Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-326/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X2, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(056)- 1846/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 39/4 saylı İnzibati tənbehin verilməsi barədə Əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı İX sinif şagirdlərini fiziki tərbiyə dərsində çubuq və şillə-təpiklə döydüyünə görə töhmət verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 73/2 saylı İnzibati tənbehin verilməsi barədə Əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2022-ci il tarixində Vİİ sinif şagirdlərinə fiziki tərbiyə dərs saatını məktəbin bağında tədris edərkən uşaqları, xüsusən qız şagirdlərini əsassız yerə çubuqla döydüyü və təhqiramiz sözlər işlətdiyinə görə töhmət verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 87/2 saylı Əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Vİİ sinif şagirdlərini döyərək təhqir etdiyinə görə töhmət verilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh direktoru X1 tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayon Təhsil sektor müdirinin vəzifə səlahiyyətlərini icra edən Seyidrza Qubadova ünvanlanmış xx.xx.2023-cü il tarixli 03 saylı Təqdimatdan görünür ki, İddiaçı müəllim etikasına yaraşmayan davranışları-məktəbin azyaşlı şagirdlərinə qarşı fiziki zor tətbiq etməsi və uşaqlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılmış və xəsarətlənmə faktları məhkəmə tibbi ekspertiza rəyləri ilə təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh direktor müavini X19 tərəfindən həmin məktəbin direktoru N.Bağırovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli Təqdimatdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdə Vİİ sinif jurnalının 140-cı səhifəsində bütün uşaqlar dərsdə olmasına baxmayaraq xx.xx.2022-ci il tarixinə 6 nəfər şagirdə -Aslanova Nuranəyə, Abbasova Gülnaza, Çaxoyev Aslana, Həbibov Ümidə, Məmmədov İlqara, Şahmanova Zəhraya saxta qayıb yazmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 15/2 saylı İnzibati tənbehin verilməsi barədə Əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı Vİİ sinif jurnallarının 140-cı səhifəsində xx.xx.2023-cü il tarixdə bütün uşaqların sinifdə olmasına baxmyaraq xx.xx.2022-ci il tarixinə 6 nəfər şagirdə Aslanova Nuranəyə, Abbasova Gülnaza, Çaxoyev Aslana, Həbibov Ümidə, Məmmədov İlqara, Şahmanova Zəhraya saxta qayıb yazdığına görə xx.xx.2023-cü il tarixdə İddiaçı töhmət verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 15/2 saylı Əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı Vİİ sinif jurnalının 140-cı səhifəsində xx.xx.2023-cü il tarixdə bütün uşaqların sinifdə olmasına baxmayaraq xx.xx.2022-ci il tarixinə 6 nəfər şagirdə - Aslanova Nuranəyə, Abbasova Gülnaza, Çaxoyev Aslana, Həbibov Ümidə, Məmmədov İlqara, Şahmanova Zəhraya saxta qayıb yazdığına görə xx.xx.2023-cü il tarixdə İddiaçı töhmət verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 18 saylı İnzibati tənbehin verilməsi barədə Əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2023-cü il tarixində işə gəlməməsinə baxmayaraq, onun müxtəlif siniflərdə 3 saat fiziki tərbiyə dərsləri məktəbin müəllimləri tərəfindən əvəz olunmuş və 8 saat fiziki tərbiyə dərsləri məktəbin ibtidai sinif müəllimlərinin ərizəsinə əsasən Murad müəllimin dərs yükündən götürülərək onlara qaytarılmış, lakin xx.xx.2023-cü il tarixindən ibtidai sinif müəllimlərinin yerinə xx.xx.2023-cü il tarixdə fiziki tərbiyə dərslərini tədris etməməsinə baxmayaraq İİİac, İVac, Va, Vb, Vİ sinif jurnallarında bilərəkdən yazılan mövzuları möhtərizəyə alaraq xx.xx.2023-cü il tarixdə saat 09:00-da sinif jurnallarına mövzuları yazmışdır, buraxdığı nöqsanlara görə ciddi xəbərdarlıq edilərək töhmət verilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh direktor müavini X19 tərəfindən həmin məktəbin direktoru N.Bağırovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli Təqdimatdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2023-cü il tarixində işə gəlməmiş, onun müxtəlif siniflərdə 3 saat fiziki tərbiyə dərsi məktəbin müəllimləri tərəfindən əvəz olunmuş və onun 8 saat fiziki tərbiyə dərslərinin ibtidai sinif müəllimlərinin öz ərizələrinə əsasən özlərinə qaytarılmasına baxmayaraq Murad müəllim 08 fevralda gəlib məktəbin ibtidai sinif jurnallarını gizli şəkildə götürərək dərsi tədris etməyə-etməyə 08.02xx.xx.2023-cü il tarixinə kimi (3a, 3ç, 4a, 5a, 5b, 6 siniflər) sinif jurnallarında bilərəkdən yazılan mövzuları möhtərizəyə alaraq xx.xx.2023-cü il tarixində saat 09:00-da sinif jurnallarına mövzuları yazmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh direktoru X1 tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayon Təhsil sektorunun müdiri cənab Pəhlivan Qarayevə ünvanlanmış xx.xx.2023cü il tarixli 14 saylı Təqdimatdan görünür ki, İddiaçı müəllim etikasına yaraşmayan davranışlarıməktəbin azyaşlı şagirdlərinə qarşı fiziki zor tətbiq etməsi və uşaqlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılmış və xəsarətlənmə faktları məhkəmə tibbi ekspertiza rəyləri ilə təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Sabirabad rayon prokuroru F.Pənahov tərəfindən Sabirabad rayon Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri R.Musayevə 2023-cü ilin fevral ayında ünvanlanmış təqdimatın məzmunundan görünür ki, təqdimat müzakirə edilməklə, göstərilən nöqsanlar aradan qaldırılmaqla, Cavabdeh fiziki-tərbiyə müəllimi İddiaçı barəsində qanunvericilik çərçivəsində ciddi tədbir görülməsi, təqdimatın müzakirəsi və görülmüş tədbirlər barədə qanunla nəzərdə tutulmuş bir ay müddətində Sabirabad rayon prokurorluğuna məlumat verilməsi təklif edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh direktoru X1 tərəfindən həmin məktəbin X13 sədri Nərgiz Alışovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli 15 saylı Təqimatdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəbdə müəllim etikasına yaraşmayan hərəkətlər edir və özbaşnalığa yol verir, məktəbin şagirdlərinə qarşı kobud rəftar edir, dəfələrlə məktəb rəhbərliyi tərəfindən intizam tənbehləri verilməsinə baxmayaraq öz davranışlarında dönüş yaratmamışdır. Məktəbin fiziki tərbiyə müəllimi İddiaçı fəaliyyəti və davranış qaydalarını məktəbin X13 iclasında təhlil edərək müzakirə edilməsi və məktəb rəhbərliyinə əsaslandırılmış yazılı məlumat-rəy bildirilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh X18 sədri Nərgiz Alışova tərəfindən həmin məktəbin direktoru N.Bağırovaya ünvanlanmış Rəydən görünür ki, məktəbdə 29 mart 2023-cü il tarixində məktəbin X18 iclası keçirilmiş və Sabirabad rayonu Əhmədabad kənd ümumi orta məktəbinin fiziki tərbiyə müəllimi İddiaçı məktəbdə müəllim-şagird etikasından kənar davranışları və məktəb şagirdlərinə qarşı zorakı hərəkətlərinin müzakirəsi məsələsi geniş müzakirə olunmuş, məktəbin X18 üzvləri İddiaçı müəllim-şagird etikasına yaraşmayan davranışları, məktəbin Vİİ sinif şagirdlərinə qarşı zorakı hərəkətləri qətiyyətlə pislənilmiş, onun kobudluğu, pedaqoji və şagird heyətinə qarşı qərəzli olması hamı tərəfindən qəbulolunmaz və yolverilməz olduğu, məktəbin nüfuzuna qarşı atdığı xoşagəlməz müraciətləri bildirilmişdir. Eyni zamanda İddiaçı məktəbtəbdən kənar şəxslərlə əlbir olaraq məktəbin nüfuzuna qarşı atdığı addımların müəllimlik peşəsindən kənar olduğunun təsdiqlənməsi, onun məktəbdəki hərəkətlərinin bütün məktəbin pedaqoji, şagird kollektivi, kənd İctimaiyyəti və texniki işçiləri tərəfindən pislənildiyi nəzərə alınaraq onun öz müəllimlik peşəsinə hörmətsizlik etdiyi, xüsusən şagirdlərə qarşı döymə, söymləri və fəaliyyətsizliyinin müəllim adına ləkə gətirdiyinə görə onun məktəbdən çıxarılması təklif edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 34 saylı İnzibati tənbehin verilməsi barədə Əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdə məktəb rəhbərliyinə qarşı “X14 Qaydaları”-nın 2.1.5 və həmin qaydaların 2.1.6 bəndlərini kobud surətdə pozaraq təhqiramiz ifadələr işlətdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 38 saylı Müəllimin etik davranış qaydalarını pozması barədə Əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı dəfələrlə inzibati töhmətin, hətta sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə İX sinifdə fiziki tərbiyə dərsini tədris edərkən-şagirdləri məktəbin bağında əsassız yerə təhqiramiz ifadələrlə təhqir etmiş və onlara cəza verərək (idman geyimində olmasalar belə) “qaz” yerişi yeritmişdir, məktəbdən kənar şəxlə şagirdlərin yanında mübahisə etmiş və müəllim etikasına yaraşmayan nalayiq ifadələr işlətdiyinə görə məktəbin pedaqoji şura yığıncağında müzakirə olunsun. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 39 saylı Müəssisədaxili intizam qaydalarının pozulması barədə Əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı öz fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli qərarı təsdiq edilmiş "X14 Qaydaları"nın 4.1.3-cü; 4.1.9-cu; 2.1-ci maddəsini, 2.1.5-ci və 2.1.6-cı bəndlərini kobud surətdə pozduğu, dəfələrlə intizam tənbehi verilməsinə baxmayaraq öz davranışlarında dönüş yaratmadığına görə məktəbin Pedaqoji kollektivinin Pedaqoji Şura iclasının 07 aprel 2023-cü il tarixli 05 nömrəli qərarı ilə İddiaçı məktəbin fiziki tərbiyə müəllimliyindən çıxarılmış və onun son əmək haqqı ödənişi ödənilmişdir. Əsas: İddiaçı barəsində ərizələr, aktlar, məktəbin X24 rəyləri, məktəb Pedaqoji Şuranın xx.xx.2023-cü il tarixli 05 nömrəli qərarı, Azərbaycan Respublikası Prokurorluğu Sabirabad rayon Prokurorluğunun 23 fevral 2023-cü il tarixli 25-C-23 nömrəli Təqdimatı, inzibati tənbehlər, Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndi. İş materiallarına əlavə olunmuş Cavabdeh üzrə direktor X1 tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli 39/1 nömrəli əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsi üçün əsas kimi məktəbin Pedaqoji Şurasının xx.xx.2023-cü il tarixli qərarına istinad edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad rayon prokurorunun böyük köməkçisi Müşfiq Mikayılın xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, həmin qərarla araşdırma zamanı müəyyən edilmişdir ki, məktəbin fiziki-tərbiyə müəllimi İddiaçı 27 dekabr 2022-ci il tarixdə məktəbin Vİİ siniflərinə məktəbin həyətində dərs tədris etdiyi zaman, heç bir əsas olmadan Vİİ sinif şagirdləri X6, X3, X16, X22, X20, X30 və X7 əlində olan çubuqla döyərək onlara fiziki ağrı yetirmişdir. İş materiallarına əlavə olunmuş Cavabdehn pedaqoji kollektivinin Pedaqoji Şura iclasının xx.xx.2023-cü il tarixli 05 nömrəli Protokolu qərarından Çıxarışdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı öz fəaliyyətində dəfələrlə intizam tənbehi almasına baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli qərarı ilə təsdiq edilmiş "X14 Qaydaları"-nın 4.1.3.-cü, 4 1.9-cu bəndinin tələblərini, 2.1-ci maddəsini, 2.1.5-ci, 2.1.6-cı bəndlərinin təməl prinsiplərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş, Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin də tələblərini ciddi şəkildə pozaraq ciddi nöqsanlara yol vermiş və müəssisədaxili intizam qaydalarını, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmədiyi, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə məktəbin fiziki tərbiyə müəllimliyi vəzifəsindən çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı - Cavabdehnə qarşı «işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli 39/1 saylı əmrinin ləğv edilərək, tutmuş olduğu vəzifəyə qaytarılmağına və işə qaytarıldığı vaxtadək məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Əhmədov X5 rayonu Əhmədabad kənd ümumi orta məktəbinə fiziki-tərbiyə müəllimi vəzifəsinə təyin edilmişdir. Məktəbin direktoru Nəsibə Bağırovanın "Əmək müqaviləsinin ləğv edilməsi haqqında" xx.xx.2023-cü il tarixli, 39/1 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. Bununla bağlı bildirir ki, Sabirabad rayonu, Əhmədabad kənd ümumi orta məktəbinin direktoru X1 ərizə ilə rayon polis şöbəsinə müraciət edərək, məktəbin fiziki tərbiyə müəllimi olaraq onun məktəbin Vİİ sinif şagirdlərini dərs vaxtı döydüyünü bildirərək bu hərəkətləri barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət əsasında RPŞ-nin TB-də ilkin araşdırma aparılaraq toplanılmış material araşdırmanın davam etdirilməsi üçün Sabirabad rayon prokurorluğuna göndərilmişdir. Sabirabad rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından 23 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Sabirabad rayon prokuroru tərəfindən Sabirabad rayon Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevə təqdimat göndərilərək həmin təqdimatın müzakirə edilməklə, göstərilən nöqsanlar aradan qaldırılmaqla, Cavabdeh fizikitərbiyə müəllimi İddiaçı barəsində qanunvericilik çərçivəsində ciddi tədbir görülməsi təklif olunmuşdur. Təqdimat məktəbdə guya araşdırılmış və sonda "Əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli 39/1 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. Hesab edir ki, işdən azad edilməyinə dair cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də adı çəkilən əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi və işə bərpa edilməyilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Adı çəkilən əmrinin qanunsuz və əsassız olması ilə bağlı aşağıdakı faktikı əsasları diqqətinizə çatdırır: Bununla bağlı olaraq bildirir ki, "Cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 fevral 2023-cü il tarixli Qərarda, X15 Sabirabad rayon prokuroru tərəfindən verilmiş təqdimatda onun guya ki, müəllim kimi etik davranış qaydalarına əməl etmədiyini, dəfələrlə bu qaydaları pozduğu və müəllimdə ciddi nöqsan və çatışmazlıqların olduğu, hadisənin baş verdiyi gün, həm də, ümumiyyətlə Əhmədabad kənd ümumi orta məktəbində müəllim kimi fəaliyyəti dövründə özünü təmkinli aparmadığı, öz hərəkətlərini və həmin hərəkətlərdən yarana biləcək halları düşünmədən şagirdlərlə kobud rəftar etdiyi, dərs zamanı şagirdləri döydüyü, şagirdlərin fiziki inkişafını cəmiyyətə inteqrasiyasını və sosiallaşması nəzərdə tutulsa da, tədris etdiyi dərslərdə şagirdlərlə kobud rəftar etdiyi, onların ünvanlarına nalayiq ifadələr işlətdiyi, təhsil sahəsində şagirdlərə hər hansı bir töhfə vermədiyi, bununla da Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikası qanunlarının, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etmədiyi, 27 dekabr 2022-ci il tarixdə məktəbin həyətində dərs tədrisi zamanı heç bir əsas olmadan Vİİ sinif şagirdləri X8, X3, X16, X22, X20, X30 və X4 çubuqla döyərək fiziki ağrılar verməsi, nəticəsində Məryəm İznulova və Zəhra Şahmanovaya dərəcəsi təyin edilməyən müxtəlif xəsarətlər yetirdiyi qeyd olunmuşdur. Həmçinin, araşdırma zamanı izahatları alınmış Vİİ sinfin şagirdləri X9, X17, X31, X23, X35, X10 və X11 və digər şagirdlər izahat verərək İddiaçı əvvəllər də qeyri-qanuni hərəkətlər etdiyini, şagirdləri döydüyünü, dərs zamanı onları təhqir etdiyini, nəlayiq ifadələr işlətdiyini, bir müəllim kimi davranmadığını, davranış və hərəkətlərinə diqqət yetirmədiyini bildirmişlər. Qərarda və Təqdimatda qeyd olunmuş faktlar həqiqəti ifadə etmir, əgər həmin fikirlər doğru olmuş olsaydı, o halda onun hərəkətləri pedaqoji kollektivin diqqətini cəlb edərdi, bununla bağlı araşdırma aparılaraq tədbir görülərdi və ya valideynlərin şikayətinə səbəb olmuş olardı. İşdən isə görünür ki, bu hallar olmamışdır. Digər tərəfdən, izahatları alınmış Gülnaz Abbasova, Aslan Çaxoyev, Həbibov Ümid, İlqar Məmmədov və Zəhra Şahmanova 27 dekabr 2022-ci il tarixində İddiaçı tədris etdiyi dərsdə iştirak etməmişlər, bu səbəbdən də Vİİ sinif jurnalında onların adının qarşısına "qb" yazılmışdır. Bu fakt həmin şagirdlərin xx.xx.2022-ci il tarixində dərsdə iştirak etmədiklərini təsdiq edir. Lakin buna baxmayaraq əsassız araşdırma zamanı adları qeyd olunan şagirdlərin həmin gün dərsdə olduqlarını təsdiq etmək üçün həmin şagirdlərin və həmin gün sinfə digər dərsləri tədris etmiş müəllimlərin izahatları alınmış və onlar Vİİ sinif jurnalında şagirdlərin adlarının qarşısına yazılmış "qb"-ın əsassız olmasını təsdiq edən izahat verməyə məcbur edilmişlər. Hətta araşdırma zamanı Vİİ sinif jurnalında adları qeyd olunan şagirdlərin adlarının qarşısında ciddi vəzifə pozuntusuna yol verilərək xx.xx.2022-ci il tarixində "qb"-in əsassız yazılmasına görə məktəbin direktoru Nəsibə Bağırova tərəfindən 09 fevral 2023-cü il tarixində saxta töhmət verilmiş, bu hal isə araşdırma zamanı obyektiv qiymətlədirilməmişdir. Əgər qeyd olunmuş fakt xx.xx.2022-ci il tarixində doğrudan da olmuş olsaydı, o halda tənbeh tədbiri 09 fevral 2023-cü il tarixində deyil, dərhal elan olunardı. Bildirirəm ki, İddiaçı hərəkətləri ilə bağlı çağrılmış Pedaqoji Şuranın və Həmkarların iclasına dəvət olunmamış və izahati da alınmamışdır. Məktəbin direktoru şagirdlərin döyülməsi ilə bağlı araşdırma aparmaq məqsədi ilə heç bir valideyni dindirməmişdir. Digər tərəfdən, Pedaqoji Şuranın və Həmkarların iclasında heç kim iştirak etməmiş, əslində isə həmin iclaslar ümumiyyətli olmamış, məktəbin Vİİ sinif şagirdləri müəllimin yanında dindirilməmişdir. Qeyd etmiş olduğu əsaslara uyğun olaraq adı çəkilən Qərar və Təqdimat qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Sabirabad Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Nurəddin Bağırov) 2(056)-1846/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbi” barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 11-ci maddəsinin “b” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə, 76-cı maddəsinin 1-ci bəndinə, 80-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 80, 88-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, o barəsində qəbul edilmiş əmrin zəruriliyinin əsaslandırılmamasını, onun tərəfindən intizam pozuntusuna yol vermədiyini və bununla da onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinin əsassız və qanunsuz olduğunu hesab edir. Məhkəmə iddiaçının bu dəlillərini əsassız hesab edir və qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Sabirabad rayonu Əhmədabad kənd orta ümumtəhsil məktəbinin direktoru tərəfindən məktəbin fiziki tərbiyə müəllimi, İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli 39/1 nömrəli əmri təqdim edilmiş sübutlara əsasən tam əsaslı və qanuni olduğundan, həmçinin iddiaçı tərəfindən həmin əmrin əsassızlığı ilə bağlı gətirdiyi dəlillər öz təsdiqini tapmadığından, iddia tələbi həmin əmrin ləğv edilməsi və iddiaçını tutmuş olduğu vəzifəyə qaytarılması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin məcburi işburaxmaya görə əmək haqqının hesablanması və tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli 39/1 nömrəli əmrin ləğv edilməsi və iddiaçını tutmuş olduğu vəzifəyə qaytarılması hissəsində təmin edilmədiyindən, məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsi də törəmə hüquq olaraq, tələbin “əmrin ləğv edilməsi” hissəsindən yarandığından, əsassız hesab edilməli və təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti vermişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı barəsində Sabirabad rayon prokurorluğundan 25-C-23 nömrəli material üzrə aparılmış araşdırmanın yekun qərarında edilmiş şikayət məhkəmə tərəfindən ayrıca icraat qaydasında təmin edilmişdir. Yekundan həmin materialda qiymət verilmiş hallar öz təsdiqini tapmamışdır. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 39/4 saylı, xx.xx.2022-ci il tarixli, 73/2 saylı, xx.xx.2022-ci il tarixli, 87/2 saylı inzibati tənbeh vermə barədə əmrlərindən ümumiyyətlə xəbəri olmamış, həmin əmrlər iddiaçıya təqdim edilməmiş və ya onun ünvanına ümumiyyətlə göndərilməmişdir. İddiaçı qeyd edir ki, onun hər hansı bir hərəkəti və ya hərəkətsizliyi ilə bağlı o, Pedaqoji Şuranın və ya Həmkarların iclasına dəvət olunmamış və izahatı da alınmamışdır. Məktəbin direktoru şagirdlərin döyülməsi ilə bağlı araşdırma aparmaq məqsədi ilə heç bir valideyni dindirməmişdir. Digər tərəfdən, Pedaqoji Şuranın və Həmkarların iclasında heç kim iştirak etməmiş, əslində isə həmin iclaslar ümumiyyətli olmamış, məktəbin Vİİ sinif şagirdləri müəllimin yanında dindirilməmişdir. İş üzrə İddiaçı birinci instansiya məhkəməsində barəsində verilən əmrləri mübahisələndirib, həmin əmrlərin qeydiyyat kitabının məhkəmə iclasında tədqiq edilməsini tələb etsə də, məhkəmə tələbə ümumiyyətlə münasibət bildirməmişdir. Qeyd edir ki, həmin əmr qanunsuz və əsassızdir. Ona görə ki, o əmrlərdən iş üzrə iddiaçının heç vaxt xəbəri olmamış, həmin əmrlər ona təqdim edilməmiş və ya onun ünvanına göndərilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə qarşı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə etiraz göndərərək etirazında bildirmişdir ki, İddiaçı apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Çünki şikayətdə inkar edilən bütün faktlar öz əksini tapmış və təsdiqlənmişdir. İş üzrə iddiaçı barəsində verilmiş hüquqi tətbiq Azərbaycan Respublikasının Konstitusiyasının, Təhsil haqqında Qanunun, Ümumtəhsil haqqında Qanunun, Ümumtəhsil Nizamnaməsinin və Təhsilverənlərin Etik Davranış Qaydaları haqqında qanunvericiliyin tələblərini pozaraq ciddi nöqsanlara yol vermişdir. Sabirabad rayon Məhkəməsi qərarında maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür. Mövcud iş üzrə İddiaçı barəsində tətbiq edilən 39/1 nömrəli əmrdə Əmək Məcəlləsinin tələblərinə uyğun və digər qanunvericiliyi əsas götürərək Pedeqoji Şura və həmkarların rəyi alınaraq tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, məktəbin direktoru Nəsibə Bağırovanın "Əmək müqaviləsinin ləğv edilməsi haqqında" xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hesab edir ki, işdən azad edilməsinə dair cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də, adı çəkilən əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi və işə bərpa edilməsini xahiş edir. Müəllim kimi etik davranış qaydalarına əməl etməməsi, şagirdlərlə kobud rəftar etməsi, dərs zamanı şagirdləri döyməsi, onların ünvanlarına nalayiq ifadələr işlətmiş olduğu bildirilir. Lakin deyilən tarixdə, xx.xx.2022-ci il tarixində şagirdlər dərsdə iştirak etməmişlər, həmin vaxt dərsdə cəmi 3-4 şagird olmuşdur. Məktəb direktorun icazəsi ilə şagirdlər getmişdirlər. O, bildirilən hərəkətləri etməmiş, uşaqlara xəsarət yetirməmişdir. Ona töhmət verilməsindən rayon polis şöbəsinin araşdırması olanadək məlumatı olmamışdır. Sabirabad Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Sabirabad Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 11-ci maddəsinin “b” bəndinə əsasən işəgötürənin əsas hüquqlarından biri bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etməkdir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfdən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasənn, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Tərəflər arasındakı mübahisənin predmeti cavabdehlə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli 39/1 saylı əmrinin ləğv edilməsi, tutmuş olduğu vəzifəyə qaytarılmağına və işə qaytarıldığı vaxtadək məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək münasibətləri cəmiyyətin iqtisadi və sosial strukturunun əsasını təşkil edən münasibətlərdən biridir. Bu münasibətlər işçi ilə işəgötürən arasında əmək müqaviləsi əsasında tənzimlənir və qarşılıqlı hüquq və vəzifələri müəyyən edir. Əmək intizamı isə əmək münasibətlərinin effektivliyini və nizamlı fəaliyyətini təmin edən mühüm elementlərdən biridir. Əmək intizamı işçinin öz vəzifələrini yerinə yetirməsi, müəssisənin daxili qaydalarına riayət etməsi və müəyyən olunmuş normativ çərçivədə fəaliyyət göstərməsi deməkdir. Əmək intizamına riayət olunması: 1.İş prosesinin stabil və fasiləsiz aparılmasını təmin edir. 2.İstehsal və xidmət keyfiyyətini artırır. 3.İşçilər arasında əməkdaşlıq və qarşılıqlı hörmət mühitini formalaşdırır. 4.Müəssisənin və təşkilatın ümumi strateji məqsədlərinə çatmasına kömək edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin yol verdiyi pozuntuların onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, pozuntu(lar) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla apellyasiya şikayətində iddiaçı iş materiallarında olan işəgötürən tərəfindən verlmiş intizam tənbehlərinin əsaslı olmamasını, qanunsuz olmasını iddia etsə də, həmin tədbirlərin tətbiq olunması barədə əmrlər iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. İddiaçı qeyd edir ki, onun hər hansı bir hərəkəti və ya hərəkətsizliyi ilə bağlı o, Pedaqoji Şuranın və ya Həmkarların iclasına dəvət olunmamış və izahati da alınmamışdır. Məktəbin direktoru şagirdlərin döyülməsi ilə bağlı araşdırma aparmaq məqsədi ilə heç bir valideyni dindirməmişdir. Digər tərəfdən, Pedaqoji Şuranın və Həmkarlarıniclasında heç kim iştirak etməmiş, əslində isə həmin iclaslar ümumiyyətli olmamış, məktəbin Vİİ sinif şagirdləri müəllimin yanında dindirilməmişdir. Kollegiya iddiaçının bu əsasına münasibətdə qeyd edir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi imperativ norma olaraq qeyd olunsa da, işçinin həmin iclasda iştirakının mütləq təmin olunması, olmadağı halda həmkarlar ittifaqı iclasının keçirilməsini qadağan edən norma mövcud deyildir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı birinci insatansiya məhkəməsində barəsində verilən əmrləri mübahisələndirib, həmin əmrlərin qeydiyyat kitabının məhkəmə iclasında tədqiq edilməsini tələb etsə də, məhkəmə tələbə ümumiyyətlə münasibət bildirməmişdir. Qeyd edir ki, həmin əmr qanunsuz və əsassızdır. Ona görə ki, o əmrlərdən iş üzrə iddiaçının heç vaxt xəbəri olmayıb, həmin əmrlər ona təqdim edilməyib və ya onun ünvanına göndərilməmişdir. Kollegiya iddiaçının şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən verilən əmr qüvvədə olan əmək qanunvericiliyinin prinsiplərinə, normativ hüquqi aktların tələblərinə və müəssisənin daxili intizam qaydalarına tam uyğundur. Əmr işəgötürənin səlahiyyətləri çərçivəsində verilmiş və onun hüquqi qüvvəyə malik olması üçün bütün zəruri prosedurlar gözlənilmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iş üzrə İddiaçı barəsində Sabirabad rayon prokurorluğundan 25-C-23 nömrəli material üzrə aparılmış araşdırmanın yekun qərarında edilmiş şikayət məhkəmə tərəfindən ayrıca icraat qaydasında təmin edilmişdir. Yekunda həmin materialda qiymət verilmiş hallar öz təsdiqini tapmamışdır. Kollegiya qeyd edir ki, sözügedən əmrin verilməsinə əsas Pedaqoji Şuranın 07 aprel 2023-cü il tarixli qərarı çıxış etmişdir. Bu qərar, müvafiq hüquqi və inzibati prosedurlara uyğun şəkildə qəbul olunmuş, şuranın səlahiyyətləri çərçivəsində verilmiş və icrası məcburi olan normativ xarakter daşıyan akt hesab edilmişdir. Əmrin qanuniliyi və legitimliyi baxımından, onun Pedaqoji Şuranın rəsmi qərarına əsaslanması, hüquqi qüvvəsini və onun icrası zərurətini daha da möhkəmləndirir. Kollegiya qeyd edir ki, işçi və işəgötürən hüquqi münasibətlər baxımından faktiki olaraq bərabər mövqedə deyillər. İşçi əmək münasibətlərində daha zəif tərəf hesab edilsə də, bu amil işçinin üzərinə düşən əmək funksiyalarını və vəzifə öhdəliklərini icra etmək məsuliyyətini aradan qaldırmır. Əmək hüququ balans prinsipinə əsaslanır və işçinin zəif tərəf olması ona hüquqdan sui-istifadə etmək imkanı yaratmamalıdır. Bununla yanaşı, işçi əmək münasibətlərinin icrası zamanı vəzifə öhdəliklərini kobud şəkildə pozduğu halda, işəgötürən qanunvericilik çərçivəsində onunla əmək müqaviləsinə xitam vermək hüququna malikdir. Əmək münasibətlərində işçinin maraqlarının qorunması mühüm prinsip olsa da, bu prinsip əmək intizamının pozulmasını, işəgötürənin qanuni maraqlarına ziyan vurulmasını və ya müəssisənin normal fəaliyyətinə maneələrin yaradılmasını əsaslandıran bir mexanizm kimi istifadə olunmamalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinm “ç”bəndi ilə qanuni və əsaslı olaraq ləğv edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1846/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1846/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-326/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-326/2025
30.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver