. Cavabdeh tərəfindən mübahisəli əmr ona göndərilməmiş və X6 Xidmətinin X4 tərəfindən əmrin əsli cavabdehdən istənilməsi, lakin cavabdeh tərəfindən onlara yalnız əmr barəsində məlumat verilməsi, ona görə də ona təqdim və yaxud göndərilməli olunduğu izah edildikdə, ona əmrin nə təqdim, nədə ki, göndərilmədiyini bildirmişdir. Bundan sonra X6 Xidmətinin X4 əmrin əslinin alınaraq onlara təqdim edilməsini istədikdə, mənim tərəfimdən xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək və əlbə-əl alaraq X6 Xidmətinin X2 təqdim edilmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndində nəzərdə tutulan səlahiyyətli orqan dedikdə işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası nəzərdə tutulur. Həmin halların araşdırıması ilə bağlı X6 Xidmətinin X4 tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC-də işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə attestasiya komissiyasıyaradılmamış və işçilər attestasiyadan keçirilməmişdir. Bu səbəbdən də onun əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinin tələbləri pozulmuş (əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir) mən iddiaçı son haqq-hesab az hesablanmış və qanunvericiliyə uyğun olaraq tam ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasə Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinin (orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir) tələbləri pozulmuş və ona əlilliyi nəzərə alınmayaraq əsas məzuniyyət günləri 21 təqvim günü ilə hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı məhkəmə iclasında tələbini müdafiə etmiş, bildirmişdir ki, 2022-ci ilin artıq noyabr ayından onu qarşı tərəf işə buraxmamışdır. Sonradan artıq yanvar və fevral ayında maaşının hesabına oturmadığını görəndə işə zəng etmiş mühasib ona dekabr ayında əmrlə işdən çıxarılması barədə məlumat vermiş, bu təxminən fevralın son günləri olmuşdur. Martda isə artıq əmək müfəttişliyinə müraciət etmiş, həmin orqanla cavabdehin qanunsuz hərəkətləri barədə yazışmalar aparılmışdır. əmək müfəttişliyi qarşı tərəfi cərimələmiş, onun qanunsuz işdən çıxarılmasını öz araşdırmasında təsdiq etmişdir. yazışmalar davam etmiş və o, artıq may ayında məhkəməyə müraciət etmiş, mediasiya prosesinə riayət etmədiyinə görə ərizəsi geri qaytarılmışdır. Qarşı tərəf ona bilərəkdən əmri gecikdirməklə vermiş, müddətini bu səbəbdən buraxmışdır. Hesab etmişdir ki, işdən çıxarılmasına dair əmək müfəttişliyi də mübahisəyə baxan orqan kimi hansısa addımlar atıb onu bərpa edə bilər, məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh “X12 İdman Kompleksi” MMC-nin direktoru Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddianı etiraf etməmiş, izahatında bildirmişdir ki, İddiaçı "X12 İdman Kompleksi” MMC-də çalışan zaman vətəndaşlardan qeydiyyat adı altında pul alırdı. Digər işçiləri təhqir edirdi. Pulları mənimsəmişdir. Kompleksin bütün işçiləri onun bərpasına etiraz edirlər və onunla birgə işləməkdən imtina edirlər. Dəfələrlə işçilər Elvinin qanunsuz hərəkətləri və pis davranışı barədə ona şikayət etmişlər. Lakin Elvinin əlil olmasına görə ona yazığı gəlmiş və onu işdən çıxarmamışdır. X11 Nazirliyinin işçiləri kompleksdə yoxlama apararkən iddiaçının heç bir sertifikatı olmadan işləməsini müəyyən etmiş, bu səbəbdən də o attestasiya komissiyasının qərarı ilə vəzifəsinə uyğun hesab edilməmiş, müvagiq əmrlə işdən azad olunmuşdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh "X12 İdman Kompleksi” MMC-nin direktoru Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh MMC-nin qazanxana maşinisti 08 sentyabr 2022-ci il tarixlərində işə davamiyyəti pozduğuna görə ona 09 sentyabr 2022ci il tarixli, 20 nömrəli əmrlə töhmət elan olunmuş, 21 noyabr 2022-ci il tarixdə FHN DYNX Muğan Regional DYNİ-nin yoxlama aktı əsasında İddiaçı qazanxana maşinisti işləməsinə dair sertifkatının olmadığı müəyyən olunmuşdur, xx.xx.2022-ci il tarixli attestasiya komissiyasının 02 saylı protokolu əsasında İddiaçı 01 dekabr 2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edilərək onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 01 dekabr 2022ci il tarixli işdən azad olunma əmri barəsində məlumatlı olduğu halda həmin əmri məhkəmədə mübahisələndirməmiş və bununla da əmrdən məhkəməyə şikayət müddətini ötürmüşdür. Odur ki, iddia tələbinin iddia müddətinin keçməsi əsası ilə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X6 Xidmətinin Şirvan X5 nümayəndəsi Nümayəndə1 məhkəməyə mülahizə təqdim etmiş və məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı onların qurumuna işçi kimi hüquqlarının pozulması ilə əlaqədar müraciət etmiş, məsələ araşdırılmış və müəyyən edilmişdir ki, cavabdeh qurum tərəfindən hər hansı attestasiya komissiyası yaradılmadan şəxsin öz vəzifəsinə uyğunsuzluğu müəyyən edilmiş, əmrdə isə işdən çıxarılmanın əsası kimi fövqəladə hallar nazirliyinin qurumu tərəfindən tərtib edilmiş akt olmuşdur. Bundan əlavə iddiaçının işdən çıxarılması zamanı onun əlilliyi nəzərə alınmamış, ona ödəniləcək son haqq-hesab məbləği düzgün hesablanmamışdır. Bununla əlaqədar barəsində xx.xx.2023-cü il tarixli inzibati protokol tərtib edilmiş, qurum cərimələnmişdir. Həmçinin izahatında təmsil etdiyi orqanın fərdi əmək mübahisəsinə baxan orqan olmadığını və iddiaçı tərəfindən ötürülmüş müddətə hüquqi qiymət verilməsi məsələsini və iddianın təminini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Şirvan Şəhər Məhkəməsinin Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(032)- 1078/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Protokol və inzibati tənbehvermə haqqında qərar barəsində hüquqi münasibət bildirməmiş və belə olan halda həmin protokol və qərar bu günə kimi qüvvədədir. Çünki, cavabdeh tərəfindən sözügedən protokol və qərar mübahisələndirilmədiyindən və müddət ötürüldüyündən, hesab edir ki, cavabdeh qeyd edilən qərarı qəbul etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi məhz bu hissədə maddi hüquq normalarının tətbiqi baxımından kobud səhvə yol verərək ciddi qanun pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində kobud pozuntulara yol vermişdir. Belə ki, iş materiallarında olan, iddiaçıya cavabdeh tərəfindən tətbiq edilmiş xx.xx.2022-ci il tarixli, 28 №-li Azərbaycan Respublikası Əmək Məcəlləsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçı narazı qaldığımdan ilk olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X2 ərizə ilə müraciət edərək pozulmuş əmək hüquqlarımın bərpası məqsədi əsasında araşdırılmasını xahiş etmişdi. X6 Xidmətinin X4 tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-5/2-5-7215/2023 №-li, xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-8378/2023 №-li və sonuncu dəfə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-12467/2023 №-li məktubla ərizəsinə cavab olaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən hallar yerinə yetirilmədiyindən ona əmək mübahisəsinin həlli məqəsdi ilə mən iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bütün bu halları qeyd etməkdə məqsədi iddiaçı tərəfindən cavabdehin xx.xx.2022-ci il tarixli, 28 №-li əmri tərtib edildiyi müddətdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərindən irəli gələn 30 gün təqvim ayını ötürməmişdir. Çünki, Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin məcəllənin 2-ci hissəsində qeyd edir ki, işçi pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd etdiyi hallara əsasən göründüyü kimi iddiaçı tərəfindən müddət ötürülməmiş və cavabdeh tərəfindən qanunsuz verilmiş əmr əsasında pozulmuş əmək hüquqlarımın bərpası üçün müvafiq orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X2, onlar tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən yerinə yetirilmədiyinə görə iddiaçı məcbur qalaraq ərizələrlə müraciət etmiş və sonuncu dəfə X6 Xidmətinin X4 tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-12467/2023 №-li məktub əsasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də hesab edir ki, iddiaçı tərəfindən sonuncu verilmiş xx.xx.2023-cü il tarixdən nəzərə alınaraq 30 gün təqvim müddəti ötürülməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddia müddətini ötürməmişdir. Belə ki, o, noyabr ayından işə buraxılmamış, dəfələrlə işə gəlmək istəsədə onu işə buraxmamışlar. Təxminən fevral ayından etibarən müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Hesab etmişdir ki, şikayətlərinə əsasən onu işə bərpa edəcəklər. Bir ay müddətində məhkəməyə müraciət etməli olduğunu bilməmişdir. Bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh “X12 İdman Kompleksi” MMC-nin nümayəndəsi Nümayəndə2 Əliağa oğlu apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 Xidmətinin X1 nümayəndəsi Nümayəndə1 çıxarılacaq yekun məhkəmə qərarını məhkəmənin mülahizəsinə buraxmışdır. İzahatında göstərmişdir ki, iddiaçı 06 fevral 2023-cü il tarixdə Əmək Müfəttişliyinə ərizə ilə müraciət etmiş və ərizəsində işdən çıxarılmasını bildirmişdir. Nümayəndə sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəlləsinin 3-16-ci maddəsinə əsasən fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Həmin Məcəlləsinin 64.2-ci maddəsinə əsasən işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. Həmin Məcəlləsinin 64.3-cü maddəsinə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Həmin Məcəlləsinin 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71 -ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəlləsinin 67.6-ci maddəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Həmin Məcəlləsinin 70-ci maddənin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəlləsinin 292.1-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəlləsinin 294.2-ci maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəlləsinin 296-cı maddəsinin 6-ci hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli 28 nömrəli əmrin surətində göstərilmişdir ki, "Şirvan X8” MMCnin qazanxana-maşinisti İddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən işdən azad edilsin və əmək müqaviləsinə xitam verilsin. Dekabr 2020-2021,2021-2022-ci ilin dekabr ayı üzrə olan dövrlər üçün ona ümumilikdə kalendar günü olmaqla (40 gün konpensasiya hesablanıb ödənilsin). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin elektron arayışında göstərilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müayinə edilərək "Odlu silah yaralanması. Sağ budun yuxarı 1/3 mm-in dəlib keçən güllə yaralanması. Postravmatik kobud çapıqlar. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, ətrafın kəskin əzələ atrofiyası nəticəsində pəncə və baldırda hərəkət və hissiyatın pozulması. Hərəkətin və yerişin pozulmaları, oynaqların kontrakturası” diaqnozu ilə ona müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-7215/2023 nömrəli İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, "xx.xx.2017-ci il tarixdən "Şirvan X8” MMC-də qazanxanamaşinisti vəzifəsində işləmişdir. Sizinlə yazılı əmək müqaviləsi bağlanılmış və "Əmək və Məşğulluq” altsisteminə 53NVSOF00100 nömrəli əmək müqaviləsi bildirişi daxil edilmişdir. Müraciətə baxılan zaman müəyyən olundu ki, 01 dekabr 2022-ci tarixdə Sizin əmək müqavilənizə Azərbaycan Respublikası Əmək Məcəlləsinın 70-ci maddəsinin "c” bəndinə uyğun olaraq (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə,) xitam verilmişdir. Əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikasi FHN DYNİ-nin Muğan Regional DYNX-nin 21 noyabr 2022-ci il tarixli aktı əsas gətirmişdir. Sizin əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndində nəzərdə tutulan səlahiyyətli orqan dedikdə işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası nəzərdə tutulur. “X14 Kompleksi" MMC-də İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə attestasiya komisyasi yaradılmamış və işçilər attestasiyadan keçirilməmişlər. Sizin əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2 maddəsinin tələbləri pozulmuş (əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir) Sizə son haqq-hesab az hesablanmış və qanunvericiliyə uyğun olaraq tam ödənilməmişdir. Belə ki, "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinin (Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir) tələbləri pozularaq Sizin əlilliyiniz nəzərə alınmayaraq əsas məzuniyyət günləri 21 təqvim günü ilə hesablanmışdır. Ona görə də işəgötürən "Şirvan X8” MMC-nin direktoru Nümayəndə2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq 21 fevral 2023-cü il tarixli inzibati xəta haqqınd protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, "Sizin əmək müqavilənizə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuş və işdən çıxdığınız zaman son haqq-hesab hesablanıb ödənilməmişdir. Göstərilən qanun pozuntularına görə işəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq 21 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə 02 mart 2023-cü il tarixdə baxılmış və Azərbaycan Respublikası İXM-nin 34, 116 və 192.6-cı maddələrinə uyğun olaraq "Şirvan X8” MMC-nin direktoru Səfərov lham Əliyağa oğlu barəsində 02 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Göstərilən qanun pozuntusunun aradan qaldırılması üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuş, bu müddətdə inzibati xəta aradan qaldırıldıqda inzibati cərimənin ödənilməsindən azad olunacağı ona izah olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, "Sizin əmək müqavilənizə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuş və işdən çıxdığınız zaman son haqq-hesab hesablanıb ödənilməmişdir. Göstərilən qanun pozuntularına görə işəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq 21 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə 02 mart 2023-cü il tarixdə baxılmış və Azərbaycan Respublikası İXM-nin 34, 116 və 192.6-cı maddələrinə uyğun olaraq "Şirvan X8” MMC-nin direktoru Səfərov lham Əliyağa oğlu barəsində 02 mart 2023-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Göstərilən qanun pozuntusunun aradan qaldırılması üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuş, bu müddətdə inzibati xəta aradan qaldırıldıqda inzibati cərimənin ödənilməsindən azad olunacağı ona izah olunmuşdur. xx.xx.2022-ci il tarixli 28 nömrəli əmrin surətində göstərilmişdir ki, "Şirvan X8” MMCnin qazanxana-maşinisti İddiaçı 08-09 sentyabr 2022-ci il tarixlərdə işə davamiyyətini pozduğuna görə ona 09 sentyabr 2022-ci il 20 nömrəli əmrlə töhmət elan olunmuş, xx.xx.2022-ci il tarixdə FHN DYNX Muğan Regional DYNİ-nin yoxlama aktı əsasında İddiaçı qazanxana-maşinisti işləməsinə dair sertifkatın olmadığı müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli attestasiya komissiyasının 02 saylı protokolu əsasında İddiaçı iş prosesinə dair verilən suallara müsbət cavab verə bilmədi. Yuxarıda göstərilənləri əsas tutaraq 01 dekabr 2022-ci il tarixindən ARƏMM-nin 70/c maddəsi ilə İddiaçı işdən azad edilsin və əmək müqaviləsinə xitam verilsin. Dekabr 2019-2020, 2020-2021, 2021-2022-ci ilin 01 dekabr ayına kimi olan dövrlər üçün ona kalendar günü olmaqla əlilliyini nəzərə alıb hər dövr üçün 42 gün olmaqla ümumilikdə (122 gün konpesasiya hesablanıb ödənilsin). “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Şirvan X8” MMC-nin İddiaçı töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 20 nömrəli əmrində göstərilmişdir ki, "Şirvan X8” MMC-nin qazanxana-maşinisti İddiaçı xx.xx.2022-ci il tarixdə günün ikinci yarısı 15:00 saatdan, xx.xx.2022- ci il tarixində isə saat 09:00-dan işdə olmayıb. Bu səbəbdən Qazanxanada problem olub və kompleksin işində nöqsanlar yaranıb. Bütün nöqsanlara görə kompleksin rəhbərliyinin xx.xx.2022-ci il tarixli, 20 nömrəli əmri əsasında İddiaçı töhmət elan olunmuşdur. Cavabdeh MMC-nin direktoru Nümayəndə2, T/müdiri Şahid3 Qani oğlu və baş mühasib Şahid4 tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, kompleksin qazanxanamaşinisti İddiaçı xx.xx.2022-ci il tarixdə saat 09:00-da davamiyyət kitabına imza etmişdir. Lakin günün 2-ci yarısından sonra iş çıxımının sonuna kimi işdə olmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə isə nazirlik işçilərinin yoxlaması zamanı isə davamiyyət kitabı İddiaçı tərəfindən 09:50 dəqiqədə imzalanmamışdır. İşdə olmaması təsdiqlənmişdir. Cavabdeh MMC-nin direktoru Nümayəndə2, T/müdiri Şahid3 Qani oğlu və baş mühasib Şahid4 tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, kompleksin qazanxanamaşinisti İddiaçı xx.xx.2022-ci il tarixindən saat 10:00-dan, xx.xx.2022-ci il tarixdən işdə olmayıb. Cavabdeh MMC-nin direktoru Nümayəndə2 və təsərrüfat müdiri Şahid3 tərəfindən tərtib edilmiş təqdimatda göstərilmişdir ki, kompleksin qazanxana-maşinisti İddiaçı xx.xx.2022-ci ildə işdə olmadığı üçün qazanxanada bəzi qüsurlar baş verib. Bu günki günə kimi işdən yayındığı üçün haqqında tədbir görülməsini xahiş etmişlər. Cavabdeh MMC-nin direktoru Nümayəndə2 və təsərrüfat müdiri Şahid3 tərəfindən tərtib edilmiş məlumatda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı rəhbərlik tərəfindən işə gəlməməsi barədə izahat tələb olunub, lakin İddiaçı izahat verməkdən yayınaraq çıxıb getmişdir. xx.xx.2022-ci il tarixli Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən “Şirvan X8ndə” nəzəri yanğın texniki müayinə zamanı tərtib edilmiş aktda göstərilmişdir: - Kompleksdə mövcud od söndürən balonların tərkibi təzələnib işlək vəziyyətə gətirilməyib. - Kompleksdə mövcud yanğın xəbərverici səs siqnalizasiya qurğusuna vaxtlı-vaxtında texniki qulluq göstərilməyib. Qazanxananın işlədilməsi üçün müvafiq sertifkatı olmadan işçilərin işləməsi düzgün hesab olunmur, müvafiq dövlət orqanlarından sertifkat alınması məcburidir. xx.xx.2022-ci il tarixli, 21 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən, işçinin işə qəbul edildiyi zamanı onun peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə - komissiya sədri təsərrüfat müdiri Şahid3, baş mühasib Şahid4, məşqçi müəllim Şahid2, qeydiyyatçı C.Nurullayev, məşqçi müəllim Şahid1 ibarət tərkibdə attestasiya komissiyası yaradılmışdır. İddiaçı məxsus AZ65AİİB******************** hesabına Şirvan X8 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 281.93 AZN pul köçürülmüşdür, ödənişin təyinatı son haqq hesab kimi göstərilmişdir. İddiaçı məxsus AZ65AİİB******************** hesabına Şirvan X8 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 726.61 AZN pul köçürülmüşdür, ödənişin təyinatı son haqq hesab kimi göstərilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş müddəti ötürmüş, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. İddiaçı apellyasiya şikayətində müddəti ötürməsinin üzrlü hesab edilməsi barədə müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması, faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(032)-1078/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-320/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-320/2024
29.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver