Məhkəmə qərarları › İş №2(106)-329/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-329/2025

30.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-329/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt olunmuş torpaq sahəsinin azad edilməsi və evin sökülməsi” tələbinə dair Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28 oktyabr 2021-ci il olan çıxarışda qeyd edilən, Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,3711 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı verilməsi 0.3711 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz vəsaiti hesabına oradan sökülməsi, iş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğindəki pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 müddət bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Astara rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti məhkəmə tərəfindən geri qaytarılmışdır. Bu səbəbdən apellyasiya şikayətini müəyyən edilmiş müddətdə verə bilmədiklərindən apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş edir. Astara Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq Astara rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi, Astara rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 nömrəli qətnaməsindən Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2(106)- 2084/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş və işə apellyasiya qaydasında baxılması 29 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılarkən Astara Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli məktubu Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən Astara Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(018)-328/2022 saylı qərardadından verdiyi şikayət 16 yanvar 2025-ci il tarixdə Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Odur ki, İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün 2(018)-328/2022 sayll mülki işin Astara Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, Astara Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli məktubunu nəzərə alaraq hesab edir ki, Astara Rayon Məhkəməsinin 2(018)- 328/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2(106)-2084/2024 saylı qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışından çıxarılmaqla Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin 2(018)-328/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2(106)- 2084/2024 saylı qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılmaqla Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar