Məhkəmə qərarları › İş №2(106)-321/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-321/2025

22.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-321/2025 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı nümayəndələri Nümayəndə Xanı oğlu və Vəkil, Cavabdeh2 iştirakları ilə, Astara Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(018)-824/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəbt olunmuş torpaq sahəsinin cavabdehlərdən alınıb onun istifadəsinə verilməsi və cavabdehlərə özbaşınalıq hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Astara rayon Siyakü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Astara rayon Vaqo kənd sakini Nümayəndə ilə 1984-cü ildə rəsmi nikaha girməklə ailə qurmuş və ərinin soyadını qəbul etmişdir. Astara Vaqo bələdiyyəsinin 26 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə alğı-satqı əsasında 50 kv.m sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə kommersiya obyektinin tikintisi üçün Astara rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli və xx.xx.2007-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Astara rayon şöbəsinin rəyləri ilə təsdiqlənmişdir. Bütün bu işlərə baxmayaraq Astara rayon Vaqo kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsini zəbt etmişlər. Dəfələrlə torpaq sahəsinin buraxılması üçün onlara müraciət etsə də, onlar məhəl qoymamışlar. Cavabehlərin törətdiyi özbaşınalıq hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməklə yanaşı torpaq üzərində sahiblik hüququ pozulmuşdur. Astara Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(018)-824/2024 saylı (hakim İlqar Məmmədov) qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən (JN-076A, KOD 80108018 saylı) görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə Astara rayonunun Lələkəpeştə kəndində yerləşən fərdi yaşayış evi torpaqları olan 0.06 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin (289550 nömrəli) surətindən görünür ki, Nümayəndə ilə X4 arasında xx.xx.1984-cü ildə nikah bağlanmış, arvada Əzizova soyadı verilmişdir. Astara RİHB-nin xx.xx.2008-ci il tarixli 128 saylı sərəncamından çıxarışdan görünür ki, Vaqo kənd sakini İddiaçı Vaqo bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə alğı-satqı yolu əsasında aldığı torpaq sahəsində 30 kv. metr ölçüdə ikimərtəbəli kommersiya obyektinin tikintisinə icazə verilmişdir Vaqo bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarından görünür ki, Vaqo kənd sakini X2 ərizəsi nəzərə alınaraq ona bələdiyyənin ehtiyat torpaq sahəsindən alğı-satqı yolu ilə 50 kv. metr torpaq sahəsinin (sahibkarlıq fəaliyyyəti üçün) ayrılıb verilməsi qərara alınmışdır. xx.xx.2007-ci il tarixli 32 saylı Torpağın alğı-satqısına dair aktdan görünür ki, Astara rayonu Vaqo bələdiyyəsi ünvanında yaşayan X3 Vaqo bələdiyyəsi ərazisində 50 m2 torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərar qəbul edilmiş və bunun müqabilində X4 tərəfindən Astara rayon "xxxx" ASC-nin **********0 saylı hesabına əvvəlcədən 10 manat haqq ödəmişdir Astara RİHB-nin Siyakü KİƏDN-in xx.xx.2024-cü il tarixli 427 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayonu Vaqo kəndində yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1686 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 26 yanvar 2024-cü il tarixli 3-21-3- 43/2-190/2024 №-li mütəxəssis rəyinə əsasən Astara rayonu Vaqo bələdiyyəsinin 26 noyabr 2007-ci il tarixli 12 nömrəli qərarına və 27 noyabr 2007-ci il tarixli 32 nömrəli torpaqların alğı-satqısına dair aktına əsasən Əzizova (Nəzərova) ibayyət Rəfi qızına sahibkarlıq məqsədi ilə satılmış 50 kv.m torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemində (sxemdə ölçüləri 5x6 m olan 30 kv.m torpaq sahəsi təsvir edilmiş) göstərilən ölçüsü ilə bələdiyyə qərarında və torpaqların alğı-satqı aktında göstərilən ölçüsü arasında uyğunsuzluqların olması və həmçinin sözügedən torpaq sahəsinin ilkin torpaqayırma sxeminin sxematik və miqyassız tərtib olunması səbəblərindən həmin torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmamış, sözügedən torpaq sahəsinin iddia olunan faktiki vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuş, Astara rayonu Lələkəpeştə kəndi ərazisində Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-076A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində məlumatların aşkar olunmaması səbəbindən həmin şəhadətnamə ilə verilmiş torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda araşdırma zamanı sözügedən Şəhadətnamənin planında əks olunmuş torpaq sahəsinin konfiqurasiyası və sərhədləri ilə cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin konfiqurasiyası və sərhədlərinin uyğun olmaması müəyyən edilmişdir. Araşdırma zamanı cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin koordinatları müəyyən edilərək ölçüsünün 0,32 ha olması məlum olmuşdur. Astara rayonu Vaqo bələdiyyəsinin 26 noyabr 2007-ci il tarixli 12 nömrəli qərarına və 27 noyabr 2007-ci il tarixli 32 nömrəli torpaqların alğı-satqısına dair aktına əsasən Əzizova (Nəzərova) İbayyət Rəfi qızına sahibkarlıq məqsədi ilə satılmış 50 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmadığından, həmin torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən hansı ölçüdə və hansı istiqamətdə istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia edilən 50 kv.m torpaq sahəsinin faktiki vəziyyətdə Cavabdeh1 və Cavabdeh2 istifadələrində olması müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahələrinin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahələrinin sənəd üzrə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına uyğun olaraq Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Astara rayonu Lələkəpeştə kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən iddia edilən 50 kv.m torpaq sahəsinin 30 kv.m hissəsinin JN- 076A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş torpaq mülkiyyətçisinin (Cavabdeh1 aid) faktiki istifadəsində olan torpaq sahəsi, 20 kv.m hissəsinin isə dövlət mülkiyyətində (Bakı-Astara Respublika (M) əhəmiyyətli avtomobil yolunun mühafizə zonasına aid) olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz səlahiyyətlərindən istifadə edərək yenidən ekspertiza keçirilməsi barədə qərardad qəbul etməli idi. Lakin məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini təmin etməmişdir. Məhkəmə iş üzrə faktiki halları tam və hərtərli araşdırmadan qətnamə qəbul edib. Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1686 saylı ekspert rəyində konkret olaraq qərardadda qeyd olunan suallara dolğun cavab verilməmiş, digər suallara cavab verilməmiş, məhkəmə heç bir dəlil olmadan ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Vəkil məhkəmə iclasında bildirdi ki, Şirvan İnzibati Məhkəməsində mübahisəli torpaq sahəsi ilə bağlı çıxarışın verilməsinə dair iddia qaldırılmış və həmin inzibati iş hazırda hakim Hilal Nəcəfovun icraatındadır. Məhkəmə hazırda ekspertiza mərhələsindədir. Mütəxəssis rəyində mübahisəli torpaq sahəsi ilə bağlı dolğun cavab verilməmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı Şirvan İnzibati Məhkəməsində inzibati iş olduğu üçün işin icraatı dayandırılmalıdır. Nümayəndə Xanı oğlu məhkəmə iclasında bildirdi ki, vəkilin izahatı ilə razıdır və əlavələri yoxdur. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, işin icraatının dayandırılması ona baxılmasının uzadılmasına xidmət etdiyi üçün etiraz edir. Mübahisələndirilən torpaq sahəsi 20 il öncə saxta sənədlə əldə edilmiş və qanuni qüvvəyə malik deyildir. Həmin ərazi həyətinin yoludur və oradan 1000 mm diametrli boru xətti, orta təzyiqli qaz xətti, 3 ədəd şam ağacı və 45 kəndə gedən internet xətti vardır. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Diqqətə çatdırılmalıdır ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Normanın mahiyyətini və məqsədini nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. TM-in 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. TM-in 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 dekabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Astara rayonu Vaqo bələdiyyəsinin 26 noyabr 2007-ci il tarixli 12 nömrəli qərarına və 27 noyabr 2007-ci il tarixli 32 nömrəli torpaqların alğı-satqısına dair aktına əsasən Əzizova (Nəzərova) İbayyət Rəfi qızına sahibkarlıq məqsədi ilə satılmış 50 kv.m torpaq sahəsinə dair torpaqayırma sxeminin (sxemdə sahə 5 x 6 m = 30 kv.m göstərilmiş) sxematik və miqyassız tərtib olunması, xüsusilə də torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəblərindən həmin torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki iddia olunan vəziyyətə uyğun təsvir edilməməsi məlum olmuşdur. Həmçinin araşdırma zamanı torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun faktiki koordinatlarının 20 kv.m hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində dövlət mülkiyyətinə (Bakı-Astara avtomobil yolunun mühafizə zonasına aid) aid torpaq sahəsi kimi öz əksini tapması müəyyən olunmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-076A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində məlumatların mövcud olmaması səbəbindən həmin şəhadətnamə ilə verilmiş torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin faktiki istifadə olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,32 ha olması məlum olmuşdur. Sözügedən, cavabdehlərin istifadəsində olan torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun (0,32 ha ölçüdə) təsvir edilməsi müəyyən olunmuşdur. Astara rayonu Vaqo bələdiyyəsinin 26 noyabr 2007-ci il tarixli 12 nömrəli qərarına və 27 noyabr 2007-ci il tarixli 32 nömrəli torpaqların alğı-satqısına dair aktına əsasən İddiaçı sahibkarlıq məqsədi ilə satılmış 50 kv.m və Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-076A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahələrinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahələrinin sənəd üzrə üst-üstə düşüb-düşməməsini də müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia olunan 50 kv.m torpaq sahəsinin faktiki koordinatlarının 30 kv.m hissəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən JN-076A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi kimi təsvir edilmiş 0,32 ha torpaq sahəsininin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən iddia olunan 50 kv.m torpaq sahəsinin 20 kv.m hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən dövlət mülkiyyətinə (Bakı-Astara avtomobil yolunun mühafizə zonasına aid) aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur). Astara rayonu Vaqo bələdiyyəsinin 26 noyabr 2007-ci il tarixli 12 nömrəli qərarına və 27 noyabr 2007-ci il tarixli 32 nömrəli torpaqların alğı-satqısına dair aktına əsasən İddiaçı sahibkarlıq məqsədi ilə satılmış 50 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia olunan 50 kv.m torpaq sahəsinin faktiki koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən 30 kv.m hissəsinin koordinatlarının JN-076A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi kimi təsvir edilmiş 0,32 ha torpaq sahəsininin koordinatları ilə, 20 kv.m hissəsinin koordinatlarının dövlət mülkiyyətinə (Bakı-Astara avtomobil yolunun mühafizə zonasına aid) aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur). İddiaçı tərəfindən iddia olunan, sözügedən torpaq sahəsinin iddia olunan faktiki vəziyyətə uyğun bütövlüklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olması müəyyən olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, ilkin olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia tələbi torpaq üzərində sahiblik hüququnun müdafiəsi, Cavabdeh1 və Cavabdeh2 özbaşına hərəkətlərinə son qoyulması ilə bağlıdır və işdəki sübutlara müəyyən edilmiş faktiki hallardan müəyyən olunur ki, İddiaçı tərəfindən iddia edilən 50 kv.m torpaq sahəsinin 30 kv.m hissəsinin JN-076A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş torpaq mülkiyyətçisi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi, 20 kv.m hissəsinin isə dövlət mülkiyyətində (Bakı-Astara Respublika əhəmiyyətli avtomobil yolunun mühafizə zonasına aid) olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən edilmişdir. Beləcə göründüyü kimi, iddia ərizəsində yuxarıda göstərilən iddiaçı tərəfindən Astara Vaqo bələdiyyəsinin 26 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə alğı-satqı əsasında 50 kv.m sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi alındığı və Astara rayon Vaqo kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsini zəbt etdikləri göstərilsə də, İddiaçı hazırkı iddia olunan tələb üzrə mülkiyyətçi kimi subyektiv hüquqa malik deyildir. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilməlidir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(018)-824/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar