Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-36/2024 22.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi, çəpərin sökülməsi və cavabdehin özbaşınalığına son qoyulması” tələbinə dair iddiası əsasında mülki iş üzrə Astara Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(018)-412/2022 saylı qətnaməsindən (hakim M.Məmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi, çəpərin sökülməsi və cavabdehin özbaşınalığına son qoyulması” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olmaqla Astara rayonunun Siyəkü kəndində yerləşən 0.042593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, çəpərin sökülməsi və cavabdehin özbaşınalığına son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Astara rayonu, Siyakü kəndində mülkiyyətində 0.042593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Hüquqları Dövlət qeydiyyatı haqqında DƏDR-də qeydiyyata alınmış və ona çıxarış verilmişdir. Torpaq sahəsi onun mülkiyyətində olmasına baxmayaraq, cavabdeh həmin torpaq sahəsini çəpərə alaraq zəbt etmişdir. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Astara Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(018)-412/2022 saylı tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 noyabr 2021-ci il olan çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0.042593 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilərək İddiaçı verilməsi, həmin torpaq sahəsində inşa edilmiş çəpərin Cavabdeh öz vəsaiti hesabına sökülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərfli arașdırılmadan, sübutlarla təsdiq edilmdən, hüquqi əsası olmadan qətnamə qəbul edilib. Məhkəmənin qətnamədə müəyyən etdiyi hallar işin həgiqi halını təsdig etmir. Bel ki, ona məxsus Astara rayonu, Siyakü kəndində kənd təsərriüfat təyinatlı torpaqlar kateqoriyalı 0.1979 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəlindən verilmiş çıxarışla təsdiqlənmişdir və həmin torpaq sahəsindən kənar çıxmamışdır. Torpaq sahəsi mülkiyyətində olmasına baxmayaraq, iddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasını zənn edərək, onu məhkəməyə vermişdir. Astara Rayon Məhkəməsi işi hərtərəfli araşdırmadan iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma çərçivəsində Şirvan Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(106)-2320/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin mütəxəsisləri cəlb edilməklə aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. Keçən dövr ərzində müvafiq ekspertizanın keçirilməsi və rəyin alınması istiqamətində zəruri prosessual hərəkətlər icra edilmiş, nəhayət 17 aprel 2024-cü il tarixdə ekspert rəyi iş materialları ilə birlikdə məhkəməyə təqdim olunmuşdur. 18 aprel 2024-cü il tarixli qərardadla iş üzrə icraat təzələnərək növbəti məhkəmə baxış iclası 22 may 2024-cü il tarixinə saat 11:00-a təyin olunaraq, mübahisə tərəflərinə qabaqcadan məlumatlar verilmişdir. Cavabdeh məhəmənin ünvanına iki dəfə teleqram vuraraq İddiaçı ilə barışıb mübahisənin sülh yolu ilə həll etdiklərini bildirib, apellyasiya şikayətindən imtina etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər üzürlü səbəblər olmadan məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Lətifli X4 apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, sonuncunun apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən apellyasiya şikayətindən imtina edilməsi əsası ilə apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, cavabdeh apellyasiya şikayətindən imtina etdiyindən apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid edilməli, mülki işin apellyasiya instansiya məhkəməsində baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Astara Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(018)-412/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilən dövlət rüsumu onun özünə aid edilsin. Mülki iş üzrə apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-36/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-36/2024
22.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver