Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-33/2024 21.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı1 Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 Astara rayonu, Suparibağ kəndində yerləşən 0.2275 ha kənd təsətrrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,2275 hektar torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınıb verilməsi və cavabdehin özbaşına hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Astara rayonu, Suparibağ kəndində 0,2275 hektar torpaq sahəsini almışdır. Bu barədə onun adına 15 mart 2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən çıxarış verilmişdir. Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt etmişdir. Onun torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, 2016-cı ildə Astara rayonu, Suparibağ kəndində 0,240263 hektar torpaq sahəsini almışdır. Bu barədə adına 21 yanvar 2017-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən çıxarış verilmişdir. Mülkiyyətində olan torpaq sahəsində üç ilə yaxındır ki, əkin işləri aparır. İddiaçı həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etməyə çalışır. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 04 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* nömrəli çıxarışında qeyd edilən, Astara rayonu, Suparibağ kəndində yerləşən İddiaçı1 mülkiyyətində olan 0,2275 hektar torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı1 verilməsi, iş üzrə ekspertiza xərci olan 300 manat pulun Cavabdeh1 alınaraq “X4” MMC-nin "xxxx" ASC-də olan hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh1 alınaraq İddiaçı1 verilməsi, İddiaçı1 Cavabdeh1 qarşı özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, məhkəmənin qərardadı ilə ekspertiza təyin edilsə də, ekspert rəyi alınmamış, məhkəmə tərəfindən mütəxəssis rəyinə istinad edilmişdir. Məhkəmə əsassız olaraq iddianı qismən təmin etmişdir. Bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 97-101-ci maddələrinin tələbləri pozulmuşdur. Prosessual məsələlər Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı1 məhkəməyə teleqram göndərmiş, teleqramında iddiasını müdafiə etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilmişdir. İddiaçı qətnamədən şikayət verməmişdir. Kollegiya işə Cavabdeh1 apellyasiya şikayəti həddində baxır. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından müəyyən edilir ki, İddiaçı1 Astara rayonu, Suparibağ kəndində yerləşən 0.2275 ha, cavabdeh həmin ərazidə 0,240263 ha kənd təsətrrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir. Bu barədə onların adına müvafiq olaraq xx.xx.2018-ci il tarixli və xx.xx.2017-ci il tarixli çıxarışlar verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini iddia etməklə, cavabdehin çıxarılmasını, torpaq sahəsinin təhvil verilməsini tələb etmişdir. İddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddia vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçının tələbinin təmin edilməsi üçün, o, iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi alınmışdır. Birinci instansiya məhkəməsində alınmış, “X4”-nin 16 iyul 2021-ci il tarixli, 302 nömrəli mütəxəssis rəyinə görə, ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15 mart 2018-ci il olan çıxarışla X1 Astara rayonu, Suparibağ kəndi ərazisində verilmiş 0.2275 hektar torpaq sahəsi mövcüd koordinatlara əsasən tam həcmdə Cavabdeh1 istifadəsindədir. AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15 mart 2018-ci il olan çıxarışla X1 Astara rayonu, Suparibağ kəndi ərazisində verilmiş 0.2275 hektar torpaq sahəsi ilə AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 yanvar 2017-ci il olan çıxarışla Cavabdeh1 Astara rayonu, Suparibağ kəndi ərazisində verilmiş 0.240263 hektar torpaq sahəsi üst-üstə düşmür. Apellyasiya baxışında ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin mütəxəssis arayışı əsasında alınmış məhkəmə tikinti-texniki ekspertizasının 29 mart 2024cü il tarixli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: İqtisadiyyat Nazirliyi yanında ƏMDX Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 46/2024 saylı mütəxəssisi rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı1 mülkiyyətində olan Astara rayonu, Suparibağ kəndi ərazisində yerləşən 0.2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 mülkiyyətində olan Astara rayonu, Suparibağ kəndi ərazisində yerləşən 0.240263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında ƏMDX Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 46/2024 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı1 mülkiyyətində olan Astara rayonu, Suparibağ kəndi ərazisində yerləşən 0.2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Cavabdeh1 mülkiyyətində olan Astara rayonu, Suparibağ kəndi ərazisində yerləşən 0.240263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının sənədlər üzrə üstüstə düşməməsi müəyyən olunmuşdur. Rəyə görə, İqtisadiyyat Nazirliyi yanında ƏMDX Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-44/2-46/2024 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı1 mülkiyyətində olan Astara rayonu, Suparibağ kəndi ərazisində yerləşən 0.2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlüklə Cavabdeh1 tərəfindən faktiki olaraq istifadə edilməsi müəyyən olunmuşdur. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə iddia edilən torpaq sahəsinin iddiaçıya məxsus olduğu və həmin sahənin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Kollegiya iş üzrə ekspert rəyini sübut olaraq qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən doğru qənaətə gəlmiş, cavabdehin torpaq sahəsindən çıxarılması hissədə məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(018)-33/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-33/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-33/2024
21.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver