Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-34/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarma və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər : evdən çıxarma, manelərin qadağan edilməsi. Şirvan şəhəri, 14 avqust 2025-ci il X49 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı (eyni zamanda, İddiaçı1 vərəsəsi) İddiaçı2 və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 iştirakları ilə, İddiaçı2 cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarma və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(022)-95/2022 saylı qətnaməsindən (hakim Pərviz Əhmədov) cavabdeh X17, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı2 və İddiaçı1 cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh3 qarşı Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər ünvan 2ində yaşayan və qeydiyyatda olan X17, Cavabdeh2 və Cavabdeh3 iddiaçıların mülkiyyətində olan JN 1005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə iddiaçıların mülkiyyətinə verilmiş 0.14 ha ölçüdə həyətyanı torpaq sahəsi üzərində yerləşən evdən çıxarılmaları, həmin torpaq sahəsi üzərində hüquqlarının elektron bazasında qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən göstəriləcək xidmətə qarşı qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (eyni zamanda, İddiaçı1 vərəsəsi) İddiaçı2 nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 Torpağın Mülkiyyətə verilməsinə dair JN 1005F (kod ********) Şəhadətnaməyə əsasən Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli 06 saylı qərarı ilə ünvan 2 sakinləri İddiaçı2, İddiaçı1, X18 və X23 mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları və cavabdehlər X17, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı2 qarşı həmin torpaq sahəsində qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı2, İddiaçı1, X37 və X29 0,14 ha ölçüdə həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. Onlara bu barədə JN 1005F (kod ********) Torpağın Mülkiyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi cavabdehlərin mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə həmsərhəd olmaqla qonşuluqda yerləşir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinin üzərində 1955-ci ildə bünövrəsiz, çiy kərpicdən iki otaqdan ibarət ev inşa edilmişdir. Həmin evin bir otağı cavabdehlər tərəfindən tutulmuşdur. Belə ki, onların məskunlaşdığı otağın qapısını öz torpaq sahələri istiqamətində evə giriş-çıxış edirlər. Onlar iddia edirlər ki, bu ev onların ataları və cavabdeh X2 əri Rəhman tərəfindən inşa edilib. Ona görə onların haqqı vardır. Hansı ki, Aqrar İslahat əsasında onlara ayrıca həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmiş və həmin torpaq sahəsi üzərində müasir qaydada mişar daşından ev inşa edərək tam şəraitli evdə yaşayırlar. Lakin iddiaçılara yeni ev tikməyə imkan vermirlər. Həmin ev mübahisəli otaqda daxil olmaqla iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərindədir. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçılar mülkiyyətlərində olan 0,14 ha həyətyanı torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, həmin ev həyətə giriş hissəsində inşa edilmişdir. Evin bu istiqamətdə olması imkan vermir ki, həyətə hər hansı bir nəqliyyat vasitəsi daxil olsun. Bundan başqa, həmin ev hazırda tam qəzalı vəziyyətdədir. Həmin evi söküb öz sərhədləri daxilində mülkiyyətlərində olan torpaq sahəsi üzərində yeni ev tikmək istəyirlər ki, buna da cavabdehlər maneçilik törədirlər. Sonda İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1 iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı (eyni zamanda, İddiaçı1 vərəsəsi) İddiaçı2 məhkəmə iddia ərizəsini müdafiə edərək, onun tam şəkildə təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın tamamilə əsassız olduğunu və rədd edilmsini xahiş etmişdir. O, bildirmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə iddiaçıların mülkiyyətinə verilmiş 0.14 ha ölçüdə həyətyanı torpaq sahəsinin üzərində yerləşən evə dair o anadan olmamışdan ata və anası köçmüşlər və orada yaşamışlar. Hazırda da özü yaşayır. Habelə, digər cavabdehlər də həmin torpaq sahəsində yerləşən evdə yaşayırlar. Cavabdehlər X17 və Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasında iştirak etmədiyindən onların mövqeyini öyrənmək mümkün olmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(022)-95/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X17, Cavabdeh2 və Zeynalov X28 Mülkiyyətə verilməsinə dair JN 1005F (kod ********) Şəhadətnaməyə əsasən Biləsuvar rayon Aqrar İslahat komissiyasının 06 iyun 2000-ci il tarixli 06 saylı qərarı ilə ünvan 2 sakinləri İddiaçı2, İddiaçı1, X18 və X23 mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları və cavabdehlər X17, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı2 qarşı həmin torpaq sahəsində qanunsuz hərəkətlər qadağan edilməsi, cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı2 ödənilməsi, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 96 (doxsan altı) manat məbləğdə pul vəsaitinin cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X17, həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və tələbin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmənin qət etdiyi qətnamə qeyri-obyektiv olmaqla, məhkəməningəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir. Göstərilmişlər ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin əsassız və qanunsuz olmasını təsdiq edən hallardan biri ondan ibarətdir ki, məhkəmə cavabdehlərin təqdim etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 mart 1968-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmış Puşkin (indiki Biləsuvar) rayon məhkəməsinin 26 fevral 1968-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı1 26 fevral 1968-ci ildə, cavabdehlər Alim və Cavabdeh3ların atası, cavabdeh Küşvər Qasımovanın əri Rəhman Zeynalovdan məhkəmə vasitəsilə boşanarkən onların birgə nikah dövründə inşa edikləri, hazırkı iş üzrə mübahisəli hesab edilən evin bir otağının, İddiaçı1, evin qalan hissəsinin isə mərhum Rəhman Zeynalova verilməsinə əhəmiyyət verməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehlərin mülkiyyətinə verilmiş evdən onların əsassız olaraq çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Halbuki, Rəhman Zeynalov həmin evdə hazırki iş üzrə cavabdeh Küşvər Qasımova ilə rəsmi nikaha daxil olmaqla yaşamaqda davam etmiş və onların birgə rəsmi nikahından 10 uşaqları doğulmuşdur. 1992-ci ildə Rəhman Zeynalov vəfat etsə də, Küşvər Qasımova övladları ilə birlikdə hazırki vaxta kimi həmin evdə yaşamaqda davam edirlər. Mübahisəli hesab edilən evin göstərilən hissəsi, yəni mərhum Rəhman Zeynalovdan miras qalmış hissəsi cavabdeh Küşvər Qasımovanın və onun 10 nəfər uşağının mülkiyyətinə verilmiş 0,14 ha torpaq sahəsində yerləşir. Göstərilənlərdən əlavə qeyd etmişlər ki, yuxarıda göstərildiyi kimi iş üzrə cavabdehlərin mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair şəhadətnamədə göstərilən digər ailə üzvlərinin, yəni 7 nəfərin hüquqları pozulmuş, həmin şəxslər mülki işə mahiyyəti üzrə baxılması zamanı işə cəlb edilməmiş, bununla da onların mülkiyyət hüquqları əhəmiyyətli ndərəcədə pozulmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın əvvəlki iclasında iştirak edən cavabdehlər X17, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2, həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini müdafiə etmiş və şikayətlərinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın isə rədd edilməsini xahiş etmişlər. Bildirmişlər ki, Şəhrabanı onların atası Rəhman Zeynalovun birinci arvadı olmuş və onlar Puşkin (indiki Biləsuvar) Xalq məhkəməsinin 26 fevral 1968-ci il tarixli qətnaməsi ilə boşanmışlar. Boşanmadan sonra Rəhman Zeynalovun onların birgə nikah dövründə inşa edikləri, hazırkı iş üzrə mübahisəli hesab edilən evin bir otağının və ya 300 manat pulun və s. əmlakların İddiaçı1 verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Rəhman Zeynalov sonradan Küşvər Qasımova ilə ailə qurmuş və həmin mübahisəli evin digər otaqlarında yaşamağa başlamış, onların birgə nikahlarından uşaqları doğulmuşdur. 1992-ci ildə Rəhman Zeynalov vəfat etsə də, Küşvər Qasımova övladları ilə birlikdə hazırki vaxta kimi həmin evdə yaşamaqda davam etmişlər. Puşkin (indiki Biləsuvar) Xalq məhkəməsinin 26 fevral 1968-ci il tarixli qətnaməsindən 32 il sonra Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli qərarı ilə İslahat aparılarkən Şəhrabanuya və Küşbərə ayrı-ayrılıqda 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. İndi müəyyən olunur ki, evin cavabdehlər yaşayan otaqları X34 və onun ailə üzvlərinə verilmiş torpaq sahəsi üzərində yerləşir. Halbuki, onlar demək olar ki, 1968-ci ildən sonra indiyədək həmin evdə yaşayırlar. Birinci instansiya məhkəməsi evin qalan hissəsinin mərhum Rəhman Zeynalovun ailəsinə verilməsinə baxmayaraq buna əhəmiyyət verməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehlərin mülkiyyətinə verilmiş evdən onların əsassız olaraq çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişlər. Kollegiyanın sonuncu iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, hazırda həmin mübahisəli evdə ailəsi ilə birlikdə yaşayır. Həmçinin göstərmişdir ki, iddiaçılar uzun müddətdir ki, həmin mübahisəli evdə yaşamırlar, hazırda da orada heç kəs yaşamır. Apellyasiya baxışında iştirak edən iddiaçı (eyni zamanda, İddiaçı1 vərəsəsi) İddiaçı2 və onun nümayəndəsi (vəkili) Vəkil1 ayrı-arılıqda apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını bildirmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, hazırda mübahisəli evdə heç kəs yaşmır. Onlar hazırda həmin kənddə ərinə məxsus başqa evdə yaşayırlar. Digər cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehlər tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 28 iyul 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını, məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-1005F (kod ********) Şəhadətnamənin surətindən görünür ki, ünvan 2 sakini İddiaçı2m qızına, İddiaçı1, X24 və X29 Biləsuvar rayon Aqrar İslahat komissiyasının 06 iyun 2000-ci il tarixli 06 saylı qərarı ilə 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 2028 saylı arayışından görünür ki, Həsənova X9 rayonu Xırmandalı kəndi A.İmanov küçəsində yaşayır. Xırmandalı kəndində 0,14 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 84.0 kvm, yaşayış sahəsi 52.6 kv m., başqa tikili altında isə 19,4 kv m. olmaqla yaşayış evi var. Həmin evdə həyətyanı torpağın mülkiyyətə verilməsinə dair JN-1005F şəhadətnamə üzrə aşağıdakılar qeydiyyatdadır: 1. İddiaçı1-1931, İddiaçı2-1970, X37-1991, X38 - 1994. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN 1006F (kod ********) Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayon Xırmandalı kənd sakinləri X17, Cavabdeh2 Rahman oğlu, X30, X14, X19, X31, X39, Cavabdeh3 Rahman oğlu, X20 və X21 Biləsuvar rayon Aqrar islahat komissiyasının 06 iyun 2000-ci il tarixli 06 saylı qərarı ilə 0,14 ha həyəytyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X57 Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********56 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 2inin (Qızqayıt Həsənova təsərrüfatı) kompleks yerquruluşu layihəsinə görə iddiaçılar X11 və İddiaçı2 (və ailə üzvlərinin) mülkiyyətinə (qanuni sahibliyinə) verilmiş torpaq sahəsinin sərhəd mərzlərinin koordinatları cavabdehlər Cavabdeh2 Rahman oğlunun, X8 və Cavabdeh3 Rahman oğlunun (və ailə üzvlərinin) mülkiyyətinə (qanuni sahibliyinə) verilmiş torpaq sahəsinin koordinatları üst-üstə düşmür, qonşu torpaq sahələridir (JN 1005F, JN 1006F) Kompleks yerquruluşu layihəsinin koordinatları ilə iddiaçı və cavabdehə verilmiş torpaq sahəsinin naturada faktiki vəziyyətdəki koordinatları arasında uyğunsuzluq mövcuddur. Mübahisə predmeti olan fərdi yaşayış evi (JN 1005F də tikintialtı sahəsi 72 kvm, fərdi yaşayış evi 52,6 kvm başqa tikililər 19.4 kvmetr) həm kompleks yerquruluşu layihəsində, həm də iddiaçının iddiasına görə onun mülkiyyətində olan 0,14 ha faktiki istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli 10/6223 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın X57 Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********56 saylı mütəxəssis rəyinə əsasən ünvan 2inin (Qızqayıt Həsənova təsərrüfatı) kompleks yerquruluşu layihəsinə görə iddiaçılar İddiaçı1 qıznın və İddiaçı2 (və ailə üzvlərinin) mülkiyyətinə (qanuni sahibliyinə) verilmiş torpaq sahəsinin sərhəd mərzlərinin koordinatları cavabdehlər Cavabdeh2 Rahman oğlunun, X8 və Cavabdeh3 Rahman oğlunun (və ailə üzvlərinin) mülkiyyətinə (qanuni sahibliyinə) verilmiş torpaq sahəsinin koordinatları üst-üstə düşmədiyi, həmin torpaq sahələrinin qonşu torpaq sahələri olduğu müəyyən edilmişdir. (JN 1005F, JN 1006F) Kompleks yerquruluşu layihəsinin koordinatları ilə iddiaçı və cavabdehə verilmiş torpaq sahəsinin naturada faktiki vəziyyətdəki koordinatları arasında uyğunsuzluq mövcuddur. Daşınmaz Əmlakın X57 Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********56 saylı mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan fərdi yaşayış evinin (JN 1005F də tikintialtı sahəsi 72 kvm, fərdi yaşayış evi 52,6 kvm başqa tikililər 19.4 kvmetr) həm kompleks yerquruluşu layihəsində, həm də iddiaçının iddiasına görə onun mülkiyyətində olan 0,14 ha faktiki istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan AZ-İİ № 256674 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Vəsiyyətnamə üzrə Vərəsəlik Hüququ haqqında xx.xx.2022- ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar RİHB-nin Xırmandalı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilən və reyestrdə 83 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-İddiaçı1 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi - ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı2dır və 0 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK DƏDRX-nin Cəlilabad ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı1 verilmiş **********27 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,1551 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Vəsiyyətnamə üzrə Vərəsəlik Hüququ haqqında xx.xx.2022- ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar RİHB-nin Xırmandalı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilən və reyestrdə 83 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş - İddiaçı1 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi - ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı2dır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır.Şəhadətnamə ilə verilən miras əmlak - ƏMDK DƏDRX-nin Cəlilabad ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı1 verilmiş **********56 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,2125 ha olan torpaq sahəsindən ibarətdir. İşdə olan qanuni qüvvəsini almış keçmiş Puşkin rayon Xalq Məhkəməsinin (indiki Biləsuvar) 26 fevral 1968-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, evin istifadə olunmayan bir gözü və ya dəyəri olan 300 manat İddiaçı1 verilmişdir. Apellyasiya baxışında iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi əldə edilərək işə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpsertiza Mərkəzinin 14 aprel 2025-ci il tarixli,10/372 saylı ekspert rəyinə əsasən: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X57 Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7447/2024 saylı mütəxəssis rəyinə əsasən, ünvan 2i ərazisində bir tikili altında, faktiki ümumi sahəsi 122,1 kv.m olan fərdi yaşayış evinin 74,6 kv.m hissəsinin iddiaçıların və cavabdehlərin istifadə etdiyi 47,5 kv.m hissəsinin faktiki istifadə kimi plana alınmış 0.1485 ha həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN- 1005 F nömrəli Şəhadətnaməyə əsasən İddiaçı2 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0.14 ha hissəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X57 Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7447/2024 saylı mütəxəssis rəyinə əsasən, ünvan 2i ərazisində bir tikili altında, faktiki ümumi sahəsi 122,1 kv.m olan fərdi yaşayış evinin cavabdehlərin və digər ailə üzvlərinin istifadə etdiyi 47,5 kv.m hissəsinin iddiaçıların faktiki istifadə kimi plana alınmış 0,1485 ha həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN- 1005F nömrəli Şəhadətnaməyə əsasən İddiaçı2 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0.14 ha hissəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Sorğu verilməklə əldə edilərək işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X57 Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsindən daxil olmuş 7 iyul 2025-ci il tarixli, 3-21-3-44/2-4825/2025 saylı məktuba əsasən Biləsuvar rayonu, Xırmandalı kənd kəndində yerləşən JN-1005F və JN-1006F saylı şəhadətnamələrin üzərində hər-hansı fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması aşkarlanmamışdır. Sorğu verilməklə əldə edilərək işə əlavə edilmiş Azərbaycan Respublikası Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 27 iyun 2025-ci il tarixli, 5-39-3/2-320/2025 saylı məktuba əsasən Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli 06 saylı qərarı ilə Xırmandalı kəndində mövcud olan həyətyanı torpaq sahələrinin qeydiyyatı kitabında JN 1005F-də İddiaçı2, İddiaçı1, X37, X23 birgə mülkiyyətdə olmaqla həyətyanı torpaq sahəsi 0,21 ha faktiki torpaq sahəsi 0,1430 ha,ümumi torpaq sahəsi 0,1430 ha, mülkiyyətə verilən torpaq sahəsi 0,1430 ha göstərilmişdir. - JN 1006F-də X17, Cavabdeh2 Rahman oğlu, X30, X14, X19, X31, X39, Cavabdeh3 Rahman oğlu, X20, X32 birgə mülkiyyətdə olmaqla həyətyanı torpaq sahəsi 0,0600ha, zəbt olunan torpaq sahəsi 0,0800 ha, faktiki torpaq sahəsi 0,1514 ha,ümumi torpaq sahəsi 0,1514 ha, mülkiyyətə verilən torpaq sahəsi 0,1400 ha göstərilmişdir. - JN 1005F-də İddiaçı2, İddiaçı1, X37, X23 birgə mülkiyyətinə verilən torpaq sahəsi 0,1430 ha 1969-cu ildə çiy kərpicdən inşa edilmiş 60 kv.metr yaşayış evi vardır. - JN 1006F-də X17, Cavabdeh2 Rahman oğlu, X30, X14, X19, X31, X39, Cavabdeh3 Rahman oğlu, X20, X32 birgə mülkiyyətinə verilən torpaq sahəsi 0,1400 ha 2016-cı ildə inşa edilmiş 90 kv.metr yaşayış evi vardır. - JN 1005F-də İddiaçı1 vəfat etdiyi üçün onun üçün ayrılmış evin bir otağında hazırda heç kim yaşamır. İddiaçı1 üçün ayrılmış evdə qeydiyyatda olan İddiaçı2, X37, X43 isə Xırmandalı kəndində X33 (İddiaçı2 əri) adına olan evdə yaşayırlar. - JN 1005F-də uzun illər əvvəl məhkəmə qətnaməsi ilə X6 üçün verilmiş evin bir otağında isə hazırda oğlu Cavabdeh3 Rahman oğlu ailəsi ilə birlikdə yaşayır. - JN 1006F-də X17, Cavabdeh2 Rahman oğlu həyat yoldaşı və iki övladı ilə birlikdə, X14 birgə mülkiyyətinə verilən torpaq sahəsi 0,1400 ha 2016-cı ildə inşa edilmiş 90 kv.metr yaşayış evi vardır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etmiş, qətnamədən cavabdehlər narazı qalaraq apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətlərinin əsas dəlili cavabdehlərin 1968-ci ildən sonra həmin mübahisəli evin qalan otaqlarında yaşamaları, həmin otaqların Puşkin (indiki Biləsuvar) rayon məhkəməsinin qanuni qüvvəsini almış 26 fevral 1968-ci il tarixli qətnaməsi ilə cavabdehlərin və onların ailə üzvlərinin istifadəsində saxlanılmaqla mülkiyyətlərinə verilməsindən və birinci instansiya məhkəməsinin də buna əhəmiyyət verməyərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehlərin mülkiyyətinə verilmiş evdən onların əsassız olaraq çıxarılmalarından ibarətdir. İş materiallarını təhlil edərkən müəyyən edilir ki, iddiaçı X3 Rəhman Fərman oğlu ilə ailəli olmuş və onlar Puşkin (indiki Biləsuvar) Xalq məhkəməsinin 26 fevral 1968-ci il tarixli qətnaməsi ilə boşanmışlar. Boşanma zamanı tərəflərin birgə nikah dövründə inşa edikləri, hazırkı iş üzrə mübahisəli hesab edilən evin istifadə edilməyən bir (gözü) otağının və ya onun dəyəri olan 300 manat pulun və s. əmlakların Rəhman Zeynalovdan alınaraq İddiaçı1 verilməsi qət edilmiş, həmin qətnamə Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 mart 1968-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. Mübahisəli evin istifadə edilməyən bir otağı İddiaçı1 verilsə də digər otaq (və ya otaqlar) X1. Sonradan X4 Güşvər Mirhəbib qızı ilə ailə qurmuş və mübahisəli evin digər hissəsində (otaqlarında) yaşamışlar. Onların həmin nikahdan Cavabdeh2 Rahman oğlu, X30, X14, X19, X31, X39, Cavabdeh3 Rahman oğlu, X20 və X32 övladları anadan olmuşdur. Qeyd edilən 9 uşaq həmin mübahisəli evdə doğulmuş və böyüyüb boya-başa çatmışlar. Cavabdeh2 kollegiyanın iclası zamanı mübahisəli evdə ailə üzvləri ilə birlikdə yaşadığını bildirsə də Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 27 iyun 2025-ci il tarixli, 5-39-3/2-320/2025 saylı məktubda qeyd edilmişdir ki, JN 1005F-də uzun illər əvvəl məhkəmə qətnaməsi ilə mərhum X27 üçün verilmiş evin bir otağında isə hazırda oğlu Cavabdeh3 Rahman oğlu ailəsi ilə birlikdə yaşayır. Göründüyü kimi Puşkin (indiki Biləsuvar) Xalq məhkəməsinin 26 fevral 1968-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, mübahisəli evin qalan hissəsi cavabdehlərin yaşamış olduğu ev olmuş və 2000-ci ildə Biləsuvar rayonunda Aqrar İslahatları keçirilən zaman da həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi mövcud olmuşdur. Cavabdehlər məhz həmin dövrdən hazırkı vaxtadək mübahisəli evdə yaşamış və hazırda da həmin evdə Cavabdeh3 Rahman oğlu öz ailəsi ilə birlikdə yaşayır. İş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilir ki, ünvan 2i ərazisində bir tikili altında, faktiki ümumi sahəsi 122,1 kv.m olan fərdi yaşayış evinin cavabdehlərin və digər ailə üzvlərinin istifadə etdiyi 47,5 kv.m hissəsinin iddiaçıların faktiki istifadə kimi plana alınmış 0,1485 ha həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-1005F nömrəli Şəhadətnaməyə əsasən İddiaçı2 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0.14 ha hissəsinin hüdudları daxilində yerləşməsi əksini tapır. Yəni cavabdehlər hazırda JN-1005F nömrəli Şəhadətnaməyə əsasən İddiaçı2 və digərlərinin mülkiyyətə verilmiş 0.14 ha torpaq sahəsində yerləşən bir tikili altında, faktiki ümumi sahəsi 122,1 kv.m olan fərdi yaşayış evinin 47,5 kv.m hissəsində istifadə edirlər. Cavabdehlərin həmin evdən istifadə etmək hüquqları hələ Respublikamızda Aqrar İslahatları keçirilməmişdən əvvəl, yəni təxminən 1968-ci ildən yaranmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi evin qalan hissəsinin mərhum Rəhman Zeynalovun ailəsinə verilməsinə baxmayaraq buna əhəmiyyət verməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehlərin istifadələrinə verilmiş evdən onların əsassız olaraq çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Buna görə də Kollegiya hesab edir ki, cavabdehlərin həmin evdən çıxarılmaları ilə bağlı iddianın konpensasiya məsələsi müzakirə edilmədən təmin edilməsi yolverilməzdir və belə bir iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığından ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya və Apellyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X13, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 96 (doxsan altı) manat məbləğində pul vəsaiti İddiaçı2 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X8 və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(022)-95/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı (eyni zamanda, İddiaçı1 vərəsəsi) İddiaçı2 cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 Torpağın Mülkiyyətə verilməsinə dair JN 1005F (kod ********) Şəhadətnaməyə əsasən Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə ünvan 2 sakinləri İddiaçı2, İddiaçı1, X18 və X23 mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları və cavabdehlər X17, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı2 qarşı həmin torpaq sahəsində qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. Birinci instansiya və Apellyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X13, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 96 (doxsan altı) manat məbləğində pul vəsaiti İddiaçı2 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-34/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-34/2025
14.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver