Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-356/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı istifadə hüququ tanınmaqla fərdi yaşayış evinə köçürülmələri tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, servitut) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X17 oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı istifadə hüququ tanınmaqla fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1881/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1i ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 (iki) mərtəbəli fərdi yaşayış evinə dair istifadə hüquqlarının tanınmaqla həmin fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddialarını belə əsaslandırmışlar ki, ünvan 1i ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 (iki) mərtəbəli fərdi yaşayış evini valideynləri X4 və Cavabdeh birgə nikah dövründə öz vəsaitləri hesabına tikdirmişlər. Onlar sözügedən fərdi yaşayış evində yaşamış və əşyalarını orada yerləşdirmişdirlər. Hazırda valideynlərinin nikahları pozulmuş və ataları Cavabdeh həmin evdə onların yaşamalarına imkan verməmişdir. Cavabdeh onların əmlak üzərində istifadə hüquqlarını məhdudlaşdıraraq hüquqazidd addımlar atmışdır. Halbuki, onlar həmin evdə yaşamış və uşaqlıqları orada keçmişdir. Bütün bunları cavabdehin ünvanına çatdırılsa da, cavabdeh məhəl qoymamışdır. Odur ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdirlər. Göstərdiklərini nəzərə alaraq, ünvan 1i ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 (iki) mərtəbəli fərdi yaşayış evinə dair istifadə hüquqlarının tanınmaqla həmin fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsində icraat Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1881/2024 saylı qətnaməsi ilə (hakim F.Pənahov) iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ünvan 1i ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 (iki) mərtəbəli fərdi yaşayış evinə dair istifadə hüquqlarının tanınmaqla həmin fərdi yaşayış evinə köçürülmələri tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 rayonu Qəzli kəndi ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsini qardaşı Cavabdeh bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh verilmiş **********16 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,04 ha həyətyanı torpaq sahəsini Cavabdeh qardaşı X5 bağışlamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş DİN-nin yaşayış yeri üzrə qeydiyyatı haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışının surətindən görünür ki, İddiaçı2, X4 və İddiaçı1 14 aprel 2022-ci ildən ünvan 2 ünvanında qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçılar İddiaçı2 və Rüstəmli X12 rayonu Qəzli kəndi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 (iki) mərtəbəli fərdi yaşayış evinin özlərinə və Cavabdeh məxsus olması, özlərinin və cavabdehin həmin fərdi yaşayış evin mülkiyyətçisi olmaları barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdirlər. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçıların qeyd olunan fərdi yaşayış evinə dair istifadə hüquqlarının tanınmaqla həmin fərdi yaşayış evinə köçürülmələri barədə tələbləri əsassızdır. Ona görə də iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ünvan 1i ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 (iki) mərtəbəli fərdi yaşayış evinə dair istifadə hüquqlarının tanınmaqla həmin fərdi yaşayış evinə köçürülmələri tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4--cü maddələri, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1ci hissəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onlar Cavabdeh övladlarıdır. Qanunun tələbinə əsasən onun yaxın qohumları hesab edilməklə ona məxsus Sabirabad rayonu, Qəzli kəndi ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 (iki) mərtəbəli fərdi yaşayış evinə köçülməkləri əsaslıdır. Lakin, məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmiş, hüquqlarını kobud surətdə pozmuşdur. Onlar sözügedən fərdi yaşayış evində yaşamış, əşyalarını orada yerləşdirmiş, həmin evdən daimi olaraq istifadə etmiş, orada yaşamışdırlar. Cari gündə Cavabdeh Ataməli oğlu sözügedən mübahisə predmeti olan Sabirabad rayonu, Qəzli kəndiərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 (iki) mərtəbəli fərdi yaşayış evində onların yaşamaqlarına imkan verməmiş, mübahisəli əmlak üzərində istifadə hüquqlarının məhdudlaşdırılmasına yönələn hüquqazidd addımlar atmışdır. Hazırda valideynlərinin nikahı pozulduğundan cavabdeh (ataları) onların sözügedən evdə yaşamaqlarına icazə verməmişdir. Halbuki, həmin əmlakda onlar uzun illərdir ki, yaşamış, uşaqlıqları da həmin evdə keçmişdir. Məhkəmə isə bu faktları gözardı edərək iddia tələbinin rədd edilməsini ümumiyyətlə əsaslandıra bilməmişdir. Belə olduğu halda əsassız olaraq qəbul edilmiş məhkəmə aktı ləğv edilməli, hüquqları yuxarı instansiya tərəfindən bərpa edilməlidir. Onlar ailə üzvü olan atalarına məxsus evdən istifadə etmək istəmiş, lakin cavabdeh Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-457/2024 saylı qərardadı ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçməkdən imtina etməsini,X2 Cavabdeh məxsus ünvan 1i ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə hər hansı tələb irəli sürməməsini, həmin evə dair sahiblik, istifadə və əmlak tələbindən imtina etməsini əsas gətirmiş, onların həmin fərdi yaşayış evinə dair hüquqlarının olmadığını bildirmişdir. Halbuki, sözügedən qərardad onların valideynləri arasında bağlanılmış, razılıq əldə edilən zaman onların iradə ifadələri nəzərə alınmamışdır. Həmçinin, cavabdeh özü də etiraf etmişdir ki, onlar həmin evdən birlikdə istifadə etmiş, yaşamışdırlar. Bu gün isə qərardadın olması əsası ilə evə buraxılmadıqlarını təsdiq etmişdir. Beləliklə, cavabdehin etirafı üzrə onların mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə etməkləri və hüquqlarının olması faktı öz təsdiqi tapmış, məhkəmə isə bu faktları qəbul etməkdən, buna uyğun yekun akt qəbul etməkdən yayınmışdır. Beləliklə, hüquqlarının pozulmasına yönələn yekun akt qəbul edilmişdir. Ona görə də, apellyasiya şikayəti tam təmin olunmalı, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 1881/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tam ləğv edilməli və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi əsassız şəkildə iddia tələbini təmin etməmişdir. Belə ki, iddiaçılar cavabdehin övladlarıdır. Sözügedən fərdi yaşayış evi onların babalarına məxsus olmuş, sonradan cavabdehə bağışlanılmışdır. İddiaçılar həmin evdə yaşamışdır və bu gün belə əşyaları həmin evdə qalmaqdadır. 2024-cü ilin iyul ayınadək iddiaçılar orada yaşamış, sonra isə cavabdeh evin açarlarını qardaşına vermiş, sonuncu isə iddiaçıları evə buraxmamışdır. İddiaçılar 4-cü sinifi Sabirabad rayonda oxumuş, orada yaşamış, 2006cı ildən sonra Bakı şəhərində yerləşən mənzillərinə köçmüşdürlər. Həmin vaxtdan onlar Bakıda yaşayırlar. İddiaçıların məqsədi oraya daimi köçüb yaşamaq deyil. Orada sadəcə olaraq xatirələri var deyə yay aylarında həmin evdən müvəqqəti olaraq zəruri yaşayış ehtiyaclarını təmin etmək üçün istifadə etmək istəyirlər. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahat verərək bildirmişdir ki, cavabdeh qardaşıdır. Təxminən 2-3 ay olar ki, cavabdeh ondan pul götürərək torpaq sahəsini mülkiyyətinə keçirmişdir. İddiaçılar həmin evə ev tikilib hazır olandan sonra cəmi 1-2 dəfə gəlib-getmişdirlər. İddiaçılarla münasibəti normal olmuşdur. Ədalətli qərar qəbul edilməsini xahiş edir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən aülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 146.1--ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1881/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də, məhkəmə tərkibi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1881/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, iddia tələbinin təmin edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsada qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarını tətbiq etməmiş, eyni zamanda iddia tələbinin mübahisəli evə istifadə hüququnun tanınması hissəsinə münasibət bildirməmiş və iddia tələbini tam rədd etmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1881/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə tərkibi qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh övladlarıdır. Qanunun tələbinə əsasən onun yaxın qohumları hesab edilməklə ona məxsus Sabirabad rayonu, Qəzli kəndi ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 (iki) mərtəbəli fərdi yaşayış evinə köçürülməkləri əsaslıdır. Lakin, məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmiş, hüquqlarını kobud surətdə pozmuşdur. Onlar sözügedən fərdi yaşayış evində yaşamış, əşyalarını orada yerləşdirmiş, həmin evdən daimi olaraq istifadə etmiş, orada yaşamışdırlar. Hazırda valideynlərinin nikahı pozulduğundan cavabdeh (ataları) onların sözügedən evdə yaşamaqlarına icazə verməmişdir. Halbuki, həmin əmlakda onlar uzun illərdir ki, yaşamış, uşaqlıqları da həmin evdə keçmişdir. Məhkəmə isə bu faktları gözardı edərək iddia tələbinin rədd edilməsini ümumiyyətlə əsaslandıra bilməmişdir. Belə olduğu halda əsassız olaraq qəbul edilmiş məhkəmə aktı ləğv edilməli, hüquqları yuxarı instansiya tərəfindən bərpa edilməlidir. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə qismən razılaşsa da bu, iddianın təmin edilməsi üçün əsas deyildir. İşdən görünür ki, iddiaçıların cavabdehə qarşı iddia tələbi iki hissədən ibarətdir: mübahisəli tikiliyə istifadə hüququnun tanınması və evə köçürülmə. Məhkəmə tərkibi hesab edir ki, iddia tələbləri və apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228-ci mаddəsinin və Mənzil Məcəlləsinin (1982-ci il redаksiyаsı) 123-cü mаddəsinin birinci hissəsinin şərh edilməsinə dаir» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 iyul 2001-ci il tаrixli Qərаrınа əsаsən, 2000-ci ilin sentyаbr аyının 1-dən sоnrа yаşаyış evindən (mənzildən) istifаdə edilməsi ilə əlаqədаr yаrаnаn hüquq münаsibətləri ilə bаğlı mübаhisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci mаddələrinin qаydаlаrınа uyğun, bu tаrixədək yаrаnmış hüquq münаsibətləri ilə bаğlı mübаhisələr isə Mənzil Məcəlləsinin (1982-ci il redаksiyаsı) 123-cü mаddəsinin qаydаlаrınа uyğun həll edilməlidir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçılar mübahisə predmeti olan yаşаyış evini 2006-cı ildə daimi olaraq tərk edərək analarının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yeləşən mənzilə köçmüşlər. Bu günə qədər də orada yaşayırlar. Qeyd olunmalıdır ki, iddiаçıların köçmək istədiyi yаşаyış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni 2006-cı ildən indiyədək rəsmi olaraq dövlət reyestrində qeydiyyatda alınmasa da, evin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olmuş, sonradan onu qardaşı X6 bağışlamışdır. (X11 apelyasiya mərhələsində 3-cü şəxs kimi cəlb edilmişdir). İşdən görünür ki, mübahisəli fərdi yaşayış evi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Yəni yaşayış evi cavabdehin sahibliyində və istifadəsində olmuş, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi. Eyni zamanda Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(011)-457/2024 saylı qərardadı ilə Cavabdeh X4 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçməkdən imtina etmişdir. X4 isə Cavabdeh məxsus ünvan 1i ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə hər hansı tələb irəli sürməmiş, həmin evə dair sahiblik, istifadə və əmlak tələbindən imtina etmişdir. Göründüyü kimi həmin barışıq sazişi ilə də təsdiq edilir ki, ünvan 1i ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi cavabdehə məxsus olmuşdur. Sonradan cavabdeh mübahisəli torpaq sahəsini formal olaraq qardaşına bağışlasa da işin bu halı mübahisənin mahiyyəti üzrə həll edilməsinə mane olmur. Belə olan halda, mübahisə qanunun analogiyası üzrə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilməklə həll edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış edilməməli, məhkəmələr öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Məhkəmə tərkibi hesab edir ki, iddiaçılar cavabdehin ailə üzvü kimi bir müddət birlikdə həmin evdə yaşadığından iddiaçıların mübahisəli evə istifadə hüququ yaranmışdır. Bununla belə, məhkəmə tərkibi qeyd edir ki, iddiaçılar 2006-cı ildən daimi olaraq Bakı şəhərinə köçərək analarına məxsus evdə yaşadıqlarından, həmin vaxtdan mübahisəli evdə yaşamadığından, onların mübahisəli evdən yaranmış istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları) Azərbaycan Respublikasının Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə də, müəyyən olunur ki, iddiaçıların anasının xüsusi mülkiyyətində Bakı şəhərində mənzili mövcuddur. İddiaçılar 2006-cı ildən davamlı olaraq (məhkəmə iclasında iddiaçıların nümayəndəsinin izahatı ilə hər hansı maneə olmadan yaşadığını təsdiq etmişdir. Eyni zamanda qeyd etmişdir ki, iddiaçıların məqsədi oraya daimi köçüb yaşamaq deyil. Orada sadəcə olaraq xatirələri var deyə yay aylarında həmin evdən müvəqqəti olaraq zəruri yaşayış ehtiyaclarını təmin etmək üçün istifadə etmək istəyirlər) anasına məxsus mənzildə yaşayırlar. Belə olan halda isə onların cavbdehin mülkiyətində olmuş torpaq sahəsində olan fərdi yaşayış evinə dair hazırkı iddiasının təmini hüquqdan sui-istfadə olmaqla yanaşı, həm də mülkiyyətə əsassız müdaxiləni təşkil etmiş olardı. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, iddiaçıların başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olduğu halda mübahisəli evə istifadə hüququnun tanınması və köçürülməsi tələbinin təmin edilməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisəni mahiyyəti üzrə həll etməli maddi hüquq normalarını tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 01.11.24cü il tarixli, 2(056)-1881/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi rəd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sabirabad Rayon Məhkəməsinin 01.11.24-cü il tarixli, 2(056)-1881/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-356/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-356/2025
23.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver