Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-354/2023 18.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X16 (sədrlik edən və məruzəçi), X24 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, X1 nümayəndəsi və vəkili X7, Maraqlı şəxs nümayəndəsi X13 iştirakları ilə, X1 (Maraqlı şəxs Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(064)-1455/2022 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, 01 sentyabr 1986-cı il tarixdən 1993-cü ilin oktyabr ayının sonlarınadək Füzuli rayon X30 metodist işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(064)-1455/2022 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) ərizəsi qismən təmin edilərək, X9 xx.xx.1986-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək Füzuli rayon X30 metodist işləməsi faktının müəyyən edilməsi qət edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən Füzuli Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(064)-1455/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi xahiş edilmişdir. İŞİNHALLARİ: X1 ərizəsi onunla əsaslandırılmışdır ki, o, 11 aprel 1956-cı il tarixdə Beyləqan rayonunda doğulmuşdur. 29 avqust - 21 sentyabr 1972-ci il tarixlərində Füzuli rayonu Horadiz pambıq təmizləmə zavodunda təmir briqadasında şagird vəzifəsinə işə qəbul olunmuşdur. 21 noyabr 1972 - 29 avqust 1973-cü il tarixlərində Bakı Elektrik Soyuducular zavodunda X19 nəzarətçi işləmişdir. 01 sentyabr 1973 - 30 iyun 1978-ci illərdə sabiq “SSRİ-nin 50 illiyi adına" Azərbaycan Pedoqoji İnstitutunun “Azərbaycan və ingilis dilləri” ixtisası üzrə ali təhsil almışdır. 16 avqust 1978 -18 oktyabr 1978-ci il tarixlərində Ağdaş rayonu 132 saylı Orta Peşə Təhsili məktəbində ingilis dili müəllimi və tərbiyəçi vəzifəsində işləmişdir. 27 oktyabr 1978 - 24 aprel 1980-ci il tarixlərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra 13 may 1980 - 18 avqust 1981-ci il tarixlərdə Ağdaş rayonu 132 saylı orta peşə təhsili məktəbində müəllim vəzifəsində işləmişdir. 01 sentyabr 1981 - 01 sentyabr 1986-cı il tarixlərində Füzuli rayonu Araz Yağlıvənd və Mahmudlu-1 kənd orta məktəblərində ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.1986-cı il tarixdən Füzuli rayonu X30 metodist vəzifəsinə təyin olunmuş və 1993-cü ilin avqust ayının sonlarınadək (Füzuli rayonu işğal olunanadək) həmin vəzifədə işləmişdir. Eyni zamanda, Füzuli şəhər Kirov adına 2 saylı rus dilli orta məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışmış və Füzuli rayonu işğal olunduqdan sonra Bakı şəhərinə köçmüş və ərizəsi ilə 1993-cü ilin oktyabr ayının sonlarında həmin vəzifədən azad olunmuşdur. xx.xx.1993-cü il tarixdən 02 oktyabr 1995-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin nəşri olan “Yurd” jurnalında tərcüməçi vəzifəsində işləmiş və həmin jurnalda çalışdığı dövrdə iş şəraiti yol verdiyindən 14 may 1995-ci il tarixindən 10 fevral 1997-ci il tarixinədək “X35” X5 ofis meneceri vəzifəsində işləmiş, 01 mart 1997-ci il tarixindən 31 noyabr 1999-cu il tarixinədək “Oxfam” X5, 14 avqust 2000-ci il tarixindən 14 noyabr 2003-cü il tarixinədək X6 işləmişdir. Lakin Füzuli rayon X30 metodist vəzifəsindən və Füzuli şəhər 2 saylı rus dilli Kirov adına orta məktəbdə müəllim vəzifəsində azad olunmağı barədə ərizə və müvafiq əmrlər əmək kitabçasında qeyd olunmamışdır. Bu barədə Füzuli rayonu Təhsil Şöbəsinə müraciət etsə də, şöbədən ona bildirmişlər ki, şöbənin həmin illərə aid sənədləri nəməlum şəraitdə itdiyi üçün həmin sənədləri aşkar etmək mümkün olmamışdır. Onun əmək fəaliyyəti barədə hüquqverici sənədlərin başqa şəkildə bərpası mümkün deyildir. Ona görə də, onun sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. İş stajının məhkəmə qaydasında müəyyən edilməsi ona pensiya təyin edilməsi üçün lazımdır, iş stajının müəyyən edilməsi və pensiya təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə müraciət etsə də, müraciəti təmin olunmamış və iş stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Onun xx.xx.1986-cı il tarixdən Füzuli rayon X30 metodist vəzifəsinə təyin olunmağı və 1993-cü ilin oktyabr ayının sonlarınadək həmin vəzifədə işləməyi faktını həmin illərdə həmin Füzuli rayon X30 işləmiş X14 və X17 təsdiq edə bilərlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi Eldar Şahgəldiyev maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Lakin ərizəçinin ərizədə qeyd etdiyi müəssisələrin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, həmçinin, Füzuli rayon Təhsil şöbəsində metodist vəzifəsindən azad olmağı barədə əmr müəssisənin əmr kitablarında mövcud olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Daha sonra Eldar Şahgəldiyev ərizə ilə məhkəməyə müraciət edərək hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(064)-1455/2022 nömrəli qətnaməsi ilə ərizəçi Eldar Şahgəldiyevin ərizəsi qismən təmin edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin aidiyyətlə bağlı normalarına riayyət edilməmişdir. Halbuki, məhkəmə qətnaməsində sözügedən hüquq münasibətləri inzibati məhkəmənin yurisdiksiyasına aid edilməli və öhdəliyin icrası qaydasında baxılmalı idi. Yuxarıda göstərilən səbəblərdən Füzuli Rayon Məhkəməsinin 02 noyabr 2022-cl il tarixli 2(064)-1455/2022 nömrəli qətnaməsindən qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya şikayəti vermək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017- d il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları 2006-cı İİ yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası mövcuddur. Həmin kitabçanın mövcudluğu isə işə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qaydasında məhkəmədə baxılmasını istisna edir. Digər tərəfdən, mübahisənin predmeti barədə (pensiya təyin edilməsi) maraqlı şəxsin imtinası faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən xüsusi icraat qaydasında müəyyən edilə bilməyən, hüquqi əhəmiyyəti olan faktlar sırasına daxil olmayan, inzibati orqanla vətəndaş arasında baş vermiş, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia tələbinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarını rəhbər tutmaqla xüsusi icraat qaydasında baxaraq qətnamə qəbul etmişdir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla, fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göründüyü kimi, məhkəmə lazımi sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpasının qeyri-mümkün olmasını təsdiq edən sübutların əlavə edilmədiyi işə xüsusi icraat qaydasında baxılması istisna edildiyi halda ərizəyə baxaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə, birinci İnstansiya məhkəməsi aidiyyət qaydalarına əməl etməmiş, prosessual normanın tələbini pozaraq işi icraatına qəbul etmiş, inzibati mübahisəyə inzibati hüquq normaları əsasında mülki məhkəmə icraatı qaydasında baxaraq prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamamışdır. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Maraqlı şəxs nümayəndəsi X21 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Füzuli Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(064)-1455/2022 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. X1 nümayəndəsi və vəkili X10 izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də, apellyasiya şikaytinin təmin edilmədən və Füzuli Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(064)-1455/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin, ərizəçinin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları hərtərəfli tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və Füzuli Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(064)-1455/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal edilməsi və uzun müddət işğal altında qalması səbəbindən sözügedən inzibati ərazi vahidi (həmçinin Füzuli rayon) çərçivəsində dövlət mühafizəsində olan arxiv sənədləri barədə hər hansı məlumat yoxdur. İşdə olan Füzuli rayon Təhsil şöbəsinin 18 mart 2021-ci il tarixli, 107 saylı məktubundan görünür ki, X15 RXMŞ-nin (RTŞ) 01 sentyabr 1986-cı il tarixli 31 nömrəli əmri ilə RXMŞ-yə (RTŞ) metodist vəzifəsinə təyin olunmuş, lakin ərizəsində göstərdiyi 1993-cü ilin avqust-noyabr aylarında tutduğu metodist vəzifəsindən azad olunmağı haqqında əmr “Əmr kitabı”na qeyd olunmadığı üçün ona əmrdən çıxarış təqdim edilməsi mümkün olmamışdır. İşdə olan X9 adına olan əmək kitabçasının surətindən görünür ki, X23 rayon X32 xx.xx.1986-cı il tarixli 31 saylı əmri ilə şöbəyə metodist vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası X26 rayon filialının 12 aprel 2023-cü il tarixli 3- 48-DA-3f/2-19-2023 saylı arayışından məlum olmuşdur ki, vətəndaş X9 işlədiyi Füzuli rayon X32 1986-1993-cü illərə aid sənədləri X26 filialına təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin 07 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Füzuli rayon X32 sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X15 barədə araşdırma aparılması imkanı xaricindədir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilən xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X11 yaşa görə əmək pensiyasının yenidən hesablaması barədə müraciətindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 bildirmişdir ki, o, əmək fəaliyyətinə 1978-ci ildə başlamış və həmin vaxt Füzuli rayonu Əhmədalılar kənd orta məktəbinə müəllim təyin edilmişdir. xx.xx.1991-ci il tarixində həmin məktəbə direktor təyin edilmiş və 1993-cü ilin oktyabr ayına, yəni rayon işğal olunana kimi orada işləmişdir. Pedaqoji fəaliyyəti ilə əlaqədar daima Füzuli rayon X36 ilə əlaqəli şəkildə işlədiyindən X3nu da oradan tanıyır və təsdiq edir ki, o, həmin idarədə xx.xx.1986-cı il tarixindən 1993cü ilədək, yəni Füzuli rayonu işğal olunanadək metodist işləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid X14 bildirmişdir ki, o, əmək fəaliyyətinə 1969-cu ildə başlamışdır. Belə ki, Füzuli rayon X32 xx.xx.1969-cu il tarixli əmri iə Kirov adına pionerlər evinə dərnək rəhbəri təyin edilmişdir. xx.xx.1989-ci il tarixində isə Füzuli rayon pionerlər və məktəblilər evinə direktor təyin olunmuş və 1993-cü ildə rayon mərkəzi işğal olunana kimi orada işləmişdir. Pedaqoji fəaliyyəti ilə əlaqədar daima Füzuli rayon X36 ilə əlaqəli şəkildə işlədiyindən Eldar Şahgəldiyevi tanıyır və təsdiq edir ki, o, həmin idarədə xx.xx.1986-cı il tarixindən 1993-cü ilədək, yəni Füzuli rayonu işğal olunanadək metodist işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X11 xx.xx.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada 317,45 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin E.Şahgəldiyev tərəfindən təqdim edilmiş xx.xx.1972-ci il tarixində və xx.xx.2019-cu il tarixində tərtib edilmiş İT-İ № ******* saylı əmək kitabçalarının, təhsil haqqında diplomunun və hərbi biletinin surətlərinə əsasən əmək pensiyasının yenidən hesablanması zamanı pensiya məbləğində heç bir dəyişiklik qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986cı il tarixindən Füzuli rayon Təhsil şöbəsində olan əmək fəaliyyəti dövrünün araşdırılması zamanı müəyyən edilmişdir ki, sözügedən müəssisədə metodist vəzifəsindən azad olmağı barədə əmr müəssisənin əmr kitablarında mövcud deyil. Eyni zamanda, həmin müəssisədəki əmək fəaliyyəti dövrünün əmək haqqı cədvəllərinə və şəxsi hesab kitablarına əsasən araşdırılması zamanı əmək haqqı almağı faktı aşkarlanmamışdır. Bu səbəblə qeyd olunan dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. X20 monitorinq və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “X35” X2, xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək “Oxfarm” təşkilatındakı və xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək X6kı əmək fəaliyyətinin araşdırılması zamanı qeyd olunan müəssisələrin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamış və bu dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən Eldar Şahgəldiyevin yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə muvafiq qiymət verərəkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Kollegiyası diqqətə çatdırır ki, sadalanan prosessual hüquq normalarının mənasından görünür ki, məhkəmə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə əlaqədar işlərə baxarkən faktın təsdiqini o zaman həyata keçirə bilər ki, ərizəçiyə lazım olan sənədlər ya itirilmiş, həmin sənədlərin bərpası mümkün deyil, ya da ona lazım olan sənədləri o, başqa qaydada ala bilmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası haqqında” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayan şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasında tərəflərin nümayəndələrinin iştirakı ilə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X4 rayon X32 01 sentyabr 1986-cı il tarixli 31 saylı əmri ilə həmin şöbəyə metodist vəzifəsinə təyin edilmişdir. 1993-cü ilin avqust ayında Füzuli rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün onun tutduğu metodist vəzifəsindən azad olunmağı haqqında əmr Əmrlər kitabına qeyd olunmadığı üçün ona əmrdən çıxarış təqdim edilməsi mümkün olmamışdır. İş üzrə ərizəçinin təşəbbüsü ilə dindirilmiş şahidlər Füzuli rayonu Əhmədalılar kənd orta məktəbində əvvəlcə müəllim, sonra isə direktor işləmiş X17 və Füzuli rayon pionerlər və məktəblilər evində direktor işləmiş X8 ifadələrindən görünür ki, onlar bilavasitə Füzuli rayon X30 ərizəçi ilə birlikdə işləməsələr də, eyni müəssisə və ya təşkilatın təkibində pedaqoji fəaliyyətləri ilə əlaqədar mütəmadi olaraq həmin şöbə ilə əlaqəli şəkildə işlədiklərindən X9 həmin təşkilatda 01 sentyabr 1986-cı il tarixindən 1993-cü ilin sonunadək, yəni Füzuli rayonu işğal olunanadək metodist işləməsini təsdiq etmələri inandırıcıdır. Göründüyü kimi, X3 əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəblərdən təqdim edə bilmədiyinə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadığına görə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan yararlanmışdır. X1 01 sentyabr 1986-cı il tarixindən Füzuli rayonu 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunanadək (işğal tarixi hamıya bəlli olan faktdır) Füzuli rayon X30 metodist işləməsi onun izahatı, o cümlədən şahidlərin ifadələri ilə təsdiqləndiyi üçün, eyni zamanda verilmiş müvafiq sorğular əsasında X9 01 sentyabr 1986-cı il tarixindən 1993-cü ilin sonunadək olan əmək fəaliyyətinə dair hər hansı sənəd aşkar edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, X9 01 sentyabr 1986-cı il tarixindən 23 avqust 1993-cü il tarixdək olan dövrdə Füzuli rayon X30 metodist işləməsi faktı müəyyən olunmalıdır. MPM-in 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Habelə, Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, X11 məxsus əmək kitabçası fiziki olaraq mövcud olsa da, orada ərizəçinin Füzuli rayon X30 metodist olaraq əmək fəaliyyətinin son tarixi (işdən azad edilməyi) üzrə qeyd yoxdur ki, bu qeydin (faktın) müəyyən edilməsi hüquqi nəticələr doğurmaqla ərizəçinin əmlak və digər hüquqlarının (pensiya və s.) əmələ gəlməsinə səbəb ola bilər. Eyni zamanda, Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı öz apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərinə nəzər saldıqda, şikayət əslində mübahisənin inzibati xarakterli olması əsası ilə ərizəçinin hazırkı tələbinə dair iş üzrə icraata xitam verilməsi haqqında normalarla əsaslandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarından görünür ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən Plenum qərarının 13.2.-13.4-cü bəndlərindən görünür ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal olmaqla, yuxarıda göstərilənlər baxımından əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(064)-1455/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(064)-1455/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-354/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-354/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver