Məhkəmə qərarları › İş №2(106)-334/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-334/2023

02.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-334/2023 02.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Neftçala Rayon Məhkəməsinin 2(053)-587/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Adgözəl oğlu, İddiaçı2, İddiaçı3 və Məlikov X3 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə 11 may 1998-ci il tarixli JN- 213 KOD 80709018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızına verilmiş 0.96 ha torpaq sahəsi İddiaçı1 Adgözəl oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə qaytarılması və həmin torpağın onların adına sənədləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)-587/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə 11 may 1998-ci il tarixli JN-213 KOD 80709018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızına verilmiş 0.96 ha torpaq sahəsi İddiaçı1 Adgözəl oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə qaytarılması və həmin torpaq sahəsi onların adına sənədləşdirilməsi qət edilmişdir. Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)587/2022 saylı qətnaməsindən narazı qalan maraqlarına toxunulan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)587/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim Əli Tağıyev) iddiaçılar İddiaçı1 Adgözəl oğlunun, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 Salman oğluna və Cavabdeh2 qarşı “torpaq sahəsinin qaytarılması və iddiaçıların mülkiyyətinə verilməsi” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin qəbul etdiyi 25 avqust 2022-ci il tarixli, 2(053)- 587/2022 saylı qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti sözügedən qətnamədən apellyasiya şikayəti vermək hüququ olmayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmişdir. Qərardaddan narazı qalan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi şikayət vermiş, şikayətində Neftçala Rayon Məhkəməsinin 2(053)-587/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 nömrəli qərarı ilə JN-213, KOD 80709018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızına verilmiş 0.96 ha torpaq sahəsi İddiaçı1 Adgözəl oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə qaytarılması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin etməklə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.7-ci maddəsini nəzərə almamaqla maddi hüquq normasını pozmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(053)-587/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim Ceyhun Qədimov) şikayət rədd edilmiş, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 15 noyabr 2022-ci il tarixli qərardadı qüvvəsində saxlanılmış, şikayətə baxılması ilə əlaqədar 2(053)-587/2022 nömrəli mülki iş 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)- 587/2022 saylı, 15 noyabr 2022-ci və 15 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli və Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)-587/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməmiş, həmçinin məhkəmə çıxarmış olduğu qətnamə ilə onun üzərinə vəzfə qoyulmasına baxmayaraq 13 saylı Şirvan Ərazi İdarəsini nə maraqlı, nə də ki, cavabdeh qismində işə cəlb edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)-587/2022 saylı qətnaməsi 13 saylı Şirvan Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunur. Belə ki, Neftçala Rayon Məhkəməsi 25 avqust 2022-ci il tarixli, 2(053)-587/2022 saylı qətnaməsində gəldiyi nəticə etibarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə vəzifə qoymuşdur. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququna hətta işdə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malik olduğu halda, işdə iştiraka maraqlı şəxs qismində cəlb edilməmiş və qətnamə ilə dolayı yolla üzərinə vəzifə qoyulmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin apellyasiya şikayəti vermək hüququna malik olmaması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Qeyd edilən maddələr baxımından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin də Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)-587/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququ vardır. Sadalananlara əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini MPM-in 363.1.1-ci maddəsinə istinad etməklə geri qaytarmaqda haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, şikayət təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)-587/2022 saylı, 15 noyabr 2022-ci və 15 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli və Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)-587/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Hüquq və vəzifələrinə toxunulan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-587/2022 saylı, 15 noyabr 2022-ci il tarixli və 15 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilsin. Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)-587/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar